Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında araşdırmaçı jurnalist, türkoloq Aida Eyvazlı Göytürk ilə görüş keçirilib

21 sentyabr 2024-cü ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında  məktəblilər, ictimaiyyət nümayəndələri və ziyalılarla araşdırmaçı jurnalist, türkoloq, tərcüməçi, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürklə görüş keçirilib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.  

Yazıçı-publisist, Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev Aida Eyvazlının müstəqilliyimizin ilk illərindəki jurnalist fəaliyyətindən,  mübariz qələm adamı kimi, hər zaman yaradıcılığında haqqın-ədalətin yanında olmasından, peşəkar fəaliyyəti ilə və iti qələmi ilə hər zaman uğurlara imza atdığından, türk dünyasının  təsis etdiyi  önəmli mükafatlarına layiq görülməsindən danışdı.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsinin icra edən polkovnik Cəlil Xəlilov, Aida Eyvazlının yaradıcılığına, bu yaradıcılığın türk tarix və mədəniyyətinin tədqiqi baxımından roluna toxunub. Aida Eyvazlının yaradıcılığının əsasən milli-mənəvi dəyərlərimizin, qəhrəmanlıq tariximizin təbliğinə həsr olunduğunu bildirən Cəlil Xəlilov, onun tərcüməçi kimi də böyük uğurlara imza atdığını vurğuladı. Jurnalıistin qələmə aldığı “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyi, Abay Kunanbayevin, Platon Oyunskinin, Nursultan Nazarbayevin  Azərbaycan dilinə tərcümə etdiyi əsərlərin tarixi əhəmiyyətindən danışdı

 “Şəhid ailəlrinə dəstək” İctimai Birliyinin sədri, 2016-cı il aprel döyüşlərinin şəhidi ƏbdülMəcid Axundovun anası  Ceyran Həsənova, filologiya elmləri doktoru Şərəf Cəlili, “Ulduz” jurnalının redaktoru, əməkdar jurnalist Qulu Ağsəs, 34 saylı məktəbin direktoru , ictimai xadim, şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, Bakı Slavyan Universitetinin doktorantı, qazaxıstanlı alim Altın Tukumbayeva  çıxış edərək Aida Eyvazlı Göytürkün yaradıcılığı , onun şəhidlərimizə həsr etdiyi kitabları, türk dünyasının şəxsiyyətləri və onun əsərləri barədə etdiyi tərcümələri, yaradıcılığı boyu türk irsi və tarixinə dair apardığı araşdırmalar, yazdığı məqalələr, eləcə də Azərbaycan Televiziyasında müəllifi olduğu “Qızıl alma” proqramının, türk dünyasının mədəni irsinə,  Vətənimizin tarixinin və həqiqətlərinin  dünyanın bir çox türkdilli ölkələrində yayılmasındakı əhəmiyyətindən, Azərbaycana qazandırdığı dostlardan söhbət açdılar.

Aida Eyvazlı Göytürkə vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidmətlərinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edildi.

Tədbirin sonunda çıxış edən Aida Eyvazlı görüşə gələn qonaqlara təşəkkür edib, yaradıcılıq planları, həyata keçirəcəyi layihələr haqqında məlumat verdi.

Görüş hərbi-vətənpərvərlik mahnılarının ifası ilə başa çatıb.

