Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatı şəhid ailələri və qazilərlə görüş keçirib

Veteran.gov.az xəbər verir ki, 13-14 mart 2024 cü il tarixində Ağdam rayonu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ağdam rayonunda Birinci və İkinci Qarabag müharibəsi şəhidlərinin ailə üzvüləri, qazilərlə görüşlər keçirib.

Görüşdə Agdam rayon Veteranlar Təşkilatının Sədri Elşən Zeynalov, Təşkilatın sədr müavini Mürsəl Rüstəmov, üzvüləri Rafayıl Zeynalov, Siyavuş Hacıyev, Fəqan Mehtiyev, Novruz Cəfərov, Qafar Axundov iştirak ediblər.

Onlar şəhid Alışov Mehmanın övladı Alışov Elməddin Mehman oglunu, şəhid Cahangir Kərimovun anası Zərifə müəlliməni, şəhid Nəsirov İlham Umud oglunun həyat yoldaşı Əmirova Gülnarə Qaytaran qızını, şəhid Bəylərov Bəylərin həyat yoldaşı Bəylərova Bəsti xanımı, şəhid Əhmədov Səyyafın həyat yoldaşı Əhmədova Qumru Yolçu qızını, şəhid Əliyev Elmirin həyat yoldaşı Əliyeva Zümrüd xanımı, şəhid Allahverdiyev Tahirin həyat yoldaşı Allahverdiyeva Nərgiz xanımı, şəhid anası Zeynalova Rayanı, qazi Qurbanlı Məhəbbəti qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər, onlaraNovruz bayramı payı təqdim ediblər.

Şəhid ailəsi üzvüləri dövlətimizin, Ağam Rayonu İcra Hakimiyətinin və Ağdam Rayon Təşkilatından diqqət və qaygısının onların üzərində olduqlarını bildiriblər.

 

2024-03-15 23:33:02
3176 baxış

Digər xəbərlər

Özbəkistan Prezidenti azərbaycanlı diplomatı "Dostluq" ordeni ilə təltif edib

Veteran.gov.az xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 1 sentyabr ölkənin müstəqillik günü bayramı münasibəti ilə bir sıra şəxsləri dövlət mükafatları ilə təltif etmişdir.   Bu il, bu ali mükafat "Dustliq" (Dostluq) ordeni Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edilmişdir. Azərbaycanlı diplomat iki ölkə arasında mədəni, elmi, ədəbi, mətbuat sahəsində, habelə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılan yeganə xarici ölkə təmsilçisi olmuşdur.   Mükafatı Özbəkistanın xarici ölkələrlə millətlərarası münasibətlər və dostluq əlaqələri Komitəsinin rəhbəri Rustambek Qurbanov Samir Abbasova təqdim etmişdir. O, Özbəkistan üçün Azərbaycanla əlaqələrin xüsusi önəm daşıdığını, Samir Abbasovun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi, Özbəkistanda Azərbaycan mədəniyyətini uğurla təbliğ etdiyini və bu istiqamətdə çoxsaylı, maraqlı layihələr həyata keçirdiyini vurğulayıb. Komitə sədri azərbaycanlı diplomatın dövlətlərimizin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsində fəaliyyətini xüsusi qeyd edib. Samir Abbasov isə öz çıxışında ilk növbədə Özbəkistan dövlətini, xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan və Özbəkistan dostluğundan danışıb, hər iki ölkənin dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında əməkdaşlığın yüksək  səviyyəyə qalxdığını qeyd edib.   O, bu yüksək ali mükafata - "Dustliq" (Dostluq) ordeninə layiq görüldüyü üçün  Özbəkistan dövlətinə, prezident Şavkat Mirziyoyevə səmimi təşəkkürünü bildirmiş, gələcəkdə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.   Samir Abbasov Komitə sədri Rustambek Qurbanova Azərbaycan mədəniyyətini, xalqımızın istedadını nümayiş etdirən Azərbaycan xalçası və ölkəmizə dair nəşrlər hədiyyə edib.    

Hamısını oxu
“Erməni xislətinin ən spesifik xüsusiyyəti ondan ibarətdir ki...”

