Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Varis Yolçuyev Respublika Veteranlar Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev Respublika Veteranlar Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.

Görüş əsnasında gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların təbliği və s. istiqamətində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub, səmərəli fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin yazıçılarla veteranlar arasında mütəmadi görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb, bununla bağlı daha geniş tərkibdə görüşlərin keçirilməsi qərara alınıb.

Seymur ƏLİYEV

2024-11-21 14:32:32
3300 baxış

Digər xəbərlər

“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin rəhbərliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 8 iyul 2026-cı il tarixində “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və sədr müavini Mirşamil Hadıyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilov və sədr müavini polkovnik İmran Əhmədovla görüşüblər. Görüş zamanı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, birgə tədbirlərin təşkili müzakirə olunub, gənclər arasında vətənpərvərlik tərbiyəsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyətin gücləndirilməsinin zəruriliyi qeyd olunub. Tərəflər bildiriblər ki, vətəndaş cəmiyyəti institutları dövlət siyasətinin dəstəklənməsi istiqamətində aktivliklərini artırmalı, milli maraqların müdafiəsi yönündə daha fundamental addımlar atmalıdır. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “Nəsillərin görüşü” silsiləsindən növbəti görüş keçirilib

25 yanvar 2024-cü il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Nəsillərin görüşü” silsiləsindən gənclərin və veteraların iştirakı ilə növbəti görüş keçirilib.   2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov gənclər və veteranlar arasında bu cür görüşlərin mütəmadi şəkildə keçirilməsinin vacibliyinə diqqət çəkib: “Gənclər və veteranlar arasında bu cür görüşlərin keçirilməsinin həm mənəvi, həm tarixi, həm də ictimai baxımdan çox böyük əhəmiyyəti mövcuddur. Çünki məhz bu cür görüşlər sayəsində gənclərimiz veteranlar, onların həyat və döyüş yolları haqqında ətraflı məlumat almaq imkanı əldə edirlər. Hər biri bir tarix olan veteranlarımızla belə təmaslar gənclərimizin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Onlar veteranların timsalında vətənin qorxmaz müdafiəçisini görürlər. Onlar məhz veteranların simasında vətəni necə qorumaq lazım gəldiyini öyrənir, milli tariximizin ayrılmaz bir parçası olan veteranların fikir və düşüncələri ilə tanış olaraq mənəvi zənginliklərini artırırlar.  Gənclərlə veteranlar arasında bu cür görüşlər gənc nəslin milli mənəvi dəyərlər əsasında tərbiyəsi baxımından da olduqca faydalıdır. Bildiyiniz kimi, həm Ulun öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev xalqımızın milli mənəvi dəyərlərinin yaşadılmasına, bu dəyərlərin gənclərə təbliğ edilməsinə xüsusi diqqət və həssaslıqla yanaşıb. Məhz dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün gənclərimiz milli tarixə, milli soykökünə, milli mənəvi dəyərlərimizə olduqca bağlıdırlar. Vətən müharibəsi və onun qürurverici nəticəsi bunu bir daha sübut edir.  Mən qarşıdan gələn 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edir, onlara uğrular arzulayıram. Əminən ki, gənclər və veteranlar hər zaman olduğu kimi bundan sonra da əl-ələ, çiyin-çiyinə milli mənafeyimizin, dövlətimizin və dövlətçiliyimizin keşiyində dayanacaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir  çağırışına anındaca səs verəcəklər”. Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli Heydər Əliyev ideyalarından, Ulu öndərin gənclərə olan münasibətindən, onlara göstərdiyi qayğı və diqqətindən danışıb: “Heydər Əliyev hər zaman gənclərə xüsusi sevgi və qayğı ilə yanaşıb, onların özlərini inkişaf etdirməsini, milli dəyərlərə bağlı şəxsiyyətlər kimi formalaşamasını vacib sayıb. Bu baxımdan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sadəcə bugünümüz deyil, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir”. "Security Operation Services" (SOS) MMC-nin direktoru Anar Məmmədov isə çıxışında Azərbaycan gənclərinin Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib, eləcə də gənclərlə veteranlar arasında bu cür görüşlərin əhəmiyyətindən danışıb. Xalq yazıçısı Elmira Axundova da 44 günlük Vətən müharibəsinin Azərbaycan gəncliyinin mövcud durumu ilə bağlı vəziyyəti ən xırda çalarları ilə üzə çıxardığını vurğulayıb. O, qeyd edib ki, gənclərin Vətən müharibəsindəki vətənpərvərliyi, yüksək döyüş əzmi onların öz qəhrəman ata-babalarının layiqli davamçıları olduğunu göstərdi. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının Vətən müharibəsindəki qələbəsinin bütün dünyaya səs saldğını, bütrün türk dünyasının bu zəfərlə fəxr etdiyini bildirib: “Biz 44 günlük müharibədəki zəfərimizə görə hər şeydən öncə qəhrəman şəhidlərimizə və qazilərimizə, Müzəffər Ali baş Komandanımıza, onun ətrafında yumruq kimi birləşən xalqımıza, onun fədakarlığıa borcluyuq. Vətən müharibəsində İlham Əliyev əsl sərkərdəlik bacarığı sərgilədi. O, 44 gün ərzində bir dəfə belə belə olsun hərbi mundiri əynindən çıxarmadı. Bütün təzyiqlərin qarşısında mətanətlə, cəsarətlə dayandı. O, qəhrəman Azərbaycan Ordusunun şanlı zəfərləri ilə sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir, öz təhlükəsizliyini qorumağa, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Böyük inam və qətiyyətlə bildirirəm ki, biz veteranlar öz liderimizi dəstəkləyirik və bundan sonra da onun hər bir çağırışına bütün qəlbimizlə səs verəcəyik”. Tədbirin sonunda bəzi veteranlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanlar və üzvlük vəsiqələri paylanılıb.    

