Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xətai rayonunda 20 yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları  - şöbə müdiri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 yanvar 2023–ci il tarixində  Bakı şəhəri Xətai  rayonunda keçirilən tədbirdə iştirak ediblər.

Tədbir  Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə keçirilib. 20 Yanvar qurbanlarının 33 il dönəminə həsr edilmiş ,”Vətən üçün doğulmuşam” adlı tədbirdə Xətai rayon VT-nın müavini  Tofiq Məmmədov, Xətai rayon  Ağsaqqallar    Şurasının     sədr     müavini  Nizami Hüseynov,   məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər 20 Yanvar faciyəsinə həsr olunmuş şeirlər söyləyib, səhnəciklər göstəriblər.

Şagirdlərin çıxışlarından sonra söz qonaqlara verilib. Polkovnik Adil Haqverdiyev çıxışında 20 yanvar gecəsinin şahidi olduğunu bildirib:  “Ağır texnikaların şəhərə yeridilməsi və dinc etirazçıları əzmək böyük cinayət idi. O dövrün məsul şəxsləri qanun qarşısında cəzasız qalsalar da, Allah qarşısında cavab verəcəklər. Rəhbər işçilər xalqla bir yerdə olmadılar, çünki böyuk yalanlar uydurmuşdular. Sovet Ordusu etirazçıları sakitləşdirmək adı altında qırğınlar törətdi. Ordu nəinki Bakıda, eyni zamanda ətraf rayonlarda da amansız qırğınlar törətdilər.

Mustəqilliyimizin əldə olunmasının yolunda qurban gedənlərin ruhu şaddır. Azərbaycanımızın  müstəqilliyi günü-gündən güclənir və inamla addımlayır. Biz vətəndaş olaraq Ali Baş Komandan Prezident  İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyərək bir yumruq kimi onun ətrafında birləşib, dəmir yumruğumuzu düşmənlərimizə göstərməliyik.

Mən çıxışımın sonunda bir daha vətən uğurunda qurban gedənlərin, şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onlara Allahdan rəhmət, sağlamlıqlarını itirənlərə  cansağlığı diləyirəm”.

Daha sonra Tofiq Məmmədov çıxış edib.

Məktəbin direktoru Zenfira Məsiyeva məktəb kollektivi adından tədbir iştirakçılarına təşəkkürünü bildirib.  

Tədbirin sonunda  xatirə şəkli çəkilib.

 

 

2023-01-24 12:54:00
952 baxış

Digər xəbərlər

Sabirabadlı veteranlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edib

Sabirabadlı müharibə veteranları Şirvan Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edib, tibbi heyətlə görüşüblər. Bu barədə veteran.gov.az-a Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib. Respublika Veteranlar Təşkilatını Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və müavini İslam Aslanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına səfər əsnasında xəstəxananın kollektivinə öz təşəkkürlərini bildirib, onlara şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulayıblar. Qeyd olunub ki, məhz həkimlərin fədakar əməyi nəticəsində 44 günlük Vətən müharibəsində xeyli sayda yaralıya yüksək səviyyəli tibbi yardım göstərilib, nəticə etibari ilə yüzlərlə insan həyata qaytarılıb. Terapeya və Qəbul şöbələrinin tibbi heyətinin, o cümlədən nevropotoloq Sabir həkim, Təranə həkim, tibb bacılarından Aysel xanım, Gülnarə xanım, Nəzrin xanım, Kəmalə xanım, Güllü xanımın əməyi xüsusilə yüksək qiymətləndirilib və təqdir olunub.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Qazi statusu yalnız imtiyaz deyil, həm də məsuliyyətdir

