Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskayanı 8 Mart münasibətilə təbrik edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov və Nərimanov Bələdiyyəsinin sədri Təhmiraz Tağıyev İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskayanı evində ziyarət edib. Müharibə veteranını 8 mart münasibətilə təbrik edən Cəlil Xəlilov və Təhmiraz Tağıyev ona gül dəstəsi və hədiyyə verib, ən xoş arzularını bildirib. 

Anna Xarkovskaya göstərdiyi diqqətə görə qonaqlara təşəkkür edib, minnətdarlığını bildirib.

Xatırladaq ki, polkovnik Cəlil Xəlilov bir müddət öncə  Anna Xarkovskayanı xəstəxanada da ziyarət etmiş, onun müalicəsi ilə maraqlanmışdı. (https://veteran.gov.az/az/news/2382-polkovnik-celil-xelilov-baki-saglamliq-merkezinde-mualice-alan-ikinci-dunya-muharibesi-veterani-anna-xarkovskaya-bas-cekib ).

2024-03-07 20:43:59
3569 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə mütəfəkkirin anadan olduğu Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiya çərçivəsində bir gündə ölkəmizdə 650 min ağac əkilib. Dövlətimizin başçısına və birinci xanıma aksiya barədə məlumat verən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev dedi: Mehriban xanımın təşəbbüsünə əsasən bütün respublika üzrə bir gündə 650 min ağacın əkilməsi ilə bağlı böyük bir aksiyaya başlamışıq. Ağacların hamısı yerli tingliklərdə yetişdirilib və respublikanın bütün rayonlarının sifarişləri üzrə paylanılıbdır. Prezident İlham Əliyev: Şamaxıda neçə min ağac əkilir? Muxtar Babayev: Şamaxıda 50 min. Bakıda, Naxçıvanda, Sabirabad və Saatlı rayonlarının hər birində də 50 min ağac əkiləcək. Prezident İlham Əliyev: Şamaxıda neçə yerdə ağac əkilir, ancaq burada? Muxtar Babayev: Şamaxıda 10-12 yerdə əkilir. Bizim aksiyamızın keçirildiyi ərazi 5 hektardır. Prezident İlham Əliyev: Hansı ağaclar əkilir? Muxtar Babayev: Burada əsasən tuya və Eldar şamı. Amma, bütövlükdə 38 növ ağac paylanılıbdır. Əsasən meyvə ağaclarıdır ki, insanlar həm də meyvə götürsünlər. Prezident İlham Əliyev: Ağaclar bölgələrin iqliminə uyğun olmalıdır. Muxtar Babayev: Əlbəttə, nəzərə almışıq. Prezident İlham Əliyev: Abşeronda yəqin ki, zeytun əkilir? Muxtar Babayev: Abşeronda əsasən zeytundur, badamdır. Burada isə əsasən Eldar şamıdır. Əkilən ağaclar əsasən damcı üsulu ilə suvarılacaq. Bu sistem artıq Sabirabadda, Şamaxıda qurulur. Digərlərində ağaclar hələ ki ənənəvi üsulla suvarılacaq. Prezident İlham Əliyev: Ancaq qulluq etmək lazımdır. Mən gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub. Muxtar Babayev: Quruyan ağacların hamısı mütləq dəyişdiriləcək, onlara qulluq olunacaq. Ümumiyyətlə, aksiya səhər tezdən başlayıb. Bir neçə gündür hazırlıq işləri görülübdür. Bütün rayonlarda bu işlər çox böyük əhval-ruhiyyə ilə görülür və günün sonuna bizim hesabatımız olacaq. Prezident İlham Əliyev: Çox yaxşı. x x x Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağac əkdilər. x x x Mehriban Əliyeva: Bu ərazidə ümumilikdə nə qədər ağac əkilir? Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov: Yalnız bu ərazidə 5 min. Prezidentin köməkçisi Anar Ələkbərov: Mehriban xanım, bu hissədə əkilən ağaclar ilə “Nəsimi 650” yazısı formalaşdırılacaq. x x x Sonra dövlətimizin başçısı və birinci xanım aksiyada iştirak edən gənclərlə xatirə şəkilləri çəkdirdilər. Qeyd edək ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 38 növdə 650 min ağac əkilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların əkiləcəyi ərazilərin elektron xəritəsini hazırlayıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq. Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağac əkilib. Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. Bu ərazinin relyefinə uyğun olaraq burada əsasən tuya və Eldar şamı əkilib. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri və könüllüləri də fəal iştirak ediblər.

