Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

28 mart - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanları əməkdaşılarının peşə bayramı ilə əlaqədar "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Fəxri Xiyabanda təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər.

Veteran.gov.az "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sosial şəbəkədəki hesabına istinadən xəbər verir ki, Ümummilli Liderin məzarı önünə əkil və gül dəstələri qoyulmuş, əziz xatirəsi anılmışdır. Daha sonra tədbir iştirakçıları görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.

Tədbirdə çıxış edən natiqlər general-mayor Heydər Əliyevin yüksək peşəkarlıqla keçirdiyi əməliyyatlar, onun rəhbərliyi dövründə təhlükəsizlik orqanlarının nailiyyətləri, o cümlədən Ulu Öndərin göstərişi ilə peşəkar azərbaycanlı kadrların hazırlanması istiqamətində görülmüş işlər haqda danışmışlar.

Məlumat üçün qeyd edək ki, ziyarətdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, həmçinin, millət vəkili Arzu Nağıyev də iştirak edib.

Seymur ƏLİYEV

 

 

2022-03-28 14:07:00
2064 baxış

Digər xəbərlər

“Ermənistan mina xəritələrindən siyasi şantaj elementi kimi istifadə edir”

Cəlil Xəlilov: “Rəsmi İrəvanın bu siyasəti bütün region üçün təhdiddir”   “Ermənistan mina xəritələrindən siyasi şantaj elementi kimi istifadə edir. Rəsmi İrəvanın bu siyasəti bütün region üçün təhdiddir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi, onun terrorçu, təcavüzkar xarakterinin təcəssümüdür:   “Bildiyiniz kimi, Ermənistan bəzi rayonlarla bağlı mina xəritələrini Azərbaycana versə də, bu xəritələrin yetərincə dəqiq olmadığı, oradakı məlumatların sadəcə 25%-nin öz təsdiqini tapdığı məlum oldu. Başqa sözlə desək, Ermənistan bu rayonlarda basdırdığı minaların dəqiq xəritəsini ölkəmizə vermədi. Təbii ki, bunda məqsəd Azərbaycanın minalarla mübarizəsini zəiflətmək, bu mübarizənin sürət və tempini aşağı salmaqdır. Bu, bir daha göstərir ki, Ermənistan tərəfi regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Bu siyasət həm də Ermənistanın terorçu xarakterini bir kəs daha ortaya qoyur. Baş verənlər göstərir ki, Ermənistan bu gün də mina terrorunu davam etdirir və bu terroru dayandırmaq niyyətində deyil”.   Cəlil Xəlilovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin uzanması, vaxtiylə bu torpaqlardan didərgin salınmış insanların doğma torpaqlarına qayıtması yolunda başlıca əngəldir:   “Məlumdur ki, işğaldan azad edilən ərazilərə qayıdışın başlıca şərti vətəndaşlarımızın təhlükəsizliyinin tam təmin edilməsi, ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Vətən müharibəsindən dərhal sonra dövlətimiz bu istiqamətdə mühüm addımlar atıb və bu gün də atmaqdadır. Bu baxımdan ANAMA-nın fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz ANAMA-nın səyi nəticəsində hektarlarla ərazi minalardan təmizlənib, orada quruculuq işlərinin həyata keçirilməsi üçün gərəkli olan təhlükəsizlik təmin edilib. Lakin Azərbaycan tərəfinin əlində minalanmış ərazilərin dəqiq xəritəsi olmadığı üçün bu prosesi maksimum sürətlə həyata keçirmək mümkün deyil. Bu isə 30 il bundan öncə həmin torpaqlardan didərgin salınan vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıdışına mane olur, bu prosesi uzadır. Yəni Ermənistan Vətən müharibəsində məğlub olmasına, hərbi müstəvidə rüsvayçı məğlubiyətə uğramasına baxmayaraq, hələ də vətəndaşlarımızın geri qayıdışına mane olmağa çalışır. Əslində, Ermənistan dövləti Azərbaycana qarşı terror siyasəti aparmaqla bilavasitə Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş addımlar atmağa çalışır. Bunun özü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.    Təbii ki, Azərbaycan dövləti istənilən halda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesini uğurla başa çatdıracaq, vətəndaşlarımızın bu torpaqlara qayıdışını təmin edəcək. Lakin Ermənistanın mina terroru siyasəti tarixin yaddaşında erməni faşizminin qorxunc təzahürlərindən biri kimi daim nifrət və ikrah hissi ilə xatırlanacaq”.  

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”

Hamısını oxu
Ağdamda vətənpərvərliklə bağlı maraqlı tədbir: "Mən əsgərəm!"

Veteran.gov.az xəbər verir ki, 4 may 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Ağdamda "Mən əsgərəm" şüarı ilə  tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, icra nümayəndələri, qazilər Ağdam rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Natiq Cavadov, müavini Məhəmməd müəllim, müəllim heyəti və tələbələr, rayon ictimaiyyəti,  Cəlilabad rayon Qazilər Cəmiyyətinin Sədri Maşalla Əliyev iştirak ediblər. Tədbirdə əlbəyaxa döyüş, əsgərin döyüş meydanında fəaliyyəti, çətin ərazidə  - meşədə azimutla hərəkət və döyüş şəraiti canlandırılıb. İcra başcısı Vaqif Həsənov və Cəlilabad rayon Qazilər Cəmiyyətinin sədri Maşalla Əliyev tədbir iştirakçılarına öz ürək sözlərini söyləyib. Tədbir iştirakçıları Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən  mükafatla təltif olunub. Tədbirin yekununda təlimdə iştirak edən heyət Ağdam rayon Veteranlar Təşkilatı tərəfindən də Fəxri Fərmanla təltif edilib.  

Hamısını oxu
Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İnstaqramda 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib. APA xəbər verir ki, paylaşımda deyilir:   "Əziz veteranlar! Biz sizin mərdliyinizlə, cəsarətinizlə və şücaətinizlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!"

Hamısını oxu