Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tələbə-Sağlamlıq Spartakiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub

Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Tələbə-Sağlamlıq Spartakiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir.

Gənclər Evində keçirilən mükafatlandırılma mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, 3 ay ərzində davam edən yarışda iştirak edən və sonda qalib gələn komandaları təbrik etmiş, onlara tələbə və idman həyatlarında uğurlar arzulamışdır.

Sonra mükafatlandırılma mərasimində Universitet və Kolleclər arasında Ümumi kamanda hesabında keçirilən yarışlarda uğurlu nəticə göstərərək Gəncə Dövlət Universitetinin komandası 1-ci yerə layiq görülərək Baş İdarə tərəfindən kubokla təıtif olunmuşdur.

Peşə Liseyləri və Peşə Kollecləri arasında isə ümumi komanda hesabında 2 saylı Peşə Liseyinin komandası 1-ci yerə layiq görülərək kuboka sahib olmuşdur.

Həmçinin Baş İdarə tərəfindən Universitet, Kollec, Peşə məktəblərinin müəllimləri təşəkkürnamələrlə, idmançılar isə diplomlarla təltif olunmuşdurlar.

Sonda kollektiv xatirə şəkli çəkdirilmişdir.

 

2022-06-03 12:09:00
1118 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 23 iyul 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.  İclası açıq elan edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov iclas iştirakçılarını müzakirə ediləcək məsələlər haqqında məlumatlandırıb, onlara görülən işlər və qarşıda duran planlar haqqında ətraflı məlumat verib. İclasda gələn iş baş tutacaq faşizm üzərində qələbənin 80, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaranmasının 40 illik yubileyləri, o cümlədən cari ilin sentyabr ayında keçiriləcək parlament seçkiləri müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. Polkovnik Cəlil Xəlilov veteranların ölkənin ictimai-siyasi həyatında hər zaman aktiv rol oynadığını bildirib. O, veteranların qarşıdakı parlament seçkilərində də ciddi aktivlik sərgiləyəcəyinə inandığını vurğulayıb. Məlumat üçün qeyd edək ki, cari ilin 1 sentyabr tarixli növbədənkənar parlament seçkilərinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 nəfərlik müşahidəçi ilə qatılacaq.  

Hamısını oxu
DTX genefondumuzun keşiyində: Yad torpaqlarda doğma insanların ölümünə son!

Məlum olduğu kimi, Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  ictimaiyyətə verdiyi məlumatda deyilir: “Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olmuş, itkin düşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilmişdir. Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir”. DTX-nın verdiyi məlumatdan da göründüyü kimi, xeyli sayda azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub, Azərbaycandan uzaqda yad maraqlar uğrunda həyatlarından keçiblər. Bu isə sadəcə qanun pozuntusu deyil, həm də Azərbaycan xalqının genefondunun təhlükə altında olması deməkdir. Çünki gənc nəslin hər hansı səbəbdən Rusiya-Ukrayna müharibəsində yer alması, bu döyüşlərdə həyatını itirməsi Azərbaycan qanunvericiliyinə zidd olmaqla yanaşı, həm də dövlətimizin demoqrafik siaysətinə, onun müdafiə qabiliyyətinə, təhlükəsizlik maraqlarına ziddir.  Bu baxımdan DTX-nın Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarını məsuliyyətə cəlb etməsi genefondumuzun qorunması, insanlarımızın həyatının xilası baxımınan mühüm əhəmiyyətə malikdir. Onu da unutmaq olmaz ki, müharibələrdə iştirak edən şəxslərin bir çoxu döyüşlərdə ağır psixoloji travma alır, bu travmaların nəticəsi bəzi hallarda özünü mülki həyatda ən ağır formada büruzə verir. Nəticədə, bu şəxslərin bəzisi intihar edir, bəzisi isə digər şəxslərə qarşı ciddi aqressiya sərgiləyirlər. Bu baxımdan DTX-nın Rusiya-Ukrayna müharibəsində iştirak edən vətəndaşları məsuliyyətə cəlb etməsi ilk növbədə  bu şəxslərin həyatının xilasına, həmçinin, cəmiyyətin təhlükəsizliyinin təmininə xidmət edir. Bütün bunları nəzərə alaraq ehtimal etmək olar ki, DTX-nın proseslərə müdaxiləsi bu tendensiyanı əhəmiyyətli dərəcədə azaldacaq, Azərbaycan insanının yad torpaqlarda ölümünə son qoyacaq. Unutmaq olmaz ki, qanun Azərbaycan vətəndaşlarına qanunsuz silahlı birləşmələrə qatılmağı, digər ölkələrdə gedən müharibələrdə iştirak etməyi qadağan edir. Ümid edirik ki, gənclərimiz heç olmasa bundan sonra başqa ölkələrdə gedən hərbi əməliyaytlara qatılmayacaq, hər zaman hər yerdə yalnız Azərbaycanın maraq və mənafeyi uğrunda mübarizə aparacaq. Həm də qanun çərçivəsində... Seymur ƏLİYEV  

Hamısını oxu
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Təşkilatında Aprel döyüşlərinin ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki.Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları     Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları,şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 01 aprel 2026-cü il tarixində tədbir təşkil ediblər. Tədbir   Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Təşkilatın akt zalında baş tutub. “Aprel döyüşləri-böyük zəfərin başlanğıcıdır” adlı  tədbirdə  Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin   tələbə və müəllim heyəti iştirak edib. Tədbiri Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. Tədbridən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Aprel döyüşlərinin  şəhidləri və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Çıxış etmək üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. O, qeyd edib ki, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza  qələbə sevinci yaşatdı: “Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi –pisxoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü , xalqımızın birliyini, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel  döyüşləri Ermənistanın o zamana qədər yaratdığı keçilməz Ohanyan xətti ilə bağlı mifi darmadağın etdi”. Daha sonra Nəbi Hacıyev çıxış edib, Aprel döyüşləri ilə bağlı maraqlı faktlara diqqət çəkib. Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  tələbələri İsrafilov Elcan Fazil oğlu və Yusubzadə Cəsur Ravi oğlu Gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında və milli - mənəvi dəyərlərimizin təbliğindəki fəal iştirakına görə Respublika  Veteranlar Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olundular. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Abşeronda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib

Abşeron rayonunda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə RİH əməkdaşları, kollecin müəllim və tələbə kollektivi iştirak edib. Abşeron RİH aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova çıxış edərək bildiriblər ki, Azərbaycan qadını hər zaman ailə dəyərlərini hər şeydən üstün tutub və ailələrin qorunması, dağılmaması istiqamətində, sözün həqiqi mənasında, fədakarlıq göstəriblər. Lakin son zamanlar qloballaşan dünyada gənc ailələrin dağılması, boşanma hallarının sayının artması baş verir. Bu tendensiyanın ölkəmizdə də müşahidə olunduğunu vurğulayan çıxışçılar qeyd ediblər ki, dövlət bu kimi məsələləri diqqətdə saxlayır və gənc ailələrin dağılmaması, ailə institutlarının qorunması istiqamətində müxtəlif səpkili tədbirlər, layihələr həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Gənc ailələrə tövsiyələr” adlı kitabçanın hazırlandığı bildirilərək vurğulanıb ki, kitabçada milli-mənəvi dəyərlərimizə diqqət yetirilib, ailədaxili konfliktlərdən qaçma yolları və ailə bağlarının möhkəmləndirilməsi istiqamətində tövsiyələr yer alıb. Sonda tədbir iştirakçılarına sözügedən kitabça paylanılıb, müəllim və tələbə kollektivini maraqlandıran suallar cavablandırılıb.  

Hamısını oxu