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının IX plenumunda Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb və bu təklif yekdillə plenum içtirakçıları tərəfindən yekdilliklə dəstəklənib.    Plenum iştirakçıları hesab edib ki, ölkə ictimai-siyasi həyatında aktiv iştirak edən, peşəkar hərbçi və tanınmış alim olan Cəlil Xəlilovun parlamentdə təmsilçiliyi, xalqın, eləcə də müharibə və əmək veteranlarının arzu və istəklərinin parlamentdə dolğun şəkildə əks edilməsi baxımından faydalı ola bilər. Məlumat üçün qeyd edək ki, Cəlil Xəlilov yalnız Azərbaycanda deyil, MDB məkanında tanınan və böyük nüfuz sahibi olan ictimai xadimdir və onun namizədliyi birmənalı şəkildə cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənməkdədir.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə tədbir keçirilib

30 aprel saat 11:00 radələrində Respublika Veteranlar Təşkilatının inzibati binasında Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə Böyük Vətən Müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçıları arasında faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Böyük Vətən Müharibəsi iştirakçıları, 44 günlük Vətən Müharibəsi qaziləri, Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edib.   Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra Azərbaycan xalqının istər I Dünya müharibəsi, istərsə də II Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atdığına diqqət çəkən Cəlil Xəlilov, minlərlə azərbaycanlının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə keçmiş SSRİ-nin çoxsaylı orden və medalları ilə təltif edildiyini bildirb.   Polkovnik İkinci Dünya Müharibəsi iştirakçısı Fatma Səttarovanın Respublika Veteranlar Təşkilatının sədri seçilməsindən sonra təşkilatın fəaliyyətində keyfiyyət etibari ilə yeni mərhələnin başlandığını qeyd edib. Fatma xanımın keçdiyi döyüş yolunun, həyat təcrübəsinin gəcnlərimiz üçün örnək təşkil etdiyini bildirən Cəlil Xəlilov, gənclərimizin Böyük Vətən Müharibəsi veteranlarından öyrənməli olduğu çox şeyin olduğunu vurğulayıb.   Sədr müavini Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyevin, habelə Gömrük könüllülərinin tədbirdə iştirakından məmnunluğunu bildirib. Cəlil Xəlilov qeyd edib ki, Dövlət Gömrük Komitəsi hər zaman veteranlara diqqət və qayğı göstərib, onlarla əməkdaşlığa xüsusi diqqət yetirib. Buna görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirən Cəlil Xəlilov, bu əməkdaşlığın yaxın gələcəkdə daha da genişlənəcəyinə inamını ifadə edib.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova müharibə dönəmindəki xatirələrindən danışıb. Azərbaycan xalqının qəhrəman övladlarının İkinci Dünya Müharibəsində sovet torpaqlarının faşist işğalçılarından müdafiəsində yaxından iştirak etdiyinə diqqət çəkən Fatma Səttarova, 44 günlük Vətən Müharibəsinin Azərbaycan xalqının həyatında əlahiddə rol oynadığını bildirib. Fatma Səttarova gəncləri vətəni, xalqı, Ali Baş Komandanı sevməyin önəmindən danışıb:   “44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq bütün dünyaya nümunədir. Gənclərimiz bu müharibədəki igidlikləri ilə vətəni, torpağı necə qorumaq lazım gəldiyini göstərdi. Onlar öz qəhrəmanlıqları ilə tarix yazdılar. Mən 100 yaşlı ana kimi qazilərimizin, şəhdilərimizn qarşısında baş əyirəm. Mən bütün gəncləri vətəni, torpağı sevməyə səsləyirəm. Azərbaycan torpağı Allahın sevdiyi, ona min bir bərəkət bəxş etdiyi torpaqdır. Bu torpağı sevməmək mümkün deyil. Torpağını, vətənini sevə bilməyən heç kimi, heç nəyi sevə bilməz.  Vətən də, ana da müqəddəsdir. Ona görə də vətən uğrunda ölmək olar, amma onu kiməsə güzəştə getmək, torpaqdan pay etmək olmaz. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında Vətən Müharibəsində düşmən üzərindəki qələbə ilə bunun ən gözəl örnəyini verdi.   Ali Baş Komandanımızı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı sevin. Çünki məhz onların əməyi, zəhməti sayəsində dövlətimiz indiki inkişaf mərhələsinə çatıb, torpaqlarımız işğaldan azad edilib, böyük quruculuq, abadlıq işləri həyata keçirilib”.   Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin veteranlara ünvanlanan təbrik məktubunu oxuyub. Daha sonra bütün veteranları qarşıdan gələn 9 may Qələbə Günü və Ramazan bayramı münasibəti ilə təbrik edən Vüqar Əliyev Respublika Veteranlar Təşkilatının fəaliyyətini yüksək qiymətləndirib, gəncləri təşkilatın fəaliyyətindən yaxından iştirak etməyə, veteranların təcrübəsini öyrənməyə səsləyib.   44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yeni səhifə açdığını bildirən Vüqar Əliyev, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yaxın gələcəkdə yeni inkişaf mərhələsinə qədəm qoyacağına inamını ifadə edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib, veteranlara Dövlət Gömrük Komitəsinin gətidiyi bayram sovqatları paylanılıb.   Seymur ƏLİYEV

Hamısını oxu