Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gözdən əlilliyi olanlara verilən Prezident təqaüdünün artırılmasına görə dövlət başçısına təşəkkür edirik”

Səmyar Abdullayev: “Bu fərman bir daha göstərdi ki, dövlətimiz həm maddi, həm də mənəvi baxımdan öz vətəndaşının yanındadır”

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə gözdən əlilliyi olanlara verilən Prezident təqaüdünün aylıq məbləği 300 manat olub.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev buna görə dövlət başçısına təşəkkür edib:

 

“Gözdən əlilliyi olanlara verilən Prezident təqaüdünün aylıq məbləğinin artırılmasına görə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti olaraq dövlət başçısına təşəkkür edir, cənab Prezidentimizə öz minnətdarlığımızı bildiririk. 210 manat məbləğindəki təqaüdün bidən-birə 300 manata yüksəldilməsi böyük artımdır və dövlətimizin gözdən əlil vətəndaşlarımıza oдфn qayğısının göstəricisidir.

 

Bu fərman bütün katoqoriyadan olan əlillərimizlə yanaşı, gözdən əlil olan  vətəndşlarımızın da daim dövlət başçsıının diqqət mərkəzində olduğunu göstərir. Bu fakt həm də onu göstərir ki, dövlətimiz hər imkanda həssas kateqoiyadan olan vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmağa çalışır, bunun üçün hər bir imkandan maksimum istifadə edir.

 

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin 300 manata qədər yüksəldilməsi heç şübhəsiz bu kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahına müsbət təsir göstərəcək, onların sosial təminatını daha da yaxşılaşdıracaqdır.

 

Bu fərman əllilərimiz üçün həm də mənəvi baxımdan ciddi stimul deməkdir ki, bu da məsələnin maddi tərəfindən heç də az rol oynamır. Bütün bunlar bir daha onu göstərir ki, dövlətimiz həm maddi, həm də mənəvi baxımdan öz vətəndaşının yanındadır və onun hər bir istəyinə həssaslıqla yanaşır. Bugünə qədər şəhid ailəlэrinə, əlillərə, müharibə veteranlarına olan diqqət və qayğı, onların mənzillə, avtomobillə, yüksək təqaüdlə təmin edilməsi gerçəyi bunu bir daha sübut edir.

 

Dövlət başçısı tərəfindən təkcə bu gün verilən fərman və Sərəncamlarla gözdən əlil vətəndaşlarımızla yanaşı, şəhid ailələrinin, İkinci Dünya müharibəsi veteranlarının, Əfqanıstanda həlak olan hərbçilərin ailələrinə verilən təqaüdlər də artırlıb. Bu isə dövlətimizin sosial siyasətinin geniş auditoriyanı əhatə etdiyini göstərir. Bu, həmçinin dövlətimiz tərəfindən həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və prinsipial addımların atıldığını sübut edir. Məlum kateqoriadan olan vətəndaşlarımızın sosial müdafiəsinin güclənməsi isə onların qiymət artımından, infilyasiya və digər neqativ amillərdən daha az təsirlənməsini təmin edəcək, onlara rifah halını yaxşılaşdırmağa imkan verəcək. 

 

Ümumiyyətlə, Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür və bu dövlətimizin insan faktoruna, onun rifahına necə böyük önəm verdiyini göstərir.

 

Bir faktı da qeyd edək ki, dövlətimiz bütün bu addımları Qarabağda geniş quruculuq işləri həyata keçirdiyi, Ermənistanın mina terroruna qarşı aktiv mübarizə apardığı, yüzlərlə Vətən müharibəsi əlillinin xarici ölkələrdə müalicəsini həyata keçirdiyi bir dönəmdə atır. İşğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmininə və quruculuq işlərinə böyük maliyyə vəsaitlərinin sərf olunduğu bir zamanda həssas kateqoriyadan olan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi dövlətimizin ikiqat fədakarlığı kimi qiymətləndirilməlidir.

 

Biz bir daha bütün əlillərimiz adından dövlət başçısına təşəkkür edir və bildiririk ki, bundan sonra da Prezidentimizin daxili və xarici siyasətini dəstəkləməkdə davam edəcək, dövlət başçısının ətrafında sıx birləşərək milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanacağıq”.

 

 

Seymur ƏLİYEV

2023-01-13 16:18:00
942 baxış

Digər xəbərlər

Tarixin acı həqiqəti: Mart qırğınlarının 108-ci ili

1918-ci ilin mart günləri Azərbaycan tarixində ən faciəli və eyni zamanda ən yaddaşlardan silinməyən səhifələrdən biri kimi qalır. Mart soyqırımı zamanı xalqımız ağır sınaqlarla üzləşsə də, milli birlik və yaddaş sayəsində bu ağrılı tarix unudulmayıb, gələcək nəsillərə çatdırılıb. Mediatvaz.com-a açıqlamasında Cəlil Xəlilov bildirib ki, 1918-ci il martın 30-dan aprelin 2-dək davam edən hadisələrdə Stepan Şaumyan rəhbərliyi altında fəaliyyət göstərən erməni-bolşevik dəstələri tərəfindən Bakıda minlərlə günahsız insan qətlə yetirilib. Bu hadisələr təkcə insan itkisi ilə deyil, həm də milli-mədəni irsə vurulan ağır zərbə ilə yadda qalıb. Həmin günlərdə Təzəpir məscidi top atəşinə tutulub, şəhərin memarlıq incilərindən sayılan İsmailiyyə binası isə yandırılıb. Bu faktlar göstərir ki, məqsəd yalnız fiziki məhv deyil, həm də xalqın mənəvi dayaqlarını sarsıtmaq idi.Sovet hakimiyyəti illərində uzun müddət gizlədilən və təhrif olunan Mart soyqırımı həqiqətləri yalnız müstəqillik əldə edildikdən sonra geniş şəkildə araşdırılmağa başlanıb. Tarixi yaddaşın bərpası istiqamətində aparılan sistemli tədqiqatlar nəticəsində 1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilən faciələrin real miqyası və mahiyyəti üzə çıxarılıb. Müstəqillik dövründə arxiv sənədləri əsasında aparılan araşdırmalar, nəşr olunan kitablar və elmi əsərlər bu hadisələrin təkcə lokal qarşıdurma deyil, məqsədli və planlı qırğınlar olduğunu sübut edir. Tarixçilər və tədqiqatçılar tərəfindən üzə çıxarılan faktlar göstərir ki, həmin dövrdə minlərlə günahsız insanın qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması və milli-mədəni abidələrin məhv edilməsi sistemli xarakter daşıyıb. Bu istiqamətdə dövlət səviyyəsində də mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanan fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib və bu tarixə rəsmi-siyasi qiymət verilib. Bu qərar, illərlə susdurulan həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm rol oynayıb.Bu gün İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində 31 mart hadisələri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü işlər görülür. Dövlət başçısının çıxışlarında bu faciəyə daim xüsusi diqqət yetirilir, tarixi ədalətin bərpası və həqiqətlərin dünya miqyasında tanıdılması prioritet istiqamətlərdən biri kimi vurğulanır. 31 mart hadisələrinin unudulmaması, bu faciənin dərslərinin gələcək nəsillərə ötürülməsi milli kimliyin qorunması və tarixi ədalətin bərpası üçün vacibdir.Bir zamanlar gizlədilməyə çalışılan bu faciə artıq elmi faktlar və tarixi sənədlərlə təsdiqlənmiş həqiqət kimi dünya ictimaiyyətinə təqdim olunur və Azərbaycan xalqının yaddaşında əbədi yaşayır. Bütün bu ağrılı hadisələrə baxmayaraq, Azərbaycan xalqı öz tarixini unutmadı, şəhidlərin xatirəsini yaşatdı və müstəqillik yolunda irəliləməyə davam etdi. Bu gün həmin hadisələrin ildönümü yalnız kədər deyil, həm də milli yaddaşın gücü, ədalətə inam və gələcəyə ümid kimi qiymətləndirilir. Mart hadisələri bizə tarixdən dərs çıxarmağı, milli həmrəyliyi qorumağı və gələcək nəsillərə həqiqətləri çatdırmağın vacibliyini bir daha xatırladır.

