Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Dövlət başçısının Vladimir Timoşenkoya göstərdiyi etimad, həm də veteranlarımıza və Təşkilatımıza verilən qiymətdir”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü Vladimir Vasilyeviç Timoşenkonu “Şöhrət” ordeni ilə təltif edib.

 

Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu münasibətlə Vladimir Timaşenkonu təbrik edib, həmçinin, dövlət başçısına veteranlara göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib:

 

“Öncə Təşkilatımızın Rəyasət Heyətinin üzvü Vladimir Timaşenkonu “Şöhrət” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edir, ona ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq.

 

Vladimir Timaşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha dövlət başçımızın veteranlara, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən şəxslərə qarşı necə böyük diqqət və həssaslıqla yanaşdığını göstərir. Buna görə bütün veteranlar, o cümlədən Təşkilatımız adından dövlət başçısına öz təşəkkürümüzü bildiririk.

 

Prezidentimizin Vadimir Timoşenkoya verdiyi bu qiyməti ümumilikdə veteranlara, habelə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına verilən qiymət hesab edirəm. Əminliklə bildirirəm ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Fatma Səttarovanın rəhbərliyi altında dövlət maraqlarımızın müdafiə edilməsi, gənc nəslin vətənpərvərlik tərbiyəsinin güclənməsi, onların milli maraqların müdafiəsinə köklənməsi, Ali Baş Komandanın ətrafında birləşməsi istiqamətindəki fəaliyyətini əzmlə davam etdirəcək, hər zaman dövlət başçısının etimadına layiq olmağa çalışacaqdır”.

