Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: "Ordudakı islahatlar dövlətimizin müdafiə qüdrətini daha da artıracaq"

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı müşavirədə bir çox məsələlərlə yanaşı, ordudakı islahatlara da toxunub, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırıldığını, bu prosesin davam etdiriləcəyini bildirib.

Veteran.gov.az xəbər verir ki, bununla bağlı Azərtac-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov aparılan islahatların Azərbaycanın müdafiə qabiliyyətini daha da artıracağını vurğulayıb:

“Dövlət başçısı müşavirədəki çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılıb və bu proses gələcəkdə də davam edəcək. Ordudakı son islahatlarla bağlı diqqət çəkən məqamlardan biri də yeni qoşun növünün - Komando növünün yaradılması ilə bağlıdır. Ali Baş Komandan müşavirədə komandoların sayını ildən-ilə artıracağını bildirdi.

Hesab edirəm ki, bu islahatlar əsasən 44 günlük Vətən müharibəsinin nəticə və gedişatından qaynaqlanır. 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr işğalçılar üçün əsl kabusa çevrildi, erməni faşizminin məğlub edilməsində mühüm rol oynadı. Məhz bu baxımdan Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması, onların təchizatının, döyüş hazırlığının daha da yüksəldilməsinə xüsusi diqqət yetirilir. Komanda qoşun növünün yaradılması gerçəyi də məhz bu amillə əlaqədardır”.

Polkovnik qeyd edib ki, Azərbaycanın maliyyə imkanları, iqtisadi gücü istər Xüsusi Təyinatlı Qüvvələrdə, istərsə də Komanda qoşun növündə xidmət edən əsgərlərin sayının artırılmasına, onların təchizatının daha da gücləndirilməsinə imkan verir: “Ali Baş Komandan açıq şəkildə qeyd etdi ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması bundan sonra da həyata keçiriləcək və hərbi məsələlərin həlli üçün nə qədər maliyyə vəsaiti lazımdırsa, o qədər də vəsait ayrılacaq. Yəni hərbi məsələlərin həlli, ordudakı islahatların davam və inkişaf etdirilməsi üçün heç bir maliyyə problemi yoxdur. Dövlətimizin maliyyə imkanları, iqtisadi gücü bu islahatların dərinləşməsinə imkan verir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə biz daha güclü, daha qüdrətli orduya sahib olacağıq”.

 

