Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri 20 Yanvar – Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını, o cümlədən “Əbədi məşəl” abidəsini ziyarət edib, şəhid məzarlarına gül dəstələri qoyublar. Polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında gerçəkləşən ziyarət zamanı veteranlar azyaşlı məktəblilərlə də həmsöhbət olub, şəhidlərimizin qəhrəmanlığı, göstərdikləri şücaətlər haqqında onlara ətraflı məlumat veriblər.

Daha sonra veteranlar Türk Şəhidliyini ziyarət edib, vətənimizin azadlığı uğrunda canından keçən türk şəhidlərini ehtiram hissi ilə anıblar. “Türk Şəhidliyi” abidəsi önünə qərənfillər düzən veteranlar,  bütün şəhidlərin ruhuna dualar oxuyub, onların sevgisinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.

 

2023-01-18 14:08:00
882 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında 9 may Qələbə günü qeyd edilmişdir

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. RVT–nin inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 80 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlvə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında  o illərin mahnıları bu ovqatı daha da artırmışdır. Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, ziyalılar, media nümayəndələri, gənclər iştirak etmişdirlər. Tədbirdə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. O bildirdi ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Sonra veteranlar çıxış edərək onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolundan, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Hərbi orkestrin ifasında Respublika Veteranlar Təşkilatının Qələbənin 72 illik yubileyi münasibəti ilə hazırladığı sözləri Zəminə Xınalıya, musiqisi Şahin Musaoğluna aid “Veteranlar Marşı”  və digər musiqilər səslənmişdir. Sonda veteranlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.

Hamısını oxu
“ABŞ Azərbaycana münasibətdə siyasi riyakarlıq və mənəviyyatızlıq sərgiləyir”

“ABŞ Azərbaycana münasibətdə siyasi riyakarlıq və mənəviyyatızlıq sərgiləyir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib. Təşkilat sədri qeyd edib ki, “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsinin müəllifi olan ABŞ konqresmeni Adam Şiffin məlum təşəbbüsü bu ölkənin Azərbaycana qarşı ədalətsiz münasibətinin təsdiqidir: “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsi ABŞ-ın dünyanın digər bölgələrində olduğu kimi, regionumuzda baş verən hadisə və proseslərə də beynəlxalq hüquq aspektindən deyil, öz maraqları baxımından yanaşdığını göstərir. Bu akt bir daha sübut edir ki, Ağ Ev ədalətin təntənəsində deyil, öz dövlət maraqlarının təminində maraqlıdır və bunun üçün beynəlxalq qanunları ayaq altına atmaqda əsla tərəddüd etmir. Bu baxımdan, ABŞ konqresmeni Adam Şiffin müəllifi olduğu “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsi ABŞ-ın Azərbaycana qarşı növbəti ədalətsiz münasibəti, tarixi-siyasi reallıqların təhrifidir. Bir faktı da qeyd edim ki, 2023-cü ildə lokal antiterror tədbirlərindən sonra Qarabağa səfər edən BMT missiyası bu ərazidə Azərbaycan Ordusunun heç bir mülki infrastruktura ziyan vurmadığını, mülki əhalinin anti-terror tədbirlərindən zərər görmədiyini vurğulamış, bunu öz hesabatına daxil etmişdir. BMT-nin məlum hesabatı Adam Şiffin hazırladığı qanun layihəsinin absurd olduğunun isbatıdır”. Polkovnik Cəlil Xəlilov Cəbrayıl şəhərində sakinlərlə görüşündə Prezident İlham Əliyevin ABŞ əleyhinə səsləndirdiyi tənqidlərə də toxunub: “Bildiyiniz kimi, Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə ABŞ-ın Azərbaycan əleyhinə siyasətini tənqid etdi, bu siyasətin əsl mahiyyətini ortaya qoydu. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, ABŞ lazım gələndə sanksiya tətbiq edir, lazım gələndə isə onu müvəqqəti olaraq ortadan qaldırmaqla dost maskasını taxır. Bütün bu davranışlaırn kökündə isə ABŞ maraqlarının müdafiəsi dayanır. Şübhəsiz, hər bir dövlət öz milli maraqlarının keşiyində durur və burada qeyri-adi heç nə yoxdur. Lakin bu maraqları beynəlxalq hüququ pozmaq, haqlı tərəfə münasibətdə ədalətsiz mövqe sərgiləmək, qanun və demokratiya anlayışlarını imitasiya etmək hesabına təmin etmək yolverilməzdir. Bu, əxlaqi baxımdan olduğu kimi, siyasi etika baxımından da qəbuledilməzdir. Ağ Ev bilməlidir ki, bu cür ikili, riyakar siyasət ABŞ-ın öz imicinə mənfi təsir edir və onu gözdən salır. Və çətin ki, ABŞ bu cür siyasətlə bölgəmizdə və dünyada hörmət qazana bilsin”.

Hamısını oxu
Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 24 fevral 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığıyla Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdən öncə hər iki təşkilatın nümayəndələri “Ana fəryadı” abidəsini ziyarət edib, abidə önünə əkil və gül dəstələri qoyublar. Daha sonra tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Xocalı soyqırımından, bu soyqırımının dəhşətli nəticələrindən danışıb. Polkvnik qeyd edib ki, Xocalı soyqırımının üstündən illər, əsrlər keçsə də bu soyqırım erməni faşizminin ən qorxunc cinayətlərindən biri kimi Azərbaycan xalqının milli şüurunda daim yaşayacaq, heç vaxt unudulmayacaq. “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev Xocalı faciəsindən ətraflı bəhs edib, soyqırım qurbanlarından Aslanov qardaşlarının başına gətirilən müsibət haqında geniş məlumat verib. Tədbirdə Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, şəhid ailələri nümayəndələri çıxış edərək erməni vandalizmini lənətləyib, soyqırım qurbanlarından sevgi və ehtiramla yad ediblər. Tədbirin sonunda Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib.  

Hamısını oxu
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, Birinci vitse-prezident Mehriban Əliyeva gül dəstəsi qoyublar. Azərbaycanın dövlət himni səsləndirilib.

Hamısını oxu