Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar şəhid leytenant Sərvan Göyüşovun ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Ağdam Rayon Təşkilatının nümayəndələri 16 yanvar 2023-cü il tarixində 44 günlük Vətən Müharibəsi şəhidi leytenant Göyüşov Sərvan Mehman oglunun ailəsini ziyarət edib, ailənin qayğı və problemləri ilə maraqlanıb. Dövlətin bütün  şəhid ailələri kimi onlara da böyük qayğı və diqqətlə yanaşdığını bildirən şəhidin ailə üzvləri, buna görə ölkə başçısına öz təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, şəhidimizin atası Mehman Göyüşov da I Qarabağ müharibəsi əlilidir. Mehman Göyşovun qardaşı isə I Qarabağ müharibəsində şəhid olub.

Seymur ƏLİYEV

2023-01-27 18:30:00
1316 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Baş prokuror Kamran Əliyevə başsağlığı verib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin anası Flora Əliyeva vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov anasının vəfatı səbəbilə bütün veteranlar adından Baş prokuror Kamran Əliyevə dərin hüzünlə başsağlığı verib, ona və mərhumun bütün doğmalarına səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu
Mehriban Əliyeva: “Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun”

“Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun!”  Bunu Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə işğaldan azad edilən Ağdam şəhərinə səfəri ilə bağlı paylaşımında yazıb.    Mehriban Əliyevanın sosial şəbəkədə paylaşdığı videoda Ali Baş Komandan İlham Əliyev dalğalanan bayrağı göstərərək deyir: “Qaldırdığım bayraq! Eşq olsun!”  video

Hamısını oxu
DTX erməni terroru ilə bağlı açıqlama yaydı

“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terrorlar və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Publika.az xəbər verir ki, bu fikirlər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 21 avqust - terror qurbanlarının xatirəsinin Beynəlxalq Anım Gününə həsr olunmuş yazısında qeyd olunub. "Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Ermənilər XIX əsrin sonlarından etibarən məqsədyönlü surətdə terror təşkilatları yaratmağa və onlardan qonşu xalqlara qarşı istifadə etməyə başlayıblar. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər. Həmin dövrdə erməni terrorçuları tərəfindən ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədilib, 24 türk diplomatı öldürülüb. Terroru dövlət siyasətinə çevirən müasir Ermənistan Respublikası insanlıq əleyhinə ən ağır cinayətlərə imza atıb. Bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aktları təşkil edib. Avtobuslarda, metroda, qatarlarda törətdikləri terrorlarla yüzlərlə azərbaycanlını qətlə yetiriblər. Xocalı və Qaradağlı soyqırımları cəmi 28 il əvvəl dünyanın gözü qarşısında baş verən erməni terrorunun ən dəhşətli və qanlı nəticələridir. 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovun, Tovuzda 13 yaşlı Aygün Şahmalıyevanın, 2017-ci ildə Füzulidə 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın, 2020-ci il iyulunda isə Tovuzun Ağdam kəndinin sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi bir daha göstərir ki, terror, xüsusən mülki insanların, körpələrin və yaşlıların öldürülməsi Ermənistanın dövlət siyasətidir".

Hamısını oxu
Saatlı rayon Polis şöbəsinin əməkdaşı yubiley medalı ilə təltif olunub

Saatlı rayon Polis şöbəsinin əməkdaşı polkovnik-leytenant, eyni zamanda Qarabağ müharibəsi veteranı, eləcə də rayon Veteranlar Təşkilatının sədr müavini Miraflam Məmmədov veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və rayon Veteranlar Təşkilatının sədri  Əliağa Qurbanovun iştirakı ilə yubiley medalı sahibinə təqdim edilib. Polkovnik-leytenant Miraflam Məmmədov "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirib. Səmimi keçən görüşdə xatirə şəkli çəkilib.

Hamısını oxu