Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Cənab Prezidentin xalqa verdiyi elə bir vəd yoxdur ki, onu yerinə yetirməsin”

Mahir Abbaszadə: “Azərbaycanın son dörd ildəki uğurları dövlət başçımızın uğurlu siyasi fəaliyyətinin təsdiqidir”

 

Sabah 2018-ci ilin prezident seçkilərinin dördüncü ili tamam olur. Düz dörd il bundan öncə - 2018-ci ilin 11 aprel tarixində 86,03 faiz səslə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev, bu qələbə ilə xalqın həqiqi lideri olduğunu, məhz xalqın gücünə, xalqın sevgisinə arxalanaraq fəaliyyət göstərdiyini sübut etdi.

 

Veteran.gov.az xəbər verir ki, bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Mahir Abbaszadə, 2018-ci ildən bu günə qədər Azərbaycan dövlətinin çoxsaylı uğurlara, tarixi nailiyətlərə imza atdığını vurğuladı:

 

“2018-ci ildə möhtərəm Prezident yenidən xalqın dəstəyini qazandıqdan, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab Prezident dövlətimizin gələcəyi və inkişafı ilə bağlı aydın və uğurlu siyasət həyata keçirməyə başladı. Cənab Prezident seçkilərdən sonra xalqın qarşısında çıxış edərkən ölkəmizin inkişafı ilə bağlı islahatların aaprılacağına, gənclərə dövlət idarəçiliyində daha çox yer veriləcəyinə, iqtisadi islahatları genişləndirmək, əhalinin sosial müdafiəsini gücləndirmək, digər tərəfdən uzun illərdir müddətində işağl altında qalan torpaqların azad ediləcəyi ilə bağlı vədlər verdi. Biz sonrakı dönəmdə gördük ki, cənab Prezident xalqa verdiyi bütün vədlərin hamısını yerinə yetirdi. Dövlət başçısının sərəncamları ilə ölkədə mərkəzi icra hakimiyyəti orqanlarının idarə edilməsinə gənclər gətirildi. Bununla yanaşı, dövlət başçısının rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə, şəffaflığın artırılması, büdcə vəsaitlərindən səmərəli istifadə ölkəmiz üçün prioritet məsələlər oldu. Aparılan kadr islahatları, eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri nəticəsində ilbəil Azərbaycan Respublikasında qeyri-neft iqtisadiyyatının inkişaf etməsi, dövlət büdcəsindən səmərəli istifadəsi nətiəsində ildən-ilə dövlət büdcəsinə daxil olan maliyyə vəsaitlərinin artmasına şahid olduq.

 

Möhtərəm Prezidentin apardığı siyasət nəticəsində dövlətimizin beynəlxalq aləmdəki imici də möhkəmlənməyə başladı. Xarici siyasətdə aparılan balanslaşdırma, mehriban qonşuluq siyasəti, ölkəmizdə demokratiya, insan hüquq və azadlıqlarının inkişafı nöqteyi-nəzərindən aparılan islahlartlar, bu islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi dövlətimizin dünyadakı nüfuzunun daha da artmasına səbəb oldu.

 

Cənab Prezidentin rəhbərlii ilə Azərbaycan ordusunun güclənməsi, onun maddi-texniki bazasının möhkəmlənməsi, orduda xidmət edən hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması, orduya müasir silahlarla təchiz edilməsi sayəsində də böyük işlər görüldü. Bunun sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında biz işğal altındakı torpaqlaırmızın hamısını geri qaytara bildik. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq İranla bütün sərhədlərini bərpa etdi. Ermənistanla da bütün sərhədlər bərpa olundu. Bu gün Azərbaycan beynəlxalq hüququn tamhüquqlu, müstəqil üzvü kimi fəaliyyətini uğurla davam etdirir.

 

Məlum olduğu kimi, dövlət başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə miqyası sözlə ifadə edilə bilməəcək qədər böyük quruculuq işlərinə başlamışıq. Biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da bərpasını həyata keçirəcəyik. 30 ildir ki, öz dədə-baba yurdundan ayrı düşən insanlar yenidən öz torpaqlarına qayıdıb bu torpaqlarda firavan yaşayacaqlar.

