Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəfərov Elyəddin Zöhrab oğlu

Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

Dərin hörmətlə anırıq! Ruhun şad olsun!

1432 baxış

Digər xəbərlər

“Bu festival Vətən müharibəsindəki qalibiyyətimizin mədəniyyət müstəvisindəki davamı və təsdiqidir”

Tamam Cəfərova: “30 il erməni işğalında qalan torpaqlarımızda yenidən milli musiqimizin sədaları eşidiləcək, Üzeyir bəyin nəfəsi duyulacaq”   Xəbər verdiyimiz kimi, 18-24 sentyabr tarixində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçiriləcək. Əsasən Bakı şəhərində təşkil olunacaq festivalın bir sıra konsert proqramları Gəncə, Ağdam və Şuşa şəhərlərində də baş tutacaq.   Bununla bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Tamam Cəfərova, bu kimi tədbirlərin ölkə paytaxtı ilə yanaşı, həm də işğaldan azad edilən rayonlarda keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb:   “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Bakı ilə yanaşı, həm də işğaldan azad edilən bəzi rayonlarımızda – Ağdam və Şuşada keçirilməsi olduqca mühüm və qürurverici bir hadisədir. Biz buna görə ilk növbədə Ali Baş Komandanımıza, şanlı Azərbaycan ordusuna, şəhidlərimizə və qazilərimizə minnətdarıq. Məhz onların səyi nəticəsində 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımız azad edildi, işğalçı Ermənistan ağır və rüsvayçı məğlubiyyətə uğradıldı. Əslində 18-24 sentyabr tarixlərində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının paytaxtımızla yanaşı, həm də işğaldan azad edilən rayonlarımızda təşkili bu tarixi qələbənin mədəniyyət müstəvidəki davamı və təsdiqidir. Məhz bu cür tədbirlər, festivallar sayəsində 30 il erməni işğalında qalan torpaqlarımzıda yenidən milli musiqimizin sədaları eşidiləcək, Üzeyir bəyin nəfəsi duyulacaq.   Mən belə mühüm və anlamlı festivalın təşkilinə görə bütün təşkilatçılara, o cümlədən hər zaman milli musiqimizin ilkinliyinin, təmizliyinin keşiyində dayanan, onun daha da zənginləşməsinə və təbliğinə səy göstərən Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna öz təşəkkürümü bildirirəm. İnanıram ki, bu festival milli musiqimizin inkişafına, onun təbliğinə böyük təkan verəcək, ölkəmizin mədəni həyatına yeni nəfəs və ruh qazandıracaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Vətən Müharibəsində iştirak etmiş daha bir əsgərimiz qazi olaraq geri dönüb. Report xəbər verir ki, haqqında bəhs edəcəyimiz qazi, 23 yaşlı Ağdaş sakini Həmdiyyə Məmmədovdur. Həmdiyyə Məmmədov sentyabrın 29-da Dəhnəxəlil kəndindən Vətən Müharibəsinə könüllü gedənlərdəndir. O, Füzuli və Cəbrayıl uğrunda, daha sonra Zəngilanda gedən ağır döyüşlərdə iştirak edib. Qubadlı istiqamətində düşmənin diversiya qrupunun qarşısını alan zaman yaralanıb.   İki qəlpə yarası alan qazi buna baxmayaraq, yenə əsgər yoldaşları ilə birlikdə döyüşü davam etdirərək, qəhrəmanlıqlar göstərib. Həmdiyyə Məmmədov döyüş başa çatandan sonra müalicə olunub. Bu gün onun ailəsinə geri dönməsi kənd sakinləri arasında böyük sevinc hissi yaşadıb. Sakinlər onun müharibədən qayıdışını sevinc və fərəh hissi ilə qarşılayıblar, qazinin gəlişi münasibətilə qurbanlar kəsilib. İndi ailənin ən böyük arzusu Həmdiyyə Məmmədov kimi bütün hərbçilərin sağ-salamat geri dönməsidir.

Hamısını oxu
Prezident İlham Əliyev türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etdi. İclasın ikitərəfli və çoxtərəfli əməkdaşlığımızla bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında etimada əsaslanan çox sıx qardaşlıq münasibətlərinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu təmasların təhlükəsizliyin və regional sabitliyin təmin olunmasındakı rolunu vurğuladı. Azərbaycanın regional əməkdaşlıq proseslərində fəal iştirak etdiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi üçün səylərin bundan sonra da davam etdiriləcəyini bildirdi. Dövlətimizin başçısı iclasda müzakirə edilən məsələlərin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Görüşdə çıxış edən qonaqlar Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirdilər və bu tədbirin ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin və sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyini vurğuladılar.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Baş prokuror Kamran Əliyevə başsağlığı verib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin anası Flora Əliyeva vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov anasının vəfatı səbəbilə bütün veteranlar adından Baş prokuror Kamran Əliyevə dərin hüzünlə başsağlığı verib, ona və mərhumun bütün doğmalarına səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu