Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycanın təşkilatçılığı ilə keçirilən COP29 qlobal ekoloji fəlakətdən dönüş nöqtəsidir”

Cəlil Xəlilov: “COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşmaqdadır”

 

“COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşmaqdadır” .

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə cəlb etməklə yanaşı, həm də bu problemlərdən xilas yolunu özündə əks etdirməkdədir:

 

“COP29-un bütün bəşəriyyət üçün əsl önəmi sammit çərçivəsində artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, bu problemlərdən qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu istiqamətdə konkret qərarların qəbuludur. Yəni Azərbaycanın moderatorluğu altında keçirilən COP29 sammiti, dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaddığını dərk etdi. Habelə, dünya gördü ki, bu fəlakətdən qurtulmaq üçün ya indi kritik, fundamental addımlar atmalı, ya da öz məhvinə hazır olmalıdır”.

 

Polkovnik bildirib ki, COP29 sammitindən irəli gələn vəzifələrin təbliği istiqamətində qeyri-hökumət təşkilatları da aktiv iş aparmalıdır:

 

“Azərbaycan “yaşıl enerji”yə keçid, ekoloji mühitin yaxşılaşması, meşələrin bərpası, səhralaşma prosesinin qarşısının alınması və s. istiqamətində həm təbliğati, həm də praktiki müstəvidə mühüm addımlar atmalıdır. Bu məsələdə qeyri-hökumət təşkilatları da fəal iş aparmalı, xüsusilə media və sosial şəbəkələrdə bu ideyaların yayılması, təbliği istiqamətində ciddi aktivlik sərgiləməlidir.

 

Biz bütün bunlarla yanaşı, həm də dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında da fəal iştirak etməli, eyni zamanda Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtiylə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir”.

 

Seymur ƏLİYEV

2024-11-12 14:54:41
3243 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Sovet İttifaqı Qəhrəmanı Abbas Quliyev – Vətənpərvərliyin və fədakarlığın simvolu

