Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyev Milli Ordumuzun Memarıdır” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları- şöbə   müdiri  polkovnik  Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 14 aprel 2023-cü ildə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir təşkil ediblər. Tədbir Yasamal rayonunda yerləşən Heydər Əliyev mərkəzində baş tutub.

Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ”Heydər Əliyev Milli Ordumuzun Memarıdı” adlı tədbirdə Yasamal rayon VT-nın sədri Vaqif Məmmədov, Heydər Əliyev mərkəzinin direktor müavini Nigar Hüseynova, Bakı şəhəri bir və iki saylı tibb kollecinin tələbələri və müəllimləri iştirak etdilər.

Tədbiri Heydər Əliyev mərkəzinin direktor müavini Nigar Hüseynova açıb. Qonaqları tədbir iştirakçılarına təqdim etmək üçün  söz Yasamal rayon VT-nın sədri Vaqif Məmmədova verilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə çıxış edən polkovnin Adil Haqverdiyev ə verildi. öncə Təşkilatın sədri Fatma xanım Səttarovanın və sədr müavini Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Eyni zamanda, Ulu öndərin ordu quruculuğundakı xidmətlərinə diqqət çəkib:

“Heydər Əliyevin ən böyük xidmətlərindən biri, deyərdim ki ,birincisi ordu quruculuğudur. Onun uzaqgörən siyasəti nəticəsində SSRİ kimi nəhəng bir ölkənin tərkibində olan Azərbaycan Respublikasında 1971-ci ildə  Naxçıvaniski adına hərbi internat məktəbini yaradıldı və  bununla da müasir Azərbaycan Ordusunun əsasını qoydu.

Sonralar bu məktəbin məzunları SSRİ-nin mərkəzi şəhərlərində ali hərbi məktəbləri bitirib, zabit kimi xidmətə başlayıblar.Vətənimizin dar günündə onlar torpaqlarımızı düşmənlərdən qorumaq üçün vətənə qayıdıblar. Həmin illərin acı həqiqətlərini unutmaq mümkün deyil. Qeyd etmək lazımdır kİ, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi.

Sonralar Heydər Əliyevin davamçısı Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu məharətlə davam etdirdi və düşmən üzərində qələbəni təmin etdi”.

Daha sonra Nəbi Hacıyev və Vaqiv Məmmədqov çıxış ediblər.

Tədbirin sonunda xatirə şəkli şəkilib.

2023-04-19 14:11:03
3188 baxış

Digər xəbərlər

“Haqq səsimizin dünyaya çatdırılmasında QHT-lərin böyük rolu var”

Azər Badamov: “QHT-lərin inkişafı və fəaliyyəti ölkəmizin inkişafına və müstəqilliyinin möhkəmlənməsinə xidmət edir” Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev mətbuata açıqlamasında bildirib ki, bugünə qədər Şuşaya 800-ə qədər, bütövlükdə Qarabağa 1500 qeyri-hökumət təşkilatı (QHT) nümayəndəsinin səfəri təşkil olunub. Bu statistika Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni cinayətlərinin ifşasında QHT  təmsilçilərinin yaxından iştirak etdiyinin göstəricisi sayıla bilərmi? Ümumiyyətlə, ümummilli məsələlərdə dövlət qurumları ilə QHT-lər arasında bu cür əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov ölkəmizdəki QHT sektorunun Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, erməni cinayətlərinin ifşa edilməsində, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən quruculuq işləri haqqında yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oyandığını bildirib: “Dövlət QHT-lərin inkişafına dəstək göstərir və ölkənin ictimai-siyasi həyatında iştirakı üçün şərait yaradır. QHT-lərin inkişafı və fəaliyyəti ölkəmizin inkişafına və müstəqilliyin möhkəmlənməsinə xidmət edir. O cümlədən, haqq səsimizin dünyaya çatdırılmasında da QHT-lərin rolu qeyd olunmalıdır. İşğaldan azad olunmuş ərazilərə QHT nümayəndələrin səfərləri mütəmadi təşkil olunur. Təbii ki, QHT nümayəndələrinin də xarici auditoriyalara çıxmaq imkanları mövcuddur. Ona görə də onların Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə səfərləri onlarda öz gözləri ilə mövcud reallığı görərək daha dolğun məlumatlar formalaşdırır. Hesab edirəm ki, QHT nümayəndələrin, jurnalistlərin və xarici qonaqların işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili genişlənməlidir. Çünki bütün dünya Azərbaycanın iqtisadi gücü, quruculuq bacarıqları və erməni vandalizmləri barəsində geniş məlumatlanmalıdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
“O, həm elm xadimi, həm siyasətçi, həm də millət vəkili kimi böyük uğurlara imza atıb”