Şəhid və qazilərin xalqımız və dövlətimiz üçün sonsuz müqəddəslik və ehtiram ehtiva etdiyi şübhəsizdir.  Yalnız ona görə yox ki, biz işğaldakı torpaqlarımızı onların sayəsində azad etmişik. Həm də ona görə ki, milli qürurumuzu, ləyaqətimizi məhz şəhid və qazilərimizin canı, qanı bahasına bərpa etmiş, mənəvi baxımdan bütövləşmişik. Bu mənada sahib olduğumuz hər şeyə görə şəhid və qazilərimizə, onların qəhrəmanlığına borclu olduğumuz birmənalıdır. Necə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxış və müsahibələrində dəfələrlə bu həqiqətə diqqət çəkib, böyük zəfərin müəllifinin Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu vurğulayıb. Məhz xalq və dövlət qarşısındakı bu böyük, tarixi xidmətinə görə şəhid ailələri və qazilər dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə təmin olunub, cəmiyyətimizin mənəvi sərvətinə çevrilib. Prezidentimiz və dövlətimiz şəhid ailələri və qazilərlə bağlı hər bir məsələni daim diqqət mərkəzində saxlayır ki, məqsəd onları narazı sala biləcək problemləri vaxtında ortadan qaldırmaq, bu kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahının maksimum şəkildə yaxşılaşmasını təmin etməkdir. Ancaq təəssüflər olsun ki, bəzən qazilərimiz arasında elə şəxslər də olur ki, onlar öz sosial rifahlarını, maddi təminatlarını yüksəltmək üçün qanunsuz üsullara əl atır, dövlət əmlakını zəbt etməyə cəhd edirlər. Bu qəbildən olan qazilərimiz əsassız yerə hesab edir ki, daşıdıqları qazi statusu onlara qanunu pozmağa, istənilən məsələyə hüquq müstəvisində deyil, şəxsi maraqlar konteksində yanaşmağa imkan verir. Halbuki, qanunun hər kəs kimi qazilər üçün də mütləq və  toxunulmaz olduğu şəksizdir. Bugünlərdə Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsində Elvin Zeynalov adlı qazinin  SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olan torpaq sahəsində qanunsuz tikinti aparmağa cəhd etməsi, öz vəzifəsini icra edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları ilə münaqişəyə girməsi hələ də bəzi qazilərimizin öz imtiyazlarını qanundan daha üstün hesab etdiklərini göstərir. Xatırladaq ki, bundan öncə də, müxtəlif qazilərin timsalında bu cür hallar - qanunun tələblərinin tapdanması halları dəfələrlə baş verib və bəzi hallarda ciddi problemlərə səbəb olub. Bütün bunlar qazi imtiyazının qanuna qarşı qoyulmasının yolverilməz olduğunu göstərir. Qazi imtiyazı uca bir məqam olsa da, dövlət qanunundan üstün deyil və ola da bilməz. Çünki istənilən imtiyazlı təbəqənin qanundan üstün olması həmin dövləti üçün qarşısıalınmaz xais və anarxiya, başqa sözlə desək məhv, hüquqi və praktiki çöküş deməkdir. Unutmaq olmaz ki, qazilik sadəcə imtiyaz deyil, həm də məsuliyyətdir. Hər bir qazi xalqın qürur mənbəyi kimi qanunun tələbinə ikiqat həssaslıqla yanaşmalı, qanunun tələbinə ikiqat ehtiram göstərmlidir. Çünki o, digər insanlar üçün də nümunədir. Qazilərimiz zorakılıq və aqressiya ilə deyil, qanunun aliliyinə göstərdikləri hörmətlə, istənilən provbemi sivil yolla, hüquq müstəvisində həlli təşəbbüsləri ilə  gündəmə gəlməli, cəmiyyətə məhz bu konteksdə örnək olmalıdırlar. Necə ki, biz, böyk əksəriyyətin timsalında bunu görür və bundan məmnunluq duyuruq. İnanırıq ki, öz istəklərini qanunun tələblərini pozmaqla gerçəkləşdirməyə çalışan qazilərimiz də gec-tez bu həqiqəti başa düşəcək, öz davranışları ilə hər birimiz üçün nümunəyə çevriləcəklər. Seymur ƏLİYEV