Hamısını oxu
“Ermənistanın təxribatçı addımlar üçün kimdən cəsarət aldığı məlumdur”

Nəsib Məhəməliyev: “Rusiya sülhməramlıları erməni terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər”   Son vaxtlar ermənilər tərəfindən təxribat xarakterli addımların sayı artmaqdadır. Laçın və Şuşada baş verən son olaylar erməni təxribatlarının sistemli xarakter almağa başladığını göstərir.   Maraqlıdır,  Vətən müharibəsində hərbi potensialının 80%-ni itirən Ermənistanın yeni qarşıdurmaya cəhd etməsi nə dərəcədə anlaşılandır? Məğlub Ermənistan özündə bu cəsarəti haradan alır?   Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:   “Erməni separatçısının hərbçilərimizin xidməti postuna əl qumbarası atması terror hadisəsidir və ən ağır şəkildə cəzalandırılmalıdır. Əks halda, yeni terror hadisələrinin törədiləcəyi şübhəsizdir. Burada məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür və onlar terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər. Terrorla mübarizədə effektiv İsrail təcrübəsi var. Heç bir halda terrorçulara güzəşt olunmur.   Nəzərə almaq lazımdır ki, Ermənistan, dünyanın bir çox ölkələrində diplomatları, siyasətçiləri, qətlə yetirən terror dövlətidir və bu sahədə geniş təcrübəyə malikdir. İnsanlıq əleyhinə ən ağır cinayətlər törətmiş qatı terrorçuları milli qəhrəman səviyyəsinə qaldıran toplumdur.   Heç kimə sirr deyil ki, hər bir terrorun arxasında siyasi məqsədlər dayanır. Mənə elə gəlir ki, bu terrorun da əsas məqsədi, 44 günlük müharibədə darmadağın olmuş və psixoloji baxımdan sındırılmış və alçaldılmış erməni əsgərinin döyüş ruhunu qaldırmaqdır.   Eyni zamanda, nizamlama prosesini əngəlləmək, 10 noyabr üçtərəfli bəyanatla razılaşdırılmış bəzi müddəaların icrasından yayınmaq məqsədi daşıyır. Bu yaxınlarda, Rusiya prezidentinin sözcüsü Dmitri Peskov dövlət başçılarının yaxın vaxtda görüşünün baş tutacağını bəyan etdikdən dərhal sonra, bir çox erməni siyasətçiləri, politoloqları bunun əleyhinə çıxdıqlarını, hər hansı sülh müqaviləsinin bağlanmasına imkan verməyəcəklərini bildirdilər.   Digər tərəfdən, düşünürəm ki, Türk dünyasının güclənməsi, inteqrasiya proseslərinin sürətlənməsi, bir çox dairələrin narahatlığına səbəb olur. Bu istiqamətdə müvəffəqiyyətlər əldə olunduqca, bədxahların ,,sürprizlərinə ,, hazır olmalıyıq.   Ermənistanın gücü haradan alması, bəlli məsələdir. Ermənistan bu gücü ilk növbədə regionda maraqları olan ənənəvi geosiyasi güclərdən və biabırçı məğlubiyyətlə barışa bilməyən daxili millətçilərdən alır. Erməni cəmiyyəti yekdil deyildir. Cəmiyyətin daxilində müxtəlif xarici orqanlara xidmət edən destruktiv qüvvələr var. Onlar istənilən an, öz xəstə ideyalarını yeritmək naminə cinayət işlətməyə hazırdırlar. 1999-cu ildə parlamentdə baş nazirin, parlament rəhbərliyinin güllələnməsi və s. buna sübutdur. Amma Ermənistanın yaxın illərdə Azərbaycanla qarşı-qarşıya gəlməsi, genişmiqyaslı müharibə aparması qeyri-mümkündür”.   Seymur ƏLİYEV

