Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DTX erməni təxribatlarının qarşısını qətiyyətlə almaqdadır

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunan 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlu, habelə ölkəmizə qarşı təxribat-pozuculuq fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlunu məsuliyyətə cəlb edib. Hər iki şəxs ölkəmizdə etnik və dini zəmində düşmənçilik yaratmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlamaq və digər pozuculuq fəaliyyətində ittiham olunur.

DTX-nin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən şəxslərlə bağlı son əməliyyatı qurumun növbəti uğurudur.

Azərtac xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib.

C.Xəlilov deyib: “DTX dövlətimizin və xalqımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan, bu istiqamətdə böyük əmək sərf edən dövlət qurumudur. DTX-nin yaxın bir il ərzində İran və Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycandakı fəaliyyətini ifşa edən çoxsaylı əməliyyatları bu qurumun dövlətimizin və xalqımızın təhlükəsizliyinə böyük töhfələr verdiyini göstərir. Bütün bu əməliyyatlar, eləcə də sonuncu əməliyyat göstərir ki, DTX dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqdadır və anti-Azərbaycan qüvvələrinin qarşısını qətiyyətlə alır. DTX-nin yüksək peşəkarlığı və ayıq-sayıqlığı bunu söyləməyə imkan verir ki, düşmənlərimiz bu günə qədər olduğu kimi, bundan sonra da arzularına çata, ölkəmizlə bağlı təxribatçılıq planlarını həyata keçirə bilməyəcəklər”.

Polkovnik ictimaiyyətin, hər bir vətəndaşın bu kimi məsələlərdə hüquq-mühafizə orqanlarına dəstək verməsinin vacibliyini də qeyd edib: “Azərbaycanın hüquq-mühafizə orqanları, güc qurumları yüksək peşəkarlıqla fəaliyyət göstərir, ölkə daxilində təhlükəsizliyin, sabitlik və asayişin qorunmasını yüksək səviyyədə təmin edir. Bu məsələdə vətəndaşlar da hüquq-mühafizə orqanlarına kömək göstərməli, şahid olduqları şübhəli hadisə və şəxslərlə bağlı dərhal əlaqədar qurumları məlumatlandırmalıdır. Unutmayaq ki, yalnız ictimaiyyətin özünün yaxından iştirakı, birliyimiz və həmrəyliyimiz sayəsində bütün bu təhlükələrin qarşısını zamanında ala bilərik”.

 

2023-05-16 21:42:37
2598 baxış

Digər xəbərlər

“COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir”

Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti başa çatsa da, tədbirlə bağlı təəssüratlar, habelə, sammitin nəticələrindən irəli gələn vəzifələrin müzakirəsi davam edir.  Sammitlə bağlı diqqət çəkən məqamlardan biri tədbirin yüksək təhlükəsizlik şəraitində təşkili ilə bağlıdır. Maraqlıdır, 80 min nəfərə yaxın qonağın iştirak etdiyi sammitdə təhlükəsizliyin yüksək səviyyədə təşkili hansı mətləblərdən xəbər verir? Saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir. Beynəlxalq sammit zamanı ölkəmizə gələn 80 minə yaxın qonağın təhlükəsizliyi etibarlı şəkildə təmin edildi ki, bu da hər şeydən öncə güc orqanlarımızın – Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin, Prezidentin Təhlükəsizlik Xidmətinin peşəkarlığını göstərir. Bu fakt bi daha sübut edir ki, ölkəmizin hüquq-mühafizə və təhlkəsizlik orqanlarında iş yüksək səviyyədə təşkil edilib və onların hazırlıq səviyyəsi beynəlxalq əhəmiyyətli ali tədbirlərin təhlükəsiz şəkildə keçirilməsinə imkan verir. Şübhəsiz, COP29-un təhlükəsiz ortamda təşkili məsələsində DTX-nın üzərinə xüsusi məsuliyyət düşürdü. Qürurvericidir ki, adıçəkilən qurum bu işin öhdəsindən çox böyük bacarıqla gəldi. Sammit zamanı kiçik də olsa xoşagəlməz hadisə baş vermədi. Sammit sakit və təhlükəsiz bir ortamda öz fəaliyyətinə başladı və bu cür də başa çatdı. Təşkilatçılıqla yanaşı, təhlükəsizliyin yüksək səviyyədə təşkili, qonaqlara göstərilən yüksək diqqət və qayğı ölkəmizə səfər edən hər kəsdə xoş təəssürat yaratdı. Əminliklə demək olar ki, Azərbaycan COP29-dan  mənəvi-diplomatik baxımdan böyük qazancla çıxdı. COP29-un yüksək səviyyədə təşkili bütün dünyaya göstərdi ki, ölkəmiz bu cür mühüm tədbirlərə ev sahibliyi etmək üçün ideal ölkədir. Yəqin ki, bu faktor gələcək tədbirlər zamanı da nəzərə alınacaq və ölkəmiz bundan sonra da öz zəngin təşkilatçılıq təcrübəsi ilə hər kəsi heyrətləndirməkdə davam edəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
3 dekabr-Beynəlxalq Əlillər Günü Nəsimi rayonunda qeyd edilib

