Digər xəbərlər
Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib. Dövlət başçısı bildirib: "Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır. Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər. Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər. Faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər. Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm".
Hamısını oxu
Turnirin təşkilatçısı Nərimanov Rayon Gənclər və İdman İdarəsidir Veteran.gov.az xəbər verir ki, 17 sentyabr 2021-ci il tarixdə saat 10:00-da Nərimanov rayonunda, Qafur Rəşad küçəsində yerləşən mini futbol stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Aprel döyüşləri şəhidləri polkovnik-leytenant Sənan Axundovun, mayor Rasim Məmmədovun, əsgərlər Mahir Mirzəyevin, Fəxrəddin Qurbanlının və Mahir Quliyevin xatirələrinə həsr edilmiş mini futbol turniri keçiriləcək. Məlumat üçün qeyd edək ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən şəhidlərin xatirəsinə mütəmadi şəkildə idman turnirləri, müsabiqə və digər tədbirlər keçirilir, yüzlərlə yeniyetmə və gəncin bu tədbirlərdə iştirakı təmin olunur.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov: “Prezident İlham Əliyevin vətənpərvərliyi, vətəndaşlıq duyğusu Azərbaycan xalqının taleyinin tərkib hissəsidir.” İlham Əliyev artıq dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Bir çox dövlət başçıları yalnız ölkəyə rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar. Onların bir çoxunun ampulası praktik rəhbərlikdən başqa heç nə əhatə edə, yaxud əks etdirə bilmir. Prezident İlham Əliyev isə kamil dövlət xadimi olmaqla yanaşı, həm də geniş qlobal dünya görüşünə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadimdir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xəttini azərbaycanşılıq, millətlər arası münaqişələrin həlli, neft siyasəti, enerji təhlükəsizliyi, vətənpərvərlik, tolerantlıq fəlsəfəsi, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və.s kimi aktual xüsusi çəkiyə malik məsələlər təşkil edir. Milli mənafeyi dövlətçilik maraqların daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir. Prezident İlham Əliyevin vətənpərvərliyi, vətəndaşlıq duyğusu Azərbaycan xalqının taleyinin tərkib hissəsidir. Dahi şəxsiyyətin azərbayçançılıq ideyasının güclənməsində onun etnik milli müstəvidən dövlət və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu vardır. Ümummilli lider vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, eyni zamanda əməli surətdə həyata keçirdi. Milli ideologiyadan, azərbaycanşçılıq idelogiyasından danışarkən böyük insan hər bir azərbaycanlının vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: “Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışında, şəxsi həyatından – hər şeydən üstün tutsun.” Böyük öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı tərənnüm etməklə bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı: “Siz də Azərbaycan xalqına xidmət edərək vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız. Məhz belə hisslərlə fəaliyyət göstərən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlət qururculuğu yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar ümummilli liderin layiqli siyasi varisi, ölkə prezidenti İlham Əliyevin ətrafında birləşərək milli azərbaycançılıq və vətənpərvərliyin vəhdəti şəklində öz işlərini quraraq fəaliyyət göstərir. 44 günlük II Qarabağ savaşında Respublika Veteranlar Təşkilatının göstərdiyi vətənpərvərlik ruhu da Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun müdrik siyasətinin göstəricisi olmuşdur. Beləki, vaxtaşırı cəbhə bölgələrində yerləşən Veteran Təşkilatı sədrləri ilə mütəmadi əlaqəsi, onlara müdrik məsləhətləri də vətənpərvərliyin bariz nümunəsidir. Unutmamaq lazımdır ki, bu günün gənci sabahın atası, anası, ailə başçısıdır. Onun öz övladını necə tərbiyə etməsi isə ilk növbədə onun özünü necə istiqamətləndirməsindən aslıdır. Buna görə də bu sahədə görülən işlər daim diqqətdə saxlanılmalı, gənclərin vətənpərvərlik tərbiyəsi üçün yaradılan şəraitdən səmərəli istifadə etmək lazımndır. Veteran Təşkilatının Respublikamızda bu istiqamətdə icra edilən tədbirləri diqqətəlayiqdir. Müharibə iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, müalicəsinin təşkili, məşğulluğunun təmini baxımından böyük işlər görülmüşdür. Əsl vətəndaş vətənpərvər olmalıdır, gənclərimizə vətən sevgisi aşılanmalıdır kimi ifadələrə tez-tez rast gəlirik. Bu da təbiidir. “Azərbaycanın gələcəyi gənclərə məxsusdur.”-deyə dahi şəxsiyyət ümummilli lider ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərimizin hərtərfli inkişafına imkanlar açan müvafiq tədbirlər həyata keçirilmiş və tez bir zamanda müstəqil Azərbaycanımızın gələcəyini qoruyub saxlaya biləcək gənc nəsillərin yetişdiyinə əminliyini belə ifadə etmişdir. Müstəqil azərbaycan ifadəsi indi hamı üçün əzizdir, bunu hamı təkrar edir, ancaq hər kəs də başa düşməlidir ki, müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşlıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz xalını verməli, öz xidmətini göstərməlidir. Tariximizə nərə salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənələrindən biri də torpağa ana yurda, vətənə bağlılıq, xalqımızım zaman-zaman yadelli işğalçılardan qorumaq, vətən üçün canından keçmək olmuşdur. Elə buna görə də xalqımızın vətən uğrunda, torğaq uğrunda canında, qanından keçən saysız hesabsız unudulmaz qəhrəmanları olmuşdur. 44 günlük II Qarabağ savaşı məhz buna birbaşa sübutdur. Vətənpərvərlik, vətənə məhəbbət əcdadların ənənələrinə hörmət deməkdir. Vətənpərvərliyə və dövlətçiliyə söykənən azərbaycançılıq məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası zamanı ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi və səfərbəredici fenomenə çevrildi. Respublika Veteranlar Təşkilatının Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov
Hamısını oxu