Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlarımız Milli Qəhrəman Mübariz İbrahimovun atasının hüzr məclisində olub

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri Biləsuvar rayonunun Əliabad kəndinə gedərək Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim Mirelyas oğlu İbrahimovun hüzür məclisində iştirak ediblər.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Cəlilabad ictimaiyyəti və rayon veteranları adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, Milli Qəhrəmanımızın atası Ağakərim kişi 27 yanvar 1956-cı ildə rayonun Əliabad kəndində anadan olmuşdu. O, 18 oktyabr 2024-cü ildə 68 yaşında qəfil ürək tutmasından haqq dünyasına qovuşmuşdur.

Allah rəhmət eləsin.

2024-10-21 11:32:53
3278 baxış

Digər xəbərlər

Dövlət Sosial Müdafiə Fondunun direktoru veteranlarla görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bir qrup Böyük Vətən Müharibəsi iştirakçısı ilə görüşüb.   Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranlara göstərdiyi diqqət və qayğıya görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DSMF-ə öz təşəkkürünü bildirib, bu əməkdaşlığın genişlənməsinin zəruriliyini vurğulayıb.   Qarşıdan gələn 9 may Qələbə Günü ilə bağlı veteranları təbrik edən Himalay Məmişov, Respublika Vüeteranlar Təşkilatının sədri Fatma Səttarovaya gül dəstəsi bağışlayıb, veteranların hər bir gənc üçün nümunə olduğunu deyib. DSMF direktoru qeyd edib ki, veteranların daim diqqət mərkəzində saxlanılması, onların sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.   Veteranlarla görüşdən məmnunluğunu dilə gətirən Himalay Məmişov, bu cür görüşlərin sistemli və mütəmadi şəkildə təşkilinin vacibliyini vurğulayıb.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov veteranları narahat edən məqamları diqqətə çatdırıb, bu məqamların hər birinin araşdırılmasını xahiş edib.   Veteranlarla görüşünə görə DSMF direktoruna öz təşəkkürünü bildirən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, dövlətin veteranlara olan qayğısından məmnunluğunu ifadə edib, əlaqədar qurumların veteranlarla bağlı məsələləri bundan sonra da diqqət mərkəzində saxlamasının vacibliyini bildirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Pirallahı rayonunda qazilərlə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev 22 aprel 2021-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda  tədbirdə iştirak edib. Tədbirdə qazilərlərlə bərabər, İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, İcra Hakimiyyətinin şöbə müdiri Anar Babayev,YAP-ın Pirallahı rayon təşkilatının sədri Əli Kərimov, İcra Hakimiyyətinin humanitar şöbə rəisi Arzu Abdullayev, İcra Hakimiyyətinin Veteranlarla iş şöbəsinin əməkdaşları Sübhay Məmmədov və Tural Cəfərov, Pirallahı rayon VT-nın sədri Xəqani Şirinov,  Pirallahı rayonu Qızıl Aypara cəmiyyətinin sədri Təranə İskəndərova iştirak edib.   Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin birinci müavini Vəzir Səfixanov qonaqları salamlayıb, onları tədbir iştirakçılarına təqdim edib. İlk öncə söz Respublika Veteranlar Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib.   Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük müharibədə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa diqqət çəkən Adil Haqverdiyev, Ali Baş Komandanın rəhbərliyi altında hərbçilərimizin düşməni darmadağın etdiyini, uzun illərdir ki, işğalda qalan torpaqların azad edildiyini bildirib. Şöbə müdiri qeyd edib ki, bu tarixi qələbəyə kölgə salmağa çalışan qüvvvələrə öz yerini göstərməli, bundan sonra da Ali Baş Komandan İlham Əliyevin  ətrafında sıx birləşməkdə davam etməliyik.   Tədbirin sonunda ,,Dəmir yumruq,, filim nümayiş edilib, xatirə şəkli çəkilib.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərbaycan jurnalistlərini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edir, onlara bu şərəfli yolda uğur və müvəffəqiyyətlər arzulayıram. Heç kimə sirr deyil ki, Azərbaycanın informasiya təhlükəsizliyinin qorumasında, ölkəmizə qarşı yalan və böhtanların çevik şəkildə ifşasında, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında  jurnalistlərimizin xüsusi əməyi mövcuddur. Məhz onlar Prezident İlham Əliyevin çağırışına uyğun olaraq hər zaman ciddi ayıq-sayıqlıq sərgiləyib, media və sosial media məkanında baş verənlərə adekvat reaksiya nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri erməni faşizmi ilə ölüm-dirim mübarizəsi apararkən, Azərbaycan jurnalistləri eyni mübarizəni media müstəvisində aparıb, düşmənin təxribatçı fəaliyyətinin qarşısının alınmasında mühüm rol oynayıblar. Onların bu mübarizəsi post-müharibə dönəmində də davam edib, böyük uğurlarla yadda qalıb. Bu fakt jurnalistlərimizin əməyinin böyüklüyündən, onların gərgin iş rejimindən, mənəvi fədakarlığından xəbər verir. Bu da bir həqiqətdir ki, Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistlərimizin əməyinə hər zaman böyük hörmət və ehtiramla yanaşıb, onlara xüsusi diqqət və qayğı göstərib. Mən bir daha veteranlar adından jurnalistlərimizi təbrik edir, onların hər birinə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər diləyirəm. Əminəm ki, jurnalistlərimiz bundan sonra da dövlətimizin hər bir çağırışını anındaca cavab verəcək, milli maraq və mənafeyimizi media müstəvisində qətiyyətlə müdafiə edəcəklər”.

Hamısını oxu
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi Fatma Səttarovanı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib

Bu gün Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri  Vüsal Quliyev və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarovanı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.   Təbrikə görə qonaqlara öz minnətdarlığını bildirən Fatma Səttarova Azərbaycan cəmiyyətində qadınlara hər zaman böyük hörmət və ehtiram göstərildiyini, dövlətin idarə edilməsində qadınların yaxından iştirak etdiyini vurğulayıb.   Görüşdə cəmiyyətdə qadınların artan rolundan məmnunluqla bəhs olunub, yaxın gələcəklə bağlı plan və layihələr müzakirə edilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti    

Hamısını oxu