Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Ağsaqqallar Şurasının təbriki

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri və İdarə Heyəti adından polkovnik Cəlil Xəlilovu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilməyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Cəlil müəllim!
Sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumunda yekdilliklə Təşkilatın sədri seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə xalqımızın və dövlətimizin rifahı və inkişafı naminə dəyərli fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı diləyirik!
Uzunmüddətli səmərəli xidmətlərinizlə Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında özünə layiqli yer tutan nüfuzlu bir şəxsiyyət kimi Siz bir sıra məsul hərbi vəzifələrdə çalışaraq bu sahənin inkişafında, Azərbaycan Ordusunda nizam-intizamın möhkəmləndirilməsində və formalaşmasında əhəmiyyətli işlər həyata keçirmisiniz. İctimai xadim olaraq vətənpərvər fəaliyyətinizlə xalqımıza dəyərli xidmətlər göstərmiş, Qarabağ uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimizlə birgə düşmənə qarşı qəhrəmancasına mübarizə aparmısınız. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyində uzun müddət təmsil olunan peşəkar zabit, müdrik bir ziyalı kimi ölkəmizin tərəqqisi üçün yorulmadan səylər göstərmiş, veteranlar hərakatının inkişafına böyük töhfələr vermiş, ölkəmizin müstəqilliyi uğrunda mübariz gənclərin yetişməsində mühüm rol oynamısınız.
Əminik ki, Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında davam edən səmərəli əməkdaşlıq Sizin rəhbərliyiniz dövründə daha da dərinləşəcək və inkişaf edəcəkdir. Təşkilatın sədri olaraq Siz bundan sonra da böyük işlər həyata keçirərək dəyərli veteranlarımızla birgə Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəkləyəcək, Vətənimizin xoşbəxt gələcəyi naminə var qüvvənizlə çalışacaqsınız.
Hörmətli Cəlil müəllim!
Bir daha Sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilməyiniz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri və İdarə Heyəti adından səmimi-qəlbdən təbrik edir, Sizə ölkəmizin tərəqqisi istiqamətində həyata keçirdiyiniz bütün işlərdə davamlı nailiyyətlər arzulayırıq!

Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
sədri, millət vəkili, professor                                                                                Eldar QULİYEV”

 

2024-10-07 10:32:23
857 baxış

Digər xəbərlər

"Qarabağ - Zəfərə gedən yol" adlı İntellektual Bilik yarışı keçirilib

Veteran.gov.az xəbər verir ki, Xaçmaz Rayon Gənclər və İdman İdarəsi və Xaçmaz Gənclər Klubu yeniyetmə və gənclər arasında 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Qarabağ - Zəfərə gedən yol" adlı Xəmsə formatında İntellektual Bilik yarışı keçirib.   İntellektual yarış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.1. yarımbəndinin icrasının təmin edilməsi, intellektual oyunların gənclər arasında təbliği, gənclərin dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə təşkil olunub. Yarışda 6 komanda tərkibində birləşən 30 nəfər gənc bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən Kolizey komandası - I yerə, Pentaqon komandası II yerə, Polad komandası III yerə layiq görülüblər.   Qalib komandaları İdarə tərəfindən kubok, medallar və diplomlarla təltif olunublar. Qalib komandaları təbrik edirik.   Yarış pandemiya qaydalarına uyğun olaraq keçirilib.  

Hamısını oxu
Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova təltif edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova ilə görüşüb. Görüş əsnasında ölkə gəncliyinin vətənpərvərlik tərbiyəsinin mövcud durumu müzakirə edilib, gənclərin Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqdan bəhs olunub.   Görüşün sonunda Nəcibə Axundova hərbi vətənpərvərlik sahəsindəki çoxillik və səmərəli fəaliyyətinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təltif edilib.   Məlumat üçün qeyd edək ki, hər il olduğu kimi bu il də Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbdə vətənpərvərliklə bağlı çoxsaylı tədbirlər həyata keçirilib, maraqlı layihələrə imza atılıb.

