Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatı Vətən müharibəsi şəhidinin arzusunu reallığa çevirdi

Cəlilabad Rayon Veteranlar Təşkilatı öz fəallığı və təşkilatçılığı ilə rayonda Qeyri-hökumət təşkilatlarına həmişə  örnək olmağa çalışır.

Təşkilat bu dəfə də öz təşəbbüsü ilə xeyirxah bir  ilkə imza atıb. Şəhid ailəsini sevindirmək  üçün Vətən Müharibəsi şəhidi  Əlikram Xanışovun yadigar qalan şeirlərindən ibarət  kitabını çapa hazırlayıb nəşr etdirib.

"Elm və təhsil" nəşriyyatında işıq üzü görən "Vətən uğrunda ölərəm" adlanan kitabın redaktoru rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar  və Jurnalistlər Birliklərinin üzvü, "Sözün işığı" qəzetinin baş redaktoru Ədalət Salmandır. Ədalət  müəllim, həm də kitaba "Yad eyləyəcək Azərbaycan" sərlövhəli ön söz yazıb.

Rayon Veteranlar Təşkilatı bu günlərdə  qəhrəman şəhidin  "Vətən uğrunda ölərəm" adlı ilk və son kitabının geniş  təqdimatını keçirəcək, şəhid ailələrinə və qazilərə həmin  kitablar paylanılacaq.

2023-10-25 19:45:32
3338 baxış

Digər xəbərlər

Sumqayıtda Göz Mərkəzinin açılışı oldu

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub.  “Qafqazinfo” xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva və Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər. Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni Göz Mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron - Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək. Qeyd olunub ki, Mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub. Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır. Bununla yanaşı, Mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq. Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bildirilib ki, Mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək. Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur. Yeni Göz Mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxta üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq.  

Hamısını oxu
Hərbi-siyasi gərginlik mənbəyi: tərksilah mütləqdir!

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Sovet İttifaqı Qəhrəmanı Məstan Əliyev: Qələmi Silahla əvəz edən müəllim

Bu il xalqımız  Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini geniş şəkildə qeyd edəcək. Bu Qələbənin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi şücaətlər danılmazdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirakçısı, «Fransanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olmuş, tarixə düşmüşdür.İkinci Dünya müharibəsində Tovuzdan 7790 nəfər iştirak edib, onlardan yalnız 3612-si sağ qayıdıb. Tovuz keçmiş SSR-də yeganə rayonlardandır ki, onun üç Sovet İttifaqı Qəhrəmanı olub. Onların hər üçü Berlinədək döyüş yolu keçib, qorxmazlıqları və şücaətləri ilə bu ada layiq görülüblər. Hazırda rayonda hər 3 Sovet İttifaqı Qəhrəmanının adına küçə və məktəb var. Eyni zamanda, Tovuz Qəhrəmanlar Parkında onların büstləri qoyulub. Bu qəhrəmanlardan biri də   Qələmini Silahla əvəz edən müəllim Sovet İttifaqı Qəhrəmanı Məstan Əliyevdir. Məstan Əliyev, bir tərəfdən müharibənin cəbhələrində göstərdiyi fədakarlıqla tanınan bir qəhrəman, digər tərəfdən isə təhsil və sosial həyatda önəmli bir şəxsiyyət olaraq yadda qalır. Onun müharibə zamanı göstərdiyi igidlik, yalnız onun şəxsiyyəti ilə əlaqəli deyil, eyni zamanda Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlıq ənənələrini nümayiş edir. Onun həyatı və müharibə dövrü, bu gün də xalqımız tərəfindən böyük hörmətlə yad edilir.Məstan Əliyev, 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində doğulmuş və Azərbaycan xalqı üçün önəmli şəxsiyyətlərdən biridir. Kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cu ildə orduya çağırılıb və İkinci Dünya Müharibəsi başlayanda, 47-ci ordu tərkibində cəbhəyə göndərilib. Onun döyüş yolları Berlin ətrafında baş verən qızğın döyüşlərlə bağlı olub.1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilmiş Məstan Əliyev, xüsusilə 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilindəki döyüşdə böyük qəhrəmanlıq göstərmişdir. Bu döyüşdə onun komandanlığı altında olan bölmə 72 əsgər və zabiti əsir götürüb, Məstan Əliyev şəxsən 20-dən çox faşist hərbçisini məhv edib.Bununla yanaşı, Məstan Əliyev 1945-ci ilin 23 aprelində Berlin uğrunda döyüşlərdə həlak olub. Onun döyüşlərdəki qəhrəmanlığı və fədakarlığı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb.Onun qəhrəmanlığı və müharibə zamanı göstərdiyi fədakarlıq Sovet İttifaqı tərəfindən yüksək qiymətləndirildi.Məstan Əliyevin müharibədə göstərdiyi cəsarət və qəhrəmanlıq, Azərbaycanın və Sovet İttifaqının qəhrəmanlarından biri kimi tarixə düşməsinə səbəb olmuşdur. Onun adı, yalnız döyüş meydanında deyil, həm də Azərbaycan xalqının tarixinə yazılmışdır.                                                                 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları   Təşkilatının sədri                                                               polkovnik   Cəlil Xəlilov       

Hamısını oxu
AzTV xəbərlər 20 06 2025

Hamısını oxu