Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Zəfərimizin təməlində şəhidlərimizin qəhrəmanlığı və Ulu Öndərin siyasi irsi dayanır"

“Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu yolda şəhidlər vermişik. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir. 

Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir. Məhz şəhdilərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin olundu”.

Bu sözləri 24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfransda millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev bildirib.

Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və Ümummilli Liderin atdığı addımlar Azərbaycanın işğalçı Ermənistan üzərindəki 8 Noyabr zəfərini sitimullaşdırmış oldu:

“Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu. Bu amillərdən birincisi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları torpaqlarımızdan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atmaqla öz məğlubiyyətini təsdiqlədi. Azərbaycan isə bütün dünyaya sübut etdi ki, o, öz ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etməyə qadirdir və bundan sonra da bu məsələdə kimsəyə güzəştə getməyəcək”.

Seymur ƏLİYEV

 

 

2026-09-24 17:15:00
59 baxış

Digər xəbərlər

Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı.

Hamısını oxu
Fransanın ermənipərəst siyasəti regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir

Bakı, 24 yanvar, AZƏRTAC “Fransanın ermənipərəst siyasəti regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. O qeyd edib ki, rəsmi Paris məqsədli şəkildə Ermənistandakı revanşist qüvvələri qızışdırmaqda, onları yeni qarşıdurmaya təhrik etməkdədir: “Fransa hökuməti Vətən müharibəsindən sonra açıq ermənipərəst mövqe sərgiləməkdə, bölgədə vəziyyəti gərginləşdirən, sülh müqaviləsi üçün gərəkli zəminin yaranmasını əngəlləyən bəyanatlarla çıxış etməkdədir. Bu günlərdə Fransa prezidentinin ordu qarşısındakı çıxışında Ermənistana dəstəyin davam etdiriləcəyi ilə bağlı səsləndirdiyi fikirlər, rəsmi Parisin öz məkrli siyasətindən əl çəkmək istəmədiyini göstərir”. Təşkilatın sədr müavininin sözlərinə görə, Fransanın əsas məqsədi Ermənistana dəstək adı ilə regionda öz maraqlarını müdafiə etmək və genişləndirməkdir: “Fransanın əsl məqsədi heç şübhəsiz, özünün bölgə ilə bağlı maraqlarını müdafiə etməkdən ibarətdir. Çünki Ermənistan üçün bölgədə heç bir dövlət təhdid yaratmır. Əksinə, Ermənistan bu gün də mina terrorunu davam etdirir. Belə olan halda Ermənistana hansısa dövlətin hərbi dəstək göstərməsinə lüzum yoxdur və belə bir dəstək yalnız regiondakı həssas vəziyyəti mürəkkəbləşdirməyə xidmət edir. İrəvan anlamalıdır ki, Fransanın ona verdiyi dəstək Ermənistana xeyirdən daha çox ziyan gətirir və onu sülhdən, tərəqqidən uzaqlaşdırır. Əgər Ermənistan sözün həqiqi mənasında sülh və inkişaf istəyirsə, o zaman Azərbaycanın sülh səylərini dəstəkləməli, ölkəmizlə normal münasibətləri bərpa etməlidir.

Hamısını oxu
Azərbaycan Milli Mətbuatının 150 İllik Yubileyi nünasibətilə TƏBRIK MƏKTUBU

