Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sumqayıt Tibb Mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində vətəndaşlara 465 minə yaxın tibbi xidmət göstərilib

Veteran.gov.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ilin fevral ayında şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb.

STM-nin tabeliyində olan tibb müəssisələrinə fevral ayı ərzində əhaliyə 464 min 769 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 348 min 237-si ambulator, 116 min 532-si isə stasionardır.

Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

2024-03-16 20:20:04
2823 baxış

Digər xəbərlər

Şəhidin atası: “Sonuncu dəfə babası ilə danışmışdı”

"Sonuncu dəfə babası ilə danışmışdı. “Hər şey yaxşıdır, məndən narahat qalmayın” deyib. Hər birimizə salam-dua, sevgilər göndərib”. Bunu Oxu.Az-a iyulun 13-nə keçən gecə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə şəhid olan, bu gün doğulduğu rayonda torpağa tapşırılan şəhidimiz Xəyyam Daşdəmirovun atası Məhəmməd Daşdəmirov deyib. Şəhid atası oğlunun mərd, vətəni canından çox sevən olduğunu deyib:   “Xəyyam torpağına bağlı oğul idi. Çox vətənpərvər ruhda bir əsgər idi. Hər dəfə onunla telefonda danışanda “Məndən narahat olmayın, vətənimə xidmət edirəm” deyirdi. Sonuncu dəfə Xəyyam babası ilə danışmışdı. İki gün əvvəl babası ilə hər birimizə salamlarını, sevgilərini göndərmişdi. İndi isə oğlum şəhid oldu. Vətən sağ olsun. Bütün şəhid ailələrinə səbr diləyirəm. Allah rəhmət eləsin”. Şəhidin əmisi Cümşüd Daşdəmirov da Vətən uğrunda şəhid olan bütün oğullara Allahdan rəhmət diləyib: “Bizim üçün çox ağırdır. Xəyyam çox cəsur, igid oğul idi. Vətən yolunda xidmətə getdi. Vətən yolunda da canından keçdi. Allah bütün şəhidlərə rəhmət eləsin!” Könül Cəfərli 

Hamısını oxu
“Biz gələcəyə keçmişimizdən güc alaraq addımlamalıyıq”

Cavid Osmanov: “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməklə tariximizin, mədəniyyətimizin izlərini yenidən bərpa etməliyik”   “Tarixi-mədəni abidələrə olan münasibətimiz erməni toplumu ilə aramızdakı fərqin nə qədər böyük olduğunu göstərir”   İşğaldan azad edilən ərazilərin bərpası və tərəqqisi prosesində Qarabağ Dirçəliş Fondunun üzərinə mühüm vəzifələrin düşdüyü, Fondun bu istiqamətdə ciddi addımlar atdığı məlumdur. Yeri gəlmişkən qeyd edək ki, Qarabağ Dirçəliş Fondu 17 avqust tarixli məlumatında işğaldan azad edilmiş ərazilərdə erməni faşizmi tərəfindən dağıdılan maddi mədəniyyət abidələrinin də bərpa ediləcəyini bildirib, vətəndaşları Fondun fəaliyyətinə dəstək verməyə səsləyib.   Moderator.az-a açıqlamasında Qarabağdakı maddi mədəniyyət abidələrinin bərpasının zəruriliyini vurğulayan millət vəkili Cavid Osmanov, bunun hər şeydən öncə tariximizə, mədəni irsimizə sahiblənməyimiz baxımından zəruri olduğunu bildirib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz müsahibələrində dəfələrlə vurğulayıblar ki, Qarabağ və ətraf rayonlarda hansı dinə mənsubluğundan asılı olmayaraq, bütün abidələr bərpa ediləcək və qorunacaq. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun işğaldan azad edilən rayonlarımızda maddi mədəniyyət abidələrinin bərpası ilə bağlı səsləndirdiyi fikirlər mühüm əhəmiyyətə malikdir.   Hər şeydən öncə qeyd edim ki, bu abidələr bizim tariximizdən, mədəniyyətimizdən, xalqımızın qəhrəmanlıq keçmişindən xəbər verir. Bu baxımdan həmin abidələrin bərpa edilməsi tariximizə, mədəniyyətimizə sahib çıxmağımız, onu qorumağımız, gələcək nəsillərə çatdırmağımız baxımından mühüm əhəmiyyətə malikdir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə maddi mədəniyyət abidələrinin bərpası dünya birliyinə, bəşərəriyyətə də bir mesajdır. Bu, Azərbaycan xalqının öz tarixininə, mədəniyyətinə, ümumilikdə sivilizasiyaya nə qədər mühüm önəm verdiyini göstərir. Erməni faşizminin barbarbarlığı və vəhşiliyi fonunda bu cür quruculuq prosesi xalqımızla erməni toplumu arasındakı fərqin nə qədər böyük və müqayisəedilməz olduğunu göstərir. Bu baxımdan, Qarabağ Dirçəliş Fondunun maddi mədəniyyət abidələrinin bərpası ilə bağlı açıqlamasını alqışlayır, hər bir vətəndaşımızı Fondun fəaliyyətinə dəstək verməyə səsləyirəm. Biz imkanlarımız daxilində Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək vermək, ona ianələr etməklə öz tariximizin, mədəniyyətimizin izlərini yenidən bərpa etməli, gələcəyə öz keçmişimizdən güc alaraq, bu keçmişi yaşadaraq addımlamalıyıq. Və əminəm ki, ölkə başçısının rəhbərliyi, Qarabağ Dirçəliş Fondunun koordinasiyası və səyi ilə biz bu məqsədimizə də çatacağıq”.   Seymur ƏLİYEV

Hamısını oxu
“ Aprel döyüşləri Şanlı qələbəmizin başlanğıcıdır” mövzusunda tədbir keçirilib

Müharibə, Əmək və Silahli Qüvvələr Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik  Adil Haqverdiyev və aparıcı mütəxəssis Osman Məhərrəmov 04 aprel  2023-ci ildə    Bakı şəhəri Suraxanı rayonunda tədbir təşkil ediblər. Tədbir  Aslan Muradov adına  84 saylı tam orta məktəbdə baş tutub. 2016-cı il Aprel döyüşləri ilə əlaqədar “Aprel döyüşləri -Şanlı qələbəmizin başlanğıcıdır”adlı tədbirdə  Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, müavini müharibə veteranı Cavanşir Abdullayev, məktəbin direktoru Röya İslamova , hərbi hazırlıq müəllimi  müharibə veteranı ehtiyatda olan mayor Zöhrab Muradov, şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Röya İsmayılova açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub.  Çıxış üçün ilk söz ehtiyyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev  öncə Aprel  döyüşləri  haqqında ətraflı danışıb. Adil Haqverdiyev iki müharibənin - Əfqanıstan və Qarabağ müharibəsinin  iştirakçısı  kimi  müharibənin çətinliyindən əsgər və zabitlərimizin torpaqlarımız  ugrunda necə əzimlə döyüşməklərindən, şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan  qürurla  bəhs edib. Bildirib ki, biz  sülhsevər xalqıq. Hər zaman bu istəyimizi subut etmişik.  Ali Baş Komandan İlham Əliyev dəfələrlə düşmənə hümanistlik göstərmişdir. Əsirlərin qaytarılması, xəstə əsirlərin müalicə olunması, torpaqlarımızdan çıxmaları üçün möhlət hüququnun verilməsi və s. buna sübutdur. Adil Haqverdiyev çıxışının sonunda  Allahdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzuladı. Tədbirin sonunda xatirə şəkli çəkilib.                                               

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Afət Abbasova ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, 7 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Afət Abbasova ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, gənclər və yeniyetmələr arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Görüş zamanı polkovnik Cəlil Xəlilov müəllifi olduğu bir neçə kitabı Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına hədiyyə edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu