Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev: Azərbaycan Respublikasının Milli Təhlükəsizlik konsepsiyası

Müstəqil Azərbaycan dövlətinin həyatında bir çox ilklər, o cümlədən, tariximizdə ilk dəfə olaraq Milli Təhlükəsizlik konsepsiyasının təşəkkülü və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarix elmi bir mənalı şəkildə təsdiq edir ki, mövcud olan bir çox siyasi təsisatlar və  institutlar kimi, “milli təhlükəsizlik” anlayışı da cəmiyyətin və dövlətin mövcudluğu üçün son dərəcə vacib və önəmli hesab olunur. Bu baxəmdan tarix elmi sübut edir ki, “milli təhlükəsizlik” anlayışı ilk dəfə  1904-cü ildə ABŞ prezidenti Teador Ruzvelt tərəfindən “Panama kanalı” ilə bağlı konqresə ünvanlanmış məktubunda işlədilmişdir. Həmin vaxtdanda da  “təhlükəsizlik” anlayışı amerikalı politoloqların və dünya siyasətçilərinin ən çox müraciət etdiyi istilahlardan(terminlərdən) biri olmaqla, “milli mənafe” nəzəriyyəsinin ən mühim tərkib hissələrindən biri kimi şərh edilmişdir. Amerikalı sosioloqu U.Lipriman isə  “milli təhlükəsizlik” anlayışını, hər bir müstəqil dövlətin, beynəlxalq münasibətlərdə öz movcudluğunu qoruyub saxlamağın bütöv bir sistemi olduğunu əsaslandırmışdır.  SSRİ-də isə “milli təhlükəsizlik” problemi əsasən 1990-ci ilin əvvəllərindən dövriyəyə buraxılmış, SSRİ Ali Sovetinin Müdafiə və Milli Təhlükəsizlik Komitələrinin sənədlərində istifadə edilmişdir. Həmin vaxtdan da, siyasi elmin mühim kateqoriyalarından biri olaraq “təhlükəsizlik” problemi bilavasitə millətlə və dövlətlə əlaqələndirilmiş, sabit sosial-siyasi, iqtisadi, mədəni və digər vacib məsələləri, o cümlədən, dövlətin ən vacib atributlarından hesab olunan, onun mövcudluğu problemi ilə vəhdətdə öyrənilmişdir. Milli təhlükəsizlik, əslində siyasi baxımdan və təcrübədə dövlətin alternativi kimi qəbul edilir, milləti( dövləti) bütöv sistem kimi təcəssüm etdirir.  Başqa sözlə, milli təhlükəsizlik konkret tarixi şəraitdə milli mənafelərin reallaşmasını təmin edən ictimai münasibətlər, ictimai şüur, cəmiyyət institutlarını,  onların  mükəmməl fəaliyyətini və mövcud olmaq vəziyyətini ifadə etmişdir. Bu da özlüyündə şəxsiyyəti, cəmiyyəti və dövləti , onların təhlükəsizliyini təmin edən vəziyyəti ifadə edir. Millət üçün həll edici mərhələlərdə milli təhlükəsizlik cəmiyyətin, cəmiyyət üzvlərinin və dövlətin təhlükəsizliyini ifa edən vəziyyəti ehtiva edir. Buna görə də,  demokratik cəmiyyətlərdə şəxsiyyətin azadlığı və təhlükəsizliyi önə çəkilərək son dərəcə vacib hesab edilir. Başqa sözlə,  demokratik cəmiyyətlərdə millətin, dövlətin , cəmiyyətin və hakimiyyətin təhlükəsizliyi özünə məqsəd deyil, şəxsiyyətin  və dövlətin azadlığına və təhlükəsizliyinə  təminat funksiyasını ifadə edir.  Buna görə də siyasi elm “milli təhlükəsizlik” termininə izah verərək onu şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin məcmusu kimi şərh edir. Dövlət təhlükəsizliyinə cəmiyyətdə siyasi qüvvələrin və ictimai qurupların fəaliyyətinin idarə olunması, bu məqsədlə səmərəli mexanizmlərin işlənib hazırlanması, onun mövcudluğu, cəmiyyətin təhlkükəsizliyi, ictimai institutların normaların, əhalinin bütün qruplarının hüquqlarının və azadlıqlarının təmin olunması vəziyyəti, şəxsiyyətin təhlükəsizliyi isə ictimai insitutların və təşkilatların  fəaliyyətinin reallaşdırılması vasitəsi kimi qəbul edilir. Bu mühim vəzifə dövlət həyatında son dərəcə əhəmiyyətli rol oynamaqla, mahiyyət etibarı ilə milli təhlükəsizlik cəmiyyətdə müxtəlif sahələr və struktur ünsürləri arasında siyasi, iqtisadi, ekoloji,hərbi ,ideoloji  və digər kimponentləri əhatə edir.  Təsadüfi deyil ki,  ideya müəllifi Heydər Əliyev olan “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunu, milli təhlükəsizlik dedikdə- insan- onun hüquq və azadlıqları, cəmiyyət-onun maddi və mənəvi dəyərlər sistemi, dövlət-onun müstəqilliyi, suverenliyi, konstitutsiya quruluşu və ərazi bütövlüyü kimi obyektləri əhatə etdiyi vurğulanmışdır.

