Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“30 avqust Zəfər bayramı Türkiyə kimi Azərbaycan üçün də müqəddəs gündür”

Cəlil Xəlilov: “Türk xalqı hər zaman tarixin sınağından üzüağ çıxmağı bacarıb”

 

“30 avqust Zəfər bayramı Türkiyə kimi Azərbaycan üçün də müqəddəs gündür”.

 

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 30 avqust tarixində türk xalqı Böyük Mustafa Kamal Atatürkün rəhbərliyi altında bir kəs daha öz milli kimliyini təsdiq edib, düşmənlərə öz gücünü, qüdrətini göstərib:

 

“1922-ci ilin 30 avqust tarixində Mustafa Kamal Atatürkün rəhbərliyi ilə düşmən üzərində həlledici qələbə edən türk xalqı, bununla böyük tarixi zəfərə imza atdı. Türk xalqının 30 avqust zəfəri bütün dünyaya göstərdi ki, türkü məğlub etmək, əsarət altına almaq, onun azadlığına qəsd etmək mümkün deyil. Düşmənlərə öz gücünü, qüdrətini qanlı hərb meydanında bir kəs daha göstərən türk xalqı, bununla əzəli-əbədi yenilməzliyə malik olduğunu növbəti dəfə isbatlamış oldu.

 

XX əsrin 20-ci illərində böyük uğurlara imza atan qardaş Türkiyə, bu gün – XXI əsrin 20-ci illərində böyük dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hərbi, siyasi, iqtisadi baxımdan ciddi uğurlar əldə etməkdədir.  Bu gün türk ordusu dünyanın ən qüdrətli orduları sırasındadır və dünyanın ən böyük, aparıcı dövlətləri belə rəsmi Ankara ilə hesablaşmaq, onun mövqeyini nəzərə almaq məcburiyyətindədir.

 

Şübhəsiz, Azərbaycan qardaş Türkiyənin uğurları ilə fəxr edir, onun hər bir müvəffəqiyyətindən qürur hissi keçirir.

 

Mən 30 avqust Zəfər bayramı münasibəti ilə bütün türk dünyasını təbrik edir, türk xalqına ən  xoş arzularımı bildirirəm”.

 

2022-08-30 12:23:00
1725 baxış

Digər xəbərlər

3 dekabr-Beynəlxalq Əlillər Günü Nəsimi rayonunda qeyd edilib

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları -  şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 2 dekabr 2022-ci il tarixində  Nəsimi rayonunda Beynəlxalq Əlillər Günü ilə bağlı tədbirdə iştirak ediblər. Tədbirdə Nəsimi rayon VT-nin sədri Validə Vəliyeva,”Dovlət və Qanun ”qəzetinin Baş redaktoru, AJB üzvü Yasəmən Möhübbətqızı, qazilərdən Quluyev Xəyyam, Qasımov Şəhriyar və digər qonaqlar iştirak edib. Tədbiri  Nəsimi rayon VT-nın sədri  Validə Vəliyeva açıb. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sorna çıxış edən Adil Haqverdiyev Respublika  Veteranlar  Təşkilatının  sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarıa çatdırıb. Polkovnik Adil Haqverdiyev 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı RVT-nın  keçirdiyi sağlamlığını itirmiş qazilərlə görüşdən söz açıb. Onların hər zaman dovlətin diqqtində olduğunu vurğulayıb: “Torpaqlarımızın düşmən tapdağından azad edilməsində öz sağlamlıqlarını  itirmış qazilərimizin qarşısında baş əyirəm. Uca Allahdan şəhidlərimizə rəhmət,q azilərimizə cansağlığı arzulayıram”. RVT HİK –nin sədri Nəbi Hacıyev rəhbərlik etdiyi qurumun əllilyi olan veteranlara  göstərdiyi xidmətlərdən danışıb, bir neçə tədbir iştirakçılarına Heydər Əliyev Sarayında keçiriləcək “Gələcəyə İşıqlı Yollar” adlı konsertdə iştirak  etmək üçün konsert bileti təqdim edib. Əmək veteranı Yasəmən Möhübbətqızı əlillərə yaradılan dövlət qayğısından bəhs edib. Dövlət qayğısını həyata keçirməli olan qurumların bu sahəyə məsuliyyətlə yanaşdıqlarını, əlillərin istirahəti, müalicəsi,evlə, işlə təminatı ilə ciddi məşğul olduqlarını qeyd edib. Tədbirdə Birinci Qarabağ Müharibəsi veteranları, ATU-nin dosenti Əməkdar Həkim Taryel Eyvazov və İbrahim Dağlı RVT-nin  medalları ilə təltif ediliblər. Tədbir çay süfrəsi ətrafında davam edib, xatirə şəkli çəkilib.    

Hamısını oxu
Bərdəyə atılan raket erməni faşızmin təzahürlərindən biridir.

Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə etdiyi qanlı hücumda biri 2 yaşında olmaqla, dörd mülki insan həyatını itirib, 13 nəfər yaralanıb.İşğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistanın bu qanlı hücumlarına beynəlxalq təşkilatlar və onların havadarları səssizlik nümayiş etdirməktədir. Bütün dünya bilməlidir ki, Bərdəyə atılan raket erməni faşızmin təzahürlərindən biridir. Hər bir vicdanlı insan Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləməlidir, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq. 26 oktyabrda elan edilən atəşkəsə baxmayaraq, Ermənistanın Azərbaycandakı münaqişə zonası xaricindəki mülki yaşayış məntəqələrinə qarşı davam etdiyi bütün ümumbəşəri və mənəvi dəyərləri tapdayan hücumları heç bir halda qəbul edilə bilməz. Hər kəs bilməlidir ki, bizim savaş xalqın iradəsidir və Azərbaycan xalqı Prezidentinin, cənab İlham Əliyevin yanındadır! Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından qanlı cinayətin qurbanı olan vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyir. QARABAĞ AZƏRBAYCANDIR!

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir

Respublika Veteranlar Təşkilatının Mərkəzi Aparatı əməkdaşlarının, veteranların və ziyalıların iştirak etdiyi anım mərasimi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti və abidə önünə Respublika Veteranlar Təşkilatı adından əklil qoyulması ilə başlandı. Anım mərasimi Respublika Veteranlar Təşkilatının inzibati binasının akt zalıda davam etdirilidi. Tədbiri giriş sözü ilə Təşkilkatın sədri, general polkovnik Tofiq Ağahüseynov açdı. Ulu Öndərin və Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda  canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tofiq Ağahüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzsiz xidmətlərindən söhbət açaraq dedı: “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi  bir dövrü məhz Azərbaycan xalqının ümumilli lideri, ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini  zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Azərbaycanın 1969-cu ildən sonrakı dövrü tarixə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-1982-ci illərdə  ictimai həyatın  bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir”. T.Ağahüseynov həmçinin ulu öndərlə bağlı xatirələrini bölüşdü. Onun üçün vətənin və xalqın ən ali məqam olduğunu bildirdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov çıxışında ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan xalqı qarşısındakı tükənməz xidmətindən danışdı. Cəlil Xəlilov: “Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Heydər Əliyev bu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi yazılıb”. Daha sonra çıxış edən veteranlar ulu öndər Heydər Əliyevin gördüyü işlərdən danışıb, eləcə də, ümümmilli liderlə bağlı xatirələrini bölüşüblər. Veteranlar ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyduqlarını bildiriblər.

Hamısını oxu
“31 Mart soyqırımı erməni xislətinin, onun amansızlığının ən bariz nümunəsidir”

Cəlil Xəlilov: “44 günlük Vətən Müharibəsində baş verənlər Ermənistanın soyqırım siyasətindən əl çəkmədiyini göstərir”   Qarşıdan 1918-ci ilin 31 Mart soyqırımının növbəti ildönümü gəlir. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mart soyqırımının erməni xislətinin əsl mahiyyətinin dərk edilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “31 Mart soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir. Bu soyqırımının miqyas və mahiyyətini anlamaq üçün sadəcə bir faktı diqqətə çatdırım ki, 31 Mart soyqırımı respublikamızın əksər şəhər və rayonlarını əhatə edib. Bakı, Quba, Şamaxı, Lənkəran və s. kimi şəhərlərdə ermənilər xalqımıza qarşı kütləvi qırğınlar həyata keçirib, qadın, uşaq, qoca demədən qarşılarına çıxan hər kəsi amansızcasına qətlə yetiriblər.   Bu baxımdan, 31 Mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir.   44 günlük Vətən müharibəsində ermənilərin Gəncə, Bərdə, Tərtər və s. səhərləri raket zərbələrinə məruz qoyması, dinc insanları qətlə yetirməsi Ermənistanın xalqımıza qarşı tarixi soyqırım siyasətindən imtina etmədiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan hər zaman olduğu kimi XXI əsrdə də, öz məkirli niyyətlərini gerçəkləşdirmək üçün qeyri-insani üsul və vasitələrdən istifadə etməkdən belə çəkinmir, bütün dünyanın gözü qarşısında soyqırım siyasətini davam etdirməyə çalışır. Hansı ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu düşmənin bu qorxunc niyyətinin qarşısını aldı, işğalçıları darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Məhz “Dəmir yumruq” sayəsində Ermənistan geri çəkilməli, kapitulyasiya sazişini imzalamalı oldu.   Şübhəsiz, bu gün bütün beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri Ermənistanın tarixi soyqırım siyasətini qınamalı, bu cinayətlərə görə onun hüquqi müstəvidə cəzalanmasını təmin etməlidir. Yalnız beynəlxalq ictimaiyyətin birgə səyi, aparıcı dövlətlərin pinsipial münasibəti, beynəlxalq təşkilatların qətiyyətli mövqeyi nəticəsində bütün insanlıq üçün təhlükə kəsb edən bu cür hallara son qoymaq, belə cəhdlər qarşısında etibarlı sədd çəkmək mümkündür. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımları mahiyyət etibarı ilə bütün bəşəriyyətə qarşı töprədilən cinayətdir və bu cinayətə yol verənlərin cəzalanmasında bütün bəşəiyyət maraqlı olmalıdır ”.   Seymur ƏLİYEV

Hamısını oxu