Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır

Dünya azərbaycanlıları həmrəylik gününü qeyd etməyə hazırlaşır. Dünyanın hər yerinə səpələnən 50 milyondan çox azərbaycanlını bir araya gətirən  bu möhtəşəm bayram Ulu öndər Heydər Əliyevin adı ilə, zəhməti ilə bağlıdır. Ona görə də hər il 31 dekabrda nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da dünya azərbaycanlılarını bir araya gətirən Ünummilli lider Heydər Əliyev ehtiramla xatırlanır.

İllər əvvələ qayıdaq. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

İllər öncə Ulu Öndər Heydər Əliyevin verdiyi qərar milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar idi.

Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözlərini xatırlayaq: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu.

Dünya azərbaycanlılarının həmrəylik günü bayramı dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Sevindirici haldır ki, həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.

Fəxrlə deyə bilərik ki, Azərbaycan bu gün Dünya azərbaycanlılarını birləşdirən dövlətdir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

Hazırda əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti prioritetdir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır.

Elə bu səbəbdən Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur” - deyə, cənab İlham Əliyevin təbrikində bildirib.

Məşhur Məmmədov

Milli Məclisin deputatı

 

2022-12-29 16:28:00
1057 baxış

Digər xəbərlər

Müzəffər Ali Baş Komandanın sülh uğuru

Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Bunu mümkün edən əsas amil isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında atılan addımlar ölkəmizin hərbi Qələbəsinin diplomatik müstəvidə möhkəmlənməsini təmin edir. Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda birgə bəyannamə imzalayacağı xəbərləri regionda yeni siyasi vəziyyətin formalaşmasına zəmin yaradır. Bu sənədin imzalanması sülh müqaviləsinə gedən yolda əsaslı irəliləyiş kimi qiymətləndirilir. Ağ Evdə baş tutan görüş yalnız iki ölkə arasında deyil, bütün Cənubi Qafqazın taleyində həlledici dönüş nöqtəsi kimi yadda qalacaq. ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə əhəmiyyət göstərməsi Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyulun 19-da Xankəndində 3-cü Şuşa Qlobal Media Forumu iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərdən də aydın olur: “Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır”. Xatırladaq ki, 2024-cü ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə təkbətək formatda görüş keçiriblər. Bu görüş tərəflərin əvvəlki bütün təmaslarının vasitəçilər və ya beynəlxalq sammitlər çərçivəsində baş tutması fonunda mühüm dəyişiklik kimi qiymətləndirilir. Vaşinqton görüşü bu diplomatik prosesinin davamıdır. Qeyd edək ki, Vətən müharibəsinin bitməsindən sonrakı ilk dövrdə iki dövlət arasında 30 illik münaqişə dövründə vasitəçilik etmiş “ənənəvi” aktorlar hələ də səhnədə idi – Rusiya, Fransa, ABŞ, eləcə də bu üçlüyün birləşdiyi bədnam Minsk qrupu. Hətta Azərbaycan sülh müqaviləsinin ilk mətnini məhz Minsk qrupu vasitəsilə Ermənistana göndərmişdi. Lakin Ermənistanın “Dağlıq Qarabağ” məsələsini yenidən gündəliyə daxil etmək səyləri və bunun üçün yalnız Minsk qrupunun dəstəyindən istifadə cəhdləri Azərbaycanın bu ermənipərəst qrupun ləğvi ilə bağlı qəti mövqe ortaya qoyması ilə nəticələndi. Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birinci şərt Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi ilə, ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır. Qeyd edək ki, hələ bu ilin mart ayında hər iki ölkənin xarici işlər nazirləri tərəfindən iki dövlət arasında imzalanacaq sülh sazişinin 17 maddəsinin hamısının razılaşdırıldığı bəyan edildi. Bu da özlüyündə Ermənistanın həmin iki məsələ üzrə də Azərbaycanın haqlı mövqeyini qəbul etdiyini sübut edirdi. Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş katibinə birgə müraciət edəcəyi təsdiqlənir. Otuz ilə yaxın müddətdə fəaliyyət göstərən və işğal dövründə status-kvonun saxlanmasında mühüm rol oynayan Minsk qrupu artıq tarixə qovuşur. Bu, Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilir. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılmasının zəruriliyi tanınır. Yəni, yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Həmçinin ölkəmiz üçün sülh sazişinin imzalanmasından sonra həllini gözləyən əsas strateji məsələlərdən biri, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Bu razılaşma vasitəsilə ilk dəfə olaraq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa və maneəsiz gediş-gəlişin təmin edilməsi hüquqi və praktiki müstəviyə keçə bilər. Bu, Zəngəzur dəhlizinin də reallaşma ehtimalını artırır və Cənubi Qafqazda nəqliyyat bağlantılarını bərpa etməklə geosiyasi balansı Azərbaycanın xeyrinə dəyişir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyi aydın olsa da, Xankəndində ilk dəfə dəhliz haqqında çox açıq və birbaşa detalla çıxış etməsi istənilən halda ölkəmiz üçün Zəngəzur dəhlizinin prioritetliyini prinsipial şəkildə qoruduğunu bir daha aydın sübut etdi: “Bizim üçün isə ən başlıca məsələ odur ki, – mən Əbu-Dabidə həmkarıma dedim, – bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır… Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin”. Beləliklə, Sülh bəyannaməsi imzalanarsa, Azərbaycan Naxçıvana daha da yaxınlaşacaq, Naxçıvan isə bütün Azərbaycana açılacaq. Əlbəttə, bu proseslərin mərkəzində Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti dayanır. Həm hərbi qələbə, həm diplomatik üstünlük, həm də uzunmüddətli sabitliyin qurulması Azərbaycan liderinin dövlətçilik konsepsiyasının məntiqi nəticəsidir. Azərbaycan artıq yalnız sülh istəyən deyil, sülhü diktə edən ölkədir. Sülh çərçivə sənədinin imzalanması ilə İlham Əliyev təkcə müharibəni deyil, sülhü də qalibiyyətlə başa vuran lider kimi tarixə düşəcək. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
Türkiyə səfirliyi şəhidlərimizin xatirəsini yad etdi

Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıblar.  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral başda olmaqla səfirliyin bütün əməkdaşları tam heyətlə şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.  

Hamısını oxu
Türk diplomat terrorçulara meydan oxudu: “Səfirliyə yox, cəbhəyə gəlin, dərsinizi verək”

Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Moderator.az-a açıqlamasında ermənilərin son təxribatlarına münasibət bildirib. Erməniləri cəbhəyə səsləyən diplomat, Azərbaycanın təxribatçılara gərəkli dərsi 44 günlük Vətən müharibəsində olduğu kimi hərb meydanında verməyə hazır olduğunu bildirib:   “Fransadakı Azərbaycan səfirliyinə erməni terroirçuları tərəfindən edilən hücumu şiddətlə qınayır və pisləyirəm. Onlara buradan səslənirəm: “Parisdəki Azərbaycan səfirliyinə yox, cəbhəyə gəlin!  Gəlin cəbhəyə, sizə yerinizi göstərək, dərsinizi verək”!.   Təəssüf ki, biz son hadisələr fonunda Fransa hökumətinin terroristlərlə əməkdaşlıq etdiyini bir daha gördük. Fransa sözdə həmsədrlərdən biri idi. Bu, həm də onu göstərir ki, 28 il həmsədr kimi  heç bir iş görməyən Fransa problemin həlli üçün deyil, həll edilməməsi üçün səy göstərən dövlət idi. Biz bunu 44 günlük savaşda da gördük. Makron həmin vaxt da Ermənistanı dəstəklədi , Fransa senatı Azərbaycan əleyhinə qərar aldı. Biz bu davranışı qınayırıq və hesab edirik ki, Fransa öz mövqeyinə yenidən baxmalı, ədalətli mövqe sərgiləməldiir.   BMT-nin məlum dörd qətnaməsində imzası olan Fransa problemin həlli üçün əməli baxımdan heç nə etmədi,  44 günlük Vətən müahribəsində Ermənistanı dəstəklədi. Sentyabnn 12-də ermənilərin törətdiyi təxribatdan sorna Paşinyanın zəng etdiyi ilk ldierlərdən biri də Fransa prezidenti oldu. Istəyirik ki, artıq Fransa dövlət kimi davransın, terrorçularaa, terror dövlətinə dəstək olmasın. 1961-ci ilin Vyana müqaviləsindən qaynaqlanan diplomatları qorumaq öhdəliynə də əməl etsin.   Ermənilərin Fransadakı Azərbaycan səfirliyinə edilən erməni hücumunda qəhrəman səfirlik əməkdaşı təkbaşına qapını qorudu, qapını terrorçuların üzünə açmadı. Əgər qapı açılsayda, nə olacaqdı? Hücum zamanı dövlət başçımızın da fotosunu yandırdılar. Onlar 45-46 məsləkdaşımı vəhşicəsinə qətlə yetirən adamlardır.   Bizim hörmətli dövlət başçımız İlham Əliyev bildirmişdi ki, bir dövlətin iki diasporu ola bilməz. Biz bu sözü əməli işimizlə gerçəyə çevirməliyik. 2007-ci ildə söylənilən bu sözün gerçəkələşməsi gərəkir. Bizim Qərbdəki diaporumuzun güclü olması lazımdır. Diasporlarımız da birləşməlidir. Türk və Azərbaycan diapsorları briləşməli, bir millətin bir diasporu olmalıdır.   ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistahan ziyarətinin zamanlaması da çox düşündürücüdür. Bu şəxs 2 avqustda Tailanda getdi, oranı qarışdırdı. Çinlə ABŞ üz-üzə gəldi. Bir neçə gün öncə isə Ermənistaan səfər etdi.   Onun Ermənistana səfəri və orada səsləndirdiyi fikirlər bölgədə sülh üçün ciddi təhdid yaradır. Bu səfəri uğrusuz və gərəksiz hesab edirəm”.   Seymur ƏLİYEV    

Hamısını oxu
Ermənistan ordusunun biabırçı görüntüləri yayıldı

Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib. Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib. Azərbaycan ordusunun Ermənistanın hərbi mövqelərinə vurduğu zərbənin görüntüləri erməni əsgərlər tərəfindən lentə alınıb. Görüntülərdə əsgərlərin artilleriya hücumuna məruz qalmış avtomobillərdəki yanğının söndürülməsinə cəhd etdiyi, lakin mümkün olmadığı bəlli olur. Əsgərlər yanğını ən primitiv üsullarla dəf etməyə çalışır. Bu da Ermənistan ordusunun texniki cəhətdən nə qədər pis və köhnə təchiz edildiyinin bariz nümunəsidir. Zümrüd

Hamısını oxu