Bu gün müstəqil Azərbaycan Respublikasının  yaradılmasının və inkişafının əsas memarı olan Heydər Əliyev, ölkəmizdə bir çox ilklərə imza atmış görkəmli şəxsiyyət olaraq, “milli təhlükəsizlik” konsepsiyasının da yaradılmasının, bü günkü yüksək inkişafının yaradıcısı və qurucusudur. O, 1944-cü ilinin may ayından SSRİ Dövlət Təhlükəsizlik orqanlarında işə qəbul edilərək, şərəfli bir  ömür yolu keçmiş,   ömrünün sonuna qədər, bu orqanlarla bu və ya digər şəkildə sıx bağlı olmuşdur. Sovet dövründə təhlükəsizlik orqanlarında, əsasən, milli kadrlara müəyyən məhdudiyyətlər qoyulmasına baxmayaraq, Heydər Əliyev Azərbaycan SSR-nin Nazirlər Soveti yanında  Dövlət Təhlükəsizlik Komtisənin əks-kəşfiyyat xidmətinə ilk rəhbərlik edən milli kadr  olmuşdur. Burada onun müstəsna xidmətlərini, fenomen istedadını, yüksək təşkilatçılıq qabiliyyətini xüsusi olaraq, qeyd etmək vacibdir. Onun ömür yolu birmənalı şəkildə təsdiq edir ki,Heydər Əliyevin  təkrarsız istedadı və dərin məsuliyyət hissi, ağır və məsul xidmət sahəsi hesab olunan təhlükəsizlik orqanlarında onun daimi yüksəlişinə səbəb olmuşdur.  SSRİ-də, ölkənin ictimai-siyasi həyatında son dərəcə əhəmiyyətli rol oynayan Dövlət Təhlükəsizlik Komitəsində, milli kadrlara etibar edilməsi təcrübəsinə, bəlkədə, ilk dəfə Azərbaycanda rast gəlmək olar. Beləki, Heydər Əliyev 1964-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin  sədr müavini, bundan 3 il sonra isə -1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi,  məsul vəzifəyə  irəli çəkilən ilk Azərbaycanlı olmuş və ona general-mayor ali rütbəsi verilmişdir. Burada iştirak edən mütəxəsisslərin hər biri, etiraf edərlər ki, bir qayda olaraq, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi, habelə, onun müttəfiq Respublikalarda fəaliyyət göstərən qurumları zaman-zaman  yalnız daxili təlimatlar, məxfi əmrlər əsasında  fəaliyyət göstərmişdir.  Bu da  heç gizli deyil ki, sovet dövründə  təhlükəsizlik orqanlarında, bu və ya digər qanunların pozulmasına, represiyaların ildən ilə daha da sərtləşməsinə münbit şərait yaratmışdır. Apardığımız təhlillər göstərir ki, Heydər Əliyev yeganə şəxsiyyətlərdən idi ki, o,  hələ sovet dövründə represiyaları kəskin tənqid etmiş, SSRİ Ali Sovetinin  “ 20-30-cu illər represiya qurbanlarına bəraət verilməsi haqqında”  tarixi Fərmanın qəbul edilməsinin faəl təşəbbüsçülərindən biri olmuşdur. Bu mərhələdə “Üçlük”, “Beşlik”, “Yeddilik”, “Xüsusi müşavirələr”, “Hərbi tribunallar”, başqa sözlə, siyasi idarələrin kollegiyaları tərəfindən, SSRİ üzrə, ümumilikdə  3.778.234 nəfər əsassız represiyalara məruz qalmışdır ki, onlarında 79.852 nəfəri, həmin dövrdə  cəmi 3 milyona yaxın əhalisi olan Azərbaycan SSR-nin payına düşmüşdür.  Bunlarında  5.152 nəfəri günahsız olmalarına baxmayaraq, güllələnmiş, qalanları isə Sibirə sürgün edilmişdir.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə  ikinci dəfə hakimiyyətə qayıdışı, milli tariximizdə qızıl hərflərlə yazılmış məqamlarla zəngindir. Beləki onun  15 mart 1996-ci  il tarixdə “Siyasi represiya qurbanlarına bəraət verilməsi haqqında” Fərmanı mühim tarixi əhəmiyyət kəsb etmişdir. Bu Fərmanın və Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında Respublika Prokurorluğu tərəfindən 14.444 cinayət işi arxivlərdən götürülərək diqqətlə öyrənilmiş, nəticədə 25.524 nəfər şəxsə-siyasi represiya qurbanlarına bəraət verilmiş, onların təmiz adları bərpa edilmişdir.