Hamısını oxu
Prezidentdən mühüm Xankəndi mesajı

Bütün Azərbaycan o FOTOlara baxır... Hətta bütün dünya baxır... O qədər heyrətamiz, doğma və misilsizdir ki... Sanki həyatımızın, taleyimizin, şərəfimizin, qürurumuzun, dünənimizin, bu günümüzün, gələcəyimizin, ən önəmlisi, Qələbəmizin fotolarına baxırıq. Bəli, o fotolardan Vətən görünür. Vətənimiz... Prezident İlham Əliyev Bayraqdır, Dövlətdir, Millətdir o görüntülərdə. Sülh sazişi hələ bağlanmayıb. Yalnız atəşkəs elan olunub. Erməni silahlı dəstələri hələ torpaqlarımızı tərk etməyib. Hətta rusiyalı sülhməramlılarla erməni başıpozuq dəstələrinin atışmaları barədə sosial şəbəkələrdə xəbərlər dolaşır. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənmə prosesinə başlanılmayıb. Belə bir riskli və təhlükəli şəraitdə Prezident Füzuli və Cəbrayıla – işğaldan azad olunmuş rayonlarımıza səfər edir. Daha da heyrətamizi: Tək deyil, həyat yoldaşı, həm də sözün bütöv mənasında silahdaşı, Birinci xanım, Birinci vitse-prezident da yanındadır. Təsəvvür edin, biz media rəhbərləri olaraq o bölgələrə səfərimizin təşkil olunması üçün cəmi 1 gün öncə müraciət etmişik. Bizə cavab verilib ki, hələ təhlükəlidir, gözləyin. Amma İlham Əliyev Mehriban xanımla birlikdə həmin o təhlükəli ərazilərdədir... O qədər əzəmətlidir ki... Prezident İlham Əliyevin əzmini, əzəmətini, cəsarətini və miqyasagəlməz qəhrəmanlığını gördükcə sevinc və fərəhdən adamın ayaqları yerdən üzülür. Bir insan Vətənini və Torpağını necə bu dərəcədə, bu səviyyədə, bu böyüklükdə sevə bilər? Bu nə sevgidir, bu nə inamdır, siz nə edirsiniz, Cənab Prezident! Dünənəcən qanlı döyüşlərin getdiyi ərazilərdir bura. Terrorçu mahiyyətli ölkəylə düşmənik... Hələ üstəlik, Mehriban xanım deyir ki, “maşını saxla, piyada gedək”... Mən əminəm ki, dövlət rəhbərliyinin təhlükəsizliyinə məsul olanlar da ən azı bizim qədər şokdadır... Hər şey spontandır. Görünən odur ki, heç nə, heç bir şey uzun-uzadı, öncədən planlaşdırılmayıb. Füzuli... Şəhidlərimizin qanıyla suvarılan torpaq. Prezidentin Füzuli müjdəsini verdiyi çıxışı yadınızdadır? Demişdi ki, Füzuli döyüşlərini dünya hərb elmi araşdıracaq, öyrənəcək. Bu, o Füzulidir. Ali Baş Komandan məhz orada maşını saxlayır, enir və sonsuz sevgiylə, ehtiramla, şövqlə onu alqışlayan insanları salamlayır. İnsanlara yaxınlaşır. Heç bir narahatlığı yoxdur. İnsanlara səmimiyyətlə, sevgiylə, inamla baxır... İnsanlar “İlham” qışqırmır, insanlar İlham Əliyevi görən kimi “Qarabağ” deyir, “Vətən” qışqırır. Bilirsinizmi bu nə deməkdir? Bu, İlham Əliyevin Yurd, Vətən, Qarabağ olması deməkdir! O səhnəyə dəfələrlə, təkrar-təkrar baxdım. Nə gördüm, nə hiss etdim, bilirsiz? Bir yazar üçün gördüklərini yazmaq çox asandır. Amma hiss etdiklərini qələmə almaq, sözə çevirmək o qədər çətindir ki... Ürfani Sevgi var İlham Əliyevə. Bu, alışdığımız, təsəvvür etdiyimiz və ya etməyə çalışdığımız o məlum duyğulardan daha fərqli, daha ötə və daha üstün Sevgidir. Yaxın-uzaq keçmişimizə, tariximizə nəzər salaq, xatırlamağa çalışaq. Kimə qarşı olub bu sevgi? Tariximizin ən şanlı səhifələrini yazan Nadir Şaha olmayıb. Dilimizin əzbəri deyil bu isim. Baxmayaraq ki, Hindistanı fəth etmişdi. Sələflərindən qalan dövlət ərazilərini ikiqat artırmışdı, böyütmüşdü. Milyon kvadratkilometrlərlə ölçülən torpaqlar qatmışdı torpağımıza. Böyük Sərkərdəmizə sayğı vardı, etimad vardı, sevgi də vardı. Ancaq... İlham Əliyevə olan Sevgi Selindən fərqli... İlham Əliyevə olan sevgini yalnız Şah İsmayıl Xətaiyə olan