Digər xəbərlər
“Ordumuzun güclənməsi, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması təhlükəsizlik təminatımızın yüksəlməsi deməkdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşlkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər dövlət başçısının təhlükəsizlik məsələsinə verdiyi önəmi göstərir: “Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində müasir dünyamızda təhlükəsizlik faktorunun nə qədər önəmli olduğuna diqqət çəkdi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, hazırda dünyada hüquq normaları işləmir və gücü olan kəs haqlı sayılır. Bu isə o deməkdir ki, Azərbaycan öz ordusunun peşəkarlığını, döyüş hazırlığını yüksəltməkdə davam etməli, bunu prioritet məsələ kimi daim gündəmdə saxlamalıdır”. Polkovnik son 5 ildə Azərbaycan Silahlı Qüvvələrinin öz gücünü və peşəkarlığını əhəmiyyətli dərəcədə artırdığına da diqqət çəkdi: “Son 5 ilin təhlili göstərir ki, Azərbaycan Silahlı Qüvvəlıəri öz peşçəkarlığını, eləcə də texniki təchizatını Vətən müharibəsi dövrü ilə müqayisədə bir neçə dəfə artırıb, bu sahədə çox böyük uğurlara imza atıb. Zəfərin 5-ci ildönümü ilə bağlı təşkil edilən parad bunu bir daha əyani şəkildə göstərdi. Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması, Komando Qüvvələrinin yaradılması, ordumuzun həm milli hərbi sənaye, həm də xaricdən alınan texnikalar hesabına daha modern silahlarla silahlandırılması Azərbaycan Silahlı Qüvvələrinin inkişafının dinamik xarakter aldığını isbatlayır. Bu isə bizə öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin etməyə, hər cür gözlənilməzliyə hazır olmağa, istənilən təhdid və təhlükənin qarşısını anındaca almağa imkan verir. Onu da qeyd edək ki, son 5 ildə Silahlı Qüvvələrimizin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması müşahidə edilir ki, bu da olduqca təqdirəlayiqdir. Şübhəsiz, biz bütün bunlara görə Prezidentimizə, onun müdrik siyasətinə borcluyuq. Məhz Müzəffər Ali Baş Komanımızın yürütdüyü bu siyasət müasir Azərbaycanı dünyanın ən sabit, ən təhlükəsiz, ən firavan ölkəsinə çevirib ki, bu da təhlükəsizliyimizlə yanaşı, həm də inkişafımız və tərəqqimiz üçün əsas şərtdir. Prezidentimizin yürütdüyü siyasət onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da güclü orduya malik sülh ölkəsi olaraq qalacaq və inkişafı ilə yanaşı, təhlükəsizliyini də yüksək səviyyədə təmin etməkdə davam edəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Prezident İlham Əliyev Ağdaş rayonunun Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Hamısını oxu
Əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan şəhid Ərtoğrul Nadirlinin tabutu yaşadığı Sədərək rayonundakı evinə gətirilərkən atası Hümbət Nadirli ona qurban kəsib. Bu barədə özünün sosial şəbəkə hesabında əslən Naxçıvandan olan jurnalist, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Onun sözlərinə görə, hərbi xidmətini Daşkəsəndə davam etdirən Ərtoğrul Nadirli müharibə başlayarkən Kəlbəcər istiqamətində Murovdağın alınmasında xüsusi şücaət göstərib, eyni zamanda, onlarla döyüş yoldaşını həm yaralı, həm də sağ döyüş bölgəsindən çıxarıb. Daha sonra komandir baş leytenant şiddətli döyüş zamanı özü də qəhrəmancasına şəhid olub. Şəhid komandirin nəşi 52 gün sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və həmin rayon ərazisindəki yüksək rütbəli hərbçilərin köməyi ilə tapılıb. Ərtoğrulun meyiti çətinliklə tapıldığı üçün atası bu addımı atıb. Qeyd edək ki, şəhidin qarşılanması zamanı Naxçıvanda böyük izdiham yaşanıb.//oxu.az
Hamısını oxu
veteran.gov.az xəbər verir ki, konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağıriv, rayon veteranları və ziyalıları iştirtak edib. Giriş nitqi və hesabat məruzəsi ilə çıxış edən Ağsu Rayon Veteranlar Təşkilatının sədri Camaləddin Zeynalov görülən işlər haqqında məlumat verib, aktual məsələlərə toxunub. Daha sonra Yadulla Mehdiyev Təftiş komissiyasının hesabını səsləndirib. Tədbirdə çıxış edən əmək veteranlarıYaşar Qarayev, Tahir Xası, Əmrulla Kərimov dövlətin veteranlara olan qayğısından bəhs edib, gənc nəsillə veteranlar arasında təmasların güclənməsinin vacibliyindən danışıblar. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların cəmiyyətdəki roluna diqqət çəkib. Dövlətin veteranları daim diqqət mərkəzində sxladığını bildirən Cəlil Xəlilov, veteranların da ölkənin ictimai həyatında aktiv iştirak etdiyini, dövlət başçısının siyasətini qətiyyətlə dəstəklədiklərini bildirib. Veteranlar qarşısıdna duran vəzifələr toxunan polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar bundan sonra da milli maraqlarımızın müdafiəsində yaxından iştirak etməli, gənc nəslin maariflənməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsində əllərindən gələni əsirgəməməlidirlər. Yekun nitqi ilə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov veteranların rayonun ictimai həyatındakı roluna toxunub, onların fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısının şəhid ailələrinə, veteranlara yüksək qayğı və diqqət göstərdiyini bildirən icra başçısı, gənc nəslə ali mənəvi dəyərlərlərin aşılanmasında veteranların mühüm rol oynadığını vurğulayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Seymur ƏLİYEV
Hamısını oxu