Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bugünün həqiqətlərini sabahkı nəsillərə çatdırmaqda belə filmlərin rolu olduqca böyükdür”

 

Məşhur Məmmədov: “Üzləşdiyimiz bəlaların bir çoxuna səbəb məhz unutqanlığımız olub”

 

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm”

 

Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən “Vətən naminə”, “Erməni vandalizmi”, “Qarabağın tarixi-dini abidələri” sənədli filmləri, o cümlədən Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Azərbaycan Bibliya Cəmiyyəti”nin sifarişi ilə ərsəyə gələn “Mənəvi borc” filmi Xəzər televiziyasında nümayiş etdirilib.

 

Ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əbədiləşdirilməsi, habelə erməni vandalizmi tərəfindən törədilən vəhşiliklərin unudulmaması baxımından bu cür filmlərin hazırlanmasının tarixi-ictimai və mənəvi əhəmiyyəti nədən ibarətdir?  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan bu filmləri xalqımız və dövlətimiz qarşısında mühüm tarixi xidmət kimi dəyərləndirmək mümkündürmü?

 

Saytımıza açıqlama verən millət vəkili Məşhur Məmmədov bu kimi filmlərin bugünümüzlə yanaşı, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

 

“Tarix sübut edir ki, bizim başımıza gələn bir çox bəlalara səbəb məhz bizim unutqanlığımız olub. Elə buna görə də tariximiz, keçmişimizlə bağlı həqiqətləri daim diqqət mərkəzində saxlamaq, onların unudulmasına yol verməmək üçün bu cür filmlərin çəkilməsi vacibdir.

 

44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyük qəhrəmanlıqlar göstərdi. Hərbçilərimiz düşmən işğalındakı torpaqları çox qısa zamanda işğaldan azad etdi. Torpaqlarımız işğaldan azad olunandan sonra bir bir daha şahid olduq ki, düşmən bu torpaqlarda böyük vəhşiliklər, dağıntılar və talanlar həyata keçirib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də sözügedən komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çəkilən filmlərdə həm xalqımızın müharibədə göstərdiyi əzm və fədakarlıq, həm də erməni faşizminin anti-insani mahiyyəti parlaq şəkildə öz əksini tapır. Bu filmlər tariximizin qorunması, olduğu kimi xatırlanması, yaşadılması üçün mühüm önəm kəsb edir. Bugünün həqiqətlərini sabahkı nəsillərə çatdırmaq üçün belə filmlərin çəkilməsi olduqca əhəmiyyətlidir. Bu cür filmlər gələcək nəsillərə imkan verəcək ki, onlar tariximizə dərindən bələd olsunlar, üzləşdiyimiz bəlalardan dərs çıxarsınlar və daim ayıq-sayıq olsunlar.

 

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm. İnanıram ki, həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də digər dövlət qurumlarının dəstəyi ilə bu cür filmlərin hazırlanması gələcək nəsillərin maariflənməsi baxımından mühüm rol oynayacaq, hər zaman gələcək nəsillərə hərbçilərimizin qəhrəmanlığından, erməni vandallarının törətdiyi vəhşiliklərdən danışacaq”.

 

Seymur ƏLİYEV

 

2021-08-25 12:10:00
1165 baxış

Digər xəbərlər

Prezident düşmənin məhv edilən və götürülən texnikalarını açıqladı

“Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası məhv edilib və hərbi qənimətlər götürülüb”. Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.   İ.Əliyev qeyd edib ki, düşmənin 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, bir Uraqan, 10 özü yeriyən artilleriya qurğusu, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, iki HHM vasitəsi, iki “S-300” kompleksinin, 25 ASA zenit raket kompleksi, dörd radio texniki maneə vasitəsi, 136 top, 56 mina atan, bir Tos-1-a sursatı və iki radiolokasiya stansiyası məhv edilib. Prezident düşməndən qənimət götürülən hərbi texnikadan da danışıb: “Düşməndən 18 tank, dörd top, 22 piyadaların döyüş maşını, 12 minaatan, dörd UAZ maşını, bir ekskavator, 27 “İqla” kompleksi, bir ZİL maşını və doqquz QAZ maşını götürülüb. Düşmənin əlində Azərbaycan silahlı qüvvələrinə aid olan bir texnika da yoxdur”.

Hamısını oxu
Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır

Hamısını oxu
Daha 109 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi

Bununla bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı işləri ildən-ilə genişlənir. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaxın bir neçə ildə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramı başa çatdırılacaq.  Nazir müavini qeyd edib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 539 mənzil verilib, digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8127 mənzil və fərdi ev verilib. V.Nəsirli bildirib ki, Nazirlik müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib.Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib. Yeni mənzillə təmin edilən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən hərtərəfli təminatlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Məmiş Abdullayevin döyüş yolu, Azərbaycan xalqının mübarizə və qələbə tarixinin bir parçasıdır