2024-09-21 16:59:21
4195 baxış

Digər xəbərlər

Səbail rayonu 7 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

25 fevral 2026-cı il tarixdə Respublika Veteranlar Təşkilatının iş planına uyğun olaraq Bakı şəhəri, Səbail rayonu 7 nömrəli tam orta məktəbdə 26 Fevral Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktor müavini Elmira Ibrahimova, tarix müəllimi Sevda Bağırova, Respublika Veteranlar Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlıq şöbəsinin baş mütəxəssisi Rasim Mirzəyev, Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova, məktəbin müəllim və şagird kollektivi iştirak edibər. Tədbirdə Xocalı soyqırımı qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra nümayiş olunan Xocalı soyqırımına həsr olunmuş videoçarxda, soyqırım hadisələri ilə yanaşı müasir dövrdə Qarabağda dinc quruculuq işlərinin vüsət alması əksini tapıb. Məktəbin şagirdləri dəyirmi masa ətrafında faciənin tarixi haqqında təhlili məlumatlarla çıxış edərək eyni zamanda, tədbir iştirakçılarını Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi ilə tanış ediblər. Tədbir çıxışlarla davam etdirilib. Çıxış edən qonaqlar, Respublika Veteranlar Təşkilatının nümayəndəsi Rasim Mirzəyev, Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova xalqımızın milli mübarizə tarixi və Respublikamızın ərazi bötövlüyünün qorunması uğrunda baş verən tarixi hadisələrdən bəhs ediblər. Xocalı faciəsinin tariximizə qan yaddaşı və tariximizin acı  səhifəsi kimi həkk olunduğunu bildiriblər.  Məktəbin direktor müavini Elmira Ibrahimova və tarix müəllimi Sevda Bağırova milli yaddaşımızdakı tarixi günlərin qeyd edilməsinin əhəmiyyətindən  danışaraq milli vətənpərvərlik ruhunun qorunmasının vacibliyini diqqətə çatdırıblar. Tədbirdə şəhidlərimizin xatirəsinin daima əziz tutulduğu və gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirən yüksək dəyərimiz olduğu qeyd edilərək, şagirdlərin vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda xatirə şəkli şəkilib.

Hamısını oxu
Özbəkistan tarixi

Bu şeir Azərbaycan və Özbəkistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr olunur Oxuyub vərəqlədim mən tarixini, Araşdırıb öyrəndim bu türk elini. Axı necə sevməyim şirin dilini? Yaxşıca anlayırıq bir-birimizi. Döyünən qəlbidir o Türküstanın, Tarixi qədimdir Özbəkistanın.   Bəxş etmiş cahana neçə dahilər, Alimlər, təbiblər, mütəfəkkirlər. Elmə töhfə vermiş o şəxsiyyətlər, Sinalar, Nəvailər, Əl Birunilər. Mədəniyyəti zəngindir qardaş diyarın, Tarixi qədimdir Özbəkistanın.   İgidləri tarix yazıb qılınclarıyla, Vətənini qoruyub öz canlarıyla. Hər biri qürur duyur özbək adıyla, Əmir Teymuruyla, babalarıyla. Ərənləri ad qoyub ulu diyarın, Tarixi qədimdir Özbəkistanın.   Gəz, dolan, seyr elə şəhərlərini, Görərsən o zaman gözəlliyini. Fərqanə, Buxara, Xivə, Səmərqənd, İnsanı valeh edir möhtəşəm Daşkənd. Hər daşı tarixdir doğma diyarın, Tarixi qədimdir Özbəkistanın.   Anar Əhmədov DİN-nin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru, mayor  

Hamısını oxu
“Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir”