Hamısını oxu
Bakı şəhəri Sabunçu rayonunda Rixard Zorgeyə həsr olunan tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və  baş mütəxəssis Nəbi Hacıyev  11 noyabr  2022 –ci il tarixində   Bakı şəhəri Sabunçu  rayonunda  yerləşən Rixard Zorge adına 90 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər. Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin xatirəsinin bir daha əbədiləşdirilməsi üçün məktəbin foyesində qəhrəmanın baralefinin açılışı olub. Baralefin açılışı ilə əlaqədar keçirilən tədbirdə Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev, Dimitriy Kurqanov, Nelli Kurqanova, Qazibəyova Qurbantac, məktəbin direktor əvəzləyicisi Sivetlana Nəbiyeva, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri açıq elan edən Svetlana Nəbiyeva qonaqları tədbir iştirakçılarına təqdim etdi. İlk öncə söz polkovnik Adil Haqverdiyevə verilib: “ Azərbaycan çoxmillətli ölkədir. Bü gün xatirəsinin bir daha  əbədiləşdirilməsi üçün toplaşdığımız  tədbirin qəhrəmanı Rixard Zorge alman əsilli olmuşdur. O, 4 oktyabr 1895–ci ildə Bakı şəhəində, Sabunçuda doğulub. Rixard Zorge hələ körpə olarkən onun valideynləri Almanyanın Berlin şəhərinə köçüb. Gələcəkdə dünyanın ən çox araşdırılan kəşfiyyatçısı olan qəhrəman hər zaman Bakıda doğulmasını fəxrlə  söyləyib. O, Sovet İttifaqının kəşfiyyatçısı olaraq Yaponiyada gizli tapşırıqları yerinə yetirib. Almaniyanın Sovet İttifaqına hücumunun vaxtını dəqiqliklə xəbər verib. Lakin alman əsilli olduğuna görə onun verdiyi bu məlumata inamsızlıq göstərilib. Rixard Zorge 7 noyabr  1944-cü ildə  Yaponiyada  edam olunub. Bu cəsur kəşfiyyatçı unudulmuşdur. 1964-cü ildə fransız rejissoru bu  kəşfiyyatçı haqqında film çəkmişdir. Film ekrana çıxdıqdan  sonra onun fəaliyyəti araşdırılmış və ona Sovet İttifaqı qəhrəmanı fəxri adı verilmişdir”. Daha sonra Sabir Allahverdiyev, Dimitriy Kurqanov, Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Özbəkistanın QHT təmsilçiləri Respublika Veteranlar Təşkilatının qonağı olub

 Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının  sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Görüşdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı da iştirak edib.   Özbəkistanlı qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov xalqlarımızın faşizmə qarşı birgə mübarizə apardığını, bu mübarizədə tarixi həmrəylik sərgilədiyini qeyd edib. Sədr müavini bildirib ki, eyni kök və mədəniyyətə malik olan Azərbaycanla Özbəkistan arasındakı əlaqələrin son illər daha da genişlənməsi müşahidə olunur ki, bu da olduqca sevindiricidir. Cəlil Xəlilov həmçinin söyləyib ki, Füzulidə inşa edilən və Özbəkistan dövlətinin Azərbaycana hədiyyəsi olan Mirzə Uluqbəy adına  orta məktəb iki qardaş xalqın əbədi dostluğunun təcəssümüdür və xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dünyanın bir çox ölklərində fəaliyyət göstərən veteran təşkilatları ilə geniş əlaqələrə malik olduğunu bildirən polkovnik Cəlil Xəlilov, Özbəkistandakı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını vuğulayıb.Cəlil Xəlilov bu əməkdaşlığın xalqlarımızın maraq və mənafeyinə uyğun olduğunu, gələcək baxımından da böyük perspektiv kəsb etdiyini bildirib.   Səmimi görüşə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının  sədri Kamoliddin İşanxojayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə tanışlıqdan məmnunluq duyduqlarını, ikitərəfli əlaqələrin genişlənməsində maraqlı olduqlarını söyləyiblər.   Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr, maraqlı fikir mübadiləsi aparılıb.   Seymur ƏLİYEV

Hamısını oxu