Ulu Öndər çıxışlarında dəfələrlə keçmişi xatır­layaraq, azərbaycanlıların başına gətirilən mü­sibət­lərdə, faciələrdə, siyasi repres­siyalarda erməni qriqor­yanların, markar­yanların, to­purad­ze­lərin, Nə­ri­man Nərimanova qarşı aparılan fitnəkar­lıqlarda Mir­zoyanın, Mikoyanın, Sarkisin və baş­qa­la­rının fəal təşkilatçılıq əməllərinin   ürək ağrısı ilə qeyd edirdi... O, göstərirdi ki,  repressiyaların tüğyan et­diyi illərdə Azərbaycanın 52 rayonundan 31-nin təhlükəsizlik orqanlarının  (NKVD-nin) sədrləri erməni millətindən olan şəxslər idi. Bu funksiyaları Astarada Arake­lovun, Astarxan­bazarda(hazırki Cəlilabad), Ça­mar­di­yanın, Zəngilanda Zərgər­ya­nın, Samuxda Petrosyanın, Ma­sallıda Avanesovun, Lənkə­ran­da Mov­ses­yanın, Naxçıvanda Akopyanın, Ağacan­yanın, Ako­po­vun, Sey­da­no­vun, Zəkiya­nın, Parseqovun, İones­yanın, Şxan­yanın və başqalarının  bilavasitə rəbərliyi ilə icra edilirdi. Ulu Öndər bu faktları sadalamaqla keçmiş Dağlıq Qarabağın erməni faşistləri tərəfindən işğal altından azad olunmasını vacib sayır və  bunu ölkənin  milli təhlükəsizliyinin təmin olunmasının ən vacib atributlarından biri hesab edirdi. Ulu Öndərin layiqli siyasi varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Respublika Prezidenti, cənab İlham Əliyev onun vəsiyyətini şərəf borcu kimi qəbul edərək, bütün ölkə əhalisini bir yumruq kimi ilk dəfə olaraq, birləşdirmiş və 44 gün müddətində, Vətən torpaqlarını yağı düşməndən qəhrəmanlıqla azad etməyə nail ola bilmişdi.  Tariximizin qızıl hərflərlə yazılmış, bu şanlı  səhifəsi Şuşada, dünya azaqrbaycanlılarının beşinci qurultayı ilə özünün ən təntənəli və ən yadda qalan tarixi tədbirin keçirilməsi ilə  yaddaşlara əbədi həkk olunmuşdur. 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasında və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri bu günlər daha çox xatırlanır. Müstəqilliyimizin bərpası 18 oktyabr 1991-ci ildə  baş tutsa da, onun əsası Naxçıvanda məhz Heydər Əliyevin Ali Məclisə sədr seçilməsi ilə başlanmış və Bakıda başa çatdırılmışdır. Naxçıvanda keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, o cümlədən, Sərhəd Xidmətinin təxribatçı, pozucu fəaliyyətinin qarşısını qətiyyətlə  almaq üçün  o  , Naxçıvan Ali Məclisinin sədri olaraq,  Muxtar Respublikada ilk dəfə olaraq Təhlükəsizlik Xidmətini ləğv etmişdir. 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra-1991-ci ildən başlayaraq, milli təhlükəsizliyinin əsas məqsədləri, milli maraq çərçivəsinin hədləri və onun real olaraq həyata keçirilməsi gündəlikdə duran ən vacib məsələlərdən birinə çevrildi. Ulu Öndərin Bakıya qayıdışı,  bu vacib problemin uğurlu həllini təmin etmiş oldu. Heydər Əliyev ölkəmizdə milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərinin, vəzifələrinin, mexanizmlərinin, metod və vasitələrinin müəyyən edilməsini, bu sahədə qanunvericilik aktlarının hazırlanmasını və qəbul edilməsini, təşkilatı strukturların təşəkkülü və inkişafı üçün vacib olan əsas məsələləri öz nəzarəti altında həll etdi.  