 

Cənab Prezidentin rəhbərliyi altında bu illər ərzində ölkəmizdə siyasi islahatlar da genişləndirilmişdir. Azərbaycan Respublikasının Prezident Administrasiyasında ictimai təşkilatlar və siyasi partiyalarla iş üzrə şöbə yaradılıb. Eyni zamanda, ölkəmizdə yenidən parlament seçkiləri keçirildi. Hakim Yeni Azərbaycan Partiyası islahatlara getdi və partiyanın nizamnaməsində dəyişikliklər edildi. Yeni İdarə Heyəti seçildi, rayon təşkilatlarının fəaliyyəti gücləndirildi. Bütün bunlar ölkəmizdə aparılan siyasi islahatların tərkib hissəsidir və hesab edirəm ki, bundan sonrakı illərdə də biz cənab Prezidentin rəhbərliyi altında siyasi-iqtisadi, mədəni və digər sahəsində islahalatların uğurla davam etdiriləcəyinə, Azərbaycan daha böyük uğurlara imza atacağına şahid olacağıq”.

 

Seymur ƏLİYEV

 

2022-04-10 17:47:00
1038 baxış

Digər xəbərlər

“Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər heyrətamizdir”

Cavid Osmanov: “Onlar arxa cəbhədə əsl fədakarlıq sərgiləyiblər”   “Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər sözün həqiqi mənasında heyrətamizdir” .   Bunu Veteran.gov.az-a açıqlaamsında millət vəkili Cavid Osmanov bildirib. Millət vəkili vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə, yüksək dağlıq relyefdə görülən işlərin miqyası olduqca böyükdür:   “Bu gün işğaldan azad edilən ərazilərə səfər etdikdə “Azərişıq”ASC-nin bu ərazilərdə həyata keçirdiyi böyük layihələri qürur və sevinclə izləməmək mümkün deyil. Yüksək dağların qoynunda ucalan nəhəng elektrik ötürücüləri, meşələrin üzəri ilə uzanıb gedən yüksək gərginlikli elektrik naqilləri “Azərişıq”ASC əməkdaşlarının gecəli-gündüzlü əməyindən, fədakarlığından, xalqa, vətənə olan sevgisindən xəbər verir.   Ən başlıca məqamlardan biri isə ondan ibarətdir ki, “Azərişıq”ASC bütün bu işlərə müharibədən sonra deyil, elə müharibənin gedişində başlayıb. Torpaqlarımız işğaldan azad edildikcə dövlət başçısının tapşırığına əsasən həmin ərazilərin elektrik enerjisi ilə təminatını həyata keçirən “Azərişıq” əməkdaşları, qısa zamanda sözügedən ərazilərin elektrik enerjisi ilə təminatına nail oldu. Bu, digər dövlət qurumlarının da öz fəaliyyətini daha səmərəli və optimal şəkildə təşkil etməyə, xidmət keyfiyyətini yüksəltməyə imkan verdi. Təkcə bir faktı vurğulayım ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan mədəniyyət paytaxtımız Şuşa cəmi 37 günə elektrik enerjisi ilə təmin olundu. Bütün bunlar Prezident İlham Əliyevin quruculuq siyasətinin, “Azərişıq”ASC əməkdaşlarının fədakarlığının, onların Qarabağdakı bərpa prosesinə verdiyi dəstəyin göstəricisidir. Qarabağda həyata keçirilən digər təmir-bərpa və quruculuq işlərinin fonunda reallaşan bütün bu layihələr qısa zamanda işğaldan azad edilən ərazilərimizdə həyatın əvvəlki axarına düşməsini, məcburi köçüknlərimizin öz doğma ata-baba yurdlarına qayıdışını təmin edəcək”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Xocalı soyqırmı abidəsini ziyarət etdilər