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, qurultay iştiakçısı, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, qurultayda YAP-ın son bir ildəki fəaliyyəti yüksək qiymətləndirilib, eləcə də dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişaf istiqamətləri, bu sahədə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında qurultay iştirakçılarına ətraflı məlumat verilib: “Qurultay iştirakçısı olaraq ilk növbədə qeyd etməliyəm ki, YAP-ın VIII Qurultayı öz möhtəşəmliyi və məhsuldarlığı ilə yadda qaldı. Qurultayda YAP-ın ötən dövrlərdəki fəaliyyəti və əldə edilən uğurlara toxunuldu, partiyanın fəaliyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Qurultaya damğa vuran əsas məqam isə heç şübhəsiz Prezident İlham Əliyevin çıxışı, səsləndirdiyi fikirlər oldu. Müstəqil Azərbaycanın tarixi inkişaf yoluna diqqət çəkən dövlət başçısı, Ümummilli Lider Heydər Əliyevin xidmətlərini yada saldı. Heydər Əliyevin tarixi xilaskarlıq missiyasına toxunan Müzəffər Ali Baş Komandan vurğuladı ki, əgər o zaman Ulu Öndər hakimiyyətdə olsaydı, Qarabağda separatizm meyillərinin qarşısını alar, problemin dərinləşməsinə imkan verməzdi. Hansı ki, Azərbaycan xalqı separatizm və işğal faktoru fonunda Heydər Əliyevin siyasi dühasına arxalandığı, onun səriştəsinə bələd olduğu üçün 1993-cü ildə onu yenidən hakimiyyətə dəvət etdi və Ümummilli Lider həmin il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycan xalqı öz dövlətçiliyini qorudu, vətəndaş müharibəsinin baş verməsinə, erməni işğalının genişlənməsinə imkan vermədi”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, dövlət başçısı hərbi gücümüzün artırılması, vətənpərvərlik tərbiyəsinin gücləndirlməsi, ideoloji işin aparılması ilə bağlı da vacib çağırışlar səsləndirib: “Prezident İlham Əliyev Qurultaydakı çıxışında Azərbaycanın hərbi gücünün artırılmasının vacibliyinə də toxundu. Müzəffər Ali Baş Komandan vurğuladı ki, hərbi gücün artırılması hər bir dövlət, hər bir xalq üçün vacibdir. Çünki dövlətin təhlükəsizliyi, öz ərazi bütövlüyü və suverenliyini qoruması bu amildən bilavasitə asılıdır. Dövlət başçısı Azərbaycanın yaşadığı faciələrə də diqqət çəkdi və bildirdi ki, bu kimi halların bir daha baş verməməsi üçün hərbi gücün artırılması zəruridir. Beynəlxalq hüquq və beynəlxalq təşkilatların rolunun azaldığı müasir dünyamızda hərbi güc təhlükəsizlik bxımından ikiqat önəm kəsb edir. Prezident çıxışnda müasir ideoloji işlərin aparılmasının önəmini də qeyd etdi. Dövlət başçısı vurğuladı ki, bu işlər formal xarakter daşımamalı, real və praktiki olmalıdır. Müzəffər Ali Baş Komandan bunun üçün gərəkli zəminin mövcud olduğunu da söylədi. Dövlət başçısı qeyd etdi ki, “bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”. Həqiqətən də istər 2020-ci ilin 44 günlük Vətən müharibəsi, istərsə də 2023-cü ilin lokal anti-terror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri öz qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirdi və ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği və ideoloji iş baxımından da böyük perspektiv formalaşdırdı. Bu gün bütün əlaqədar qurumlar – QHT-lərdən tutmuş təhsil ocaqlarına, nazirliklərdən tutmuş ən xıra müəssisələrə qədər hər bir qurum bu məsələni diqqət mərkəzində saxlamalı, ideoloji müstəvidə fəaliyyətini gücləndirməlidir. Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman ideoloji işə xüsusi həssaslıqla yanaşmış, yeniyetmə və gənclər arasında akiv iş aparmışıq. Təşkilatımız tərəfindən cari ilin sonuna kimi bu istiqamətdə daha bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur ki, bütün bu tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından son dərəcə əhəmiyyətlidir. Mən başda cənab Prezident olmaqla YAP-ın VIII qurultayının bütün iştirakçılarını Qurultayın uğurlu təşkili münasibətilə təbrik edir, Müzəffər Ali Baş Komandanımıza, hakim partiyaya, dövlətimizə və xalqımıza uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə iştirakçılarının sosial vəziyyətinə həsr olunmuş tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 12 aprel 2023-cü il tarixində “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı " İctimai Birliyi Cəlilabad rayon Veteranlar Təşkilatı ilə birlikdə "Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirilmə" layihəsinə həsr edilmiş tədbir keçirib. Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman açdıqdan sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Layihənin kordinatoru, sosial məsələlər üzrə tədqiqatçı Esmira Orucova layihə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, müharibə iştirakçıları ilə bağlı sosial tədqiqatın keçirilməsinin məqsəd və məramını açıqlayıb. Layihənin rəhbəri “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı " İctimai Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, həyata keçirdiyimiz layihənin əsas məqsədi müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət stragediyasına dəstək olmaq üçün onların aktual problemlərini üzə çıxarmaqdır. Sonda toplanmış  materiallar əsasında ictimai birliyimiz tərəfindən təklif və tövsiyələr hazırlanıb müvafiq qurumlara təqdim olunacaqdır. "Qarabağ Qaziləri" ictimai birliyinin sədri Maşallah Əliyev, Milli Qəhrəman şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev, rayon icra hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov, Müharibə və Əmək veteranları Rizvan Mehdiyev, Adil Hüseynov, Adıgözəl Nuriyev, Sakit İsayev, Qurban Əhmədov və başqaları öz çıxışlarında onları narahat edən məsələlərə toxunublar və bu məsələlərin həlli yollarından danışıblar. Sonda xatirə şəkilləri çəkilib.

Hamısını oxu