Bu gün Azərbaycan xalqının böyük oğlu, filologiya elmləri foktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Həsən Mirzəyevin vəfatının növbəti ildönümüdür.  Bu münasibətlə Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov Həsən Mirzəyevin Azərbaycan elmindəki tarixi roluna, şəxsiyyət kimi böyüklüyünə diqqət çəkib: “Mən Həsən müəllimi Azərbaycan dilində “fel” monoqrafiyası üzərində işlədiyi dönəmlərdə tanıdım. O zaman Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasına gəlirdi. O vaxt həmin kafedranın müdiri böyük alimimiz rəhmətlik Əlövsət Abdullayev idi. Mən həmin vaxt  aspirant idim və Həsən müəllimlə də həmin dönəmdə tanış oldum. Həsən müəllim çox çevik, milli, təəssübkeş insan idi. O zaman deyirdilər ki, Həsən müəllim feldən yazır, özü də fel kimidir. Yəni çox hərəkətli və çevikdir. Biz sonra Həsən müəllimlə dost olduq, yoldaşlıq, əməkdaşlıq elədik. Həmişə gördüm ki, Həsən müəllim elə hey harasa qaçır, harasa tələsir. Hərəkətlilik onun həyat tərzi, düşüncə tərzi idi. Sonrakı dönəmdə Həsən müəllimin 10 cildlik əsərləri çap edildi”. “O, həm elmdə, həm də siyasətdə yaxşı ad qoydu, gözəl ənənələr yaratdı” Nizami Cəfərov Həsən Mirzəyevin ictimai-siyasi xadim kimi də böyük əməllərə imza atdığını bildirib: “Həsən müəllim ictimai-siyasi işlərdə də çox fəal idi. O, bütün qəlbi ilə Heydər Əliyevi sevir, onun ideyalarını təbliğ edirdi. Həsən müəllim bir alim kimi Azərbaycanın müstəqilliyin keşiyində əzmlə dayanırdı. Onun siyasətçi və millət vəkili kimi də böyük xidmətləri olub. Həsən müəllim həm elmdə, həm də siyasətdə yaxşı ad qoydu, gözəl ənənələr yaratdı. Yadımdadır ki, o zaman Pedaqoji Universitetin bəzi dilçiləri özlərini Həsən müəllimin məktəbinin nümayəndələri hesab edirdilər. Həsən müəllim onlara çox qayğı göstərirdi”. “Onun istedadının miqyası böyük, enerjisi tükənməz idi” Görkəmli akademik Həsən Mirzəyevin tükənməz enerji və yaradıcılıq eşqinə malik olduğunu vurğulayıb:  “Həsən müəllim çoxlu əsərlər yazdı. O, şeir də yazırdı. Onun istedadının miqyası böyük, enerjisi tükənməz idi. O, gözəl insan idi, insanlar arasında xoş, yaxşı münasibətlər yaratmağın tərəfdarı idi. O, həm dilçiliyimizin, həm ədəbiyyatımızın, həm ictimai-siyasi fikrimizin, həm də ziyalılığımız tarixində əsl təəssübkeş kimi qalan böyük şəxsiyyətdir”. “Professor Mahirə Hüseynova Həsən müəllimin yolunu uğurla davam etdirir” Nizami Cəfərov professor Mahirə Hüseynovanın elmi fəaliyyətini də yüksək qiymətləndirib: “Həsən müəllimin yolunu həm dilçi, həm də ictimai-siyasi xadim kimi bacısı qızı Mahirə Hüseynova yüksək səviyyədə davam etdirir. Mahirə xanım Həsən müəlllimin irsini qoruyan, yaşadan, təhlil edən bir ziyalıdır. O, Həsən müəllimin yaratdığı dəyərləri yüksək tutan hörmətli elm xadimidir. Mən Həsən müəllimə rəhmət diləyir, Mahirə xanıma uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
Polkovnik: Ordu təhlükəsizliyin yeganə qarantıdır

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone ilə görüşüb. NATO-nun mənzil-qərargahında keçirilən görüşdə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına töhfəsini, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Sherg.az-a deyib ki, NATO ilə əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Ekspert bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra da öz Silahlı Qüvvələrini inkişaf etdirmək, onun modernləşdirilməsini daim diqqət mərkəzində saxlamağa qərar verib:    "Prezident cənab İlham Əliyev dəfələrlə çıxışlarındaa qeyd edib ki, biz bundan sonra da ordumuzun gücləndirilməsi, onun öz peşəkarlığını, maddi-texniki təchizatını daha da yaxşılaşdırması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu faktın özü Azərbaycan dövlətinin orduya, xalqın müdafiəsi və təhlükəsizliyinə necə böyük önəm verdiyini göstərir. Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan NATO-nun bir sıra layihələrində aktiv iştirak edib. Hərbçilərimiz dünyanın bir çox bölgələrində sülhyaratma missiyalarında iştirak ediblər. Azərbaycan bu gün də NATO ilə əməkdaşlığa mühüm önəm verir və bu istiqamətdə konkret addımlar atır. Ümumiyyətlə, bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq hüquq normaları və qarşılıqlı hörmət prinsipləri əsasında bütün ölkələrlə əməkdaşlığa hazırdır. Bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycanın digər ölkələrlə əməkdaşlığı heç vaxt hər hansı üçüncü dövlətə qarşı yönəlməyib, digər bir ölkə üçün təhlükə yaratmayıb".    C.Xəlilov hesab edir ki, Azərbaycan-NATO münasibətlərinin inkişaf etdirilməsi zəruridir:  "Biz yaxın gələcəkdə bu istiqamətdə ciddi yeniliklərə şahid olacağıq. Çünki müasir dünyamızda artan təhdid və təhlükələr bizdən ordumuzun döyüş hazırlığını daim yüksək səviyyədə saxlamağı tələb edir. Uzun müddət davam edən erməni işğalı və bu işğala son qoyan 44 günlük Vətən müharibəsi sübut etdi ki, hər bir dövlətin təhlükəsizliyinin ən mühüm qarantı onun ordusudur. Bu səbəbdən Azərbaycanın da öz ordusunu inkişaf etdirməsi üçün dünyanın qabaqcıl dövlətlərinin cəmləşdiyi NATO ilə əməkdaşlığı dərinləşdirməsi vacibdir. Bu cür əməkdaşlıqlar bizə imkan verir ki, müasir hərbi yeniliklərdən daha operativ xəbər tutaq və bunları ordumuzda daha çevik şəkildə tətbiq edək".

Hamısını oxu
Müharibədə şəhid olmuş hərbi qulluqçuların - Siyahısı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

Hamısını oxu