Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti millət vəkili Anar İsgəndərova başsağlığı verib

Tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Anar İsgəndərovun qardaşı Hacı Əsəd Camal oğlu İsgəndərov vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından millət vəkili Anar İsgəndərova qardaşının vəfatı ilə bağlı dərin hüzünlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!

2022-04-11 10:07:00
1135 baxış

Digər xəbərlər

İcra başçısı 20 Yanvar şəhidi Firuz Cabbarovun ailəsini ziyarət edib

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 20 Yanvar şəhidi Firuz Cabbarovun ailəsini ziyarət edib. Yanvarın 20-də “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və hüquq-mühafizə orqanlarının rəhbərləri Kəlbəcər rayonundan olan 20 Yanvar şəhidi Cabbarov Firuz Vəli oğlunun ailəsini ziyarət edib. Görüşdə Azərbaycanı dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi anılıb onların qəhrəmanlıq səlnaməsindən söz açılıbdır. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların xalqımızın qəlbinə azadlıq toxumu əkdiklərini bildirdi. RİH başçısı Azər Qocayev bildirdi ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedərək bəyanatla çıxış edib və bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. İcra başçısı çıxışında Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini və cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələrinə və əlillərinə dövlət qayğısının artdığını, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daim yaxşılaşdırıldığını diqqətə çatdırıb.Azər Qocayev bildirmişdir ki, bütün şəhidlərimiz kimi Sizin oğlunuzunda ruhu indi şaddır.Cənab prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində ölkəmiz qüdrətlənmiş və düşmənə ağır zərbələr endirərək torpaqlarımızı işğaldan azad etmişdir.Bu qələbə Ali Baş komandan cənab İlham Əliyevin iradəsi, qətiyyəti, xalqımızın birliyi və dəmir yumruğu hesabına qazanılmışdır. Görüşdə çıxış edən şəhidin atası Cabbarov Vəli ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə cənab Prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib.    

Hamısını oxu
“Sovet İttifaqı Qəhrəmanlarını gənc nəslə daha yaxından tanıdaq” adlı tədbir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 6 may 2022-ci il tarixində MMQ-nin Biləcəri qəsəbəsində yerləşən “N” saylı  hərbi hissəsində keçirilən tədbirdə iştirak ediblər. “Sovet İttifaqı Qəhrəmanlarını  gənc nəslə daha yaxından tanıdaq” adlı tədbirdə əsgərlərlə birgə MMQ-nın  şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi polkovnik Ayaz Əliyev, hərbi hissə komandirinin psxoloji təminat üzrə müavini polkovnik-leytenant Zabil Əliyev, hərbi hissənin qərargah rəisi –hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Ramil Nurəliyev, Şəxsi heyətlə iş üzrə şöbə rəisinin müavini polkovnik– leytenant Bəhruz Əsədov, ictimayyətlə əlaqələr bölməsinin rəisi İrşad Məmmədli, şəxsi heyətlə iş üzrə şöbənin baş zabiti mayor Şahlar Həsənov iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev tədbir iştirakçılarına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovun salamlarını çatdırıb, Azərbaycan xalqının faşizm üzərindəki qələbədəki roluna diqqət çəkib: “Azəbaycan vətəndaşları İkinci Dümnya müharibəsinin qələbə ilə başa çatmasında  ön və arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Ön cəbhədə vuruşan qəhrəman oğul və qızlarımızın göstərdiyi qəhrəmanlıqlar haqında kitablar yazılmış, filimlər çəkilmiş, mahnılar bəstələnmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, bu ali ada layiq görülmüş qəhrəmanlardan Gəray Əsədov, Qafur Məmmədov, əfsanəvi partizan Mehti Hüseynzadə və digər qəhrəmanların  şərəfli döyüş yolu gənc nəslə hər zaman örnək olmalıdır. Uzun illər torpaqlarımızın işğal altında olmasına baxmayaraq, ulu babalarımızdan  miras  qalmış torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  müzəffər ordumuz azad etdi. Mən çıxışımın sonunda  bir daha torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərə uca Allahdan rəhmət, qazilərə cansağlığı  diləyirəm!” Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
“Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına və milli-mənəvi dəyərlərinə sevgisinin təzahürüdür”

22 dekabr 2025-ci ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq Novxanıda təntənəli tədbir keçirilib.  İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkilatçılığı ilə baş tutan tədbirdə əfsanəvi kəşfiyyatçının abidəsi ziyarət olunub, onun həyat və döyüş yolu ilə bağlı maraqlı faktlara toxunulub. Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu və bu qəbildən olan tədbirlərin qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb: "Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına, habelə, milli-mənəvi dəyərlərinə olan sevgisinin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, illər, əsrlər keçsə də, xalq öz qəhrəmanlarını unutmur, bu qəhrəmanları hər zaman böyük hörmət və dərin ehtiram hissi ilə yad edir.  22 dekabr tarixində Novxanıda Mehdi Hüseynzadə ilə bağlı belə bir tədbirin keçirilməsi qürurverici və təqdirəlayiqdir. Bu, hərb tariximizə ehtiram əlaməti olmaqla yanaşı, həm də əsl vətənpərvərlik təbliğatı, gənc nəslə praktiki nümunədir. Bu cür tədbirlər xalqımızın qəhrəmanlıq ənənəsinin nəsildən-nəsilə ötürülməsi, onların öz tarixlərinə bələd olması, gələcəklərini tarixlərindən güc alaraq inşa etməsi baxımından həyati əhəmiyyətə malikdir. Hesab edirəm ki, qəhrəmanlarımızın yad edilməsi, onların igidliklərinin təbliği ilə bağlı bu gözəl ənənə bundan sonra da davam etdirilməli, yaşadılmalı və müqəddəs bir əmanət kimi gələcək nəsillərə ötürüməlidir”. Seymur ƏLİYEV

Hamısını oxu
Ekspert: Laçının azad olunması ərazi bütövlüyümüzün təmini edilməsi istiqamətində tarixi addımdır

Laçının azad olunması ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində atılan tarixi addımdır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, Laçının erməni işğalından azad olması bəzi məqamları ilə böyük əhəmiyyətə malikdir. Laçın 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatından sonra – həmin il dekabrın 1-də azad edilib. 44 günlük Vətən müharibəsində darmadağın olunan erməni faşizmi üç rayonu döyüşsüz azad etməyi öhdəsinə götürmüşdü ki, bunlardan da biri Laçın idi. Laçının bir güllə belə atılmadan düşmən tapdağından azad olunması heç şübhəsiz Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik qələbəsi idi. Laçının azad olunması Azərbaycanın sadəcə hərbi müstəvidə deyil, siyasi-diplomatik müstəvidə də söz sahibi olduğunu əməli şəkildə sübut etdi. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan regionun lider dövlətidir və bölgədəki hər dövlət, eləcə də Ermənistan onun iradəsi ilə razılaşmaq məcburiyyətindədir. Polkovnik Laçının hərbi əməliyyatlarsız azad edilməsinin Azərbaycana döyüş itkilərindən qaçmağa imkan verdiyini, bunun da dövlətimizin insan həyatına verdiyi önəminin göstəricisi olduğunu deyib: “Əgər Laçın da digər rayonlarımız kimi döyüşlə alınsaydı, o zaman şübhəsiz ki, düşmənlə yanaşı, biz də müəyyən itkilər verəcəkdik. Laçının dağlıq relyefini, düşmənin bu ərazidə 30 il ərzində formalaşdırdığı müdafiə sistemlərini, minalanmış ərazilərin hədsiz çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, bu itkilərdən yayınmaq mümkün olmayacaqdı. Bu baxımdan, Prezident İlham Əliyevin Laçını döyüşsüz azad etməsi heç bir itki vermədən bu ərazilərə nəzarəti təmin etməyimizə şərait yaratdı. Bu gün Laçında geniş quruculuq işləri həyata keçirilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə insanlarımız doğma yurdlarına qayıdacaq və onlara bu böyük səadəti yaşadan hər kəsi – şəhidləri, qaziləri, Ali Baş Komandanımızı sonsuzadək əbədi minnətdarlıq hissi ilə xatırlayacaqlar”.  

Hamısını oxu