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının IX plenumunda Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb və bu təklif yekdillə plenum içtirakçıları tərəfindən yekdilliklə dəstəklənib.    Plenum iştirakçıları hesab edib ki, ölkə ictimai-siyasi həyatında aktiv iştirak edən, peşəkar hərbçi və tanınmış alim olan Cəlil Xəlilovun parlamentdə təmsilçiliyi, xalqın, eləcə də müharibə və əmək veteranlarının arzu və istəklərinin parlamentdə dolğun şəkildə əks edilməsi baxımından faydalı ola bilər. Məlumat üçün qeyd edək ki, Cəlil Xəlilov yalnız Azərbaycanda deyil, MDB məkanında tanınan və böyük nüfuz sahibi olan ictimai xadimdir və onun namizədliyi birmənalı şəkildə cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənməkdədir.   Seymur ƏLİYEV

Hamısını oxu
Dayanıqlı inkişaf üçün birgə addımlar

Son günlər ölkəmiz üçün əhəmiyyətli hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşü oldu. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həmin səfər təkcə diplomatik jest deyil, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin formalaşmasına xidmət edir.Azərbaycan-Somali münasibətlərinin inkişaf dinamikasına nəzər salanda görürük ki, bu dost dövlətin başçısı Həsən Şeyx Mahmudun Bakıya səfəri və iki lider arasında aparılan danışıqlar 2023-cü ildən bəri müşahidə edilən aktiv diplomatik təmasların davamıdır. Xatırladaq ki, 2023-cü ilin noyabrında Somali Prezidenti Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə qatılmaq niyyətində olduğunu bildirmişdi. Bundan əlavə, yanvar ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Somali paytaxtı Moqadişoya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş ardıcıl addımlardan biri oldu.Bu səfərlərin fonunda Somali Prezidentinin Azərbaycana gəlişi bir sıra mühüm məsələlərin müzakirəsinə imkan yaratdı. Görüşlərdə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələləri ön plana çıxdı.Azərbaycanın iqtisadi inkişaf modeli və enerji resurslarının səmərəli idarə edilməsi Somali üçün maraqlıdır. Somali neft və qaz ehtiyatlarının kəşfi və işlənməsi sahəsində hələ yeni addımlar atır. Azərbaycan isə bu sahədə böyük təcrübəyə malikdir və Somali ilə bilik və texnologiya mübadiləsi aparmaq potensialına sahibdir. Bundan əlavə, iki ölkə arasında kənd təsərrüfatı, logistika və ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.İkitərəfli əlaqələr nəticəsində Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı Somalinin də diqqətini cəlb edir. Bakı limanı, Orta Dəhliz layihəsi və digər tranzit imkanları Somalinin Şərqi Afrika regionunda ticarət potensialını artırmaq üçün yeni yollar aça bilər.Humanitar və təhsil sahəsində əməkdaşlıqda da uğurlu nəticələrin əldə ediləcəyinə əminlik ifadə olunub. Təhsil sahəsində əməkdaşlıq Afrika ölkələri ilə Azərbaycanın münasibətlərində mühüm istiqamətlərdən biridir. Somali gənclərinin Azərbaycanda ali təhsil alması üçün təqaüd proqramlarının tətbiqi gələcəkdə iki ölkə arasında inteqrasiya prosesini sürətləndirə bilər. Azərbaycan artıq bir sıra Afrika ölkələrinə bu istiqamətdə dəstək verir və Somali də bu təşəbbüslərdən yararlana bilər. Bundan əlavə, Azərbaycan humanitar sahədə də Somaliyə dəstək göstərə bilər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması təcrübəsi Somalinin müharibədən zərər çəkmiş bölgələrinin bərpası üçün faydalı ola bilər.Bir sözlə, Prezident İlham Əliyevlə Prezident Həsən Şeyx Mahmud arasında keçirilən görüş Azərbaycan-Somali münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Həm siyasi, həm iqtisadi, həm də humanitar əməkdaşlıq üçün mövcud olan potensial iki ölkə arasında uzunmüddətli əlaqələrin qurulmasına zəmin yaradır. Azərbaycan beynəlxalq arenada Afrika ölkələri ilə əməkdaşlığını gücləndirməklə qlobal siyasətdə daha aktiv rol oynamağa davam edir və Somali ilə münasibətlərin dərinləşməsi bu strategiyanın bir hissəsidir.Bu səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu