Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 24 fevral 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığıyla Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdən öncə hər iki təşkilatın nümayəndələri “Ana fəryadı” abidəsini ziyarət edib, abidə önünə əkil və gül dəstələri qoyublar. Daha sonra tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Xocalı soyqırımından, bu soyqırımının dəhşətli nəticələrindən danışıb. Polkvnik qeyd edib ki, Xocalı soyqırımının üstündən illər, əsrlər keçsə də bu soyqırım erməni faşizminin ən qorxunc cinayətlərindən biri kimi Azərbaycan xalqının milli şüurunda daim yaşayacaq, heç vaxt unudulmayacaq.

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev Xocalı faciəsindən ətraflı bəhs edib, soyqırım qurbanlarından Aslanov qardaşlarının başına gətirilən müsibət haqında geniş məlumat verib.

Tədbirdə Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, şəhid ailələri nümayəndələri çıxış edərək erməni vandalizmini lənətləyib, soyqırım qurbanlarından sevgi və ehtiramla yad ediblər.

Tədbirin sonunda Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib.

 

2023-02-24 13:10:00
943 baxış

Digər xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb. İcmadan APA -ya daxil olan məlumata görə, bəyanatda deyilir: Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış edir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 1/5 hissəsini təşkil edən Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında olması fonunda baş verir. Nə qədər anormal səslənsə də, 30 ildə yaxındır ki bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin salmış, onları əsas insan hüquqlarından məhrum etmiş Ermənistan utanmadan erməni əhalisinin münaqişədən əziyyət çəkməsindən şikayətlənir. Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində təşkil etdiyi qondarma rejimin adından gülünc açıqlamalar verməklə ya reallıqları dərk etmir ya da bu cür əsassız iddialarla beynəlxalq ictimaiyyəti aldada biləcəyini zənn edir. Görünən odur ki, bizim sülh mesajlarımızın ruhuna zidd olaraq Ermənistan Azərbaycan ərazilərinin işğalını uzatmaq niyyətindədir. Ermənistanın və erməni diasporunun etnik təmizlənməyə məruz qalmış azərbaycanlıları hədəf alan nifrət nitqi kampaniyaları bunun əyani sübutudur. Biz Ermənistanı münaqişənin həllində destruktiv mövqe tutmaqdansa sülhə yönəlməyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı əhalinin sülh şəraitində birgə yaşayışı istiqamətində bizim səylərimizi dəstəkləməyə dəvət edirik. Bölgə əhalisinin təhlükəsizliyi və rifahı yalnız davamlı və ədalətli sülhün əldə olunması ilə mümkün ola bilər.  

Hamısını oxu
ƏƏSMN: Bu il 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” yeni Sərəncamı bu kateqoriyadan olan şəxslərə dövlət başçısı tərəfindən daha bir yüksək qayğının təzahürüdür.   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA-ya verilən xəbərə görə, Sərəncama əsasən, Nazirlik “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxsləri və ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərini mənzillə təmin edəcək.   ““Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli Qanuna əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub.   Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.   Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, habelə ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub.   Şəhidlərimizin ailə üzvlərinin, müharibə qazilərinin çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunması dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Dəstək istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı sahəsində mühüm addımlar atılır. Ötən dövrdə 10 500 şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə də 3 minədək mənzil və fərdi evin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.   Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi barədə yeni Sərəncamla həmin kateqoriyadan olan vətəndaşlar da dövlətin mənzillə təminat proqramına daxil edilir və bu proqramın əhatə dairəsi daha da genişlənir”, - deyə qeyd olunub.  

Hamısını oxu
Nəsimi rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları  şöbə müdiri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2023 –ci il tarixində   Bakı şəhəri Nəsimi   rayonunda tədbir təşkil ediblər. Tədbir  Rövşən Nəsirov adına 111 saylı tam orta məktəbdə keçirilib. 20 Yanvar Ümumxalq Hüzn Günününün 33-cü  ildönümünə həsr edilmiş tədbirdə Nəsimi RV-nın sədri  Validə Vəliyeva, 20 yanvar faciəsi zamanı əlil olmuş Aydın Alıyev, məktəbin direktoru Jalə Hacıyeva, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacəyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan RespublikasınınDövlət Himni səslənib, müstəqilliymiz uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyiblər. Şagirdlərin çıxışlarından sonra soz qonaqlara verilib. Ehtiyyatda olan polkovnik Adil Haqverdiyev bildirib ki, Sovet Ordusunun zabiti kimi Əfqanıstanda xidmətdə olub: “Mən də 20 Yanvar qırğınının canlı şahidiyəm. Xalqımıza qarşı törədilmiş qırğını Əfqanıstanın döyüş bölgələrində görmədim. Ordunun şəhərə ağır texnikalarla girməsi haqqında vətəndaşlarımızın xəbəri yox idi. Cinayətkarlar törədilmiş  qırğın xəbərinin yayılmaması üçün televiziya bulokunu partlatdılar. Soydaşlarımız böyük təşviş içərisində idilər. Rəhbər işçilər heç bir təşəbbüs göstərmirdilər. Xalqın ümid yeri, arxası görkəmli ziyallıları oldu. Onlar xalqın qarşısında öz etirazlarını bildirərək inandıqları Komunist Partiyası sıralarından çıxaraq partiya biletlərini yandırdilar. Xalqın ağır günündə Ulu Öndər Heydər Əliyev özünü, ailəsini təhlükəyə ataraq ailəsi ilə birlikdə  Moskva şəhərində Azərbaycanın Daimi Nümayəndəliyinə gedərək öz haqlı etirazını bildirdi. Bu gün müstəqil bir ölkə kimi inamla irəliləyirik. Bizə bu müstəqilliyi yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”. Daha sonra 20 Yanvar iştirakçısı Aydın Alıyev və RVT-nın əməkdaşı Nəbi Hacıyev çıxış ediblər.   Tədbirin sonunda  xatirə şəkli çəkilib.  

Hamısını oxu
Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur

Dövlət Bayrağı Günü münasibətilə Səbail rayonunun idarə və təşkilatlarında, o cümlədən orta və ali təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə rayon icra hakimiyyətinin əməkdaşları, Resppublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, veterankar, gənclər, ictimaiyyət nümayəndələri, rayondaki hərbi hissələrin şəxsi heyəti iştirak edirlər. RİH-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Bayrağı Gününə həsr olunmuş növbəti “Bayrağımız – and yerimizdir” adlı ədəbi-bədii tədbir rayonun Bayıl yaşayış sahəsində yerləşən 91 saylı orta məktəbdə təşkil olunub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin ifası ilə başlanıb. Sonra məktəbin direktoru Svetlana Zülfüqarova tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mübarizələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir. “Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur”,- Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov qeyd edib ki, onu uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur. Məhz ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində üç rəngli, ay ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın bayrağı kimi qəbul edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Tədbirdə çıxış edənlər də bildiriblər ki, babalarımız milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Tədbirdə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, ədəbi kompozisiyalar nümayiş etdirilib.

Hamısını oxu