Hörmətli media nümayəndələri,   Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, çətin, şərəfli və son dərəcə məsuliyyət tələb edən xidmətinizdə yeni uğurlar arzulayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə milli mətbuatımızın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu 150 illik zəngin mətbuat tariximizə verilən yüksək qiymətin və dərin ehtiramın ifadəsidir.   1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan "Əkinçi" qəzeti Azərbaycanın ilk milli mətbuat nümunəsi və oyanışın başlanğıc səsi oldu.   Cəmi iki il nəşr olunsa da, milli düşüncənin təməlini qoydu, ictimai və siyasi fikrin formalaşmasına təkan verdi. Bu gün xalqımızın jurnalistika irsində "Əkinçi" qəzetinin mövqeyi bir təməl, bir başlanğıc olaraq yaşayır.   Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın inkişafı söz və fikir azadlığının Konstitusiya ilə təsbit olunması ilə daha da genişlənmiş, yüzlərlə qəzet və jurnalın nəşri həyata keçirilmişdir. Bu nəşrlər cəmiyyətin demokratik dəyərlərlə tanış olmasında və dövlətin fəaliyyətinin izahında mühüm rol oynamışdır.   Azərbaycan mətbuatı XX əsrin ikinci yarısında da öz maarifçilik missiyasını davam etdirdi. “Azərbaycan”, “Ulduz”, “Elm və Həyat” jurnalları, “Ədəbiyyat və İncəsənət” qəzeti, dövrün ədəbi, elmi və mədəni həyatının daşıyıcısına çevrildi. 1990-cı illər Milli Azadlıq Hərəkatı və Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yeni bir dövr başlandı. “Azadlıq”, “Yeni Musavat”, “Ayna”, “Zerkalo”, “525-ci qəzet”, “Bizim yol” kimi nəşrlər azad sözün səsinə çevrildi. Mətbuat, ictimai nəzarətin, milli ideya və demokratik cəmiyyət quruculuğunun əsas dayaqlarından birinə çevrildi. Bu dövrdə Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi önəm verdi. Onun təşəbbüsü ilə 1998-ci ildə senzura ləğv edildi, jurnalistlərin sosial müdafiəsi gücləndirildi. Onun rəhbərliyi ilə dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənə uğurla davam etdirildi.   Bu gün Azərbaycan mətbuatı rəqəmsal dövrə qədəm qoymuşdur. Sosial şəbəkələr, media, vətəndaş jurnalistikası informasiya məkanını daha da genişləndirmiş, informasiya əldə etmə imkanlarını artırmışdır. Eyni zamanda, media etikası, informasiya təhlükəsizliyi, süni intellektin tətbiqi kimi yeni çağırışlar jurnalistikanın qarşısında yeni məsuliyyətlər qoyur.   Xüsusilə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi dövründə bu missiya daha da böyük əhəmiyyət qazandı. Cəbhədə döyüşən əsgərlərimiz torpaqlarımızı işğaldan azad edərkən, informasiya cəbhəsində jurnalistlər və media nümayəndələri də öz qəhrəmanlıqları ilə seçildilər. Vətən müharibəsi təkcə silahlarla deyil, həm də informasiya ilə aparılırdı. Düşmən saxta xəbərlər yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı bir vaxtda, Azərbaycan mətbuatı dəqiq, rəsmi və obyektiv məlumatlarla informasiya savaşının ön cəbhəsində yer aldı. Jurnalistlərimiz öz həyatlarını riskə ataraq cəbhə bölgəsindən reportajlar hazırlayır, dünyaya həqiqətləri çatdırırdılar. Onların fəaliyyəti nəticəsində beynəlxalq mediada da Azərbaycan reallıqlarına yer verildi. Bu dövrdə Azərbaycan mətbuatı təkcə məlumat ötürücüsü olmadı, həm də milli birliyin, həmrəyliyin nümunəsi oldu.   Hörmətli media nümayəndələri,   Bu möhtəşəm yubiley münasibətilə Azərbaycan mətbuatının bütün nümayəndələrini, qələm sahiblərini, ziyalılarımızı və jurnalist camiəsini ürəkdən təbrik edir, onlara haqq səsini daim ucaldan, cəmiyyətin vicdanını ifadə edən nurlu yolçular kimi tükənməz yaradıcılıq enerjisi, əqidə möhkəmliyi və möhkəm can sağlığı arzulayırıq. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının çoxsaylı milli üzvləri və təşkilatın sədri olaraq öz adımdan, eləcə də Azərbaycan ictimaiyyəti adından əziz media nümayəndələrinə dərin minnətdarlığımızı bildirir, fədakar fəaliyyətinizin xalqımıza daim işıq tutmasını diləyirik.   Dərin hörmətlə,   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
Nərimanov rayonunda “5 oktyabr - Müəllimlər Günü” münasibəti ilə bir qrup orta ümumtəhsil məktəblərinin direktorları mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, 06 oktyabr 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun iştirakı ilə bir qrup orta ümumtəhsil məktəblərinin direktorları Vətənə sevgi hisslərinin şagirdlər arasında layiqincə təbliğ etdiyinə, uşaq və yeniyetmələrin təlim-tərbiyə işlərində göstərdiyi xidmətlərə görə və “5 oktyabr - Müəllimlər günü” münasibəti ilə fəxri fərman və hədiyyələr ilə mükafatlandırılıblar.   Təltif olunan direktorlar: Gülnarə Cəfərova - 36 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova - 39 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova - 45 nömrəli tam orta məktəbin direktoru Aytən Bağırova – 47 nömrəli tam orta məktəbin direktoru Füzuli Həsənov - 73 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva - 82 nömrəli tam orta məktəbin direktoru Xalidə İbrahimova - 93 nömrəli tam orta məktəbin direktoru Günay Çəndirli - 177 nömrəli tam orta məktəbin direktoru Esmira Quliyeva - Məktəb-Lisey Kompleksin direktoru Arzu Süleymanova - 202 nömrəli tam orta məktəbin direktoru Məlahət Rəhimova - 212 nömrəli tam orta məktəbin direktoru Sədaqət Hüseynova - 258 nömrəli tam orta məktəbin direktoru  

Hamısını oxu