II Dünya Müharibəsi dünya xalqlarını sınağa çəkdi. Bu sınaq təkcə hərbi mübarizə ilə bitmədi, eyni zamanda insanlığın qarşısında ən böyük əxlaqi və mənəvi sınağını qoydu. Azərbaycan xalqı da II Dünya Müharibəsində fədakarlıq göstərərək canlarını fəda etmişdir, digər tərəfdən isə arxa cəbhədə fəaliyyət göstərərək ölkəmizin müharibəyə dəstəyini təmin etmişlər. Bütün bu döyüşlərin və həyatın gətirdiyi ağrıların fonunda Azərbaycan xalqının qəhrəmanlıq ruhu, birlik və bərabərlik əzmi, bizə bugünkü müstəqil və inkişaf edən Azərbaycanı qurmaq üçün parlaq bir nümunə oldu. Xatırladığımız hər bir şəhid və qazimiz bizə yalnız müharibənin acı nəticələrini deyil, həm də mübarizə, azadlıq və insan hüquqlarına olan dərin hörməti öyrədir. Bu müharibə bir daha bizə göstərdi ki, xalqın birliyi və müqaviməti qarşısında heç bir çətinlik duruş gətirə bilməz. Abbas Quliyev də həmin mübarizənin qəhrəmanlarındandır. Abbas Quliyev müharibə dövründə bir çox döyüşlərdə göstərdiyi qəhrəmanlıqla xalqımıza böyük bir nümunə olmuşdur. 1916-cı ildə Naxçıvan qəzasının indiki Babək rayonu Şəkərabad kəndində dünyaya gələn Abbas Quliyev gənc yaşlarından əməksevərliyi və elmə, təhsilə olan bağlılığı ilə seçilirdi. 1930-cu ildə ibtidai məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Bakıya üz tutdu və burada fabrik-zavod şagirdliyi məktəbində oxudu. Təhsilə olan həvəsi onu 1936-cı ildə pedaqoji məktəbi bitirməyə qədər apardı. Eyni zamanda incəsənətə olan marağı onu Naxçıvan Dövlət Dram Teatrında aktyorluq fəaliyyətinə gətirdi. Lakin II Dünya Müharibəsi başlayanda o da milyonlarla sovet vətəndaşı kimi silaha sarıldı. 1942-ci ildə Topçular Məktəbini bitirib cəbhəyə yollandı. Bryansk, "Mərkəz", 1-ci Belorusiya cəbhələri, Oryol, Belqorod, Poltava, Xarkov, Donbas kimi strateji bölgələrdə, Dnepr, Visla və Oder çayları uğrundakı döyüşlərdə iştirak etdi. Varşavanın azad olunmasında göstərdiyi igidlik nəticəsində qvardiya kapitanı rütbəsinə qədər yüksəldi. 1945-ci ilin martında Almaniyanın Noyştetin şəhəri yaxınlığındakı döyüşlərdə ağır yaralanan Abbas Quliyev müalicə aldıqdan sonra həmin ilin avqustunda I dərəcəli Vətən Müharibəsi əlili kimi ordu sıralarından tərxis olundu. Abbas Quliyevin hərbi xidmətinə verilən ən böyük qiymət isə 1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi oldu. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən Visla çayı uğrunda döyüşlərdə göstərdiyi şəxsi qəhrəmanlıq və bacarığı yüksək qiymətləndirildi. Eyni zamanda o, Lenin ordeni, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Aleksandr Nevski ordeni, Qırmızı Bayraq ordeni və "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur. Müharibədən sonra da Abbas Quliyev cəmiyyət üçün çalışmaqdan vaz keçmədi. 1945-ci ildən yenidən Naxçıvan Dövlət Dram Teatrına qayıdaraq direktor vəzifəsində çalışdı. 1946–1953-cü illərdə Maarif Nazirinin müavini, Ali Sovetin Rəyasət Heyətinin katibi kimi yüksək vəzifələrdə çalışdı. Daha sonra Naxçıvan şəhər İcraiyyə Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. Əmək fəaliyyətinə və ictimai xidmətlərinə görə o, ittifaq əhəmiyyətli təqaüdçü statusu ilə təltif olunmuşdu. IV, IX və X çağırışlarda Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. Abbas Quliyevin həyat yolu müharibə meydanından mədəniyyət sahəsinə, dövlət idarəçiliyinə qədərki geniş bir spektri əhatə edir. O, həm igid döyüşçü, həm də məsuliyyətli vətəndaş kimi Azərbaycan tarixində əbədi iz buraxmışdır. II Dünya Müharibəsinin başa çatmasından 80 il keçməsinə baxmayaraq yalnız tariximizin ən qaranlıq səhifələrindən birini deyil, həm də bu səhifələrdə yazılmış qəhrəmanlıq hekayələrini, mübarizələri və döyüşləri xatırlayırıq. Biz, II Dünya Müharibəsi dövründə həyatlarını itirən hər bir şəhidin, öz torpağını qorumaq uğrunda mübarizə aparan hər bir qəhrəmanın, habelə onların ailələ üzvülərinin önündə dərin ehtiramla baş əyirik.

Hamısını oxu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1372 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 1.1. “Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: “Xalid Əhədov – Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi”; 1.2. “Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” və “Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” abzasları aşağıdakı redaksiyada verilsin: “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Elçin Əmirbəyov – Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi”; 1.3. “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin; 1.4. “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri “Aydın Kərimov – Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi” sözləri ilə əvəz edilsin; 1.5. “Kamran Əliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin: “Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov – Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi”; 1.6. “Fikrət Məmmədov” sözləri “Fərid Əhmədov” sözləri ilə, “İnam Kərimov” sözləri “Məcnun Məmmədov” sözləri ilə əvəz edilsin; 1.7. “Anar Quliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: “Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri”; 1.8. “Vüqar Süleymanov” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin: “Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri”. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 dekabr 2024-cü il

Hamısını oxu
“Mehriban Əliyeva veteranların himayədarı, cəmiyyətimizin humanizm simvoludur”

