Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeni Surxanıda şəhidlərimizlə bağlı möhtəşəm bulaq-kompleks inşa olunub

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində şəhidlərimiz - əsgər Məhərrəmli Fuad Füzuli oğlu və polis baş leytenantı Mehdiyev Fərrux İslamyıl oğlunun adına möhtəşəm bulaq-kompleks inşa edilib. Kompleksdə hər iki şəhidimizin fotosu ilə yanaşı, onların qısa tərcüməyi-halı öz əksini tapıb. 

Üzərində Azərbaycan və qardaş Türkiyənin bayraqları dalğalanan kompleksin ətrafı ekzotik gül və dekorativ ağaclarla bəzədilib, böyük abadlıq işləri həyata keçirilib.

Məlumat üçün qeyd edək ki, Məhərrəmli Fuad Füzuli oğlu 28 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun azad edilməsi uğrundakı döyüşlərdə şəhid olub, Göygöl rayon Şəhdilər Xiyabanında dəfn edilib.

İsmi bulaq-kompleksdə yer alan polis baş leytenantı Mehdiyev Fərrux İsmayıl oğlu isə 1981-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib, Qubadlı rayonunun Qaralar kəndində dəfn olunub.

Kompleks iş adamı Cəlil Nağıyevin təşəbbüsü və vəsiti hesabına inşa edilib. Xatırladaq ki, Cəlil Nağıyev bundan öncə də Vətən müharibəsi şəhidləri ilə bağlı oxşar layihələr həyata keçirib,  dövlətin həssas kateqoriyadan olan vətəndaşlarımızla bağlı siyasətinə mütəmadi dəstək verib. 

 Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yolda yaşıllıq zolağının salınması da iş adamı Cəlil Nağıyev tərəfindən həyata keçirilib.

Seymur ƏLİYEV

 

2023-07-03 18:57:09
3335 baxış

Digər xəbərlər

“Bu tədbir bayrağımızın böyüklüyünü bütün əzəməti ilə gənc nəslin diqqətinə çatdırdı

Xəbər verdiyimiz kimi, 15 iyun "Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətində (DSX) "Vətənə xidmət-andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib. Bu əlamətdar gün münasibəti ilə DSX-nın zabit və əsgərləri 5 km 100 metr uzunluğundakı Dövlət Bayrağını çiyinlərində daşıyıb, ümummili liderə, eləcə də Azərbaycan Bayrağına sevgi və sadiqliklərini bununla bir kəs daha nümayiş etdiriblər. Lakin təəssüflər olsun ki, DSX tərəfindən atılan bu addım sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb, bununla bağlı müsbət fikirlərlə yanaşı bəzi əsassız iddialar da səsləndirilib. Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov DSX-nin keçirdiyi bayraq yürüşünü təqdir etdiyini, bunun gənc nəsil üçün mənəvi-psixoloji baxımdan da faydalı addım olduğunu bildirib: “DSX-nın 5000 nəfərlik heyəti tərəfindən Azərbaycan Bayrağının bunca qürur və əzəmətlə daşınmasını müsbət qiymətləndirir, bunu sərhədçilərimizin, general və əsgərlərimizin bayrağımıza olan sevgisi kimi dəyərləndirirəm. DSX-nın bayraq yürüşü vətənə, bayrağa və ümummilli liderə sevginin təzahürüdür . Hesab edirəm ki, yüksək vətənpərvərlik nümunəsi sayılacaq bu və bu kimi addımların gənclərimizin vətənə və bayrağa sədaqət ruhunda yetişdirilməsi, onlara bayraq sevgisinin aşılanması baxımından da önəmlidir. Belə tədbirlər gənclərimizin mənəvi-psixoloji baxımdan vətənə məhəbbət ruhunda formalaşmasına kömək edir, bayrağın böyüklüyünü, ucalığını, onun dövlətimizin və millətimizin həyatındakı rolunu bütün əzəməti ilə diqqətə çatdırır.  Bu səbəbdən də DSX-nin keçirdiyi bayraq yürüşünü alqışlayır və bunu yüksək vətənpərvərlik sevgisinin növbəti təzahürü hesab edirəm. Əminəm ki, sərhədçilərimiz çiyinlərində daşıdıqları bu bayrağın keşiyində hər zaman olduğu kimi bundan sonra da əzmlə dayanacaq və onu daim yüksəklərdə dalğalandıracaqlar”.

Hamısını oxu
Binəqədi rayonunda yerləşən 246 saylı məktəb-liseydə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və    baş  mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Binəqədi   rayonunda yerləşən 246  saylı  məktəb-liseydə şagirdlərlə görüşüb. 26 fevral Xocalı soyqırımı ilə əlaqədar təşkil olunan tədbirdə Binəqədi rayon VT –nın sədri Teyyub Həsənov, Təşkilatın üzvü Rövşən Xəlilov, Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, məktəbin direktoru Nəbi Mahmudov, təlim-tərbiyə işləri üzrə direktor müavini Fatma Əliyeva,  şagird və müəllim kollektivi iştirak edib.   Tədbiri məktəbin direktoru Nəbi Mahmudov açıb. O,qonaqları tədbir iştirakçılarına  təqdim edib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şagirdlərin hazırladıqları Xocalı faciəsinə həsr edilmiş kompoziziyalara baxılıb, şeirlər dinlənilib.   Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi  vəhşiliklərin canlı şahidi olan polkovnik qeyd edib ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi müzəffər  ordumuz tərəfindən düşmənin darmadağın edilməsi ilə nəticələnib: “Ordumuzun əsgər və zabitləri Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına və müharibənin qaydalarına əməl edərək istər hərbi əsirlərlə, istərsə də mülki insanlarla humanist davranmışlar. Mənim siz şagirdlərə tövsiyəm odur ki, faciələrimizi heç zaman unutmayasınız, müəllimlərinizin verdiyi tapşıriqları yerinə yetirəsiniz, vətənə layiqli övladlar olasınız”.   Teyyub Həsənov və Nəbi Hacıyev də çıxışlarında erməni vəhşiliklərinə və ordumuzun şanlı qalibiyyətinə diqqət çəkib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Bunu edən də, buna susan da potensial qatildir!