xalq məhəbbəti ilə müqayisə etmək olar. Şah İsmayıla ürfani sevgi vardı. Bu, bir şaha, fatehə, sərkərdəyə olan münasibət deyildi. Mistik idi. Göylərlə əlaqəliydi, İlahi qatları vardı. Ona görə də 500 ildir dəyişmir, unudulmur, itmir, o enerji qəlbimizdədir. Məhz qəlbimizdə... Qarabağda “yüksək”, “uca”, “yuxarı” sözlərini adətən belə ifadə edirlər: “qəlbi”. Yəni ən yuxarı, ən üstün, ən uca. Şah İsmayıl ürəyimizin, qəlbimizin ən uca yerində olub həmişə. Əsrlərdir belədir... İndi İlham Əliyev həmin o QƏLBİ yerə - qəlbimizin ən UCA yerinə taxt qurub. Ürfanla, mistika ilə real qəhrəmanlığın - yeri gəlmişkən, mənim düşüncəmdə İlham Əliyev yalnız Milli Qəhrəman deyil, bu rütbədən, bu addan, bu fəxarətdən daha yuxarıdadır – cəsarət və əzəmətin mücəssəməsi kimi... Biz onu Prezident, Ali Baş Komandan kimi yox, ən başlıcası, öz doğmamız, əzizimiz, ciyərparamız kimi sevirik! Və o da bunu hiss edir. Şuşanı niyə aldı? Niyə Xankəndini yox, məhz Şuşanı?! Çünki bilirdi ki, Şuşa mənəviyyat paytaxtımızdır. Şuşasız bu toplum yarımçıq olar, dolu olmaz, bütöv olmaz. Ən ağır, ən çətin, hətta ağlasığmaz döyüşlər gedib Şuşa uğrunda. Canımızla, qanımızla, qəlbimizlə, qolumuzun, dizimizin gücüylə, təpəriylə almışıq Şuşanı. Şuşa qələbəsi, Şuşa döyüşü fərqlidir, çox fərqlidir. Bu yerüstü döyüş deyil. Bu, Göy döyüşüdür. Heç təsadüf deyil ki, Ali Baş Komandan bu savaşı iki dövlət arasında gedən müharibə adlandırmır, “Xeyirlə Şərin mübarizəsi”, Xeyirin Şər üzərində Qələbəsi adlandırır... Təəccüblənməmək, heyrətlənməmək, sevməmək mümkün deyil. Ali Baş Komandanım xanımının əlindən tutaraq Xudafərinə doğru gedir. Çünki o bilir ki, Şuşa nə qədər ruhumuzun paytaxtıdırsa, Xudafərin də bir o qədər Ruhumuzun birliyidir. Milli birliyimizdir, milli qürurumuzdur, milli dirçəlişimizdir Xudafərin. Xudafərinin mesajları bütün Azərbaycan türklərinədir – 50 milyon insanımıza yönəlik çağırışdır, ismarışdır, sevgi və həmrəylik mesajıdır. Bütün bunlar təsadüfdür? Yox. 30 illik arzularımızın məhz indi reallaşması təsadüf ola bilərmi? Niyə 10 il öncə yox, 10 il sonra da yox, məhz indi? Çünki İlham Əliyev hesablamışdı bütün bunları. Dövlətin gücləndirilməsi, ordunun gücləndirilməsi, bütün resursların Qələbə üçün toparlanması və yönəldilməsi, dəqiq hesablamalar və Zəfər. Xarici ekspertlər deyir, “İlham Əliyev xəritəni düzgün oxumağı bacardı”. Yalnız xəritənimi? Harda başlayıb harada bitirməyi, dünyanın supergüclərini, ermənipərəstləri, düşmənin havadarlarını mat qoyaraq, hər kəsi və şeyi son dərəcə dəqiqliklə, əminliklə hesabladı və müharibəni uddu. İndi o Qalibdir, o diktə edir, o həll edir bundan sonra olacaqları... Xankəndiylə bağlı dediklərinə diqqət edin... Yollarla, yeni yollarla bağlı planlarına diqqət edin. “Hələlik...” deyir. “Hələ ki...” Ərazi bütövlüyümüz deyir. Ermənilərə heç bir statusun verilməyəcəyini deyir. Ermənistana təzminat davası açılacağını deyir... Yəni müharibə bitməyib Azərbaycan Prezidenti üçün. Müharibə başlayır. Ən çətin və ən ağır müstəvidə... İlham Əliyevlə Mehriban Əliyevanın – Prezidentlə Birinci vitse-prezidentin əyinlərindəki hərbi geyim həm də bunun işarətiydi. İşğaldan azad olunan bölgələrimizə - erməni vandalizminin həyat izlərini sildiyi o torpaqlara Can, Həyat və İşıq aparmaq missiyasıydı... Gözəl günlər yaşayırıq... Ağrılarımız keçəcək... Yaralarımızı sarıyıb sarmalayacaq, sağaldacağıq... Bütün savaşlarımızın sonu Qələbəylə bitəcək... Qələbə Azərbaycana o qədər yaraşır ki... Aynur Camalqızı

