Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova təşəkkür etdi

“Vətən müharibəsi iştirakçılarının daxili işlər orqanlarında xidmətinə yaradılan şərait dövlətimizin veteranlara olan qayğısına bariz nümunədir”

Cari ilin 7 aprel tarixində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib, ümumilikdə 277 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 61 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.

Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bunu Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun, onun timsalında dövlətimizin veteranlara olan diqqət və qayğısı kimi dəyərləndirib:

 

“Şübhəsiz, daxili işlər orqanlarında xidmət etmək istəyən şəxslər sırasından seçim turunun növbəti mərhələsinə buraxılanlar içərisində  61 nəfər Vətən müharibəsi veteranının olması faktı qürurverici və təqdirəlayqidir. Bu, hər şeydən öncə dövlətimizin, o cümlədən bu dövlətin təhlükəsiziliyinin, sabitliyinin keşiyində dayanan Daxili İşlər Nazirliyinin, onun rəhbəri general-polkovnik cənab Vilayət Eyvazovun veteranlara olan diqqət və qayğısının göstəricisidir. Bu fakt bir daha sübut edir ki, dövlətimiz veteranlara, onların məşğulluq probleminin həllinə, sosial rifahının yüksəlməsinə xüsusi diqqət və həssaslıqla yanaşı, bunun üçün bütün imkan və resurslarından istifadə edir.

Mən buna görə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova öz təşəkkürümü bildirir, daxili işlər orqanlarında xidmət edəcək veteranlarımıza uğurlar arzulayıram. İnanıram ki, 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı cəsarətlə mübarizə aparan veteranlarımız, ölkəmizdə daxili asayişin qorunmasına da öz töhfələrini verəcəklər”.

Seymur ƏLİYEV

 

2022-04-08 12:32:00
1245 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı

“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində yazıb.

Hamısını oxu
Prezidentlə Fatma Səttarovanın səmimi söhbəti- Video

Prezident İlham Əliyev bu gün İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısına minnətdarlığını bildirən Fatma Səttarova deyib: Azərbaycanımın, Azərbaycan Ordusunun qəhrəman oğlu, Ali Baş Komandan, 44 günün içində o boyda dağlıq yerləri, Qarabağı aldınız. Böyük qəhrəmanlıqdır. Azərbaycan xalqı Sizinlə fəxr edir, Allah qorusun. Siz camaata ruh verdiniz, Siz camaata inam verdiniz, Siz camaata ölkə qaytardınız, Siz Vətən qaytardınız, torpağımızı qaytardınız. Prezident İlham Əliyev: Bu, bizim hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Fatma Səttarova: Bəli, hamımızın, Azərbaycan xalqının qələbəsidir. Bəli, qələbəsidir, düzdür, o qələbənin rəhbəri lazımdır, o qələbəni qazanmaqdan ötrü rəhbər lazımdır. Prezident İlham Əliyev: Bu qələbədə veteranların da payı çox olub. Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Ondan sonra da həmişə fəal olmusunuz. Sizi mən yüksək ordenlə təltif etmişəm. Fatma Səttarova: Bilirəm, çox sağ olun, Allah razı olsun. Prezident İlham Əliyev: Bu, Azərbaycan dövlətinin ən ali ordenlərindən biridir, “İstiqlal” ordenidir. Siz buna layiqsiniz. Çünki siz öz həyatınızla istiqlal ideallarımızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin sözünüz, qətiyyətli addımlarınız, dövlətçiliklə bağlı gördüyünüz işlər bizim üçün çox əzizdir və nümunədir. Fatma Səttarova: Çox sağ olun, Sizə qurban olum. Prezident İlham Əliyev: Hər zaman sizinlə və digər veteranlarla 9 May Günündə görüşəndə biz Qarabağ haqqında danışırdıq. Fatma Səttarova: Bəli, ancaq. Prezident İlham Əliyev: Qarabağ haqqında danışırdıq və mən deyirdim ki, gün gələcək biz torpaqları azad edəcəyik, bax, gün gəldi. Fatma Səttarova: Şükür, çox şükür. Sonra Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib və ona möhkəm cansağlığı arzulayıb.  

Hamısını oxu
Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamları veteranlar tərəfindən də rəğbətlə qarşılanıb

Bakı, 23 yanvar, AZƏRTAC Əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” imzaladığı sərəncamlar ölkə veteranları tərəfindən də rəğbətlə qarşılanıb. Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, veteranları məmnun edən başlıca cəhət əhalinin, xüsusilə onun aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyac duyan hissəsi sayılan pensiyaçıların rifah halının ilbəil yüksəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində olmasıdır. Bu baxımdan son qərarlar ümumən ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Təşkilata müraciət edən ölkə veteranları Prezident İlham Əliyevin bu humanist addımını yüksək qiymətləndirir, onun əmək pensiyası alan veteranların maddi durumuna müsbət təsir göstərəcəyini xüsusilə vurğulayırlar. Veteranlar, həmçinin bildirirlər ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı insanların, eləcə də aztəminatlı ailələrin sosial problemlərinin həllinə daim qayğı və diqqətlə yanaşmasının növbəti təzahürüdür. Veteranlar Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin diqqətdə saxlanacağına əminliklərini ifadə ediblər

Hamısını oxu
‘’İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir’’ mövzusunda konfrans keçirilib

Hamısını oxu