Bu barədə təhlükəsizlik orqanlarının yubileylərində, iclaslarında, toplantılarında Heydər Əliyevin proqram əhəmiyyətli ideyalarının və onun əsas istiqamətlərinin icrasının reallaşdırılması onun vaxtsız vəfatı üzündən tam mümkün olmasa da , lakin, onun layiqli siyasi varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Respublika Prezidenti , cənab İlham Əliyevin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə uğurla həyata keçirildi.  Beləki, 27 mart 2004-cü il tarixli Fərmanla  “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında” Əsasnamə, 29 iyun 2004 tarixli qanunla  “Milli Təhlükəsizlik haqqında”, habelə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edildi. 23 may 2007-ci il tarixdə isə 2198№-li Sərəncamla “Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik Konsepsiyası” hazırlanıb, təsdiq olundu.   Bundan başqa,  8 iyun 2010-cu ildə “Azərbaycan Respublikasının Hərbi doktrinası” təsdiq edildi.  Dünya təcrübəsi  diqqətlə nəzərə alınaraq, sonralar  Milli Təhlükəszilik və Xarici Kəşfiyyat Xidmətlərinin fəaliyyəti, strukturu, maddi texniki imkanları, kadr potensialı köklü surətdə təkmilləşdirildi. 

Dünya azərbaycanlılarının beşinci- Şuşa qurultayında, eləcə də, ADA universitetində keçirilən beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Proqram əhəmiyyətli məruzələrində milli dövlət quruculuğunun, o cümlədən, milli təhlükəsizlik probleminin uğurlu həllinin əsas konturlarını müəyyən etmişdir. Bu baxımdan ölkənin yeni “Milli Təhlükəsizlik Konsepsiya”sının layihəsinin hazırlanması və təsdiq edilməsi artıq tarixi zərurətə çevrilmişdir. Bu sahədə mütəxəssis- tədqiqatçı kimi, bu gün  qeyd etməyi xüsusi ilə vacib bilirəmki, akademik Urxan Ələkbərovun bilavasitə rəhbərliyi ilə alimlərimiz bu konsepsiyanın layihəsinin hazırlanmasına öz töhvələrini verməkdə fəallıq göstərməlidirlər. 

