Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan Ordusu bundan sonra da dünyanın ən güclü orduları sırasında yer almaqda davam edəcək”

Cəlil Xəlilov: “Prezidentin müşavirədəki çıxışı bu gerçəyin anonsudur”

“Azərbaycan Ordusu bundan sonra da dünyanın ən güclü orduları sırasında yer almaqda davam edəcək”.

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqi ordumuzun gələcək inkişafının konturlarını aydın şəkildə əks etdirdi:

“Dövlət başçısı  məlum müşavirədəki çıxışında hərbi xərclərin artmasına diqqət çəkdi və bunun zərurətdən qayanqlandığını vurğuladı. Prezident İlham Əliyev vurğuladı ki, artan xərclər yüksək texnoloji imkanlara malik müasir silahların alınmasına xərclənəcək. Bu, Azərbaycan Ordusunun modernləşdirilməsi, onun müasir silah-sursat və hərbi texnika ilə təmini proesinin bundan sonra da davam etdiriləcəyini göstərir.

Dövlət başçısının məlum çıxışı həm də onu göstərir ki, Azərbaycan dünya hərb sənayesinin ən müasir nailiyyətlərini davamlı şəkildə təqib edir və ordumuzun bu texnikalarla təmin edilməsini nəzarətdə saxlayır. Bütün bunlar onu söyləməyə imkan verir ki, Azərbaycan Ordusu yaxın gələcəkdə nəinki regiondakı lider mövqeyini qoruyub saxlayacaq, həmçinin, dünyanın ən güclü orduları siyahısında irəliləməkdə davam edəcək”.

Polkovnik Cəlil Xəlilov bildirib ki, ordumuzun yeni hərbi texnikalarla təmini dövlətimizin müdafiə qabiliyyətinin daha da yüksəlməsini təmin edəcək:

 “Şübhəsiz, ordumuzun yeni və müasir hərbi texnikalarla təchiz olunması onun daha da güclənməsinə, dövlətimizin müdafiə qabiliyyətinin yüksəlməsinə, təhlükəsizliyimizin etibarlı şəkildə təmin edilməsinə xidmət edir. Azərbaycan uzun müddət erməni faşizminin işğalına məruz qalan, bundan əziyyət çəkən bir dövlətdir və yalnız 44 günlük şanlı Vətən müharibəsindən sonra 30 illik işğala son qoyub. Yaxın tarixi keçmişimizdə başımıza gələnlər bizi daim güclü olmağa, öz hərbi potensialımızı artırmağa, hər zaman döyüşə hazır olmağa sövq edir. Biz hər zaman sülh istəyən, sülh arzulayan dövlət olmuşuq. Lakin bu da bir həqiqətdir ki, sülh istəyən hökmən müharibəyə hazır olmalıdır. Ordumuzun gücləndirilməsi istiqamətində atılan addımlar məhz bu gerçəkliyə hesbalanıb”.

 Sədr müavini Azərbaycanda hərbçi və qazilərə dövlət tərəfindən yüksək qayğı və diqqət göstərildiyini də qeyd edib:

 “Azərbaycan həbçilərə, şəhid ailələri və qazilərə göstərilən qayğıya görə dünyanın ən qabaqcıl dövlətləri sırasındadır. Dövlətimiz bu müstəvidə avanqard mövqeyə malikdir. Bu gün müharibədə əlil olan, sağlamlıq imkanlı məhdudlaşan qazilərimiz əın müasir protezlərlə - dördüncü nəsil protezlərlə təmin olunur ki, bu da onların özlərini daha rahat hiss etməsini, daha rahat şəkildə hərəkət etməsini təmin edir.

 Bu gün xidmətdə olan hərbçilər də dövlətimizin diqqət və qayğısını daim öz üzərində hiss edir. Hərbçilərin mənzil-məişət şəraiti mütəmadi şəkildə yaxşılaşır. Əksər hərbi şəhərciklərdə əsaslı yenidənqurma işləri həyata keçirilib ki, bu da hərbçilərin mənzil-məişət şəraitinin ciddi şəkildə yaxşılaşmasına səbəb olub. Bu gün ordu sıralarında qüsursuz xidmətə görə fərqlənən hərbçilərimizin mənzillə təmin edilməsi ənənəsi mövcuddur ki, bu da dövlətimizin, Ali Baş Komandanımızın  vətənin müdafiəçilərinə olan münasibətindən xəbər verir.

Bir sözlə, görülən işlər ordumuzun, onun qəhrəman hərbçilərinin dövlət qayhğısı ilə əhatə olunduğunu göstərir və bu siyasət bundan sonra da davam edəcək”.

 

2022-07-19 10:52:00
1110 baxış

Digər xəbərlər

Nəsimi Rayon İcra Hakimiyyəti aprel döyüşlərinin ildönümü ilə əlaqədar silsilə tədbirləri davam etdirir.

Bakı, 7 aprel, AZƏRTAC Nəsimi Rayon İcra Hakimiyyəti aprel döyüşlərinin ildönümü ilə əlaqədar silsilə tədbirləri davam etdirir. Növbəti tədbir kimi Nəsimi rayon məktəblilərinin iştirakı ilə “Aprel döyüşləri” dərslərinə start verilib. İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışıb. Bildirib ki, 2016-cı ilin aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstəriblər. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. Sonra 151 nömrəli məktəbin tarix müəllimi Murad İsmayılovun təqdimatında “Aprel döyüşləri” dərsinə başlanılıb. O, hazırladığı slaydla Qarabağ müharibəsi və aprel döyüşləri haqqında məktəblilərə məlumat verib. Aprel döyüşlərinin iştirakçısı olan kapitan Ramal İbrahimov aprel döyüşləri zamanı Füzuli rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad edilməsindən, burada Azərbaycan bayrağının dalğalandırılmasından danışıb. Döyüşlərin iştirakçıları olmuş polkovnik-leytenant Eldəniz Sadıqov və polkovnik-leytenant Vüqar Mirzəyev bildiriblər ki, dördgünlük müharibə zamanı Azərbaycan Milli Ordusu tərəfindən qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələr Ermənistan Silahlı Qüvvələrindən tam azad edilib. Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev bildirib ki, aprel ayında ordumuz erməni silahlı təxribatının qarşısını alaraq düşmənə sarsıdıcı zərbələr vurub və işğal edilmiş torpaqların bir hissəsini azad edib. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirib ki, Azərbaycan əsgərləri işğal altındakı minlərlə hektar torpağımızı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad ediblər. Bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq. Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Ordusu bu gün qüdrətli, müasir silah və texnika ilə tam təmin olunmuş ordudur. Aprel döyüşləri dərsində iştirak edən Nəsimi rayon məktəbliləri bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq.

Hamısını oxu
"Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclüdür"

"44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisəedilməz dərəcədə güclüdür” Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanda keçirilən “Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025” konfransında  Ermənistan Azərbaycan ordusunu üstələyə bilməz fikrinə münasibət bildirərkən deyib.  O söyləyib ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, döyüş hazırlığı, maddi-texniki bazası daha da gücləndi: "Prezident İlham Əliyev öz müsahibə və açıqlamalarında dəfələrlə qeyd edib ki, Azərbaycan Ordusu Vətən müahribəsindəki ordu deyil. Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclü, daha qüdrətlidir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan ordusu arasında onsuz da böyük olan güc balansı zamanla daha da artır və Ermənistanın bu balansı hansısa formada tənzimləməsi mümkün deyil. Məhz bu prizmadan çıxış edən Nikol Paşinyan Ermənistan ordusunun heç vaxt Azərbaycan Ordusunu üstələyə bilməyəcəyini bəyan edir və bu məsələdə haqlıdır”. Ekspert qeyd edib ki, Paşinyanın məlum açıqlaması iki dövlət arasındakı hərbi reallıqlara diqqət çəkməklə yanaşı, siyasi baxımdan da ciddi önəm kəsb edir: "Ehtimal ki, Paşinyan bu açıqlama ilə həm daxili, həm də xarici auditoriyanın diqqətinə çatdırmaq istəyir ki, İrəvanın Azərbaycanla nə zamansa yenidən hərbi müstəvidə qarşılaşmış niyyəti və potensialı yoxdur. Bu mənada Paşinyanın məlum açıqlama ilə Ermənistandakı revanşist qüvvələrə də konkret mesaj verdiyini düşünmək olar. Çox güman ki, İrəvan bütün revanşist qüvvələrə başa salmağa çalışır ki, onların arzuları ilə reallıq arasında fərq böyükdür və bu məkirli niyyətlər heç vaxt reallaşmayacaq. İstənilən halda Paşinyanın sözügedən açıqlaması regional sülh və təhlükəsizlik baxımından anlaşılandır və özündə mövcud reallıqları əks etdirir”. Şahanə Ziyad Azxeber.com  

Hamısını oxu
Baş Prokurorluğun rəhbərliyi ilə “Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir

Xəbər verildiyi kimi, 22 aprel 2021-ci il tarixdə 24 nəfərdən ibarət Azərbaycan Respublikası prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri tərəfindən yığıncaq keçirilərək “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin təsis edilməsi barədə qərar qəbul olunmaqla, yığıncaqda birliyin İdarə heyəti formalaşdırılaraq hüquqi ünvanı müəyyən edilmişdir.  Qeyd olunmalıdır ki, Birliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasının prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərinin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların sosial, mənzil-məişət problemlərinin həlli, sağlamlıqlarının möhkəmləndirilməsi, o cümlədən qanunla nəzərdə tutulmuş digər maddi və mənəvi yardımların göstərilməsi istiqamətində əməli köməklik göstərilməsi və digər məsələlərdən ibarətdir. Bu gün Baş Prokurorluğun rəhbərliyi ilə 30 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir.  Tədbirdə giriş nitqi ilə çıxış edən Baş Prokuror Kamran Əliyev Birliyin fəaliyyətə başlaması münasibətilə veteran və pensiyaya çıxmış əməkdaşları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamış, hazırkı dövrədək prokurorluq orqanlarından yaşa görə 18-i qadın olmaqla 381 nəfərin təqaüdə çıxdığını qeyd etmişdir. Kamran Əliyev zəngin təcrübəyə malik prokurorluğun veteran və pensiyaçılarının bilik və bacarıqlarını prokurorluq orqanlarında çalışan gənc əməkdaşlarla bölüşməyin vacibliyini vurğulamışdır. Tədbirdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən veteran və pensiyaya çıxmış prokurorluq işçilərinə daimi diqqətin əsas prioritet məsələlərdən biri olduğu qeyd edilməklə, Birliyin fəaliyyəti nəticəsində bundan sonra da veteran və pensiyaya çıxmış işçilərin hər cür sosial və məişət problemlərinə xüsusi qayğının göstəriləcəyinə əminlik ifadə olunmuşdur. Göstərilən gündəlik diqqət və qayğıya görə prokurorluğun veteran və pensiyaçıları adından minnətdarlığını bildirən Birliyin sədri  Seyfulla Aslanov ölkəmizdə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında fəal iştirak edərək prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcəklərini ifadə etmiş, prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində iştirak edəcəklərini vurğulamışdır. Sonda xatirə fotoşəkli çəkdirilmişdir.  

Hamısını oxu
“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”

“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan işğal dönəmində misilsiz vəhşiliklər törədib, həm sosial infrastrukturu, həm də təbiəti məhv edib: “Ermənistan 30 ilik işğal dönəmində insanlıq tarixində misli-bərabəri olmayan talan və dağıntılar törədib, yüzlərlə yaşayış məntəqəsini sözün həqiqi mənasında yox edib. Evlər, məscidlər, qəbiristanlıqlar, sosial infrastruktur, sənaye və kənd təsərrüfatı müəssisələri, hətta tarixi abidələr də məhv edilib. Bununla yanaşı, erməni faşizmi təbiətə də böyük zərər verib, torpaq örtüyünü, su hövzələrini, meşələri məhv edib, sıradan çxıarıb. Bütün bunlara görə Ermənistanın təzminat ödəməsi vacibdir. Bu, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn tələbidir. Bütün dünyada bu praktika mövcud olub və bu gün də mövcuddur. Odur ki, Azərbaycan haqlı olaraq Ermənistandan vurulan zərərə görə tam təzminat tələb edir və bu tələb yerinə yetirilənə qədər dövlətimiz öz mübarizəsini davam etdirəcək”. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra silahlanmaya böyük vəsaitlər ayıran Ermənistan, silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir: “Ermənistan öz havadarlarının köməyi ilə Vətən müharibəsindən sonra sürətli silahlanma siyasəti həyata keçirməkdədir. Fransa, Hindistan, ABŞ, Yunanıstan və s. ölkələrdən müxtəlif silah-sursatlar, hərbi texnikalar alınır, Ermənistan ordusunun yenidən qurulmasına böyük vəsaitlər sərf olunur. Bütün bunlar onu göstərir ki, Errmənistan sülh deyil, yeni qarşıdurmalar haqqında düşünür. Lakin yaxşı olardı ki, silah idxalına milyonlar sərf edən rəsmi İrəvan Azərbaycana təzminat ödəmək haqqında fikirləşsin. Çünki Azərbaycan Qarabağı azad etdiyi kimi, təzminat məsələsində də sona qədər qərarlılıq nümayiş etdirəcək və öz istəyinə nail olacaq”. Seymur ƏLİYEV

Hamısını oxu