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu xətlərinin üzərinə kənar əşyaların qoyulması ilə bağlı müraciət yayıb. Müraciətdə təkcə cari il ərzində ADY-ə məxsus dəmir yolu xətlərinin üzərinə 22 kənar əşya qoyulduğu, bu cür halların həm sərnişinlərin, həm də qatar heyətinin həyatı üçün risk təşkil etdiyini bildirib. Müraciətdə dəmir yolu xətti üzərində kənar əşya görənlərin yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 Əlaqə Mərkəzinə məlumat verməsi xahiş olunur. Hər şeydən öncə qeyd edək ki, dəmir yolu xəttinin üzərinə hansısa əşya qoymaq sadəcə şüursuzluq və ya məsuliyyətsizlik deyil, bu, bədxahlıq, daha dəqiq desək məqsədli şəkildə həyata keçirilən qanun pozuntusudur. İstənilən halda bu addımın atılmasında məqsəd qatarın hərəkətinə mane olmaq, onu dayandırmaq və ya relsdən çıxmasına nail olmaqdır. Bu isə bilavasitə insan həyatı üçün ciddi təhlükə, açıq qəsddir. Bu cür məkirli addım qatarın xətdən çıxımasına və çoxsaylı insan ölümünə səbəb ola bilər ki, bu da mahiyyətcə terror aktı deməkdir. Odur ki, yaşından, kimliyindən asılı olmayaraq, bunu edən hər bir şəxs bu cür əməllərədn çəkinməli, belə təhlükəli əməllərə şahid olan insanlar bu barədə əlaqədar qurumları dərhal məlumatlandırmalıdır. Unutmaq olmaz ki,  dəmir yolu xətlərinin üzərinə kənar əşya qoyan, bu cür halları gördüyü halda susan, bu barədə yetkililərə məlumat verməyən hər bir şəxs potensial qatildir. Bunu edənlə bu qanun pozuntusunu gördüyü halda əlaqədar qurumlara məlumat verməyə hər bir şəxs, hüquqi baxımdan olmasa da, mənəvi baxımdan eyni məsuliyyət daşıyır.   Gəlin öz laqeydliyimiz, biganəliyimizlə qatilə çevrilməyək. Bu cür hallara qarşı həssaslıq sərgiləyərək həyat qurtaraq və bir ömür boyu vicdanımızın ağrısı ilə deyil, təqdiri ilə yaşayaq. Seymur ƏLİYEV

Hamısını oxu
“DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü həm Ulu Öndərə ehtiram, həm də idmanın təbliğidir”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edilib. Maraqlıdır, bu yürüş Ümummilli Liderə ehtiram əlaməti olmaqla yanaşı, həm də gənclərin idmana təşviq edilməsi, idmanın təbliği baxımından atılan addım kimi də dəyərləndirilə bilərmi? Veteran.gov.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikrlər səsləndirib: “Şübhəsiz ki, DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü Ümummilli Lider Heydər Əliyevin xatirəsinə sonsuz ehtiram nümunəsi kimi mühüm əhəmiyyətə malikdir və olduqca təqdirəlayiqdir. Bununla yanaşı, qeyd etdiyiniz kimi, bu cür addımlar həm də idmanın təbliği, sağlam həyat tərzinin təşviqi baxımından da böyük önəm kəsb edir. Bildiyiniz kimi, Ulu Öndər hər zaman ölkəmizdə idmanın inkişafına böyük önəm verib, bu istiqamətdə ciddi addımlar atıb. Ümumiyyətlə, ölkəmizdə idman hərəkatının inkişafı, idman sahəsində ilk ciddi uğurların əldə edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkə gənclətinin həm fiziki, həm də ruhi-mənəvi baxımdan sağlam yetişdirilməsi üçün onların idmanla məşğul olmasını zəruri hesab edirdi. Hansı ki, sonrakı dönəmdə Prezident İlham Əliyev Ulu Öndərin bütün sahələrdəki siyasəti ilə yanaşı, idman siyasətini də uğurla inkişaf etdirdi, Azərbaycan bu müstəvidə də böyük nailiyyətlər əldə etdi. Bu baxımdan DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü ölkə gənclərinə verilən praktiki mesaj kimi də dəyərləndirilə bilər. Bu mesaj gənclərimizin idmanla məşğul olmasının, idmanın kütləviləşməsinin nə qədər mühüm önəm kəsb etdiyini əks etdirir. İnanıram ki, gənclərimiz ölkəmizdə idmanın inkişafı ilə bağlı Ulu Öndərin çağırışlarına hər zaman sədaqət hissi ilə yanaşacaq, bu çağırışlara idman sahəsindəki uğurları ilə cavab verəcəklər. Heydər Əliyevin idmanla, sağlam həyat tərzi ilə bağlı çağırışlarını əməli müstəvidə yaşatdığına, gənclərə davamlı örnək olduğuna görə DTX əməkdalarına da təşəkkür edir, onlara uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu