Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Haaqa şəhərində 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib

Tədbir Azərbaycan - Türk Kultur  Dərnəyinin təşkilatçılığı ilə baş tutub

 

Veteran.gov.az xəbər verir ki, Niderlandın  Haaqa şəhərində Azərbaycan - Türk Kultur  Dərnəyinin başkanı İlhan Askın  tərəfindən təşkil edilən 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib.

Əvvəlcə deportasiya zamanı soyqırıma məruz qalmış və Qarabağ müharibəsində şəhid olmuş  əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb,  şəhidlərin xatirəsinə Quran oxunub. Daha sonra soyqırımla bağlı film nümayiş olunub.

Tədbirə Azərbaycandan  qatılan Azərbaycan Dillər Universitetinin dosenti, Azərbaycan Qaçqlnlar  Cəmiyyəti və Qərbi Azərbaycan  İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini fil.f.d., Həqiqət Hacıyeva çıxış edib. O, çıxışlnda  31 Mart soyqırımı, deportasiyalar və xalqımlzın başına gətirilən müsibətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirdə özlərinin  yaşamış olduğu hadisələrdən  danışan Türk - İslam Kültur  Cəmiyyətinin sədri Tahsin Cətinqaya, Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova,  Azərbaycan Lades Klubunun rəhbəri Kəmalə Cəlilova,  Avropa Ana Vətən Qadınlar  Cəmiyyətinin rəhbəri Mayisə Ağamirzəyeva, CDA partiyasından Betul Sen-Avci , D 66 Tolunay Azər, DƏNK  partiyasından Funda İləri çıxış edib. Tədbirin sonunda şəhidlərimiz üçün  ehsan verilib.

 

Seymur ƏLİYEV

 

2022-04-01 11:11:00
1288 baxış

Digər xəbərlər

Ordumuzun unikal əməliyyatı

Hamısını oxu
Xəzər rayonunda veteranlarla görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 fevral 2022-ci il tarixində  Xəzər rayonunda keçirilən tədbirdə iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər   rayon  Veteranlar Təşkilatının sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Birinci və İkinci Qarabağ müharibəsinin qaziləri və veteranları iştirak ediblər. Tədbiri giriş sözüq ilə açan polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın toxunulmazlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Çıxışında Xocalı faciəsindən danışan Adil Haqverdiyev bildirib ki, mənfur düşmən Birinci Qarabağ müharibəsi dönəmində şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi viran qoydu. Onlar nəinki xalqımıza, eyni zamanda dinimizə, tariximizə, mədəniyyətimizə qarşı da ağır cinayətlər törətdilər. Qürurvericidir ki, 44 günlük  Vətən müharibəsində xalqımızın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək torpaqlarımızın azadlığını təmin etdi. Adil Haqverdiyev çıxışında son vaxtlar bəzi qüvvələrin qaziləri, veteranları öz tərəfinə çəkmək, onların nüfuzundan şəxsi ambisiyalarını həyata keçirmək, dövlətimizin maraqlarına zərbə vurmaq üçün istifadə etməyə çalışdıqlarını bildirib, qaziləri ayıq-sayıq olmağa, dövlətin və  Prezidentin ətrafında sıx birləşməyə çağırıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
14 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naftalanda 6, Ağstafa rayonunda 6, Lerik rayonunda isə 2 yeni inşa etdirilmiş fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Nazirlikdən Publika.az-a verilən məlumata görə, Naftalanda keçirilən evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov və digərləri iştirak edib. Tədbirdə Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edilib. Bildirilib ki, sosial müdafiə proqramlarından biri olan şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır. Bu gün Naftalan şəhərində, Ağstafa və Lerik rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 598 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 44 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək. Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8186 mənzil və fərdi ev təqdim edilib. Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Hamısını oxu
Millət vəkili bayram öncəsi şəhid ailəsini ziyarət etdi

Veteran.gov.az xəbər verir ki, millət vəkili Pərvin Kərimzadə bayram öncəsi şəhid Hikmət Həsənovun ailəsini ziyarət edib. Millət vəkili bu barədə özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:  “Nur üzlü Şəhidimiz Hikmət Həsənovun bizlərə əmanət olan yadıgarları, gül balalar Ruqəyya və Ruzini ziyarət etdik. ALLAH Şəhidimizə rəhmət eləsin ALLAH körpə balaları qorusun!” Seymur ƏLİYEV    

Hamısını oxu