“Erməni xisləti xain, məkirli, bədxah və dəyişilməzdir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, erməni xisləti üçün spesifik olan bəzi cəhətlər xüsusilə diqqət çəkir: “Erməni xarakteri üçün əlamətdar olan ən mühüm xüsusiyyətlərdən biri onların düşdükləri vəziyyətə, sahib olduqları gücə görə hərəkət etməsidir. Erməni xisləti özünü o zaman tam və aydın şəkildə büruzə verir ki, onlar özlərini güclü hesab edirlər. Gücə sahib olduqları zaman içlərindəki bədxahlıq tam şəkildə üzə çıxır, necə amansız, qəddar, xain olduqlarını qeyri-ixtiyari ortaya qoyurlar. 90-cı illərin təcrübəsi bunu aydın şəkildə göstərdi. Buna görə də, Prezident İlham Əliyevin də daim qeyd etdiyi kimi, hər zaman ayıq-sayıq olmalı, gücümüzü qorumalı, həmrəyliyimizi hifz etməliyik. Təhlükəsizliyimizin və zəfərlərimizin yolu bundan keçir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Borçalıdan cəbhəyə uzanan yol: Əli Qurban oğlu Əliyevin döyüş yolu

 Borçalı əsrlərlə sınanmış, sınsa da sınmamış, zamanın qasırğalarından alnıaçıq çıxmış qədim türk yurdudur. Elə bir yurd ki, o dağ kimi əyilməz oğulları ilə tanınır. Borçalı öz adını qürurla daşıyan, milli şüurunu əsrlər boyu qoruyub saxlayan igid bir el olaraq tarixən Qarapapaq türklərinin məskəni olmuşdur. Qarapapaqlar təkcə at belində torpağını qorumamış, həm də sazla-sözlə, ədəbiyyatla, mədəniyyətlə millətin yaddaşını yaşatmışlar. İgidlik, sədaqət və torpaq sevgisi bu xalqın qanındadır. Borçalı, məhz bu igid elatın - Qarapapaq türklərinin  əməyi, zəhməti və hünəri ilə qəhrəmanlar yurduna çevrilmişdir. XX əsrin ən qanlı hadisəsi olan İkinci Dünya Müharibəsində də Borçalı susmadı. Bu ulu torpaq minlərlə övladını cəbhəyə yola saldı kimisi analarının duası ilə, kimisi isə doğmalarının göz yaşları içində. Lakin hamısının bir amalı vardı: xalqının şərəfini, torpağının qeyrətini qorumaq. O dövrdə Gürcüstan ərazisi faşist Almaniyası tərəfindən işğala və bombardmana məruz qalmamışdı, lakin bu, onun xalqının müharibəyə laqeyd qalması demək deyildi. Gürcüstandan 700 min nəfər İkinci Dünya Müharibəsində iştirak etdi. Bu adlar arasında Azərbaycanlı döyüşçülər də xüsusi yer tutur ki,  onlar milliyyətə və dinə baxmadan eyni ideal uğrunda can verdilər. Bu igidlərdən biri də Əli Qurban oğlu Əliyev idi. O, 1924-cü ildə Borçalıda, Qarapapaq igidlərinin sıralarından çıxmış bir ailədə dünyaya göz açmışdı. 1942-ci ildə cəmi 18 yaşı olarkən Vətənin çağırışına cavab verdi və könüllü olaraq Sovet Ordusu sıralarına yazıldı. Əvvəlcə 1018-ci atıcı alayının tərkibində döyüşlərə qatıldı. Daha sonra 176-cı atıcı diviziyanın heyətində faşizmə qarşı mübarizəni davam etdirdi. Bu diviziya müharibənin ən ağır cəbhələrində xüsusilə Stalinqrad döyüşü və Dnepr əməliyyatı kimi strateji savaşlarda iştirak etmişdi. Əli Əliyev üçün müharibə sadəcə güllə və barıt deyildi. Bu, əqidənin, imanın və xalqına sədaqətin sınaq meydanı idi. 1943-cü ilin yazında baş verən ağır döyüşlərdən birində ağır yaralandı və EQ 1451 saylı hərbi qospitalda uzun müddət müalicə aldı. Həkimlərin səyi nəticəsində sağaldı, lakin döyüş meydanına qayıtmaq mümkün olmadı. Bununla belə Əli Əliyev arxa cəbhədə fəal iştirak etdi müharibədən sonra dağıdılmış həyatı yenidən qurmaq mübarizəsinə qoşuldu. 1943-cü il sentyabrın 1-də ordu sıralarından tərxis olundu və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Bu medal təkcə onun şəxsi igidliyinin nişanəsi deyildi. Bu həm də Borçalı torpağının adına yazılmış bir şərəf lövhəsi idi. Borçalı əsrlər boyu təkcə mədəniyyətin deyil, qeyrətin, sədaqətin və fədakarlığın da beşiyi olub. Qarapapaq igidlərinin nəsildən-nəslə ötürdüyü bu dəyərlər savaş illərində bir daha sübut olundu. Müharibə başa çatsa da, yaddaşlar heç vaxt susmadı. Hər kənddə, dağın ətəyində, torpaq parçasında bir qəhrəman yatır. Onların ayaq izləri, adları xalqın qəlbində əbədiyyətə çevrilib. Gürcüstanda da 9 May – Qələbə Günü xüsusi ehtiramla qeyd olunur. Tbilisinin qəlbində Vake parkında "Naməlum əsgər"in məzarı üzərinə qoyulan hər bir çiçək, əslində unudulmayan bir andın, silinməyən bir yaddaşın nişanəsidir. Hər gül, hər ziyarət, hər baxış bu torpağın o igid övladlarına ehtiramdır. Əli Qurban oğlu Əliyev tək bir əsgərin adı deyil, bir millətin ləyaqət rəmzidir. Onun timsalında Borçalı igidləri, Gürcüstandan çıxan mərd azərbaycanlılar, vətən torpağı üçün canından keçən bütün qəhrəmanlarımız bir daha ucalır gözümüzdə. Biz onların yoluna həm baş əyir, həm də onların yolunda addımlayırıq. Bu torpaq qəhrəmanların canı ilə yoğrulmuş müqəddəs əmanətdir. Onların qanı ilə yazılan tarix, alın təri ilə sulanan azadlıq, sevgisi ilə möhkəmlənən birliyimiz bu günkü müstəqil Azərbaycanın ruhudur. Əli Qurban oğlu Əliyevin timsalında biz zamanı yarıb gələn səslərə qulaq asırıq. Onlar deyir:“Unutmayın bizi, çünki siz bizimlə varsınız, biz də sizinlə yaşayırıq...”             Cəlil Xəlilov: Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
“Qədim dostlar”ın Ermənistana gətirdiyi yeni bədbəxtliklər

Fransa və Hindistanın hərbi dəstəyi erməni toplumunun sabahına nə vəd edir? Fransanın Ermənistandakı səfiri Olivye Dekottini sosial mediada Ermənistan və onun “qədim dostları” ilə bağlı paylaşım edib. Səfir qeyd edib ki, “Fransa və Hindistan iki böyük demokratiya, iki hərbi və texnoloji güc və Ermənistanın iki köhnə dostudur”. Olivye Dekottininin dediyi kimi, Fransa və Hindistanı həqiqətən də Ermənistanla qədim təmaslara malik dövlətlər adlandrımaq olar. Çünki hər iki dövlət uzun müddət Ermənistanla sıx münasibətdə olub, ona siyasi-diplomatik, mənəvi-psixloji, bəzi hallarda isə hərbi baxımdan yardımlar edib. Və nə qədər qəribə görünsə də, Ermənistanın başına gələn bütün müsibətlərdə, üzləşdiyi bütün məğlubiyyət və uğursuzluqlarda hər iki dövlətin böyük rolu mövcuddur. Çünki məhz Fransa və Hindistanın İrəvana verdiyi hərbi-siyasi dəstək Ermənistanın anti-Azərbaycan siyasətinin geniş vüsət almasına səbəb olmuş, onu ölkəmizə qarşı yeni terror aktları və qarşıdurmalara həvəsləndirmişdir. 44 günlük Vətən müharibəsi tarixinə nəzər salsaq görərik ki, Ermənistan bu müharibə zamanı da öz ordusundan daha çox Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Rusiya, Fransa və s. kimi dövlətlərin dəstəyinə ümid etmiş, məhz bu səhvi onun faciəsinə çevrilmişdir. Xatırladaq ki, Vətən müharibəsi zamanı Ermənistana siyasi baxımdan dəstək ifadə edən Fransa və bəzi ölkələr proseslərə əməli baxımdan müdaxilə etməyə cəsarət etməmiş, nəticədə Ermənistan “qədim dostlarının” – Fransa və Hindistanın gözü önündə rüsvayçı məğlubiyyətə uğramışdır. Bu fakt bir daha sübut edir ki, Fransa və Hindistan tarixən Ermənistanı yeni avantüralara qızışdırmaqla onun ağır məğlubiyyətlərə düçar olmasına bais olmuşdur. Bu mənada, Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin Fransa və Hindistanı Ermənistanın “qədim dostları” adlandırması, hər iki ölkənin İrəvanı dəstəklədiyini gündəmə gətirməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu açıqlama onu göstərir ki, hər iki dövlət Cənubi Qafqazda öz maraqlarını müdafiə etmək üçün Ermənistandan alət kimi istifadə etmək siyasətinə sadiqdirlər və bu kimi açıqlamalarda məqsəd erməni toplumunu “qədim dost” nağılına inadırmaq, onlara cəsarət verərək yeni oyunlara daxil olmasını təmin etməkdir. Odur ki, erməni toplumu əsrlədir boyu davam edən bu nağıla inanmamalı, sabahlarına qan və göz yaşı vəd edən “dostların” onların ən böyük düşmənləri olduğunu anlamalıdır. Ermənistan anlamalıdır ki, Fransa və Hindistan kimi dostu olan ölkəyə düşmən lazım deyil. Nə indi, nə də heç vaxt... Seymur ƏLİYEV

Hamısını oxu