Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Hərbi Prokurorluğun uğurlu fəaliyyəti dövlətimizin təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirir”

Elman Məmmədov: “Bu fəaliyyət sağlam ordu, sağlam münasibətlər prinsipini təmin edir”

“Hərbi Prokurorluğun uğurlu fəaliyyəti dövlətimizin təhlükəsizliyini və müdafiə qabiliyətini gücləndirir”.

Bunu Veteran.gov.az-a açıqlamasında millət vəkli Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Hərbi Prokurorluğun orduda, habelə çağırış sistemindəki neqativ hallara qarşı prinsipial mübarizəsi təqdirəlayiqdir:

“Hərbi Prokurorumuz hörmətli Xanlar Vəliyevin və onun tabeçiliyindəki şəxslərin fəaliyyəti, orduda, eləcə də çağırış sistemindəki arzuedilməz hallara qarşı prinsipial mübarizəsi dövlətimizin təhlükəsizliyi baxımından olduqca mühüm önəm kəsb edir. Hərbi Prokurorluğun orduda qanunçuluğun, nizam-intizamın möhkəmlənməsi istqiamətində atdığı addımalr ölkəmizin təhülkəsziliyinin bir nömrəli qarantı olan ordumuzun daha da sağlamlaşmasına, güclənməsinə kömək edir. Həmçinin, hərbçilər arasında hörmət və etimada əsaslanan münasibətləri gücləndirir.

Bildiyiniz kimi, prokurorluq əməkdaşları həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində də neqativ hallara qarşı mübarizə aparır, qanun pozuntularını müvəffəqiyyətlə ifşa edirlər. Bu, çağırış sisteminin şəffaflaşması, qanunsuz halların aradan qalxması, həqiqi hərbi xidmətdən yayınmaların qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.

Mən Hərbi Prokurorluğun milli maraqlarımızın, döpvlət maraqlarımızın təminindəki əzmkar fəaliyyəti təqdir edir, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm”.

Seymur ƏLİYEV

2024-10-07 11:33:07
3078 baxış

Digər xəbərlər

“Xainlər” filmi avqustun 22-də yayımlanacaq

Xəbər verdiyimiz kimi, Real TV-nin rəhbəri Mirşahin Ağayev yeni film hazırlayıb.   “Yeni Sabah” xəbər verir ki, “Xainlər” adlanan film avqustun 23-də, saat 22.00-da Real TV-nin efirində yayımlanacaq. Film Azərbaycan dövlətçiliyi üçün fəaliyyət göstərən daxili düşmənlərə həsr olunub. Filmdə Əlikram Hümbətovun ölkəni parçalamaq üçün yaratdığı separatçı şəbəkə və onun fəaliyyətinə işıq tutulub. video

Hamısını oxu
“Təlimlər bölgədə sülhün və təhlükəsizliyin təmininə yönəlib”

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təlimləri Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığını, yüksək döyüş hazırlığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.     Polkovnik qeyd edib ki, məhz Azərbaycanla Türkiyənin birgə səyləri bu gün regionda dayanıqlı sülh və sabitliyin əsas qarantı rolunda çıxış edir: “Bildiyiniz kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlub etməklə bütövlükdə erməni faşizminə böyük zərbə vurdu, onun bölgədə möhkəmlənmək, özünə yeni dayaqlar tapmaq cəhdlərini darmadağın etdi. Bu, dövlətimizin, Ali Baş Komandanımızın bütövlükdə region və dünya qarşısındakı mühüm xidmətlərindən biridir. Məhz Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətindən sonra bölgədə sabitlik bərpa olundu. Erməni vandalizminin, davamlı terror cəhdlərinin qarşısı alındı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.   Qardaş Türkiyə Respublikası Vətən müharibəsi gedişində də öz mövqeyini açıq şəkildə ortaya qoydu və Azərbaycanı həm mənəvi, həm də diplomatik platformada qəti şəkildə dəstəklədi. Bu gün də Azərbaycan və Türkiyənin birgə səyləri regionda sabitliyin, stabilliyin, inkişafın qarantı, bazisi rolunda çıxış edir. Bunu bütün region dövlətləri, qlobal güclər və beynəlxalq təşkilatlar da anlamalı, Azərbaycan və Trükiyənin sülhpərvər siyasətini dəstəkləməlidirlər”.   Sədr müavini bu təlimlərin ordularımızın yüksək döyüş hazırlığının qorunub saxlanılması baxımından önəminə də diqqət çəkdi: “Şübhəsiz, bu cür təlimlər həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş hazırlığının qorunub saxlanılması, onun peşəkarlığının daha da artırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Bu təlimlər hər iki ordunun yüksək döyüş hazırlığına malik olduğunu göstərir. Naxçıvandakı hərbi təlimlər sübut edir ki, Azərbaycan ordusu Vətən müharibəsində sərgilədiyi yüksək döyüş hazırlığını qoruyub saxlamaqda və uğurla inkişaf etdirməkdədir.   Onu da qeyd edim ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan-Türkiyə brigə təlimləri hər hansı üçüncü bir dövlətə qarşı yönəlməyib və heç kim üçün təhdid təşkil etmir. Ancaq buna baxmayaraq, Azərbaycan və Türkiyəyə düşmən olan məkrili qüvvələr bu təlimlərdən nəticə çıxarmalı və anlamalıdırlar ki, həm Azərbaycan, həm də Türkiyə onlara yönəlik istənilən təhlükəni neytrallaşdırmağa qadirdir və şanlı Vətən müharibəsi bu gerçəyin ən böyük isbatıdır”.   Ayşən Vəli  

Hamısını oxu
Belarus Respublikasının ölkəmizdəki səfirliyi 13 veteranı təbrik edib

Belarus Respublikasının müstəqillik günü ilə əlaqədar olaraq adıçəkilən ölkənin Azərbaycandakı səfirliyi Belarusun ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən 13 azərbaycanlı veteranı təbrik edib. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olan Belarus səfirliyinin nümayəndələri, veteranlara xoş arzularını çatdırıb, minnətdarlıqlarını ifadə ediblər.   Xatırladaq ki, İkinci Dünya müharibəsində xeyli sayda azərbaycanlı Belarus Respublikasının faşist işğalçılarından müdafiəsində yaxından iştirak edib, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərib.

Hamısını oxu
Bu gün şəhid Abdullayev Həsən Qərib oğlunun doğum günüdür

Abdullayev Həsən Qərib oğlu 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda doğulmuşdur. 2001-ci ildə Daşkəsən rayon S.Vurğun adına 4 nömrəli tam orta məktəbə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdu. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etmişdir.Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra idmanın karate-do növü ilə məşğul olmuş, bir sıra nailiyyətlər əldə etmişdir. 8 sentyabr 2020-ci il tarixindən MAXE hərbi qulluqçu kimi fəaliyyətə başlamış, daha sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində iştirak etmiş, böyük şücaət göstərmişdir. 6 noyabr 2020-ci ildə Şüşa şəhərinin Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. 12 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Abdullayev Həsən Qərib oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. Subay idi.   

Hamısını oxu