2022-04-14 09:50:00
1249 baxış

Digər xəbərlər

Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir

İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhərinin Səbayıl rayonu ərazisində yerləşən 160 saylı orta məktəbdə və Nəsimi rayonu ərazisində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada “Beynəlxalq sülh” gününün qeyd ediləcəyi 2017-ci il sentyabr ayının 21-də dünyanın 60-a yaxın ölkəsinin qoşulacağı “Sülh göyərçini” mənəvi birliyə çağırş təntənəli yığıncağı keçirmişdir. Tədbirlərdə həmin təhsil ocaqlarının şagird və müəllim kollektivi, veteranlar Respublika Veteranlar Təşkilatının rəhbər əməkdaşları, Təhsil Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Nəsimi rayonu ərazisində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada baş tutan tədbiri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O demişdir: “İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan Respublikasının bu beynəlxalq tədbirdə iştirak etməsi təbiidir. Azərbaycan xalqı qələbə naminə 320 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə soydaşımız itkin düşüb. Azərbaycan xalqı İkinci Dünya müharibəsində təkcə cəbhəyə yola saldığı 700 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. Buna görə də böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə və ona ev sahibliyi etməsi onun mənəvi haqqıdır. Bu gün keçirilən təntənəli aksiya həm də xalqımızın bir daha dünyaya sülh mesajları çatdırmasıdır. Bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması da belə tədbirlər çərçivəsində dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırmalıdır. Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olmalıyıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız da dəstək verməlidir.  Mən bugünkü tədblərin təşkilində fəal iştiraklarına görə Respublika Veteranlar Təşkilatının rəhbərliyi adından İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın və Səbayil rayonu ərazisində yerləşən 160 saylı orta məktəbin rəhbərliyinə, pedoqoji kollektivinə, şagirdlərə minnətdarlığımı bildirirəm. Veteranlarımıza çox sağ olun deyirəm ki, onlar yaşlarının ahıl çağında da daim belə tədbirlərdə həvəslə iştirak edirlər”. 160 saylı orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru, əməkdar müəllim Faina Ələkbərova, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, İkinci Dünya müharibəsi veteranı Aleksandr Qritçenko, İlyas Əfəndiyev adına Elitar Gimnaziyadakı tədbirdə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva, Nəsimi rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülarə Verdiyeva çıxış etmiş, beynəlxalq sülh günündə keçirilən bu tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın məcburən müharibəyə cəlb edilməsinə baxmayaraq, daim sülh tərəfdarı olmasından və bu istəklə yaşamasından danışmışlar. Sonra hər iki təhsil ocağının şagirdləri İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad edilməsi ilə əlaqədar hazırlanmış şarları havaya buraxmışlar. Həmin gün Bakı vaxtı ilə saat 16:00 və 16:30-da hər iki təhsil ocağının nümayəndələri, veteranlar dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokanfransda iştirak etmiş, bir daha Azərbaycan Respublikasının dünyada sülhün bərqərar olması sahəsindəki dəyişməz mövqeyini və xalqımızım sülh, əmin-amanlıq istəklərini bəyan etmişlər. Videokanfranslarda hər iki təhsil ocağının direktorları, Faina Ələkbərova, Sevda Quliyeva, RVT-nin nümayəndələri, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Aleksandr Qritçenko çıxış etmişlər. Həmçinin məktəblilər sülh haqqında mahnı ifa etmişlər.

Hamısını oxu
Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatl

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - "TRT World" Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb. Milli.Az bildirir ki, kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb. "TRT World"ün müxbiri Oubai Şahbandar dünyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana - illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir. Milli.Az

Hamısını oxu
Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib

Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə növbəti ağacəkmə aksiyası təşkil olunub.Sumqayıt Bulvarı ərazisində baş tutan aksiyada Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Genişmiqyaslı aksiya çərçivəsində bulvar ərazisində 2250 ədəd zeytun ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların dibləri yumşaldılıb, suvarma və digər zəruri qulluq işləri həyata keçirilib.Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ildönümünə həsr olunan aksiya həm də özündə xüsusi rəmzi məna daşıyır. Əkilən hər bir ağac Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın, doğma torpağa sevginin, sülhün və gələcəyə inamın ifadəsidir. Bununla yanaşı, Sumqayıt Bulvarı ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası da keçirilib. Aksiya çərçivəsində vətəndaşlar plastik və şüşə tullantıları, eləcə də işlənmiş batareyaları təhvil verərək əvəzində müxtəlif ağac tingləri əldə ediblər. Tədbirin əsas məqsədi tullantıların çeşidlənməsi və təkrar emalının təşviqi, əhalinin ekoloji maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin artırılmasına ictimai dəstəyin gücləndirilməsi olub.Qeyd edək ki, son illər Sumqayıt şəhərində ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi və şəhərin estetik görünüşünün daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə Xəzər dənizinin sahilboyu ərazisində salınmış Sumqayıt Bulvarının yaşıllaşdırılması, yeni ağac və dekorativ bitkilərin əkilməsi, mövcud yaşıllıqlara mütəmadi qulluq göstərilməsi daim diqqət mərkəzində saxlanılır.Bu istiqamətdə həyata keçirilən tədbirlər şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına, sakinlərin istirahəti üçün daha əlverişli şəraitin yaradılmasına və Sumqayıtın müasir, yaşıl şəhər kimi inkişafına mühüm töhfə verir. Sumqayitxeber.com

Hamısını oxu
“İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusunda konfrans keçirilib