1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə hücum etdi. 1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -"Barbarossa planı" ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Məqsəd güclü, qəfil zərbə ilə sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq idi. Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hətta SSRİ-də yaşayan türkdilli xalqları -"müsəlman monqoloidləri, dağıdıcı qüvvə" hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı ki, "onlar ali irqin qullarına çevrilməlidirlər".Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi yaxın və orta Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə olunması planı"na görə Azərbaycanda idarəedici orqan - "komissarlıq" yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövləti yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.Hələ 1941-ci il martın 27-də Almaniyanın Kontinental Neft Cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı göstərişi verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə "ali irqdən" rəhbərlər də təyin edilmişdi. Onlar ucuz iş qüvvəsi hesabına maya dəyəri aşağı olacaq məhsullardan alınacaq yüksək gəliri son qəpiyinədək Almaniyaya çatdırmaq tapşırığı almışdılar.Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş mərkəzə çevirmək arzusunda idi. Sovet xalqı "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında alman faşizminə qarşı müharibəyə qalxdı. Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, "Xalq qoşunu" dəstələrinə, "Qırıcı batalyon"lara daxil olurdular. 1941-ci il iyunun 22-də Bakıda qəsbkarlara qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində könüllü olaraq cəbhəyə getmək üçün respublika HərbiKomissarlığına müraciət etdilər.Azərbaycanın vətənpərvər oğul və qızları Böyük Vətən müharibəsinin bütün cəbhələrində vuruşaraq böyük hünər və qəhrəmanlıqlar göstərdilər. Aradan illər keçməsinə baxmayaraq Azərbaycan xalqının cəsur övladlarının  adları bu gün həm ölkəmizdə, həm də azadlığı uğrunda vuruşduqları və həlak olduqları ölkələrdə əziz tutulur, xatirələri hörmətlə anılır. Sovet İttifaqı qəhrəmanı Məmiş Abdullayevin xatirəsini təkcə əzizləri, yaxınları deyil, həmcinin xalqımız igid oğlunun adını həmişə əziz tutur. İndi onun adı əbədiləşdirilib,haqqında kitablar yazılıb, qəhrəmanlığı isə müstəqil dövlətimizin əsgər və zabiti üçün örnəkdir, qəhrəmanlıq nümunəsidir. Məmiş Abdullayev hər il  xatirəsini yad etmək üçün büstü önünə çələnglər düzülür, məktəblilərə qəhrəmanın göstərdiyi şücaətlərdən danışılır.1923-cü ildə Kürdəmirin Muradxan kəndində anadan olan Məmiş Abdullayev ailənin böyük övladı olub. Başsız qalan ailəni təkbaşına dolandıran Məmiş kolxozda baş mühasibin köməkçisi işləyib. 19 yaşı olanda, yəni 1942-ci ilin iyununda isə könüllü şəkildə müharibəyə yollanıb: "Məmiş Abdullayev müharibəyə getdiyi ilk gündən özünün şücaəti ilə, təşəbbüskarlığı ilə seçilib. Moskva, Kurks ətrafı döyüşlərdə "Qırmızı ulduz", "Əmək igidliyinə görə" və digər medallarla təltif olunub. Məmiş Abdullayev hərbi xidmətə başladığı dövrdə 1-ci Belarus cəbhəsində 399-cu atıcı diviziyasında pulemyot atıcısı olub. O, faşistlərin tutduqları mövqelərin darmadağın edilməsində, Polşanın Rınesk Ostrov və Narov kəndlərinin azad olunmasında xüsusi fərqlənib. Məmiş Abdullayevin igidliyi və cəsarəti xüsusilə yadda qalmışdır. O, düşmənə qarşı aparılan döyüşlərdə yüksək peşəkarlıq və qorxmazlıq göstərərək, alayın hücumunu təmin etmişdir. Bu döyüşdə özünün şəxsi qəhrəmanlığı ilə yanaşı, həm də döyüşçü yoldaşlarına nümunə olmuş, onların da döyüş ruhunu yüksəltmişdir. Həmin döyüşdə düşmənə qarşı həyata keçirilən əks-hücumda vəzifəsini müvəffəqiyyətlə yerinə yetirən Məmiş Abdullayev böyük şücaət nümayiş etdirmişdir. Alman faşistləri üzərində qələbə əzmi ilə döyüşən həmyerlimiz 1945-ci ildə döyüşdə həlak olub. Elə həmin il mart ayının 24-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.Bu yüksək mükafat, onun cəsarətini və döyüşlərdəki sarsılmaz iradəsini təcəssüm etdirən bir qiymət idi. Sovet İttifaqı Qəhrəmanı adı verilən şəxslər müharibə dövründə ən yüksək və şərəfli titulu alırdılar və bu ad yalnız ən böyük qəhrəmanlıqları ilə tanınan şəxslərə verilirdi. Məmiş Abdullayev bu ada layiq görülmüş ilk azərbaycanlılardan biri oldu.Məmiş Abdullayevin Sovet İttifaqı Qəhrəmanı titulu ona yalnız döyüş meydanında göstərdiyi şücaətə görə deyil, həm də onun vətənə olan bağlılığı, qələbəyə olan əzm və sadiqliyi ilə bağlı idi. O, həmçinin müharibənin ağır illərində həm öz həmkarlarına, həm də gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi olmuşdur. Hərbi xidmətdəki bu böyük qəhrəmanlıq ona əbədi bir yer qazandırmışdır. Məmiş Abdullayevin adı, yalnız Sovet İttifaqı Qəhrəmanı kimi deyil, həm də bir Azərbaycan vətəndaşı olaraq da əbədiləşmişdir. Onun həyatı və müharibə dövründə göstərdiyi şücaət, Azərbaycan xalqının qəhrəmanlıq tarixinin unudulmaz səhifələrindən biri olmuşdur.Məmiş Abdullayevin döyüş yolu, yalnız bir əsgərin deyil, bütün Azərbaycan xalqının mübarizə və qələbə tarixinin bir parçasıdır. Onun döyüşdəki şücaəti, fədakarlığı və vətənə sevgisi, gələcək nəsillər üçün böyük bir miras olaraq qalır. Məmiş Abdullayevin ömür yolu, vətənpərvərlik, qəhrəmanlıq və insanlıq dəyərlərinin mükəmməl bir nümunəsidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

Hamısını oxu