Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Təşkilatımız türkdilli dövlətlərin veteran təşkilatları ilə əlaqələri genişləndirəcək”

Cəlil Xəlilov: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik”

“Hərbi qurumlar və təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik”

Məlum olduğu kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 sentyabr 2024-cü il tarixli XI plenumunda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə Təşkilatın gələcək fəaliyyəti, həyata keçiriləcək mümkün yeniliklər haqqındakı sualalrımıza cavab almağa çalışdıq.

-Cəlil müəllim, öncə sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI qurultayında sədr seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Maraqlıdır, bundan sonra Təşkilatın fəaliyyətində hansı dəyişikliklər, yeniliklər olacaq?

- Təşəkkür edirəm.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün istiqamətlərdə fəaliyyətinin daha səmərəli və operativ təşkili məqsədi ilə mövcud strukturun təkmilləşdirilməsi, rayon şöbələrinin maddi-texniki bazasının, maliyyə təminatının yaxşılaşdırılması əsas məqsədimizdir. Çünki istənilən uğurlu fəaliyyətin arxasında düzgün struktur və kadr siyasəti dayanır.

Bundan başqa, Təşkilatımızın rayon şöbələrinin aktivliyinin artırılması, onların fəaliyyətinin stimullaşdırılması da qarşıda duran əsas vəzifələrdəndir.

Məlumat üçün qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının demək olar ki, respublikamızın bürün raynlarında şöbələri mövcuddur. Onlar yerlərdə gənclər, veteranlar arasında iş aparır, vətənprəvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi addımlar atırlar. Lakin onların fəaliyyətinin günümüzün tələbləri səviyyəsində qurmaq üçün onların maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac var. Bu baxımdan, qarşıdakı fəaliyyətimizdə rayon şöbələri ilə təmasların daha da dərinləşdirilməsi, Təşkilatın fəaliyyətinin bölgələrdə gücləndirilməsi əsas fəaliyət istiqmaətlərimizdən biri olacaq.

- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğindəki xüsusi roluna görə diqqət çəkib. Yəqin ki, bundan sonra da bu istiqamət Təşkilatın əsas fəaliyyət prioritetlərindən biri olaraq qalacaq?

-Şübhəsiz!

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əsas və ənənəvi fəaliyyət istiqamətlərindən biri gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğini gücləndirmək, onların milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsini təmin etməkdir. Hansı ki, indiki həssas dönəmdə bu, ikiqat əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə gənclərin vətənpərvərlik və mili-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirilməsinin önəminə toxunub, bunun xalqımızın, dövlətimizin bugünü və gələcəyi baxımından önəmini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, məhz gənclərin vətənpərvərlik eşqi, vətənə, torpağa, bayrağa olan məhəbbəti düşmənin darmadağın edilməsi, işğaldakı torpaqlarımızın azad edilməsinə səbəb oldu. Erməni faşizmi gənclərimizin vətən sevgisi qarşısında davam gətirə bilmədi.

Biz bu gün də gənclərimiz arasında vətənpərvərlik ideologiyasının güclənməsinə xüsusi diqqət yetirməli, bu istiqamətdə əməli addımlar atmalıyıq. Odur ki, əsas məqsədlərimizdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin yüksəldilməsi məqsədi ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Səfərbərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, o cümlədən Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə iş planlarının hazırlanması və həyata keçirilməsini təmin etməkdir.

Qeyd edim ki, Təşkilatımız bundan öncə də bu istiqamətdə çoxsaylı görüşlər keçirib, layihələr gerçəkləşdirib. Bu gün isə biz bu əməkdaşlığın miqyasını genişləndirmək, daha çox gəncin bu layihələrdən bəhrələnməsini təmin  etmək niyyətindəyik. İnanıram ki, biz bu işin öhdəsindən gələ biləcəyik.

Müxtəlif kateqoriyadan olan veteranlar, Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri ilə Təşkilatımızın mərkəzi ofisində, rayon şöbələrində, hərbi hissələrdə, universitet və orta məktəblərdə mütəmadi görüşlərin təşkili, Müdafiə Nazirliyinin Milli Müdafiə İnstitutunda, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətləri Akademiyalarında,  digər hərbi təmayüllü məktəblərdə təhsil alan gənc hərbçilərlə görüşlərin keçirilməsi diqqət mərkəzimizdə olacaq.

-Cəlil müəllim, şəhid ailələri və veteranlara qayğı dövlətimiz üçün prioritet məsələlərdən biridir. Bu istiqamətdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hansı addımlar atmağı planlaşdırır?

-Şəhid ailələri və veteranlarla bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılması, onların problemlərinin həlli ilə bağlı dövlət orqanları ilə əlaqələrin gücləndirilməsinə çalışacağıq. Veteranların sanator-kurort müalicəsi, istirahətləri və asudə vaxtlarının təşkili məsələlərinin diqqətdə saxlanılması da həyata keçirəcəyimiz layihələrdə yer alacaq.

Ümumiyyətlə, hesab edirik ki, mövcud reallıqlar veteranlara, onların qayğı və tələbatlarına yeni bir baxışı zəruri edir. Buna görə də veteranların problemlərinin həllində mühüm rol oynayacağını nəzərə alaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması üçün müvafiq dövlət orqanları ilə birgə işin təşkilini vacib sayırıq. Hesab edirik ki, çoxdan qəbul edilən bu qanunda zəruri dəyişikliklər edilməli, mövcud reallıqlar nəzərə alınmalıdır. Biz bununla bağlı təkliflərimizi aidiyyatı orqanların diqqətinə çatdırmışıq.

- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq daha hansı yeniliklərə imza atmağı düşünürsünüz?

-Təşkilatımızın türkdilli dövlətlərin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələrinin gücləndirilməsi üçün tədbirlərin görülməsi, o cümlədən zəruri xarici səfərlər üçün maliyyə imkanlarının yaradılması da əsas məqsədlərimizdən biridir.

Təşkilatımızın fəaliyyətinin ölkə ictimaiyyətinə daha operativ çatdırılması üçün AzTV, yaxud İctimai TV-nin proqramında ayda 1 saatlıq “Veteran saatı” verilişinin efirə verilməsi, elektron media resursumuzun maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin daha da optimallaşdırılması da başlıca planlarımızdan biridir.

Əminəm ki, dövlətimizin qayğısı, üzvlərinizin əməyi sayəsində bütün planlarımızın reallaşmasına nail olacaq və Təşkilatımızın tarixində yeni bir dönəmin başlanğıcını qoyacağıq.

Seymur ƏLİYEV

2024-10-07 14:00:54
3204 baxış

Digər xəbərlər

Naxçıvanda şəhid övladlarına həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib

Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı və Səfər Əlirzayevin dəstəyi ilə şəhidlərimizin bizlərə əmanət etdikləri övladları üçün möhtəşəm bayram şənliyi təşkil olunub. Şənlikdə dövlət və hökumət nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Xalq artistləri, ziyalılar, el ağsaqqalları, şəhid və qazi ailələri iştirak ediblər. Tədbir çərçivəsində təşkil olunan şou proqram, uşaqlar üçün müxtəlif əyləncəli oyunlar və maraqlı səhnəciklər tədbir iştirakçılarının böyük maraq və sevincinə səbəb olub. Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunmuş, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək, ruhlarına dualar oxunub. Bu mərasimdə, həmçinin şəhid ailələrinə və onların övladlarına dəstəyin vacibliyi bir daha vurğulanmış, şəhidlərin qəhrəmanlıqları qeyd olunmuş, onların irsinin gələcək nəsillərə ötürülməsi üçün mühüm bir mesaj verilmişdi.

Hamısını oxu
Sumqayıtda qazilərlə növbəti görüşlər keçirilib

Sumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq şəhid ailələrinin üzvləri və qazilərlə görüşülür, onların qayğıları ilə maraqlanılır. Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Bu məqsədlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb. Veteran.gov.az xəbər verir ki, Əlaqələndirmə Mərkəzinin üzvləri qazilərimiz – Ceyhun Əhmədov, Xəzər Abdullayev və Elşən Fərzəliyevlə görüşüblər. Qazilərimizin sosial vəziyyəti, səhətləri ilə maraqlanılıb, ehtiyacları öyrənilib. Əlaqələndirmə mərkəzinin üzvləri qazi Ceyhun Məlikşah oğlu Əhmədova elektron əlil arabası təqdim ediblər.   Qeyd edək ki, Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid mərkəzdən həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılıb.  

Hamısını oxu
"Zəfərimizin təməlində şəhidlərimizin qəhrəmanlığı və Ulu Öndərin siyasi irsi dayanır"

“Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu yolda şəhidlər vermişik. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir.  Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir. Məhz şəhdilərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin olundu”. Bu sözləri 24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfransda millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev bildirib. Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və Ümummilli Liderin atdığı addımlar Azərbaycanın işğalçı Ermənistan üzərindəki 8 Noyabr zəfərini sitimullaşdırmış oldu: “Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu. Bu amillərdən birincisi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları torpaqlarımızdan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atmaqla öz məğlubiyyətini təsdiqlədi. Azərbaycan isə bütün dünyaya sübut etdi ki, o, öz ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etməyə qadirdir və bundan sonra da bu məsələdə kimsəyə güzəştə getməyəcək”. Seymur ƏLİYEV    

Hamısını oxu
Velosiped idmanının MTB-Downhill növü üzrə yarış keçirilib

03.10.2021-ci il tarixində Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, MTB mütəxəssisləri Orxan Məmmədov və Aqşin Bağırlının təşkilatçılığı, o cümlədən “Gənc Velosipedçilər” İctimai Birliyinin dəstəyi ilə Velosiped idmanının MTB-Downhill növü üzrə yarış keçirilib.   Veteran.gov.az xəbər verir ki, bu barədə Respublika Olimpiya Velosiped Məktəbinin sosial mediadakı rəsmi səhifəsində məlumat verilib.   Yarışda 30 iştirakçı mübarizə aparıb. Ekstrim həvəskarlarından fəxri kürsünün ən yüksək pilləsinə Mackay Kayl qalxdı. Məmmədov Kamran 2-ci, Abdullayev Şirxan isə 3-cü olub. Qaliblər medal, diplom, Berg Enerji, o cümlədən “2 Təkər” və “Velo lider” mağazalarından qiymətli hədiyyələrlə təltif edilib.      

Hamısını oxu