Veteranlar Təşkilatının üzvləri şəhidin anım günündə iştirak ediblər
6 mart 2023-cü il tarixində Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri Sərhəd Qoşunları sıralarında xidmət etmiş şəhid Orxan Paşazadənin anım günündə iştirak ediblər. Veteran.gov.az xəbər verir ki, şəhidin ev muzeyini və məzarını ziyarət edərək onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sərhəd Qoşunları Qərargahının rəisi, general- mayor Aqil Babayevin, şəhidin döyüş yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi anım mərasimində rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun adından şəhidin valideynlərinə dərin hüznlə başsağlığı verib, belə vətənpərvər qəhrəman övlad böyütdükləri üçün onlara təşəkkür edib.