24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransda millət vəkilləri, ictimai-siyasi xadimlər, şəhid ailələri və veteranlar, müxtəlif dövlət qurumlarının nümayəndələri, ADPU və Odlar Yurdu Universitetinin tələbələri, şagirdlər və s. iştirak edib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsi və lokal antiterror tədbirindən bəhs edən qısa videoçarx nümayiş edilib. Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert  polkovnik Cəlil Xəlilov 27 sentyabr tarixinin önəminə toxunub: “27 sentyabr 2020-ci il Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.   Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, dövlətimizin siyasi iradəsi və uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti xüsusi əhəmiyyət daşıdı. Vətən müharibəsi dövründə Azərbaycanın haqq mövqeyinin beynəlxalq müstəvidə müdafiə olunması və dövlətimizin milli maraqlarının qətiyyətlə qorunması da Zəfər tariximizin mühüm səhifələrindəndir. Lakin bu Zəfər yalnız hərbi nəticə ilə məhdudlaşmır. Onun arxasında Azərbaycan xalqının həmrəyliyi, əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı və veteranlarımızın Vətən qarşısında xidmətlərindən gələn zəngin mənəvi irs dayanır. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Veteranlarımızın da Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasında xüsusi rolu vardır. Onlar öz həyat yolu və xidmətləri ilə Vətənə sədaqət, dövlətə bağlılıq və vətəndaş məsuliyyətinin canlı nümunəsidirlər”. Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycanı zəfərə aparan tarixi yola nəzər salıb. Millət vəkili qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı bir dövlət kimi yox olmaqdan xilas edib: “Ümummilli Liderin hakimiyyətə gəlməsi, onun çətin, mürəkkəb dövrdə atdığı addımlar Azərbaycanın bir dövlət kimi yox olmaq təhlükəsinin qarşısını aldı, müstəqilliyimizi əbədi etdi. Məhz Ulu Öndərin fədakarlığı, yürütdüyü uzaqgörən siaysət nəticəsində Azərbaycanı müstəqil bir dövlət kimi bütün dünya tanımış oldu. Ulu Öndər dövlətimizin müstəqilliyini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın inkişafını təmin etdi, Azərbaycanda peşəkar ordunun formalaşmsına nail oldu. Nəticədə, Prezident İlham Əliyev 2020-ci ildə ata vəsiyyətinə, xalqımızın və dövlətimizn maraqlarına dərin sadiqlik nümayiş etdirərək 44 günlük Vətən müharibəsində erməni ordusunu darmadağın edərək işğadakı torpaqlarımızın azadlığına nail oldu”. Konfransda çıxış edən millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev də, 8 Noyabr zəfərinin tarixi əhəmiyyətinə diqqət çəkib, zəfərə gedən yolun çətinliklərindən danışıb: “Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir. Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir. Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu ki, onlardan ilki Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan xalqı 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları işğaldakı torpaqlardan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu”. Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor  Sudeyf İmamverdiyev işğal dönəmində Azərbaycan xalqının düçar olduğunu məhrumiyyətlərə toxunub. Professor qeyd edib ki, məhz xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etdi, eləcə də 8 Noyabr zəfərinin təmini üçün ciddi zəmin formalaşdırdı. Ağsaqqallar Şurasının sədr müavini - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri profesor Vahid Novruzov 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda başa çatan 44 günlük Vətən müharibəsinin regional sülhün təmin edilməsinin önəmini vurğulayıb. Professor qeyd edib ki, məhz 2020-ci ilin 10 noyabrında Ermənistanın kapitulyasiyaya vadar edilməsi Cənubi Qafqazda etibarlı sülhün bərqərar olmasını təmin etdi. Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli Azərbaycan xalqının tarixi qəhrəmanlıq yoluna nəzər salaraq, 8 Noyabr zəfərini hərb tariximizin ən böyük, həlledici qələbələrindən biri kimi dəyərləndirib. Türk Dünyası Qadın Şairlər Birliyinin sədri Xuraman Muradova da Prezident İlham Əliyevin ldierliyi altında xalqımızın imza atdığı 8 Noyabr zəfərinin önəminə toxunub, bu zəfərin regiona sülh və ədalət gətirdiyini vurğulayıb, xalqı bundan sonra Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyə səsləyib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu