Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Sovet İttifaqı Qəhrəmanlarını gənc nəslə daha yaxından tanıdaq” adlı tədbir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 6 may 2022-ci il tarixində MMQ-nin Biləcəri qəsəbəsində yerləşən “N” saylı  hərbi hissəsində keçirilən tədbirdə iştirak ediblər.

“Sovet İttifaqı Qəhrəmanlarını  gənc nəslə daha yaxından tanıdaq” adlı tədbirdə əsgərlərlə birgə MMQ-nın  şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi polkovnik Ayaz Əliyev, hərbi hissə komandirinin psxoloji təminat üzrə müavini polkovnik-leytenant Zabil Əliyev, hərbi hissənin qərargah rəisi –hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Ramil Nurəliyev, Şəxsi heyətlə iş üzrə şöbə rəisinin müavini polkovnik– leytenant Bəhruz Əsədov, ictimayyətlə əlaqələr bölməsinin rəisi İrşad Məmmədli, şəxsi heyətlə iş üzrə şöbənin baş zabiti mayor Şahlar Həsənov iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev tədbir iştirakçılarına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovun salamlarını çatdırıb, Azərbaycan xalqının faşizm üzərindəki qələbədəki roluna diqqət çəkib:

“Azəbaycan vətəndaşları İkinci Dümnya müharibəsinin qələbə ilə başa çatmasında  ön və arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Ön cəbhədə vuruşan qəhrəman oğul və qızlarımızın göstərdiyi qəhrəmanlıqlar haqında kitablar yazılmış, filimlər çəkilmiş, mahnılar bəstələnmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, bu ali ada layiq görülmüş qəhrəmanlardan Gəray Əsədov, Qafur Məmmədov, əfsanəvi partizan Mehti Hüseynzadə və digər qəhrəmanların  şərəfli döyüş yolu gənc nəslə hər zaman örnək olmalıdır.

Uzun illər torpaqlarımızın işğal altında olmasına baxmayaraq, ulu babalarımızdan  miras  qalmış torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  müzəffər ordumuz azad etdi.

Mən çıxışımın sonunda  bir daha torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərə uca Allahdan rəhmət, qazilərə cansağlığı  diləyirəm!”

Tədbirin sonunda xatirə şəkli çəkilib.

2022-05-11 08:44:00
1281 baxış

Digər xəbərlər

Hikmət Hacıyev: Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir

Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusla bağlı kəskin vəziyyət var. Ermənistan rəhbərliyi isə bununla bağlı faktları gizlətməyə çalışır. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İTV-yə açıqlamasında deyib. H.Hacıyev bildirib ki, pandemiya dövründə soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir: "Ermənistanın və işğal olunmuş ərazilərdəki həbsxana şəraitində, penitensiar müəssiələrdə qanunsuz saxlanılan soydaşlarımızın səhhəti ciddi bir müzakirə mövzusudur. Çünki istisna deyil ki, Ermənistanın bu saxlama müəssisələrində, həbsxanalarda koronavirusla bağlı acınacaqlı bir vəziyyət hökm sürür". PA rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi soydaşlarımızla bağlı məsələni həmişə gündəmdə saxlayır: "Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə əlaqədar məlumatları biz Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə alırıq. Ancaq hər fürsətdə Minsk qrupunun həmsədrləri qarşsında da daim bu məsələni qaldırırıq ki, onların azad olunması təmin olunsun". Milli.Az  

Hamısını oxu
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxaq Mərkəzin Bakı ofisində görüş keçirilib

Bir müddət əvvəl bir qrup vətəndaş cəmiyyəti institutları tərəfindən təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının dövlət qurumları və beynəlxalq təşkilatlarla işgüzar görüşləri davam edir. Bu dəfə Platforma üzvləri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) Bakı ofisinin təmsilçiləri ilə görüşüblər. Görüşdə bildirilib ki, Miqrasiya Əməkdaşlıq Platforması miqrasiya fenomeninin müxtəlif istiqamətlərində daha aktual olan məsələlərin mövcud reallığa uyğun dəyərləndirilməsi, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvür formalaşdırılması və həllinə səbəb olacaq təkliflər paketinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məqsədilə yaradılıb. Vətəndaş cəmiyyəti institutları arasında miqrasiya sahəsində koalisiyanın yaradılmasını müsbət hal kimi dəyərləndirən Mərkəzin Bakı ofisinin rəhbəri Səltənət Məmmədova bu ictimai təsisatla əməkdaşlıqda maraqlı olduğunu ifadə ediblər. Xüsusilə vurğulanıb ki, Azərbaycanda yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslər arasında keçirilən maarifləndirmə və məlumatlandırma tədbiləri, miqrant kateqoriyasına aid şəxslərin reinteqrasiyası üçün icra olunan proqramlar, həmçinin miqrasiya sahəsində təşkil olunan təlim və seminalarda qarşılıqlı iştirak və təmsilçilik tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradacaqdır. Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin inkişafında ümumi səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə həyata keçirilən təşəbbüslərdə birgə fəaliyyətin əməkdaşlıq çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb.    

Hamısını oxu
“Ermənistanı təzminat verməyə məcbur etmək, maddi itkilərlə üz-üzə qoymaq lazımdır”

Məşhur Məmmədov: “Rəsmi İrəvan etdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir”   “XİN-nin bu yöndəki səyləri alqışlanmalıdır”   "Yaxın günlərdə biz Ermənistanı İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı 30 il ərzində azərbaycanlıların hüquqlarının pozulması qəbuledilməzdir".   Bu barədə “Twitter" səhifəsində Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov yazıb.   Ermənistanın İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına, habelə, xalqımıza qarşı həyata keçirdiyi çoxsaylı cinayətlərə görə beynəlxalq məhkəməyə verilməsi, günahkarlaırn məsuliyyətə cəlb olunması, rəsmi İrəvanın etdiyi əməllərə görə təzminat ödəməsi ədalətin bərqərar olunması baxımından nə dərəcədə zəruridir?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu istiqamətdə sistemli addımların atılmasının vacibliyini vurğulayıb:   “Heç kimə sirr deyil ki, beyhnəlxalq ictimaiyyət, o cümlədən beynəlxalq təşkilatlar hər zaman ermənilərin törətdiyi cinayətlərə o qədər də diqqət yetirməyib, Ermənistanın özünü cəzasızlıq mühitində hiss etməsinə şərait yaradıb. Biz Ermənistanın xalqımıza qarşı törətdiyi çoxsaylı cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə etməli, o cümlədən beynəlxalq məhkəmələrə müraciət etməliyik. Bu baxımdan Ermənistanın İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edilməsi üçün gərəkli addımların atılması vacibdir və XİN-nin bu yöndəki səyləri alqışlanmalıdır.   Hesab edirəm ki, Ermənistanı təzminat verməyə məcbur etmək, maddi itkilərlə üz-üzə qoymaq lazımdır. Belə olarsa, Ermənistan o zaman etdiyi əməllər, törətdiyi cinayətlər haqqında daha çox düşünər. Bəlkə yalnız o zaman nəyisə anlayar, başa düşər. Görünən odur ki, onlar başqa cür başa düşmür.   Bu yöndə addımlar atmağa bizim mənəvi haqqımız çatır. Çünki illərdir ki, bu proses davam edib. Azərbaycanın torpaqlarını viran qoyan, insanlarını şəhid edən, hətta qəbirləri belə dağıdan bir dövlət mütləq beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmalıdır. Ermənistan etdiyi əməllərə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir və verəcəkdir də!”   Seymur ƏLİYEV

Hamısını oxu
“8 Noyabr” Elektrik Stansiyası – Zəfərin Enerjiyə, Qələbənin İnkişafa Çevrildiyi Milli Layihə

