Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ağdamda vətənpərvərliklə bağlı maraqlı tədbir: "Mən əsgərəm!"

Veteran.gov.az xəbər verir ki, 4 may 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Ağdamda "Mən əsgərəm" şüarı ilə  tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, icra nümayəndələri, qazilər Ağdam rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Natiq Cavadov, müavini Məhəmməd müəllim, müəllim heyəti və tələbələr, rayon ictimaiyyəti,  Cəlilabad rayon Qazilər Cəmiyyətinin Sədri Maşalla Əliyev iştirak ediblər.

Tədbirdə əlbəyaxa döyüş, əsgərin döyüş meydanında fəaliyyəti, çətin ərazidə  - meşədə azimutla hərəkət və döyüş şəraiti canlandırılıb.

İcra başcısı Vaqif Həsənov və Cəlilabad rayon Qazilər Cəmiyyətinin sədri Maşalla Əliyev tədbir iştirakçılarına öz ürək sözlərini söyləyib. Tədbir iştirakçıları Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən  mükafatla təltif olunub.

Tədbirin yekununda təlimdə iştirak edən heyət Ağdam rayon Veteranlar Təşkilatı tərəfindən də Fəxri Fərmanla təltif edilib.

 

2023-05-05 08:59:22
3073 baxış

Digər xəbərlər

Xətai rayonunda ,,Öncə vətəndir ,, adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq, şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 14 oktyabr 2022 –ci ildə   Bakı şəhəri Xətai  rayonunda tədbirdə olub. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “Öncə vətəndir” adlı tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin  şöbə müdiri Pənah İmanov, Rayon   Ağsaqqallar     Şurasının     sədri  İzzət     Rüstəmov , müavini Nizami Hüseynov,  VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb.   Şagirdlər vətənpərvərlik şeirləri ilə çıxış ediblər.   Daha sonra Xətai rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan  Respublikasının Milli Qəhrəmanı Məzahir   Rüstəmovun  atası  İzzət Rüstəmova söz verilib. O, çıxışında vətən sevgisindən, qəhrəmanların adlarını  həmişə uca tutmağın vacibliyindən danışıb.   Polkovnik Adil Haqverdiyev çıxşında Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən,vətənimizin çiçəklənməsi yolunda səylərindən bəhs edib. O, bildirib ki,  xoşbəxt gələcəyimiz Prezident Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdən keçir. Adil Haqverdiyev şagirdlərə öz tövsiyyəsini verib,dərslərində uğurlar arzulayıb.   Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri  Pənah İmanov rayon ərazisində  vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdən, şəhid ailələrinə, veteranlara göstərilən diqqət və qayğıdan danışıb.   Məktəbin direktoru Zenfira Məsiyeva isə çıxışında bildirib ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına, habelə, onların öz dərslərinə daha diqqətlə yanaşmasına təkan verir.   Tədbirin sonunda  xatirə şəkli çəkilib.    

Hamısını oxu
Dövlətimizin başçısının “Valday” bəyanatı Azərbaycanın haqlı mövqeyini qətiyyətlə davam etdirəcəyini dünyaya göstərdi

Prezident İlham Əliyevin “Valday” klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı Azərbaycanda və beynəlxalq arenada ciddi müzakirəyə səbəb olub. Prezident İlham Əliyevin bu məlum bəyanatı bir neçə aspektdən mühüm əhəmiyyətə malikdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, dünya ictimaiyyətinin gözü qarşısında Ermənistanın baş naziri Nikol Paşinyan heç bir beynəlxalq normaya riayət etmədən həyasızcasına Qarabağın erməni torpağı olduğunu iddia edir. Halbuki bütün dünya etiraf edir ki, Qarabağ Azərbaycan torpağıdır. Ermənilər heç vaxt bu torpaqlarda olmayıb. Onlar sonradan bu torpaqlara köçürülüb, bir müddətdən sonra isə müxtəlif iddialara düşüblər. Ermənistan daxilindəki bəzi qüvvələr erməni cəmiyyətini yolundan azdırır, onları yanlış istiqamətə yönəldir. Bəzi siyasətbazlar isə şəxsi ambisiyaları naminə erməni xalqını da bəlaya salıblar. Sədr müavini diqqətə çatdırıb ki, sadə ermənilər Azərbaycanın inkişafını görürlər. Onlar qeyd edirlər ki, siyasətbazların ambisiyaları olmasaydı, Azərbaycanın inkişafından bəhrələnə bilərdilər. Erməni xalqı istəyir ki, Azərbaycanın ərazi bütövlüyü tanınsın və bu münaqişəyə son qoyulsun. Lakin bəzi erməni siyasətbazlar reallığı əks etdirməyən ideyalarla siyasi xal qazanmağa, şəxsi maraqlarını təmin etməyə çalışırlar. “Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə vurğulayıb ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq. Çünki Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Dövlətimizin başçısı “Valday” klubunda səsləndirdiyi bəyanatla Azərbaycanın ilkin, ənənəvi mövqeyindən imtina etmədiyini, onu sonadək qətiyyətlə qoruyacağını bütün dünyanın diqqətinə çatdırıb. Bu baxımdan mən “Valday” bəyanatını Azərbaycanın növbəti uğuru, siyasi-diplomatik əzələ nümayişi kimi qiymətləndirirəm. Respublika Veteranlar Təşkilatı olaraq biz də Prezident İlham Əliyevin “Valday” klubundakı çıxışını yüksək qiymətləndirir, dövlətimizin başçısına Qarabağ uğrundakı mübarizədə uğurlar arzulayır və bu yolda Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik. Biz Respublika Veteranlar Təşkilatı olaraq hər zaman dövlətimizi, Prezidentimizi dəstəkləmişik və bundan sonra da var qüvvəmizlə dəstəkləməkdə davam edəcəyik”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
Sabirabad rayonunda daha bir şəhid məzarı ziyarət edilib

Veteran.gov.az xəbər verir ki, 28 aprel 2020-ci il tarixində Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən bir qrup Sabirabad rayon fəalı şəhid Ənnağıyev Babək Oqtay oğlunun məzarını ziyarət edib. Şəhid məzarına gül dəstələri və əkil qoyan ziyarətçilər Babək Ənnağıyev və vətən uğrunda müharibədə həlak olan bütün şəhidlərin ruhuna dualar oxuyub, onların qəhrəmanlığının gələcək nəsillərə örnək olacağını bildirib.   Məlumat üçün qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsi mütəmadi olaraq şəhid məzarlarını, o  cümlədən şəhid ailələrinin ziyarətini həyata keçirir, qazilərlə görüşlər təşkil edir.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Mehriban Əliyeva təşəkkür etdi

Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib. Bununla bağlı Birinci vitse-prezidentin “Instagram” hesabında paylaşım edilib:   “Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”

Hamısını oxu