 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilmmişdir. Respublika Veteranlar Təşkilatının akt zalında baş tutmuş tədbirdə veteranlar, ziyalılar iştirak etmişdirlər. Tədbir Xocalı soyqırımı qurbanlarının və şəhidlərin ölməz xatirəsinin bir dəqiqəlik süküutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri eo general mayor Dadaş Rzayev açdı. Xocalının xalqımızın başına gətirilmiş faciələrin ən dəhşətlisi olduğunu qeyd etdi. “Erməni vandallarından və Rusiyaya məxsus 366-cı motoatıcı alayın törətmiş olduğu bu soyqrım dünya tarixində ən amansızlarından hesab edilir. Heç bir günahı olmayan dinc əhalinin vəhşicəsinə öldürülməsi, cəsədlərinin təhqir edilməsi erməni riyakarlığının, erməni xislətinin əsl simasını ortaya qoydu. Zori Balayan və onun  kimi mənfur və xəstə təfəkkürlü ermənilərin törətdiklərini insanlığa sığmır. Uşaqların amansızcasına qətlə yetirilməsi bu əsl canilik, əsl faşizm və cinayətdir. Lakin çox təssüf olsun ki ermənilərin törətmiş olduqları bu cinayətlər cəsazız qalmışdır. Həm torpaqlarımız işğal altındadır, həmdə Xocalını törədənlər öz layiqli cəzasını almamışdırlar. Amma artıq bir neçə ildir aparılan “Xocalıya Ədalət” kompaniyasında dünya içtimayyətinə həqiqətlər çatdırılır. Dünya dövlətləri Xocalıda baş verənlərin insanlıqdan uzaq olduğunu və bunun əsl soyqırım olması faktını qəbul edirlər.  Bu gün dünyanın bir sıra dövlətləri Xocalı soyqrımını tanıyır, eləcə də Amerika Birləşmiş Ştatlarının 20 ştatının Xocalı soyqrımını tanıyır. Əlbətdə bütün bunlar gərgin zəhmətin nəticəsidir, düzgün siyasətin nəticəsidir. Ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Biz inanırıq ki, heç zaman biz belə bir faciə ilə rastlaşmayacağıq çünki bizim güclü ordumuz var. Düşməni məhv etməyə qadirik. Günü-gündən qüvvətlənən ordumuz torpaqlarımızı azad edəcəkdir. Lakin bilməliyik ki, bizim erməni kimi mənfur qonşumuz var və onlar hər fürsətdə qara niyyətlərini həyata keçirməyə çalışırlar. Xocalıda ölənlərə və bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik”. Daha sonra çıxış edən digər veteranlar da Xocalı soyqrımı haqqında öz fikirlərini bölüşdülər. Tarixin dəfələrlə erməni mənfurluğunu təsdiqlədiyi və bu faciənin heç bir zaman unudulmayacağı diqqətə çatdırıldı. Tədbirin sonunda veteranlar Xocalı soyqrımı abidəsinin önünə qərənfillər düzdülər.

Hamısını oxu
Başsağlığı

Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova   Hörmətli Vilayət müəllim!   Əziziniz Çingiz müəllimin vaxtsız vəfatı münasibəti ilə ürəkdən kədərlənir, mərhumun ailəsinə dərin hüzünlə başsağlığı verir və Allahdan rəhmət diləyirik.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri Cəlil Xəlilov, Bəhram Zahidov  