Hamısını oxu
“Görülən işlər sadəcə başlanğıcdır...”

Xəyal Rza: “Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik”   Qarşıdan 44 günlük Vətən müharibəsinin ildönümü gəlir.   Maraqlıdır, bu tarixi zəfər, böyük qələbə ədəbiyyatımızda öz əksini yetərincə tapırmı? Yaxın gələcəkdə bu istiqamətdə yeni ədəbi əsərlərin yaradılması nə dərəcədə zəruridir?   Saytımıza açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza artıq bu yöndə bir sıra addımların atıldığına diqqət çəkib:   “Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə, sədr müavini Rəşad Məcidin redaktorluğu ilə (ön söz Rəşad Məcid) "Qarabağ dastanı - 30 ilin həsrəti, 44 günün zəfəri" adlı kitab çap edildi. Almanax halında çap edilən kitabda qarabağlı qələm adamlarının məqalələri, şeirləri yer alıb. Şəhidlərimizə, zəfərimizə həsr edilimiş ayrı-ayrı onlarla kitab işıq üzü görüb. AYB-nin "Ulduz" jurnalı Qarabağa xüsusi buralıxlış həsr edib. "Ədəbiyyat qəzeti" müntəzəm olaraq zəfərə, şəhidlərimizə həsr edilmiş əsərlər, hekayələr, məqalələr, şeirlər dərc edir.   Düşünürəm ki, bu bir başlanğıcdır. Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik. Bilirsiniz ki, roman uzun zaman tələb edir. Yaxın illərdə bu münasibətlə yazılmış romanları da oxuya biləcəyimizə inanıram”.   Seymur ƏLİYEV    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ilə “TÜRKEL” Media Qrupu arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Veteran.gov.az xəbər verir ki, bu gün Almatı və Bişkek Mərkəzli “TÜRKEL” Yayın Qrupunun prezidenti, Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Hökümə Xəlilova və sözügedən yayın qrupunun baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında qonaq olub. Təşkilat sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən qonaqlar rəhbərlik etdikləri qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, bu fəaliyyətin bütün türk dünyasının maraqlarına xidmət etdiyini vurğulayıblar. Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın üqmumi istiqamətləri müəyən edilib. Qeyd edək ki, TÜRKSOY laureatları olan Hökümə Xəlilova və Ramiz Məşədihəsənli həm də Qırğızıstanın “Piramida” televiziya kanalının “Dostluq körpüsü” proqramının aparıcılarıdır və sözügedən proqram türk dünyasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə, türk xalqlarına məxsus mədəniyyətlərin, adət-ənənələrin, tarixi həqiqətlərin təbliğinə xidmət edir.  Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi – Veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev, Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi polkovnik Samir Musayev, yazıçı-publisist, ehtiyatda olan polkovnik-leytenant Azər Hacıbəyli Səlimov da iştirak edib.    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

