Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ermənistan ordusunun biabırçı görüntüləri yayıldı

Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib. Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib. Azərbaycan ordusunun Ermənistanın hərbi mövqelərinə vurduğu zərbənin görüntüləri erməni əsgərlər tərəfindən lentə alınıb. Görüntülərdə əsgərlərin artilleriya hücumuna məruz qalmış avtomobillərdəki yanğının söndürülməsinə cəhd etdiyi, lakin mümkün olmadığı bəlli olur. Əsgərlər yanğını ən primitiv üsullarla dəf etməyə çalışır. Bu da Ermənistan ordusunun texniki cəhətdən nə qədər pis və köhnə təchiz edildiyinin bariz nümunəsidir. Zümrüd

2020-07-14 00:00:00
3989 baxış

Digər xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə aprel döyüşləri ilə bağlı kitab çap edilib

Veteran.gov.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə araşdırmaçı jurnalist-publisist Aida Eyvazlı Göytürkün 2016-cı ildə Aprel zəfərini qazanan qəhrəmanlarımıza həsr etdiyi ikicildlik "Qalibiyyət: şahidlər və şəhidlər " kitabı yenidən işıq üzü gördü.   Bu kitab Qələbəmizin ilk qaranquşları olan Aprel Şəhidlərimizə, Aprel Qalibiyyətinə həsr olunub. 2 cilddən ibarət kitabın 1-ci cildi 424 səhifə, ikinci cildi 440 səhifədir. Kitabda Aprel döyüşlərində həlak olan şəhidlərimizin həyatına dair ətraflı həyat hekayətləri, eləcə də Aprel döyüşlərinin şahidlərinin gözləri ilə gördükləri döyüş səhnələri, Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə görüşləri yer alıb. Kitabdakı həyat hekayətlərinin içərisində qədim Azərbaycan tarixi, tariximizin məşəqqətli səhifələri, savaş tarixləri, zəfərləri, tarix boyu itirdiyimiz torpaqlar , görkəmli şəxsiyyətlər haqqında dəyərli məlumatlar da mövcuddur.  "Qalibiyyət: şahidlər və şəhidlər " ikicildliyi Azərbaycan və Türk dünyasının qəhrəmanlıq tarixini özündə əks etdirir.   Kitab Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələrinə pulsuz hədiyyə ediləcəkdir.   Seymur ƏLİYEV

Hamısını oxu
Bir neçə rayonda veteranlarla silsilə görüşlər keçirilib

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmaq məqsədi ilə həyata keçirdiyi  “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsi  çərçivəsində may ayının 22-də İsmayıllı, 23-də Oğuz, 24-də isə Qax rayonlarında müharibə veteranları ilə görüşlər keçirdib. Müharibə vetereanlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə keçirilən görüşlərdə Birinci və İkinci Qarabağ Müharibəsi iştirakçıları və qazilər,  adı çəkilən rayonların icra hakimiyyətlərinin əməkdaşları, QHT sədrləri də iştirak ediblər. Görüşlərdən əvvəl layihənin fəaliyyət planına əsasən hər rayonda müharibə veteranları arasında sorğular keçirilib.               Yüksək səviyyədə təşkil olunmuş görüşlər zamanı aparılan müzakirələrdə ən çox diqqət və qayğıya ehtiyacı olan, Azərbaycan dövlətinin daim diqqət mərkəzində olan müharibə veteranlarının rifahının daha da yüksəldilməsi məqsədi ilə səmərəli və dəyərli təkliflər irəli sürülüb.  Adı çəkilən kateqoriyadan olan şəxslər bu gün üzləşdikləri problemləri səsləndiriblər. 4 aylıq layihə çərçivəsində ictimai birlik görüşlər zamanı əldə olunmuş təklifləri və aparılmış sorğuların nəticələrini ümumiləşdirərək, təklif və tövsiyyələr hazırlayıb, müvafiq dövlət qurumlarına təqdim edəcəkdir.    Layihə rəhbəri “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədr müavini polkovnik Cəlil Xəlilov maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilati dəstəyə görə İsmayıllı, Oğuz və Qax rayonlarının icra hakimiyyətlərinin başçılarına dərin təşəkkürünü bildirib.  

Hamısını oxu
“Sülh göyərçini” aksiyası çərçivəsində 246 nömrəli məktəb-liseydə tədbir keçirilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə sentyabrın 20-də Binəqədi rayonundakı 246 nömrəli məktəb-liseydə Beynəlxalq Sülh Günü ilə bağlı tədbir təşkil edib. AZƏRTAC xəbər verir ki, 60-dək ölkənin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış aksiyası çərçivəsində keçirilən tədbirdə Respublika Veteranlar Təşkilatının rəhbərliyi, İkinci Dünya müharibəsi veteranları, təhsil ocağının şagird və müəllim kollektivi, Təhsil Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək deyib ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbəyə mühüm töhfələr vermiş Azərbaycan bu beynəlxalq təşəbbüsdə fəal iştirak edir. Xalqımız bu müharibədə 340 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə azərbaycanlı itkin düşüb. Azərbaycan xalqı faşizm üzərində Qələbənin qazanılmasına mühüm töhfələr verib. Bu tədbirdə məqsəd həm də dünyaya sülh mesajları çatdırmaqdır. Belə tədbirlər Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından da əhəmiyyətlidir. Bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız dəstək verməlidir. Sonra məktəbin rəhbərliyi, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar çıxış edərək tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın müharibə vəziyyətində yaşamasına baxmayaraq, daim sülh tərəfdarı olmasından danışıblar. Daha sonra şagirdlər İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad etmək üçün hazırlanmış şarları havaya buraxıblar. Tədbir iştirakçıları dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokonfrans vasitəsilə Azərbaycanın dünyada sülhün bərqərar olması ilə bağlı mövqeyini və xalqımızın əmin-amanlıq istəklərini bir daha bəyan ediblər. Sonda məktəblilərin ifasında sülh haqqında mahnı təqdim olunub.

Hamısını oxu
XƏZƏRİN SAHİLİNDƏN ŞƏRƏF CƏLİLİ İLƏ ...

Hamısını oxu