Azərbaycan RespublikasınınPrezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının  “Siyasi idarəetmə” kafedrasının müəllimi, siyasi elmlər

 üzrə fəlsəfə doktoru,  dosent, Respublika Veteranları Təşkilatının sədri  polkovnik  Cəlil Xəlilov

 

 

2026-03-28 18:07:00
442 baxış

Digər xəbərlər

Başsağlığı

İkinci Dünya müharibəsi veteranı Qaflan Ömərovun qızı Zeynalova Nazilə Qaflan qızı haqq dünyasına qovuşub.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Nazilə Zeynalovanın vəfatından kədərləndiyini bildirir, bu münasibətlə mərhumun atası Qaflan Ömərova dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu
Ordumuzun yaranmasının növbəti ildönümünü Qarabağda, Şuşada qeyd edəcəyimizə inanıram

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-сi ildönümüdür.   Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Azərbaycan ordusunun mövcud durumu, döyüş qabiliyyəti ilə yanaşı, Silahlı Qüvvələrimizin şanlı tarixinə, keçdiyi döyüş yoluna nəzər salmağa çalışdıq.   -Cəlil müəllim, qarşıdan Silahlı Qüvvələrimizin 102-ci ildönümü gəlir.   -Ordu tariximizi 3 dövrə bölmək olar: Cümhuriyyət dövrü, sovet dönəmi və yeni müstəqillik dövrü.   Azərbaycan ordusu 1918-ci ildə yaranıb və təəssüf ki, onun ömrü də Cümhuriyyətin ömrü kimi qısa olub. Lakin buna baxmayaraq, ordumuz böyük uğurlara imza atıb. Qısa zamanda 40 min nəfərlik ordu təşkil edilib. Qarabağda erməni qiyamının yatırılmasında, ərazi bütövlüyümüzün təmin olunmasında Azərbaycanm ordusu müstəsna rol oynayıb.   Həmin vaxt Azərbaycan ordusunun Şıxlınski, Mehmandarov kimi böyük sərkərdələri olub. Ordumuz onların rəhbərliyi altında sərhədlərimizi müdafiə edib, qaçaqmalçılığa, erməni işğalına qarşı mübarizə aparıb. Lakin gənc Azərbaycan ordusu bolşevik ordusu qarşısında davam gətirə bilmədi. Fəqət Azərbaycan xalqının yaddaşında böyük qəhrəmanlıqları ilə yadda qaldı və bu gün də qürurla xatırlanmaqdadır.   -Bəs sovet dönəmində Azərbaycanda hərbi işə maraq hansı səviyyədə idi?   -Azərbaycan sovetlər dönəmində də ordu quruculuğu prosesinə öz töhfəsini verdi.   1941-1945-ci illərdə faşizmə qarşı mübarizədə azərbaycanlı hərbçilər böyük rəşadətlər göstərdilər. Azərbaycanlılardan ibarət 5 milli diviziya yaradıldı ki, bu diviziyalar böyük qəhrəmanlıqlara imza atdı. Azərbaycan hərbçiləri göstərdikləri igidliklərə görə sadəcə SSRİ-nin deyil, həm də faşizmə qarşı mübarizədə iştirak edən digər dövlətlərin orden və medallarına layiq görüldü.   Azərbaycanlıların sovet ordusunda aktivlik sərgiləməsi 60-cı illərdən başlayır. Bu dövrə qədər azərbaycanlılar əsasən təmir-tikinti işləri aparan hərbi hissələrdə xidmət edirdilər. Onlar çox vaxt dili bilmir, bu səbəbdən də strateji sahələrdə xidmətə cəlb edilmirdilər.   60-cı illərin sonunda Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra sovet ordusunda azərbaycanlıların rolu artmağa başladı. SSRİ-də bir sıra ali məkəblər olsa da, azərbaycanlılar bu məktəblərə qəbul ola bilmirdi. Rus dilini bilməməkləri onların bu məsələdəki əsas çətinliklərindən biri idi. Heydər Əliyev bu məsələdə çox böyük əmək sərf etdi, xalqımız qarşısında tarixi bir xidmət göstərdi. O, SSRİ rəhbərliyi, Müdafiə Nazirliyi ilə danışıqlar apardı. Nəticədə, Azərbaycan gənclərinin bu ali məktəblərə konqurssuz qəbul edilməsinə nail oldu.   Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, daha sonra bu liseyi bitirən şəxslərin SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsi Azərbaycanda zabit kadrlarının hazırlanmasına xüsusi təkan verdi. Bu, Heydər Əliyevin xalqımız və ordumuz qarşısındakı çoxsaylı xidmətlərindən biri idi.   -Azərbaycan ordusunun Qarabağ müharibəsi dönəmindəki fəaliyyətini necə qiymətləndirrisiniz?   -Qarabağ müharibəsi başlayanda Azərbaycanda faktiki olaraq ordu yox idi. Bir müddət könüllülər bu sahədəki boşluğu doldurmağa çalışdı. Daha sonra ordunun yardılmasına cəhd edildi. Hansı ki, həmin vaxt Rusiyada oxuyan zabitlərin bu orduya cəlb edilməsinə mane olur, müxtəlif əngəllər yaradırdılar. Xaricdə oxuyan, xidmət edən azərbaycanlı zabitlərə qarşı bir inamsızlıq var idi.   