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları -  şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 2 dekabr 2022-ci il tarixində  Nəsimi rayonunda Beynəlxalq Əlillər Günü ilə bağlı tədbirdə iştirak ediblər. Tədbirdə Nəsimi rayon VT-nin sədri Validə Vəliyeva,”Dovlət və Qanun ”qəzetinin Baş redaktoru, AJB üzvü Yasəmən Möhübbətqızı, qazilərdən Quluyev Xəyyam, Qasımov Şəhriyar və digər qonaqlar iştirak edib. Tədbiri  Nəsimi rayon VT-nın sədri  Validə Vəliyeva açıb. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sorna çıxış edən Adil Haqverdiyev Respublika  Veteranlar  Təşkilatının  sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarıa çatdırıb. Polkovnik Adil Haqverdiyev 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı RVT-nın  keçirdiyi sağlamlığını itirmiş qazilərlə görüşdən söz açıb. Onların hər zaman dovlətin diqqtində olduğunu vurğulayıb: “Torpaqlarımızın düşmən tapdağından azad edilməsində öz sağlamlıqlarını  itirmış qazilərimizin qarşısında baş əyirəm. Uca Allahdan şəhidlərimizə rəhmət,q azilərimizə cansağlığı arzulayıram”. RVT HİK –nin sədri Nəbi Hacıyev rəhbərlik etdiyi qurumun əllilyi olan veteranlara  göstərdiyi xidmətlərdən danışıb, bir neçə tədbir iştirakçılarına Heydər Əliyev Sarayında keçiriləcək “Gələcəyə İşıqlı Yollar” adlı konsertdə iştirak  etmək üçün konsert bileti təqdim edib. Əmək veteranı Yasəmən Möhübbətqızı əlillərə yaradılan dövlət qayğısından bəhs edib. Dövlət qayğısını həyata keçirməli olan qurumların bu sahəyə məsuliyyətlə yanaşdıqlarını, əlillərin istirahəti, müalicəsi,evlə, işlə təminatı ilə ciddi məşğul olduqlarını qeyd edib. Tədbirdə Birinci Qarabağ Müharibəsi veteranları, ATU-nin dosenti Əməkdar Həkim Taryel Eyvazov və İbrahim Dağlı RVT-nin  medalları ilə təltif ediliblər. Tədbir çay süfrəsi ətrafında davam edib, xatirə şəkli çəkilib.    

Hamısını oxu
Azərbaycan Prezidenti və ABŞ-ın Vitse-prezidenti mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış ediblər.  

Hamısını oxu
Diaspor sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub...

Veteran.gov.az xəbər verir ki, dünən Nikolayev Azərbaycanlıları Konqresinin sədri Yunus Alıyev və “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzi”nin rəhbəri Əlmaniz Ələkbərli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb.   Görüşdə Azərbaycan xalqının qəhrəman övladlarının, habelə, azərbaycanlılardan ibarət milli diviziyaların Rusiya, Ukrayna, Moldova və digər dövlətlərin faşist işğalından azad edilməsində göstərdiyi qəhrəmanlıqlar, bu qəhrəmanlıqlara imza atan soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi, bu istiqamətdə atılan və atılması nəzərdə tutulan addımlar müzakirə edilib.   Daha sonra qonaqlar Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup əməkdaşı ilə birlikdə İkinci Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarına gül dəstələri qoyublar.   Çoxillik və səmərəli xidmətlərinə görə Yunus Alıyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən xüsusi mükafatla təltif edilib.      

Hamısını oxu