Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının IX plenumunda Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb və bu təklif yekdillə plenum içtirakçıları tərəfindən yekdilliklə dəstəklənib.    Plenum iştirakçıları hesab edib ki, ölkə ictimai-siyasi həyatında aktiv iştirak edən, peşəkar hərbçi və tanınmış alim olan Cəlil Xəlilovun parlamentdə təmsilçiliyi, xalqın, eləcə də müharibə və əmək veteranlarının arzu və istəklərinin parlamentdə dolğun şəkildə əks edilməsi baxımından faydalı ola bilər. Məlumat üçün qeyd edək ki, Cəlil Xəlilov yalnız Azərbaycanda deyil, MDB məkanında tanınan və böyük nüfuz sahibi olan ictimai xadimdir və onun namizədliyi birmənalı şəkildə cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənməkdədir.   Seymur ƏLİYEV

2019-12-16 00:00:00
3120 baxış

Digər xəbərlər

“Benilüks” Azərbaycanlıları Konqresi və “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı silsilə tədbirlər keçirir

Veteran.gov.az xəbər verir ki, “Benilüks” Azərbaycanlıları Konqresi və “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən Zərifə xanım Əliyevanın doğum gününə həsr edilmiş silsilə tədbirlər keçirilib. “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Təşkilatının Rəhbərliyi ilk öncə I Fəxri Xiyabana gedərək Zərifə xanım Əliyevanın və Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Daha sonra “Benilüks” Azərbaycanlıları Konqresinin, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının və “Yüksəliş” Gənclər Hərəkatının rəhbərləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya Müharibəsi iştirakçısı, İstiqlal ordenli, 101 yaşlı Fatma Səttarova ilə görüş keçirmişdir. Görüş zamanı “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tərəfindən birgə və səmərəli əməkdaşlığa görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və Cəlil Xəlilov fəxri fərmanla təltif edilmişdir. Eyni zamanda “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tərəfdaşlığı ilə Şəhid ailələri və Qazilərlə görüş keçirildi. Görüş zamanı 100-dən çox Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinə “Benilüks” Azərbaycanlıları Konqresinin dəstəyi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı ilə bayram sovqatları çatdırılmışdır.  

Hamısını oxu
Mehriban Əliyeva “Instagram”da 20 Yanvarla bağlı paylaşım edib

"Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Hamısını oxu
“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Almaniya səfəri, səfər əsnasında imzalanan sənədlər dövlətimizin nüfuz və qüdrətinin təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Prezidentinin Almaniyada yüksək səviyyədə qarşılanması, dünya mediasının bu səfərə xüsusi diqqət yetirməsi Azərbaycanın “orta güc” statusuna malik dövlət kimi beynəlxalq arenada yüksələn imcindən xəbər verir: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra iqtisadi və siyasi müstəvidə ciddi uğurlara imza atan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Avropanın 10-dan çox ölkəsi Azərbaycandan neft və qaz məhsulları idxal edir ki, bu da onların enerji təminatında mühüm rol oynayır. Bundan başqa, Azərbaycan beynəlxalq arenada özünün etibarlı və səmimi tərəfdaş kimi göstərib. Hansı ki, bu həqiqət dünya ldierləri tərəfindən də etiraf edilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən xüsusi təntənə ilə qarşılanması, iki dövlət başçısı arasında keçirilən görüş, verilən açıqlamalar, imzalanan sənədlər dövlətlərarası münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu fakt sübut edir ki, Azərbaycan Avropanın iqtisadi həyatındakı rolunu artırmaqda, beynəlxalq arenadakı mövqeyini gücləndirməkdədir. Prezident İlham Əliyevin Almaniya səfərində diqqət çəkən mühüm nüanslardan biri də Alman-Azərbaycan Biznes Şurasının (German-Azerbaijani Business Council – GABC) yaradılması haqqında Birgə Bəyannamə imzalanması oldu. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidiyini, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı dialoq mexanizminin formalaşdığını göstərir. Bu, həm də Almaniyanın Azərbaycan iqtisdiyyatına artan marağından xəbər verir. Alman-Azərbaycan Biznes Şurasının formalaşması iki dövlət arasında həm siyasi, həm də iqtisadi münasibətlərin mahiyyətcə yeni mərhələyə keçdiyini isbatlayır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına töhfə verəcək, bu ölkələrin əməkdaşlıq tarixində yeni bir səhifə açacaq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Mehriban Əliyeva veteranların himayədarı, cəmiyyətimizin humanizm simvoludur”

Cəlil Xəlilov: “Onun ictimai-siyasi fəaliyyəti saysız-hesabsız uğurlarla zəngindir” Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adıçəkilən vəzifəyə təyin olunmasının beşinci ildönümüdür. Xatırladaq ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mehriban Əliyevanın fəaliyyətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bildirib: “Mehriban Əliyeva veteranların himayədarı, cəmiyyətimizin humanizm simvoludur. Cəmiyyətin bütün həssas təbəqələrini, o cümlədən şəhid ailələrini, veteranları, müharibə əlillərini, aztəminatlı ailələri, bir sözlə dəstəyə, köməyə ehtiyac duyan hər kəsi diqqət mərkəzində saxlayan Mehriban Əliyeva, bu insanların sosial rifahının yüksəlməsi, onları narahat edən problemlərin həlli istiqamətində respublika miqyaslı işlər görüb, mühüm layihələr həyata keçirib. Mehriban xanımın təşəbbüsü ilə bugünə qədər səhhəti ilə bağlı müxtəlif problemlər yaşayan yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən qazi və veteran xarici ölkələrdə əməliyyat olunub, öz sağlamlıqlarına qovuşublar. Birinci vitse-prezident ölkəmizdə çoxlu sayda reabilitasiya mərkəzinin açılmasında, veteranların və şəhid ailələrinin işlə, mənzillə təmin edilməsində, onların övladlarının yüksək səviyyədə təhsil almasında mühüm rol oynayıb. Ölkə ərazisində çoxsaylı məktəblərin, xəstəxanaların inşa edilməsində də Mehriban xanımın xidmətləri əvəzsizdir. Mehriban xanım bu gün işğaldan azad edilən ərazilərimizdə geniş abadlıq-quruculuq işlərində də yaxından iştirak edir, böyük uğurlara imza atır. Şuşanın erməni faşistləri tərəfindən dağıdılan  tarixi-mədəni abidələrinin Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyef Fondu tərəfindən yüksək peşəkarlıqla bərpa edilməsi, genişmiqyaslı quruculuq işlərinin aparılması Birinci vitse-prezidentin tarixi xidmətlərindən biridir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Mehriban xanım Əliyevanı Birinci vitse-prezident kimi fəaliyyətə başlamasının beşinci ildönümü ilə bağlı təbrik edir, ona ağır zəhmət və böyük səy tələb edən fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq”.  

Hamısını oxu