Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zinaida Rəsulova – 100!

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü, İkinci Dünya Müharibəsi veteranı Rəsulova Zinaida İliniçnanın 100 illik yubileyidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Zinaida Rəsulovanı yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq.

P.S.Xatırladaq ki, 23 iyun 1923-cü il təvəllüdlü Zinaida Rəsulova İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə aktiv iştirak edib, göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunub.

2023-06-23 12:12:17
758 baxış

Digər xəbərlər

“Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması soyqırımı qurbanlarının xatirəsinə ehtiram, tarixi yaddaşımıza töhfədir”

“Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi Sərəncam soyqırımı qurbanlarının xatirəsinə sonsuz ehtiram nümunəsi olmaqla yanaşı, həm də tarixi yaddaşımıza töhfədir”.   Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu kompleks sonsuza kimi erməni faşizminin tarixi cinayətlərinin daşlaşmış rəmzi olaraq hər kəsə bu cinayətlərdən danışacaq, soyqırımı cəlladlarını ifşa edəcək:   “Erməni faşizmi tarixən xalqımıza qarşı bir-birindən ağır, bir-birindən dəhşətli cinayətlərə yol verib, çoxsaylı soyqırımları törədib. Belə soyqırımlarından biri də 1992-ci ilin 26 fevral tarixində baş verən Xocalı soyqırımıdır. Əminliklə demək olar ki, Xocalı soyqırımı yalnız XX əsrin deyil, bəşər tarixinin ən dəhşətli soyqırımıdır. Bu soyqırımı erməni faşizminin nə qədər qorxunc və təhlkəli olduğunu, habelə, insani dəyərlərdən nə qədər uzaq olduğunu  bir daha göstərdi. Xocalı soyqırımı göstərdi ki, erməni faşizmi yalnız Azəbaycan yox, bütün bəşəriyyət üçün ciddi təhlükədir.    Azərbaycan bütün şəhidləri kimi Xocalı soyqırımı qurbanlarının qisasını da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən mühüribəsində döyüş meydanında düşməndən aldı, həlak olanların ruhuna sevinc bəxş etdi. Lakin buna baxmayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, erməni vəhşiliklərinin ifşası oldquca vacibdir və cənab Prezidentin Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı verdiyi Sərəncam çox böyük əhəmiyyətə malikdir.   Bu Kompleks soyqırımı qurbanlarının xatirəsinə əbədi ehtiram nümunəsi olacaq, eyni zamanda illər, əsrlər sonra da onu ziyarət edən insanlara erməni faşizminin qanlı əməllərindən, qorxunc cinayətlərindən bəhs edəcək”.

Hamısını oxu
Bu şəxslərə aylıq 2000 manat təqaüd veriləcək - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb. Publika.az xəbər verir ki, fərmanda bildirilir: Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə bir sıra şəxslər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşlər. Fərmana əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 2000 (iki min) manat müəyyən olunub. Müəyyən edilib ki, təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir: - dul arvadına (ərinə), valideynlərinə; - 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; - birinci növbədən digər qohumları olmayan baba və nənələrinə; - dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2021-ci il yanvarın 1-dən qüvvəyə minir

Hamısını oxu
“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

“Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əlyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydn dərk olunmaqdadır”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 Noyabr zəfəri üçün ən xarakterik xüsusiyyətlərdən biri bu zəfərin parlaq və mübahisəsiz olmasıdır: “Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndinə səfəri zamanı sakinlərlə görüşündə 44 günlük Vətən müharibəsindən və 8 Noyabr zəfərindən bəhs etdi. Dövlət başçısı bir daha qeyd etdi ki, nə 44 günlük Vətən müharibəsindən əvvəl, nə də sonra bu qədər aydın, mübahisəsiz qələbə olmayıb. Həqiqətən də, bu gün müasir dünyamıza baş verən hərbi qarşıdurmalara, müharibə və münaqişələrə nəzər salsaq görərik ki, ən böyük, ən güclü dövlətlər belə mütləq qələbə əldə edə bilmir. Bu gün dünyamızın ən qüdrətli dövləti hesab edilən ABŞ belə İranla müharibədə mübahisəzis zəfər əldə edə bilmədi. Bu səbəbdən də hər iki tərəf – həm İran, həm də ABŞ bu müharibədə qalib gəldiklərini iddia edir və hər bir tərəf də öz iddiasını müxtəlif arqumentlərlə isbatlamağa çalışır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə isə aydın, bənzərsiz və prinsipialdır. Bu, o qədər aşkar qələbədir ki, bunu hər hansı arqument, əlavə izah vermədən də birbaşa müşahidə etmək, görmək mümkündür. Bu fakt bir daha sübut edir ki, Azərbaycan Ordusunun, Azərbaycan xalqının Prezident İlham Əliyevin liderliyi ilə əldə etdiyi 8 Noyabr zəfəri həqiqətən də təkrarsız qələbədir və bu qələbə hər zaman belə də xatırlanacaqdır. Onu da qeyd edim ki, Azərbaycan xalqı, eləcə də veteranlarımız 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Müzəffər Ali Baş Komandanın yanındadır və zərurət yaranarsa bu zəfəri yenidən təkrarlamağa hazırdırlar”. Seymur ƏLİYEV

Hamısını oxu
2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı şәhid olan hәrbi qulluqçuların siyahısı

siyahı

Hamısını oxu