Ordunun olmaması Azərbaycana çox böyük zərbə vurdu. Ermənilər torpaqlarımızın 20%-ni işğal etdi. Onlar bu məsələdə keçmiş sovet ordusunun imkanlarından da istifadə etdilər. Həmin dönəmdə düşmənə müqavimət göstərməsin deyə azərbaycanlılardan ov silahları belə yığılmışdı. Bütün bunlar təbii ki, Qarabağın itirilməsində başlıca rol oynadı.   -Bəs bu gün Azərbaycan ordusunun mövcud durumunu, döyüş hazırlığını necə dəyərləndirirsiniz?   -Azərbaycan ordusu bu gün dünyanın ən qüdrətli orduları sırasında yer tutub. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi, ordu quruculuğu prosesinə böyük təkan verdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana böyük investisiyaların cəlb olunmasına, iqtisadi gücünün artmasına, nəticədə Azərbaycan ordusunun müasir texnika, silah-sursatla təmin edilməsinə imkan verdi. Ölkəmizdə müasir hərbi hissələr, hərbi şəhərciklər yaradıldı.   Bir müddət bundan öncə keçirilən hərbi təlimlər dünyada böyük maraq doğurdu. Bu təlimlərə NATO ölkələri də yüksək qiymət verdi. Ordumuzun dünyanın bir sıra ölkələrində sülhməramlı missiyasını həyata keçirdi və bu gün də keçirməkdədir.   Bu gün ordumuzun arsenalında müasir texnikalar, hərbi təyyarələr, raket sistemləri mövcuddur. Bu gün ölkəmizdə ali hərbi məktəblər fəaliyyət göstərir. Lakin bizim kadrlar yalnız ölkəmizdə hazırlanmır. Bizim zabitlərimiz həm də Çində, ABŞ-da, Türkiyədə, Rusiyadakı ali məktəblərdə yetişdirilir, bu ölkələrdəki təkmilləşdirmə kurslarına cəlb olunur.   2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu böyük zərbə qüvvəsinə malikdir. Həmin döyüşlər zamanı ordumuz bir həmlə ilə düşmənin müdafiə xəttini yararaq onu böyük itkilərlə üz-üzə qoydu, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Bütün bu faktlar Azərbaycan ordusunun gücündən, onun yenilməzliyindən xəbər verir.   Bu gün Azərbaycan hərbçiləri faşizm üzəridə qələbənin 75-ci ildönümü münasibəti ilə Moskvada təşkil olunan paradda iştirak etdilər. Bütün dünyaya Azərbaycan ordusunun gücünü, onun qüdrətini nümayiş etdirdilər. Hərbçilərimiz bu paradda Azərbaycan istehsalı olan silahlarla keçid etdi ki, bu da ordumuzla yanaşı, həm də hərbi sənayemizin çox böyük uğuru kimi dəyərləndirilməlidir.   -Cəlil müəllim, hərbçilərimizin sosial qayğılarının, mənzil-məişət problemlərinin həlli istiqamətində atılan addımları necə dəyərləndirirsiniz? Bu məsələdə səsləndirmək istədiyiniz hansısa təklif varmı?   -Ölkə başçısı orduya hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Orduda xidmət edən hərbçilərin sosial problemləri, mənzil-məişət məsələləri daim diqqət mərkəzindədir. Yeni hərbi şəhərciklərin salınması, ailələi zabitlərin mənzillə təmin olunması və s. bu sahəyə diqqətin böyük olduğunu göstərir.   Zabitlərimiz ordudakı xidmətlərini başa vurandan sonra da mənzillə təmin olunurlar. Hesab edirəm ki, gələcəkdə onlarla dövlət qurumları arasında daha sıx əlaqənin təmin edilməsi, bu kimi problemlərin daha çevik şəkildə, qısa zaman ərzində həllinə səbəb ola bilər.   Kiçik zabitlər 48, böyük zabitlər 53 yaşına qədər xidmət edirlər. Bunlar ehtiyata buraxılana yaxın, 6 ay öncədən hərbi hissə komandirləri, Müdafiə Nazirliyi rəhbərliyi bilir ki, bu müddətdən sonra nə qədər zabit ehtiyata buraxılacaq. Bu zabitlərin hansı rayonda məskunlaşacağı nəzərə alınmaqla, həmin rayonların icra hakimiyyətləri ilə danışmaq, onların mənzil problemini qısa zamanda həll etmək mümkündür. Düşünrəm ki, məsələlərin bu şəkildə təşkili zabitlərimizin mənzil probleminin daha effektiv həllinə gətirib çıxara bilər.   Sonda bir daha Silahlı Qüvvələrimizi, əsgər, zabit və generallarımızı, həmçinin veteranlarımızı təbrik edirəm. Ümid edirəm ki, biz ordumuzun yaranmasının növbəti ildönümünü Qarabağda, Şuşada qeyd edəcəyik.   Seymur ƏLİYEV

Hamısını oxu
Cərimə rotasını “yenilməzlər rotası”na çevirən Sovet İttifaqı Qəhrəmanı: Ziya Bünyadov!

Ziya Bünyadov 1923-cü ilin dekabr ayının 21-də Astara şəhərində,  ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi.   Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən: “Ziya Bünyadov özü haqqında dediklərindən: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsl adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm...Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned".   Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939 -cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi.  Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi.    Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada –  Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir.   O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok, Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi.   Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı. Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi.   Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı.   1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Hamısını oxu
Millət vəkili şəhid Rəşad Sadıqovun məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, millət vəkili Mahir Abbaszadə şəhid Rəşad Sadıqovun məzarını ziyarət edib. Millət vəkili sosial şəbəkədəki hesabında bu  barədə aşağıdakıları yazıb:   “Oktyabrın 30-da Şəmkirdə Vətən müharibəsi şəhidimiz Rəşad Sadıqovun məzarını ziyarət etdik. Allah rəhmət eləsin.   Rəşad Sadıqov 11 oktyabr 1978-ci ildə Laçın şəhərində anadan olmuşdur. 1995-ci ildə Şəmkir şəhəri Ə.Cavad adına orta məktəbi bitirmiş və həmin il Bakı Birləşmiş Ali Komandirlər Məktəbinə qəbul olmuşdur. 1999-cu ildə Ali təhsilini başa vurmuş və leytenant rütbəsi ilə ilk hərbi xidmətinə Naxçıvan şəhərində başlamışdır. 2019-cu ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə xidmətinə davam etmişdir. 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsində ordumuzun sıralarında yer almış, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və nəhayət Laçın rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.   Rəşad Sadıqov oktyabrın 30 da Laçın döyüşləri zamanı şəhid olub.   Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib”.   Seymur ƏLİYEV  

Hamısını oxu