Cəlil Xəlilov: “Onun ictimai-siyasi fəaliyyəti saysız-hesabsız uğurlarla zəngindir” Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adıçəkilən vəzifəyə təyin olunmasının beşinci ildönümüdür. Xatırladaq ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mehriban Əliyevanın fəaliyyətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bildirib: “Mehriban Əliyeva veteranların himayədarı, cəmiyyətimizin humanizm simvoludur. Cəmiyyətin bütün həssas təbəqələrini, o cümlədən şəhid ailələrini, veteranları, müharibə əlillərini, aztəminatlı ailələri, bir sözlə dəstəyə, köməyə ehtiyac duyan hər kəsi diqqət mərkəzində saxlayan Mehriban Əliyeva, bu insanların sosial rifahının yüksəlməsi, onları narahat edən problemlərin həlli istiqamətində respublika miqyaslı işlər görüb, mühüm layihələr həyata keçirib. Mehriban xanımın təşəbbüsü ilə bugünə qədər səhhəti ilə bağlı müxtəlif problemlər yaşayan yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən qazi və veteran xarici ölkələrdə əməliyyat olunub, öz sağlamlıqlarına qovuşublar. Birinci vitse-prezident ölkəmizdə çoxlu sayda reabilitasiya mərkəzinin açılmasında, veteranların və şəhid ailələrinin işlə, mənzillə təmin edilməsində, onların övladlarının yüksək səviyyədə təhsil almasında mühüm rol oynayıb. Ölkə ərazisində çoxsaylı məktəblərin, xəstəxanaların inşa edilməsində də Mehriban xanımın xidmətləri əvəzsizdir. Mehriban xanım bu gün işğaldan azad edilən ərazilərimizdə geniş abadlıq-quruculuq işlərində də yaxından iştirak edir, böyük uğurlara imza atır. Şuşanın erməni faşistləri tərəfindən dağıdılan  tarixi-mədəni abidələrinin Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyef Fondu tərəfindən yüksək peşəkarlıqla bərpa edilməsi, genişmiqyaslı quruculuq işlərinin aparılması Birinci vitse-prezidentin tarixi xidmətlərindən biridir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Mehriban xanım Əliyevanı Birinci vitse-prezident kimi fəaliyyətə başlamasının beşinci ildönümü ilə bağlı təbrik edir, ona ağır zəhmət və böyük səy tələb edən fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq”.  

Hamısını oxu
ANAİB sərhədləri aşmağa davam edir!

Veteran.gov.az xəbər verir ki, ANAİB Türkiyədə təşkil olunan 7-ci İstanbul "Fellowship" proqramında iştirak edib. Hədəf, Xan, Altun, Qələm, Ağıllı bala, Mimta, Libra və Qədim Qala da daxil olmaqla ümumilikdə 8 nəşriyyat ölkəmizi təmsil edib. Həmçinin Azərcaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri və ANAİB-in sədri Şəmil Sadiq tədbirin iştirakçılarından olublar. Tədbirlə yanaşı ANAİB və TBYM (Türkiye Basım Yayın Meslek Birliği) arasında xüsusi görüş keçirilmiş, yeni əməkdaşlıqlar, tədbirin nəticələri, oktyabr ayında Azərbaycanda keçiriləcək kitab sərgisinin planı haqqında müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycan nəşriyyatlarından bir neçəsi müəllif hüquqlarını digər ölkə nəşriyyatlarına sataraq, yazıçılarımızın beynəlxalq ədəbi sferada tanınması üçün əhəmiyyətli addımlar atıblar. Qeyd edək ki, TBYM-nin təşkilatçılığı və Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığının dəstəyi ilə həyata keçirilən, 72 ölkədən 555 nəfərin qatıldığı 7-ci İstanbul "Fellowship" proqramının əsas məqsədi nəşriyyatlar arası inteqrasiyanı təmin etmək, müəllif hüquqlarının mübadiləsi əsasında nəşriyyat işinə dəstək verməkdir.  

Hamısını oxu