Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qurban bayramı münasibətilə 100-dən çox şəhid və qazi ailəsinə bayram sovqatı çatdırılıb

Xoş missiya "Benilüks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib

 

Veteran.gov.az xəbər verir ki, Qurban bayramı münasibətilə 100-dən çox şəhid və qazi ailəsinə bayram sovqatı çatdırılıb. Xoşməramlı tədbir "Benilüks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib.

 

Məlumat üçün qeyd edək ki, istər "Benilüks Azərbaycanlıları Konqresi", istərsə də "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı mütəmadi şəkildə şəhid və qazi ailələrinə diqqət göstərməkdə, oxşar layihələr həyata keçirməkdədir. Məlum aksiyalar şəhid və qazi ailələrinə diqqət və qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyət tərəfindən də məmnunluqla qarşılanmaqda, təqdir olunmaqdadır.

 

Seymur ƏLİYEV

 

2022-07-10 16:00:00
1202 baxış

Digər xəbərlər

Ramin Bayramlı: “Vaksinasiya könüllü olacaq”

“Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq”. APA-nın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib. Bayramlı bildirib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. O qeyd edib ki, bu həftə sonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Bayramlının sözlərinə görə, risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı olan və digər xəstəliyi olan şəxslər daxildir. Bayramlı vaksinasiya prosesinin könüllü xarakter daşıyacağını da nəzərə çatdırıb: “Peyvənd olunmuş insanların donor olmasında heç bir problem olmayacaq”. Bayramlı deyib ki, hazırda tədqiqatlar 18-55 yaş qruplarını əhatə edir, gələcəkdə tədqiqatlar daha yuxarı yaş qruplarını əhatə edəcək: “Aparılan tədqiqatlar göstərir ki, indiyə qədər üçüncü fazada olan, o cümlədən COVAX platformasındakı peyvəndlərin vurulmasında mövcud hepatit və digər xəstəliyi olanlara vurulmasında hər hansı problem olmayacaq. Yanaşı xəstəlikləri olanlar və 65 yaşdan yuxarı olanlar risk qruplarıdır. Bizim ümumi yanaşmamız belədir ki, aşağı yaşlarda, o cümlədən reproduktiv yaşda olanlara vaksin vurulmasın. Bununla bağlı hazırlanan strategiyanın detalları və istehsalçının tövsiyələrini birləşdirilərək əhalimiz məlumatlandırılacaq”. TƏBİB şöbə müdiri Yaqut Qarayeva isə qeyd edib ki, peyvəndin hansı müddətdə təsirini saxlayacağı da bilinmir: “Ancaq gərək peyvənd bütün mərhələlərdən keçsin, istehsalçı da bu barədə bizə məlumat versin. Yalnız bundan sonra biz dəqiq məlumat verə bilərik”.   Ramiz Mikayıloğlu  

Hamısını oxu
Cəlil Xəlilov: “Prezidentin Müstəqillik Günündə Laçına səfəri həm də rəmzi məna kəsb edir”

Cəlil Xəlilov: “Prezidentin Müstəqillik Günündə Laçına səfəri rəmzi məna kəsb edir. Belə tarixi gündə dövlət başçımızın işğaldan azad edilən Laçına səfər etməsi, Prezidentimizin müstəqilliyimizə, ərazi bütövlüyümüzə olan ehtiramını nümayiş etdirir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvəlrə Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, səfər və həmin səfər əsnasında dövlət başçısınn verdiyi bəyanatlar dövlətimizin bugünü, gələcəyə baxışı baxımından mühüm əhəmiyyət kəsb edir: “Dövlət başçısı Laçın səfəri əsnasında rayon ərazisində bir neçə açılışlar etdi, habelə, bir çox müəssisəsinən, yaşayış məntəqəsinin təməlini qoydu. Prezident İlham Əliyev səfər əsnasında atdığı adımlar və verdiyi bəyanatlarla göstərdi ki, bu torpaqların əsl sahibi həqiqətən də Azərbaycan xalqıdır və bu xalqı öz qurub-yaratmaq eşqi ilə erməni faşizminin viran qoyduğu bu torpaqlara yenidən həyat verməyə qadirdir. Prezidentin Laçın səfəri dövlətimizin sülhə, quruculuğa verdiyi önəmi göstərdi. Bu səfər həm də göstərdi ki, post-müharibə dönəmindən sonra belə Ermənistan Azərbaycanın sülh səylərini dəstəkləmək istəmir. Lakin Azərbaycan öz sülh siyasəti və erməni faşizmini, onun terrorçuluq siyasətini ifşa etməklə, bu siyasətə bütün müstəvilərdə layiqli cavab verməklə rəsmi İrəvana sülhdən başqa bir yol qoymur. Prezident Laçın sakinləri ilə söhbətində onlara 2011-ci ildə Ağcabədidə həmin sakinlərlə görüşəndə dediyi sözləri xatırlatdı. Qeyd etdi ki, həmin vaxt əminliklə bildirmişdim ki, biz Laçına qayıdacayıq və bu gün Laçın sakinlərinin öz doğma yurduna qayıdışı bu sözün təsdiqidir”. Cəlil Xəlilov dövlətimizin işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Laçın rayonu ərazisində erməni faşizmi tərəfindən dağıdılan tarixi-mədəni abidələrin bərpasını da diqqət mərkəzində saxladığını vurğuladı: “İşğal dönəmində Ermənistan Azərbaycan ərazilərindəki minlərlə dini, tarixi, mədəni abidəni, memarlıq nümunəsini vəhşicəsinə dağıdıb, onları yararsız hala salıb. Təkcə bir faktı qeyd edək ki, ermənilər vaxtiylə işğalda saxladıqları ərazilərdə 1941-1945-ci illərə aid 37 abidəni dağıdıblar. Əvəzində İrəvanda faşizmin nökəri olan Njdeyə abidə ucaldılıb. Habelə, işğaldakı rayonlarda faşizmi, separatizmi, terrorizmi təbliğ edən qondarma abidələr inşa edib. Hansı ki, anti-insani dəyərləri, faşizmi təbliğ edən bu qondarma abidələr dövlətimiz tərəfindən haqlı olaraq sökülür. Bu gün Azərbaycan bütün regionda sülhü, təhlükəsizliyi təmin etmək üçün ciddi addımlar atır. Dövlətimizin siyasəti, Prezidentimizin qətiyyəti və ortaya qoyduğu aydın, konklret mövqe onu göstərir ki, Azərbaycan bundan sonra da regional təhlükəsizliyu təmin etmək üçün ehtiyac duyulan bütün addımları atacaqdır”.  

Hamısını oxu
Xəzər rayonunda veteranlarla görüş keçirilib

Respublika Veteranlar Təşkilatının (RVT) Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev  Xəzər rayonunda veteranlarla görüşüb.    Tədbirdə RVT-nin Xəzər  rayon təşkilatının sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Xəzər rayon İkinci Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Səfa Əliyev, 44 günlük Vətən müharibəsi iştirakçısı baş leytenant Mehman Əbdülkərimov, Birinci Qarabağ Müharibəsi veteranları  Yavər Abbasov, Pəhləvan Camalov, Əliqulu Məmmədov, Davud Ağayev, Əlibala Məmmədov və digər qonaqlar iştirak edib.   İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi  bir      dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən polkovnik Adil Haqverdiyev ordumzudakı inkişafdan, Hərbi Qənimətlər Parkından, Ali Baş Komandanın tarixi qalibiyyətimizdəki misilsiz xidmətlərindən bəhs edib.   Tədbirin sonunda Adil Haqverdiyev veteranları maraqlandıran suallara cavab verib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Operativ Qərargah: Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılır

Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 2020-ci il mayın 31-dək uzadılıb.

Hamısını oxu