Azərbaycanın enerji sektorunda mühüm və tarixi bir mərhələ tamamlandı: Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının təntənəli açılışı gerçəkləşdi. Bu layihə təkcə mühəndislik və texnologiya baxımından deyil, həm də mənəvi-siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu stansiya Azərbaycanın 2020-ci ildə əldə etdiyi Şanlı Qələbənin davamı, Vətən müharibəsindəki zəfərin iqtisadi gücə və dayanıqlı inkişafa çevrilməsinin parlaq nümunəsidir. “8 Noyabr” qələbə tariximiz olmaqla yanaşı, həm də bir rəmz, bir güc, bir inkişaf yolunun başlanğıcıdır. “Bu, sadəcə bir tarix deyil. Bu, Azərbaycanın müasir tarixinin şanlı səhifəsidir,” deyə Prezident İlham Əliyev çıxışında bildirmişdir. Dövlət başçısının bu sözləri “8 Noyabr” adının təsadüfi seçilmədiyini açıq şəkildə göstərdi. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşanı azad etdi və bu gün 1880 meqavat gücündə müasir enerji nəhəngi də həmin tarixlə əbədiləşdi. Bu addım həm rəmzi, həm də strateji cəhətdən dövlət siyasətinin düşünülmüş, ardıcıl və gələcəyə yönəlik mahiyyətini ifadə edir. Azərbaycanın enerji təhlükəsizliyi dövlətin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Stansiya təkcə ölkə daxilində enerji təchizatının sabitliyini möhkəmləndirmir, eyni zamanda ixrac potensialını da artırır. Təxminən ölkə üzrə elektrik enerjisinin 15 faizini təmin edə biləcək bu nəhəng layihə Azərbaycanın enerji balansında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu stansiyanın istismara verilməsi bizə təkcə əlavə güc qazandırmır, eyni zamanda Azərbaycanın enerji ixracında sabitlik yaradır. “8 Noyabr” Elektrik Stansiyası cəmi iki il ərzində tikilərək istifadəyə verilib. Dünya praktikasında bu gücdə bir stansiyanın belə qısa zamanda istismara verilməsi nadir haldır. Bu fakt Azərbaycan dövlətinin çevik idarəçilik modelinin, təşkilati potensialının və milli texniki imkanlarının təntənəsidir. Müasir SCADA sistemləri ilə təchiz olunan stansiyada idarəetmə və nəzarət maksimum səviyyədə optimallaşdırılıb. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz bu stansiyanı iki ilə tikdik. Bu, bizim iradəmizi, texniki imkanlarımızı və təşkilati potensialımızı göstərir. “8 Noyabr” Elektrik Stansiyası yalnız güc baxımından deyil, ekoloji üstünlükləri ilə də diqqət çəkir. Ən son texnologiyalarla təchiz edilmiş stansiyada karbon emissiyalarının azaldılması istiqamətində ciddi addımlar atılıb. Bu isə Azərbaycanın Paris İqlim Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Eyni zamanda, stansiyanın fəaliyyətə başlaması ilə şərti yanacaq sərfiyyatının azalması, təbii qaza qənaət və bərpaolunan enerji layihələrinin genişlənməsi üçün zəmin yaradılır. Yeni stansiyanın Mingəçevirdə yerləşməsi təsadüfi deyil. Mingəçevir artıq illərdir ki, Azərbaycanın enerji mərkəzi kimi tanınır. Bu layihə şəhərin iqtisadi və sosial həyatına yeni nəfəs verəcək. Tikinti mərhələsində minlərlə insanın işlə təmin olunması, stansiyanın daimi fəaliyyət dövründə isə yüzlərlə mütəxəssisin işlə təmin olunması, layihənin həm texniki, həm də sosial layihə olduğunu təsdiqləyir. Stansiyanın açılışı zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq enerji əməkdaşlığından da bəhs edərək, İtaliya və Çinlə strateji tərəfdaşlığın önəmini vurğulayıb. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Çinlə isə daha çox bərpaolunan enerji sahəsində əməkdaşlıqların gücləndirilməsi gündəmdədir. Bu isə göstərir ki, Azərbaycanın enerji strategiyası təkcə daxili deyil, həm də beynəlxalq miqyasda dayanıqlı inkişaf üzərində qurulub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Mingəçevirə raket zərbələri endirməsi, enerji obyektlərini hədəfə alması faktı bir daha sübut edir ki, düşmən ölkənin planlarında Azərbaycanın enerji təminatını sarsıtmaq əsas məqsədlərdən biri olub. Lakin bu cür təhdidlər qarşısında Azərbaycan dövləti daha da güclənərək, məhz Mingəçevirdə belə bir nəhəng enerji stansiyası inşa etdi. Bu, əslində, tarixə qarşı yönəlmiş hücuma gələcək üçün verilmiş sarsıdıcı cavabdır. “8 Noyabr” Elektrik Stansiyası təkcə bir enerji layihəsi deyil bu, milli iradənin, dövlət gücünün və xalq birliyinin mühəndisliklə qovuşduğu bir məfkurə layihəsidir. Bu stansiya Zəfər Günü ilə başlayıb gələcəyə uzanan inkişaf yolunun texniki dayağı, iqtisadi dirəyi və siyasi sabitliyin təntənəsi kimi tarixə düşür. Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Azərbaycan bu gün həm enerji təminatında, həm də siyasi iradədə güclü dövlətdir. Bu gücümüzün əsas mənbəyi xalqımızın birliyidir.” “8 Noyabr” tarixə yazılmış zəfərin enerjiyə, milli iradənin isə davamlı inkişafa çevrildiyi bir nümunədir. Azərbaycanın bu uğuru təkcə regional deyil, qlobal enerji xəritəsində də öz yerini daha da möhkəmləndirir. Bu layihə göstərdi ki, Azərbaycan yalnız zəfər çalmır – o zəfəri uzunmüddətli və dayanıqlı uğura çevirir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə mühəndislər, energetiklər və iqtisadçılar üçün deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin bütün təbəqələri üçün qürurverici hadisə oldu. Xüsusilə də bu uğura ən çox sevinənlər müharibə və əmək veteranları, eləcə də Silahlı Qüvvələrin təqaüddə olan üzvləridir. Onlar yaxşı anlayırlar ki, bu günün təməlində həm zəhmət, həm də qanla yazılmış bir tarix durur. Bu stansiya əslində, müharibədəki qələbənin davamı, əmək cəbhəsindəki zəhmətin nəticəsidir. Onilliklər ərzində ölkənin müdafiəsi, quruculuğu və inkişafı naminə çalışan minlərlə vətənpərvər bu nailiyyəti böyük fəxr hissi ilə izləyir. “Biz bu zəfəri illərlə gözləmişdik, bu gün onun bəhrəsini görürük,” deyə veteranlar bildirirlər. Veteran təşkilatlarının nümayəndələri qeyd edirlər ki, “8 Noyabr” Stansiyası həm də yeni nəsillər üçün nümunədir. Necə ki, bir vaxtlar müharibə və əmək meydanlarında şücaət göstərilirdisə, bu gün həmin ənənə elm, texnologiya və dövlətçilik sahəsində yaşadılır. Zəfərin ruhu artıq yalnız tarixdə deyil – o, iqtisadiyyatda, təhsildə və sənayedə də yaşayır. Əmək veteranları bu stansiyanı “xalqın zəhmətinin abidəsi”, müharibə veteranları isə “Zəfərin davamı” adlandırır. Onların qoruduğu sabitlik bu gün böyük uğurlara çevrilir. “8 Noyabr” Elektrik Stansiyası müasir Azərbaycanın enerji ordusuna qoşulan yeni bir “əsgər”dir. O, ölkənin iqtisadi gücünü artıracaq, sosial rifahını yüksəldəcək və Azərbaycanın beynəlxalq nüfuzuna töhfə verəcək. Bu layihə həm keçmişə ehtiram, həm də gələcəyə çağırışdır.Çünki biz birlikdə güclüyük, irəliləyirik və qalibik!   Cəlil Xəlilov: Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu