Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“2024-cü il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyatında yeni bir dönəmin başlanğıcı olacaq”

Cəlil Xəlilov: “Aprel-may aylarında Bakıda beynəlxalq konfrans keçirməyi planlaşdırırıq”

“Cari ildə işğaldan azad edilən rayonlarımızda Təşkilatımızın yerli qurumları yaradılacaq”

 

Çoxsaylı və bir-birindən önəmli uğurlarla yadda qalan ötən il yeni qədəm qoyan 2024-cü ildə yeni nailiyyətlər üçün ciddi zəmin formalaşdırmaqdadır. Bütün sahələrdə olduğu kimi milli veteran hərəkatı və təşkilatlarının fəalityyətində də önəmli yeniliklərin olacağı istisna deyil. Bu baxımdan Moderator.az olaraq  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovla müsahibəmizdə Təşkilatın yeni illə bağlı fəaliyyət planını müzakirə etməyə çalışdıq:

 

-Cəlil müəllim, öncə 2024-cü illə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyət planı haqqında məlumat almaq istərdik. 2024-cü ildə görmək istədiyiniz işlər, həytata keçirmək istədiyiniz tədbirlər hansılardır?

 

- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ölkəmizin veteran təşkilatları arasında xüsusi yeri və çəkisi olan Təşkilatdır və hər zaman özünəməxsusluğu, genişmiqyaslı fəaliyyəti ilə diqqət çəkib. Bu baxımdan 2024-cü ildə də Təşkilatımız bir sıra mühüm tədbirlər, həyata keçirmək niyyətindədir. 2023-cü ilin sonunda Təşkilatımızın bununla bağlı fəaliyyət planı təsdiqlənib və biz bununla bağlı yerlərdəki təşkilatlarımızı da yazılı şəkildə məlumatlandırmışıq.

 

Öncə qeyd edim ki, 2022-ci ildən etibarən həyata keçirməyə başladığımız “Nəsillərin görüşü” adlı tədbirlər sislsiləsini cari ildə də davam etdirmək niyyətindəyik. Buna səbəb məlum görüş-layihənin həm tarix, həm gələcək, həm də milli-mənəvi dəyərlərimizin, qəhrəmanlıq ənənələrimizin təbliği baxımından son dərəcə aktual olması ilə bağlıdır. Biz bu görüşlərdə yaşlı veteranlarla gənclər, eləcə də gənc veteranlar arasında geniş və bribaşa ünsiyyəti təmin edir, keçmişlə bugün arasındakı mənəvi bağları gücləndirir, gələcək üçün etibarlı sədd, möhkəm körpü inşa edirik. Öz ata və babalarının qəhrəmanlığına şahid olan, bu qəhrəmanlığı onların bilavasitə öz dilindən eşidən gənclər yaxın tarixi keçmişi daha dərindən mənimsəyir, bunu ruhən və qəlbən mənimsəyirlər. Belə olan halda onlar başa düşürlər ki, əcdadlarının qoyub getdiyi qəhrəmanlıq irsini davam etdirmək onların mənəvi borcudur və onlar da bu borcun öhdəsindən layiqincə gəlməklə bunu gələcək nəsillərə ötürməlidirlər. Bu baxımdan 2024-cü ildə həm Bakıda, həm də regionlarda “Nəsillərin görüşü” silsiləsindən çoxsaylı tədbirlər həyata keçirmək niyyətindəyik.

 

- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı beynəlxalq arenada da geniş əlaqələrə malik olması ilə diqqət çəkir. Bu mənada cari ildə beynəlxalq əməkdaşlığın daha da inkişafı istiqamətində hansısa addımlar atılacaqmı?

 

-Şübhəsiz!

 

Beynəlxalq əlaqələrin genişlənməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üçün olduqca mühüm əhəmiyyətə malikdir və bunu zəruri edən bir sıra səbəblər var.

 

Hər şeydən öncə qeyd edək ki, bu gün dövlətimizin mövcud reallıqları bizm hər birimizdən ayıq-sayıq olmağı, milli maraqlarımızın keşiyində qətiyyətlə dayanmağı, anti-Azərbaycan qüvvələrinin informasiya məkanında ölkəmizlə bağlı səsləndirdiyi yalan və böhtanlara qarşı sistemli mübarizə aparmağı tələb edir. Bu baxımdan beynəlxalq əlaqələrin genişlənməsi, dostlarımızın sırasının genişləndirilməsi günün tələbidir və bu məsələdə Təşkilatımızın da üzərinə böyük məsuliyyət düşür.

 

Xatırladım ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı beynəlxalq əməkdaşlıq sahəsində geniş əlaqələrə malikdir və bu əməkdaşlığın cari ildə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə 2024-cü ilin aprel-may aylarında ölkəmizdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Konfransda dünynın müxtəlif ölkələrindən veteranlar təşkilatının nümayəndələri, əcnəbi qonaqlar iştirak edəcək, beynəlxalq veteranlar hərəkatının mövcud durumu, gələcəyi, eləcə də Azərbaycan veteranlar hərəkatının dünya veteranlar hərəkatına daha dərindən inteqrasiyası müzakirə ediləcək.

 

-Ölkəmizdə belə bir konfransın təşkili daha hansı perspektivlər vəd edir?

 

-Ölkəmizdə məlum konfransın təşkili dünya ictimaiyyətinin post-müharibə dönəmindən sonra ölkəmizdə və regionda yaranan yeni reallıqlarla tanış etməyə, onlara ölkəmizin uğurları, haqlı, ədalətli mövqeyi haqqında ətraflı məlumat verməyə kömək edəcək. Ölkəmizə gələn əcnəbi qonaqlar səfər çərçivəsində respublikamızdakı yenilikləri, inkişaf və tərəqqini bilavasitə müşahidə edə biləcək, Azərbaycandan zəngin təəssüratlarla ayrılacaqlar.

 

Bir sözlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü ilə keçiriləcək bu konfrans ölkəmizin bu günü və gələcyinə beynəlxalq aləmdə yeni bir baxışın formalaşmasına, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin və xalqımızın əldə etdiyi tarixi nailiyyətləri dünya veteran hərəkatı çərçivəsində təbliğ etməyə imkan verəcək.

 

-Cəlil müəllim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı cari ildə daha hansı yeniliklərə imza atmaq niyyətindədir?

 

-Bu il Təşkilatımızın görəcəyi işlərdən biri də işğaldan azad olunmuş rayonlarımızda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yerli qurumlarının yaradılması, bu ərazilərdə məskunlaşan veteranlarımızın ictimai-siyasi proseslərə daha aktiv şəkildə cəlb olunmasını təmin etməkdir.

 

Bundan başqa, dövlət başçısı 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib ki, bu çərçivədə də bir sıra ciddi tədbirlər həyata keçirmək niyyətindəyik. Hansı ki, bu tədbirlərin hər biri haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək, medianın, vətəndaş cəmiyyəti institutu nümayəndələrinin prosesdə iştirakı təmin olunacaq.

 

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2023-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təşkil etmək, Vətən Müharibəsi iştirakçıları ilə  şəhər və rayon veteran təşkilatlarında görüşlər keçirmək, MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qo­runub saxlanılması işlərinin davam etdirilməsi də 2024-cü il üzrə  Təşkilatımızın həyata keçirəcəyi fəaliyyət sahəsinə daxildir.

 

Bundan başqa, həm İkinc Dünya müharibəsində, həm də Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində, eləcə də lokal döyüşlər və antiterror tədbirlərində həlak olan qəhrəmanlarımızın gənc nəslə tanıdılması, onların xatirələrinin əbədləşdirilməsi də cari ildə Təşkilatımızın üçün prioritet istiqamətlərdən biri olacaq. Bu fəaliyyətə həm də orta və ali məktəblərdə gənclərlə görüşlərin keçirilməsi, veteranlarla gənclər arasında sıx təmasların təmin olunması, Vətən müharibəsi qaziləri ilə gənclər arasında görüşlərin keçirilməsi daxildir.

 

-2024-cü ilin ən mühüm olaylarından biri də cari ilin 7 fevral tarixində baş tutacaq prezident seçkiləridir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu seçkilərlə bağlı ictimai-siyasi müstəvidə hansısa aktivlik sərgiləyəcəkmi?

 

- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı yarandığı ilk gündən etibarən ölkəmizin ictimai-siyasi həyatında aktiv rol oynayıb, dövlət siyasətinin dəstəklənməsi, anti-milli qüvvələrin ifşa edilməsi, gənc nəslin milli dəyərlər əsasında yetişdirilməsi və s. istiqamətində mühüm işlər görüb. Bu baxımdan cari ilin prezident seçkilərində də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi aktivlik sərgiləyəcək, seçkilərdə fəallığın, şəffaflığın təmin olunmasına töhfə verməyə çalışacaq.

 

Məlumat üçün qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 27 dekabr 2023-cü il tarixindəki ümumi yığıncağında Prezident İlham Əliyevə dəstək bəyanatı qəbul edib. Həmin bəyanatda dövlət başçısının siyasətinin veteranlar tərəfindən dəstəkləndiyi qeyd olunur. Vurğulanır ki, veteranlar bu siyasətin qarşıdakı illərdə də davam etməsini arzulayır, bunu ümumxalq maraqları, milli maraqlar baxımından vacib hesab edir.

 

Təbii ki, Təşkilatımızın belə bir bəyanat qəbul etməsi heç də səbəbsiz deyil. Bu gün hər bir veteran yaxşı dərk edir ki, öləmizin bugünkü uğurları - ərazi bütövlüyümüzün və suverenliyimizin təmini, dövlətimizin regional gücə çevrilməsi, hərbi və iqtisadi qüdrətinin zirvəsində qərar tutması məhz Prezident İlham Əliyevin fədakarlığı və zəkası sayəsində mümkün olub. Məhz onun liderliyi 30 illik erməni işğalının sonlanmasında, milli qürurumuzun bərpasında, regiondakı tatus-kvonun ölkəmizin xeyrinə birmənalı şəkildə dəyişməsində həlledici rol oynayıb. Bu baxımdan veteranlarımız Müzəffər Ali Baş Komandanın dəstəklənməsini vicdan və vətədnaşlıq borcu hesab edərək belə bir bəyanat qəbul ediblər və bu bəyanatdan irəli gələn hər bir vəzifəni şərəflə icra edəcəklər.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral - növbədənkənar Prezident seçkiləri günü respublika üzrə seçkiləri müşahidə edəcək. İnanıram ki, veteranlarımız onlara göstərilən bu etimadı da yüksək səviyyədə doğruldacaq, bu missiyanın öhdəsindən bacarıqla gələcəklər.

 

Seymur ƏLİYEV

2024-01-19 12:48:46
4339 baxış

Digər xəbərlər

“Bu festival Vətən müharibəsindəki qalibiyyətimizin mədəniyyət müstəvisindəki davamı və təsdiqidir”

Tamam Cəfərova: “30 il erməni işğalında qalan torpaqlarımızda yenidən milli musiqimizin sədaları eşidiləcək, Üzeyir bəyin nəfəsi duyulacaq”   Xəbər verdiyimiz kimi, 18-24 sentyabr tarixində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçiriləcək. Əsasən Bakı şəhərində təşkil olunacaq festivalın bir sıra konsert proqramları Gəncə, Ağdam və Şuşa şəhərlərində də baş tutacaq.   Bununla bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Tamam Cəfərova, bu kimi tədbirlərin ölkə paytaxtı ilə yanaşı, həm də işğaldan azad edilən rayonlarda keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb:   “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Bakı ilə yanaşı, həm də işğaldan azad edilən bəzi rayonlarımızda – Ağdam və Şuşada keçirilməsi olduqca mühüm və qürurverici bir hadisədir. Biz buna görə ilk növbədə Ali Baş Komandanımıza, şanlı Azərbaycan ordusuna, şəhidlərimizə və qazilərimizə minnətdarıq. Məhz onların səyi nəticəsində 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımız azad edildi, işğalçı Ermənistan ağır və rüsvayçı məğlubiyyətə uğradıldı. Əslində 18-24 sentyabr tarixlərində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının paytaxtımızla yanaşı, həm də işğaldan azad edilən rayonlarımızda təşkili bu tarixi qələbənin mədəniyyət müstəvidəki davamı və təsdiqidir. Məhz bu cür tədbirlər, festivallar sayəsində 30 il erməni işğalında qalan torpaqlarımzıda yenidən milli musiqimizin sədaları eşidiləcək, Üzeyir bəyin nəfəsi duyulacaq.   Mən belə mühüm və anlamlı festivalın təşkilinə görə bütün təşkilatçılara, o cümlədən hər zaman milli musiqimizin ilkinliyinin, təmizliyinin keşiyində dayanan, onun daha da zənginləşməsinə və təbliğinə səy göstərən Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna öz təşəkkürümü bildirirəm. İnanıram ki, bu festival milli musiqimizin inkişafına, onun təbliğinə böyük təkan verəcək, ölkəmizin mədəni həyatına yeni nəfəs və ruh qazandıracaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Nazir Azad Rəhimov müharibə veteranları ilə görüşdü

IV İslam Həmrəyliyi oyunlarının açılışına  bir neçə gün qaldığı müddətdə nazir Azad Rəhimov İslam Həmrəyliyi oyunları Əməliyyat Komitəsində Böyük Vətən Müharibəsinin bir qrup veteranı ilə görüş keçirib. Nazir veteranları Qələbənin 72-ci ildönümü münasibətilə təbrik edərək, onların vətən, xalq qarşısında əvəzsiz xidmətlərindən, gənc nəslə nümunə olmalarından danışıb və hər birinə  can sağlığı arzulayaraq,   bu səpkili görüşlərin ardıcıl olmasının vacibliyini bildirib. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədr müavini Cəlil Xəlilov veteranları daim diqqətdə saxladığına və səmimi qəbula görə Gənclər və İdman Naziri Azad Rəhimova təşəkkürünü bildirmişdir.Tədbirin yekununda nazir Azad Rəhimov  Veteranlara  IV İslam Həmrəyliyi oyunlrının açılış mərasiminə biletlər və eyni zamanda, Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim etdi, onlarla xatirə şəkili çəkdirdi. 

Hamısını oxu
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı polkovnik Cəlil Xəlilovu qəbul edib

19 mart 2026-cı il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu qəbul edib.  Görüşdə dövlətimizin şəhid ailələri və veteranlara olan diqqət və qayğısına diqqət çəkən Müharibə, Əməlk və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Xaçmaz Rayon İcra Hakimiyyətinin də həssas kateqoriyadan olan vətəndaşlara hər zaman xüsusi həssaslıqla yanaşdığını bildirib və buna görə icra başçısına öz təşəkkürünü bildirib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və veteranlara qayğı ilə yanaşmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib, bu münasibətin bundan sonra da eyni həssaslıqla davam etdiriləcəyini vurğulayıb. Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Ərazi-təşkilat və ictimai-siyasi  məsələlər şöbəsinin müdiri Günel Nurəddinova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Xaçmaz Rayon Veteranlar Təşkilatının sədri Abasyar Heydərov da iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu
Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun ömrü çox uzaq gələcəyə hesablanıb

12 dekabr Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin anım günüdür. Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.   Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Böyük siyasi xadim Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Ümummilli liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir. Allah Ulu Öndərə rəhmət eləsin! Azərbaycan dövləti var olduqca Ümummilli liderimiz anılacaq, onun zəngin həyat təcrübəsi, güclü dövlətçilik, idarəçilik ənənəsi davam etdiriləcək.   Məşhur Məmmədov Milli Məclisin deputatı

Hamısını oxu