2022-11-25 23:41:00
961 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir

  İkisahil.TV-nin bugünkü qonağı Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdur - Cəlil müəllim, döyüş meydanında əldə etdiyimiz tarixi Qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir. Bununla bağlı nə deyərdiniz? - Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu gün veteranlarımız dövlət başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Qətiyyətlə deyərdim ki, dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gəlməyə imkan verir. - Uzun müddət bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq, təcavüzlə bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Təəssüf ki, ikili standartlar bu gün də davam edir… - Elədir. Hələ bugünədək biz bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb etsinlər ki, bu problemin həlli yolu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən keçir və heç olmasa Ermənistanı çağırırıq ki, bu qətnamələrin tələblərini yerinə yetirsin. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyon insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk qrupu təcavüzkarın adını indiyə kimi çəkməmişdir. Zaman göstərdi ki, onların fəaliyyəti bəzi Avropa ölkələri, təşkilatları kimi, ikili standartlara söykənib. Onların səriştəsiz fəaliyyəti nəticəsində torpaqlarımız uzun illər işğal altında qaldı. Artıq məlum olduğu kimi onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Bunun əksinə olaraq isə Azərbaycan dövləti hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə məcbur etdik. Reallıq bundan ibarətdir. - Bildiyimiz kimi, sülhməramlı qüvvələrin qarşısına qoyulan məqsəd münaqişə tərəfldərinin lokal və böyük qarşıdurmasının qarşısını almaqdır. Bu gün Rusiya sülhməramlıları üzərlərinə götürdükləri vəzifələri yerinə yetirə bilirlərmi? - 2020-ci ilin 10 noyabr Bəyanatında açıq şəkildə qeyd olunub ki, Rusiya sülhməramlıları yerləşdikləri ərazidə bu cür təxribatlara yol verməməli, onların qarşısını qətiyyətlə almalıdırlar. Lakin təəssüflər olsun ki, biz hələ də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilərin mövqelərimizə atəş açmasına, yeni təxribatlara cəhd etməsinə şahid oluruq. Üçtərəfli Bəyanatın şərtləri yerinə yetirilməyib, bu günə qədər də Qarabağdan erməni silahlıları çıxarılmayıb. Sülhməramlıların əsas yerinə yetirməli olduğu missiya bu idi. Əksinə, Ermənistandan Qarabağ ərazisinə silahlıların keçməsi faktı təsdiqləndi. Bundan başqa, digər ölkə vətəndaşları və maşınları yüklə birlikdə Azərbaycanın icazəsi olmadan Qarabağ ərazisinə daxil olurdu. Bunların hamısı faktlardır. Amma zamanla da yoluna qoyulur. İstər 44 günlük Vətən müharibəsi, istərsə də savaşdan sonra erməni təxribatlarının qarşısının qətiyyətlə alınması göstərir ki, Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü, mülki və hərbi vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək. Bu məsələdə hər zaman olduğu kimi ciddi, prinsipiallıq sərgiləyəcək. Başqa sözlə desək, erməni hərbçilərinin həyata keçirməyə çalışdıqları təxribatlar bundan sonra da Ermənistanın özü üçün üzücü və faciəvi sonluqla bitəcək”. - Cəlil müəllim, sizcə, bu gün informasiya müharibəsində qələbə qazanmaq üçün nə etmək lazımdır? - Kütləvi informasiya vasitələrinin vəzifəsi baş verən proseslərin mahiyyətini əhalinin geniş təbəqəsinə çatdırmaqdır. Bununla yanaşı, ölkənin informasiya siyasəti onun daxili və xarici təhlükəsizlik maraqlarına cavab verməlidir. Şübhəsiz hər ölkənin şirkətlərinin və kommunikasiya sistemlərinin informasiya siyasəti jurnalistikanın bu əsas qaydalarına uyğun olmalıdır. Düşmənin informasiya təhlükəsizliyinə zərbə vurmaq üçün onun mətbuatını gündəlik oxumaq və təhlil etmək, işləmə prinsiplərini, yaydığı informasiyaların davamlılığını və xarakterini öyrənmək, onun psixologiyasını, milli xüsusiyyətlərini dərindən tanımaq lazımdır. Yeri gəlmişkən, ermənilər bu taktikadan geniş istifadə edirlər. Onlar müxtəlif domenlərdən istifadə etməklə, Azərbaycan rayonlarının adlarından ibarət, Azərbaycan dilində saytlar yaradırlar. Onlar bu saytları elə şəkildə təqdim edirlər ki, heç kəsdə şübhə yaranmır ki, bu erməni saytıdır. Ona görə də bu gün gənclərimizdən daha ayıq-sayıq olmaq tələb olunur. İnformasiya cəbhəsində də öndə olmağımız mütləqdir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşür, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir. - Koronavirus pandemiyası ilə mübarizə gözəgörünməz düşmənlə müharibədir. Ordumuz bu problemdən necə qorunur? - Təəssüflər olsun ki, bu gün demək olar hər kəs ailə üzvləri arasında virusa yoluxma halını müşahidə edir. Əksər hallarda COVID-19-a yoluxan insanlar özlərində heç bir klinik əlamət hiss etmirlər. Bu baxımdan da həmin şəxslərin ictimai yerlərdə, əhalinin sıx toplaşdığı digər məkanlarda sağlam insanları yoluxdurması qaçılmazdır. Orduda əsgərlərimiz tez-tez həkim nəzarətində olurlar. Hərbi hosbitallarda müalicə alırlar. Həkimlərimizə minnətdarlıq etmək istəyirəm ki, onlar bu müddətdə çox əziyyətlər çəkdilər. İnsan həyatının vacib şərtlərindən biri sağlamlıqdır. Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşamasının təmin olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə pasiyentlərin əlçatanlığı cənab Prezident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən biridir. Şəmsiyyə Əliqızı,Könül Əliyeva, «İki sahil»

Hamısını oxu
“Azərbaycanın İkinci Dünya Savaşında rolu” mövzusunda konfrans keçirilib