14 iyun 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.  Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Daha sonra tədbiri açıq elan edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Milli Qurtuluş Gününün dövlətlilik tariximiz baxımından önəmi ilə bağlı geniş məruzə ilə çıxış edib, 1993-cü ilin 15 iyun tarixinin Azərbaycan tarixində yeni, mütərəqqi bir dönəmin əsasını qoyduğunu vurğulayıb:  “1993-cü ilin 15 iyun tarixində Ulu öndərin siyasi hakimiyyətə qayıdışı birmənalı şəkildə Azərbaycanın dövlətçiliyinin, onun müstəqilliyinin xilası kimi qiymətləndirilməlidir. Çünki həmin tarixə qədər respublikamızın vəziyyətinin hərtərəfli mürəkkəbliyi, müstəqilliyimiz və təhlükəsizliyimizlə bağlı açıq təhdidlərin mövcudluğu göz önündə idi. Bir tərəfdən genişlənməkdə olan erməni işğalı, sayı yüz minlərlə ölçülən məcburi köçkün problemi, digər tərəfdən ölkə daxilində  çoxsaylı qanunsuz silahlı dəstələrin mövcudluğu, siyasi hakimiyyət uğrunda müxtəlif qruplar arasında aparılan mübarizə Azərbaycanın gələcəyi ilə bağlı vəziyyəti ümidsiz edirdi. Məhz belə bir mürəkkəb zamanda hakimiyyətə gələn Heydər Əliyev qısa zamanda xalqımızın və dövlətimizin həyatında ciddi dönüşə nail oldu. Ulu öndərin səyi nəticəsində daxildəki bütün qarşıdurmalara, xaos və özbaşınalığa son qoyuldu. Nizami ordunun formalaşması, siyasi müstəqilliyimizin möhkəmlənməsi, iqtsiadiyyatımızn güclənməsi istiqamətində qəti və ardıcıl addımlar atıldı. Ümummilli liderin əzmi və fədakarlığı sayəsində Azərbaycan xalqı onun müstəqilliyini, birliyini, gələcəyini təhdid edən təhlükələrdən xilas oldu. Məhz bu səbəbdən də Azərbaycan xalqı haqlı olaraq 15 iyun tarixini Milli Qurtuluş Günü adlandırır, Ulu öndəri hər zaman böyük sevgi və ehtiram hissi ilə anır”.  Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Heydər Əliyev faktoruna diqqət yetirməklə yanaşı, Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə diqqət çəkib:  “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və əbədi lideridir. Məhz onun siyasi səriştəsi, cəsarəti və əzmi sayəsində dövlətimiz bütün təbəddülatlardan uğurla çıxmağa nail oldu. Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz erməni işğalçılarını torpaqlaırmızdan qovaraq ərazi bütövlüyümüzü təmin etdi. Bu böyük zəfər bir daha sübut etdi ki, Heydər Əliyev ideyaları bu gün də yaşamaqdadır və Azərbaycan xalqı bu ideyalara sadiqdir”.  “SOS” MMC-nin direktoru Anar Məmmədov da çıxışında Ümummilli liderin siyasi fəaliyətinə diqqət çəkib, bu fəaliyyətin Azərbaycanın yüksəlişi baxımından mühüm rol oynadığını vurğulayıb: “Ulu öndərin Azərbaycan xalqının və dövlətinin həyatında həlledici rol oynadığı, ölkəmizin tərəqqisi və təhlükəsizliyi baxımından mühüm uğurlara imza atdığı şübhəsizdir. Məhz Heydər Əliyev dühası sayəsində ölkəmiz XX əsrin sonlarında bir çox fəlakətlərdən xilas oldu, erməni işğalçıları ilə mübarizə fonunda öz müstəqilliyini daha da möhkəmləndirdi, dünya birliyinə inteqrasiya istiqamətində mühüm addımlar atdı. Heydər Əliyev ideyasına sadiq qalan gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etməklə bütün dünyaya sübut etdilər ki, Azərbaycan güclü dövlətdir və öz müstəqilliyini, ərazi bütövlüyünü qorumağa qadirdir”. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev, Təşkilatın əməkdaşı Rasim Mirzəyev, Nərimanov Rayon Təşkilatının sədri polkovnik Elşad Şabanov çıxış edərək Heydər Əliyevlə bağlı düşüncələrini dilə gətirib, Milli Qurtuluş Gününün tarixi önəminə qeyd ediblər. Tədbirin sonunda bir qrup 44 günlük Vətən müharibəsi veteranına üzvlük vəsiqələri təqdim olunub, xatirə şəkli çəkilib.  Seymur ƏLİYEV   Hey

Hamısını oxu