Hamısını oxu
İlham Əliyev Sumqayıtda Peşə Təhsil Mərkəzinin açılışını etdi

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı mərkəzdə yaradılan şəraitlə tanış olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov Prezident İlham Əliyevə Təhsil Mərkəzi barədə məlumat veriblər.   Bildirilib ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var. Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb. Qeyd edək ki, sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib. Prezident İlham Əliyev: “Hesablayın, ümumiyyətlə, illik ümumi daxili məhsul hansı həcmdədir”. Mikayıl Cabbarov: “Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla hazırda Prezident Administrasiyasının aidiyyəti qurumları ilə hər bir bölgəmiz üçün ümumi daxili məhsulun, investisiyaların cəlb edilməsi, adambaşına düşən ümumi daxili məhsulun hamısının qiymətləndirilməsini aparırıq”. Prezident İlham Əliyev: “Bəli, qiymətləndirin. Çünki mən dəfələrlə icra başçıları ilə görüşlərdə demişdim ki, onların fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz bunlar olmalıdır – investisiyaları cəlb etmək, iş yerləri yaratmaq, eyni zamanda, rayon və şəhərlərdə gedən işlərə təkan vermək. Xatırladaq ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub”. Prezident İlham Əliyev: “Mən demişəm ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir. Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır. Təbii ki, bizim neft yataqlarımız nə vaxtsa tükənəcək. Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacağıq, çalışacağıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın. Ancaq bizim əsas gəlir mənbəyimiz olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik. Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Elədirmi?” Mikayıl Cabbarov: “Bəli”. Prezident İlham Əliyev: “Çünki biz bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi biz 300 milyon manata qənaət etmişik. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Mən fabrikin açılışında demişdim, çalışın ikinci, üçüncü xətləri də qurun ki, istehsalat artsın və biz bu məhsulu ixrac edə bilək. O vaxt da demişdim, mən elə onu istəyirəm ki, bu məhsulun hamısı ixraca getsin, Azərbaycanda heç kim siqaret çəkməsin və daxili tələbat olmasın. Amma əlbəttə ki, bu, mümkün deyil, ancaq buna çalışmalıyıq. O cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Mən deyirdim ki, tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Düzdür, siz də bilirsiniz ki, siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin. Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur. Sahəsi nə qədərdir?” Mikayıl Cabbarov: “Ümumi ərazisi 508 hektardır”. Prezident İlham Əliyev: “508 hektar, amma yəqin ki, hələ genişlənəcək”. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov: “80 faizdən çox məskunlaşıb, cənab Prezident”. Prezident İlham Əliyev: “Yaxın iki-üç ildə tam dolacaq?” Nazim Talıbov: “Bu dinamika ilə getsək bəli, yaxın iki-üç ildə tam dolacaq”. Prezident İlham Əliyev: “Ona görə yeni ərazilər lazımdır. Burada, Sumqayıtın ətrafında belə ərazilər çoxdur. Siz bəlkə o ərazilər üçün də artıq indidən plan işləyib tərtib edəsiniz ki, - o yerlərin təmizlənməsi, kommunikasiyaların çəkilməsi və digər lazımi məsələlər, - bu iş dayanmasın. Çünki xarici investorların ölkəmizə marağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin”. Mikayıl Cabbarov: “Möhtərəm cənab Prezident, biz Sizin çağırışınıza artıq sahibkarlardan reaksiya alırıq - həm Azərbaycanda, həm də ölkəmizdən kənarda fəaliyyət göstərən iş adamlarından. Baxmayaraq ki, biz hələ mövcud karantin dövründə yaşayırıq, amma əlaqə saxlanılıb, müraciətlər var. Mən güman edirəm ki, növbəti bir il ərzində bu çağırışın da real nəticələri barədə Sizə məruzə olunacaq”. Prezident İlham Əliyev: “Çox yaxşı. Eyni zamanda, əlbəttə, mən çıxışımda xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq. Qeyd olunduğu kimi, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin təxminən 85 faizində müəssisələr yaradılıb. Bu templə yaxın 2-3 il ərzində parkın ərazisi tam dolacaq. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə strategiyasının uğur göstəricisi kimi də qiymətləndirilməlidir. Strategiya özündə gələcəyə aydın baxışı və daimi inkişafı ehtiva edir”. Prezident İlham Əliyev: “Mən qeyd etdiyim kimi, Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlayın, yerləri seçin. Çünki yenə də deyirəm, belə templə ki, biz gedirik 2-3 ilə bütün bu yerlər dolacaq və 508 hektarda yer qalmayacaq. Ona görə baxın, harada biz bunu davam etdirə bilərik. Şərt deyil ki, bu əraziyə bitişik olsun, buradan bir qədər kənarda ola bilər, amma əsas odur ki, bu yerə rezident statusu veriləcəkdir. Təmizlik, kommunikasiya işlərinə bəlkə də elə bu ildən, vaxt itirmədən başlamaq olar. Çünki bu da vaxt aparacaq. Biz o zaman bu ərazini təmizləyəndə buna təqribən bir il vaxt lazım oldu. Həm təmizləmə, ondan sonra kommunikasiya işləri. Ona görə bəlkə ilin sonuna qədər müəyyən vəsait də ayrıla bilər ki, yeni seçilmiş yerdə biz bu işləri görək, növbəti investorlar artıq maraq göstərəndə vaxt itirməsinlər”. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibəti ilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar. 13:31 “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı mərkəzdə yaradılan şəraitlə tanış olub. video

Hamısını oxu