10 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanın İkinci Dünya Savaşında rolu” mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, 1941-1945-ci illər II Dünya Müharibəsində həlak olanların və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Azərbaycanın İkinci Dünya Savaşında rolu” mövzusuna həsr edilmiş konfransı açıq elan edərək xalqımızın faşizm üzərindəki qələbəyə verdiyi tarixi töhfədən danışıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan faşizmə qarşı mübarizədə insan resursları ilə yanaşı, həm də zəngin enerji resursları ilə iştirak edib, qələbənin əldə edilməsində həlledici rol oynayıb: “İkinci Dünya müharibəsi öz miqyasına görə bəşər tarixinin ən böyük, ən dəhşətli müharibəsi olub. Bu müharibədə Azərbaycan yalnız vuruşan bir xalq olmadı o, həm də zəfərin əsas təminatçılarından biri oldu. Bakı Sovet İttifaqının neft mənbələrini təmin edərək müharibənin iqtisadi dayağını təşkil etdi. Müharibə dövründə Azərbaycanın neft yataqları Sovet İttifaqının silahlanmasını və hərbi əməliyyatlarını dəstəkləyərək döyüşlərin gedişatına böyük təsir göstərdi. Həmçinin Azərbaycandan olan minlərlə əsgər, tankçı, atıcı, pilot, həkim cəbhə xəttində öz adlarını tarixə qızıl hərflərlə yazdırdılar. Onların qəhrəmanlığı və cəsarəti döyüşlərdə verdikləri mübarizənin nəticəsi olaraq Zəfərin qazanılmasına böyük töhfə verdi. İkinci Dünya Müharibəsində Azərbaycan xalqı yalnız döyüş meydanlarında deyil, həm də cəmiyyətin bir çox sahəsində öz fədakarlıqlarını göstərdilər. Onlar yaşadığı torpağı, evini, millətini qorumaq uğrunda əzmlə mübarizə apardılar. Azərbaycanın hər bir şəhərindən, kəndindən, hər bir evindən bir müharibə qəhrəmanı yetişdi.  Onlara nümunə kimi general-mayor Həzi Aslanov,  Mixaylo” adı ilə tanınan əfsanəvi Mehdi Hüseynzadə, Ziya Bünyadov və başqalarını göstərə bilərik. Qəhrəmanlarımızın şücaətləri yalnız Sovet İttifaqının deyil, bütün dünyanın qəlbində özünə bir yer tapdı. Onların adı əbədiləşdirildi və şərəflərinə çoxsaylı abidələr ucaldıldı. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Bu gün bu qəhrəmanların ruhu böyük mübarizənin hüzurunda Zəfər çaldığı torpaqlarda sükunət tapır. Çünki onların əzmi hər bir azərbaycanlının qəlbində ölümsüz bir atəş kimi yanır. Onların göstərdiyi fədakarlıq sayəsində biz bu gün burada - azad Azərbaycan torpağında müstəqil bir xalq olaraq başımız uca yaşayırıq. Bizə həyat, şücaət və məğlubedilməz bir ruh bəxş edən bu qəhrəmanları unutmaq mümkün deyildir”.  Konfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri,  millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov, filologiya elmləri doktoru Şərəf Cəlili, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovun qardaşı oğlu Araz Kazımov, uşaqları alman faşistlərinin əsirliyindən azad etmək üçün alman generalını əsir götürmüş Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqov Azərbaycan xalqının faşizm üzərindəki qələbəyə verdiyi töhfəyə diqqət çəkiblər. Natiqlər qeyd ediblər ki, Azərbaycan gəcnləri babalarının İkinci Dünya müharibəsindəki qəhrəmanlıq ənənələrini davam etdirərək 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atmış, bununla da ərazi bütövlüyümüzü təmin etmişdir. Konfransda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi polis polkovnik-leytenantı Emin Aslanov, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, Rəyasət Heyətinin üzvü professor İmran Əbilov, Müdafiə Nazirliyinin nümayəndəsi, Rəyasət Heyətinin üzvü polkovnik Elvin Əzizov, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim və tələbələri, Müdafiə Nazirliyinin nəzdində olan hərbi təhsil müəssisələrinin nümayəndələri, şəhər veteran təşkilatlarının sədrləri və üzvləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib. Konfransın sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ

“Milli Şura bildirib ki, karantin rejiminin uzanması onlara sərf edir. Onlar insanların taleyini düşünmür. Yalnız düşünürlər ki, insanlar narazı olsa, onların tərəfinə keçəcək”.Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.Deputat bildirib ki, pandemiyanın nə qədər çəkəcəyini heç kim bilmir:“Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik. Biz bu gün dövlətin yanında olmalıyıq. Çünki karantin rejimi böyük dövlətləri çökdürüb”.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin açıq iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin açıq iclası keçirilib. İclası giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, son aylar Təşkilatın gördüyü işlərlə bağlı Rəaysət Heyəti üzvlərinə ətraflı məlumat verib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxışında  Rəyasət Heyəti üzvlərinin, o cümlədən digər veteranların Təşkilatın fəaliyyətində aktiv iştirak etdiyini, məhz onların fədakarlığı sayəsində çoxsaylı tədbir və layihələrin həyata keçirildiyini qeyd edib, əməklərinə görə onlara təşəkkürünü bildirib. Daha sonra Rəyasət Heyəti tərəfindən gündəlikdə duran məsələlər müzakirə edilib, görülən işlərin təhlili ilə yanaşı, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlərdən bəhs olunub. Rəyasət Heyətinin iclasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibəti ilə keçiriləcək tədbir və layihələrlə bağlı da fikir mübadiləsi aparılıb.  

Hamısını oxu