Hamısını oxu
Ətraf mühitin qorunması sağlam gələcəyin təminatçısıdır

Azərbaycan Respublikasının dinamik inkişafı çoxşaxəlidir. Bütün sahələrdə olduğu kimi, inkişaf və tərəqqi ölkənin ekologiyasının qorunması və yüksəldilməsində də özünü göstərir. Ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan ardıcıl addımların respublikamızın və eləcə də, Qafqazın flora və faunasının qorunmasında müstəsna əhəmiyyəti var. Hər il respublikamızda minlərlə ağac əkilir, parklar və yaşıllıqlar salınır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, ulu öndər Heydər Əliyev ekoloji mühitin yaxşılaşdırılması istiqamətində ölkəmizdə fundamental addımlar atıb. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi xəttinin istiqamətlərindən biri də ekologiyanın qorunmasıdır. Həyata keçirilən ekoloji siyasət davamlı inkişafa təkan verir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır. Belə bir təşəbbüsün həyata keçirilməsi, respublikamızın beynəlxalq aləmdə ekoloji sistemin yaxşılaşdırılması üçün verdiyi mühüm və zəruri töhfə kimi qiymətləndirilməlidir. Diqqətə çatdırıb ki, son illər dünyada yaşıllıqların azaldığı barədə “həyəcan təbili” çalınır. Meşə zolağının, ağacların azalması, ilk növbədə, insan üçün xoşagəlməz nəticələr vəd edir: oksigen azalır, ətrafa yayılan səs-küyün və toz dənəciklərinin qarşısı alınmır, atmosferə buraxılan zəhərli qazlar udulmadığı üçün canlı orqanizmə zərərli təsir göstərir, xəstəliklər çoxalır. Biz veteranlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü dəstəkləyir və olduqca təqdirəlayiq bir iş kimi qiymətləndiririk. “Ağaclar çox olan ərazidə daha sağlam həyat sürmək mümkündür. Çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinin qarşısını ala bilər. Təbiətimizə göstərdiyimiz qayğı gələcək nəslin sağlam ekoloji mühitdə böyüməsinə müsbət təsir göstərəcək. Təbiətimizi sevmək, onu qorumaq və bu sevgini gənc nəslimizə təbliğ etmək vacib məsələdir. Dahi şairimizin yubileyi ilə əlaqədar, onun xatirəsini bir daha yad edərək ağac əkmək hər birimiz üçün fərəhdir. Hər birimiz belə nəcib təşəbbüsə qoşulmalı və ətraf mühiti qorumalıyıq”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu