Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir”

Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti başa çatsa da, tədbirlə bağlı təəssüratlar, habelə, sammitin nəticələrindən irəli gələn vəzifələrin müzakirəsi davam edir. 

Sammitlə bağlı diqqət çəkən məqamlardan biri tədbirin yüksək təhlükəsizlik şəraitində təşkili ilə bağlıdır.

Maraqlıdır, 80 min nəfərə yaxın qonağın iştirak etdiyi sammitdə təhlükəsizliyin yüksək səviyyədə təşkili hansı mətləblərdən xəbər verir?

Saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir.

Beynəlxalq sammit zamanı ölkəmizə gələn 80 minə yaxın qonağın təhlükəsizliyi etibarlı şəkildə təmin edildi ki, bu da hər şeydən öncə güc orqanlarımızın – Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin, Prezidentin Təhlükəsizlik Xidmətinin peşəkarlığını göstərir. Bu fakt bi daha sübut edir ki, ölkəmizin hüquq-mühafizə və təhlkəsizlik orqanlarında iş yüksək səviyyədə təşkil edilib və onların hazırlıq səviyyəsi beynəlxalq əhəmiyyətli ali tədbirlərin təhlükəsiz şəkildə keçirilməsinə imkan verir.

Şübhəsiz, COP29-un təhlükəsiz ortamda təşkili məsələsində DTX-nın üzərinə xüsusi məsuliyyət düşürdü. Qürurvericidir ki, adıçəkilən qurum bu işin öhdəsindən çox böyük bacarıqla gəldi. Sammit zamanı kiçik də olsa xoşagəlməz hadisə baş vermədi. Sammit sakit və təhlükəsiz bir ortamda öz fəaliyyətinə başladı və bu cür də başa çatdı.

Təşkilatçılıqla yanaşı, təhlükəsizliyin yüksək səviyyədə təşkili, qonaqlara göstərilən yüksək diqqət və qayğı ölkəmizə səfər edən hər kəsdə xoş təəssürat yaratdı. Əminliklə demək olar ki, Azərbaycan COP29-dan  mənəvi-diplomatik baxımdan böyük qazancla çıxdı.

COP29-un yüksək səviyyədə təşkili bütün dünyaya göstərdi ki, ölkəmiz bu cür mühüm tədbirlərə ev sahibliyi etmək üçün ideal ölkədir. Yəqin ki, bu faktor gələcək tədbirlər zamanı da nəzərə alınacaq və ölkəmiz bundan sonra da öz zəngin təşkilatçılıq təcrübəsi ilə hər kəsi heyrətləndirməkdə davam edəcək”.

Seymur ƏLİYEV

 

2024-12-05 12:48:16
2861 baxış

Digər xəbərlər

Dayanıqlı inkişaf üçün birgə addımlar

Son günlər ölkəmiz üçün əhəmiyyətli hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşü oldu. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həmin səfər təkcə diplomatik jest deyil, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin formalaşmasına xidmət edir.Azərbaycan-Somali münasibətlərinin inkişaf dinamikasına nəzər salanda görürük ki, bu dost dövlətin başçısı Həsən Şeyx Mahmudun Bakıya səfəri və iki lider arasında aparılan danışıqlar 2023-cü ildən bəri müşahidə edilən aktiv diplomatik təmasların davamıdır. Xatırladaq ki, 2023-cü ilin noyabrında Somali Prezidenti Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə qatılmaq niyyətində olduğunu bildirmişdi. Bundan əlavə, yanvar ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Somali paytaxtı Moqadişoya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş ardıcıl addımlardan biri oldu.Bu səfərlərin fonunda Somali Prezidentinin Azərbaycana gəlişi bir sıra mühüm məsələlərin müzakirəsinə imkan yaratdı. Görüşlərdə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələləri ön plana çıxdı.Azərbaycanın iqtisadi inkişaf modeli və enerji resurslarının səmərəli idarə edilməsi Somali üçün maraqlıdır. Somali neft və qaz ehtiyatlarının kəşfi və işlənməsi sahəsində hələ yeni addımlar atır. Azərbaycan isə bu sahədə böyük təcrübəyə malikdir və Somali ilə bilik və texnologiya mübadiləsi aparmaq potensialına sahibdir. Bundan əlavə, iki ölkə arasında kənd təsərrüfatı, logistika və ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.İkitərəfli əlaqələr nəticəsində Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı Somalinin də diqqətini cəlb edir. Bakı limanı, Orta Dəhliz layihəsi və digər tranzit imkanları Somalinin Şərqi Afrika regionunda ticarət potensialını artırmaq üçün yeni yollar aça bilər.Humanitar və təhsil sahəsində əməkdaşlıqda da uğurlu nəticələrin əldə ediləcəyinə əminlik ifadə olunub. Təhsil sahəsində əməkdaşlıq Afrika ölkələri ilə Azərbaycanın münasibətlərində mühüm istiqamətlərdən biridir. Somali gənclərinin Azərbaycanda ali təhsil alması üçün təqaüd proqramlarının tətbiqi gələcəkdə iki ölkə arasında inteqrasiya prosesini sürətləndirə bilər. Azərbaycan artıq bir sıra Afrika ölkələrinə bu istiqamətdə dəstək verir və Somali də bu təşəbbüslərdən yararlana bilər. Bundan əlavə, Azərbaycan humanitar sahədə də Somaliyə dəstək göstərə bilər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması təcrübəsi Somalinin müharibədən zərər çəkmiş bölgələrinin bərpası üçün faydalı ola bilər.Bir sözlə, Prezident İlham Əliyevlə Prezident Həsən Şeyx Mahmud arasında keçirilən görüş Azərbaycan-Somali münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Həm siyasi, həm iqtisadi, həm də humanitar əməkdaşlıq üçün mövcud olan potensial iki ölkə arasında uzunmüddətli əlaqələrin qurulmasına zəmin yaradır. Azərbaycan beynəlxalq arenada Afrika ölkələri ilə əməkdaşlığını gücləndirməklə qlobal siyasətdə daha aktiv rol oynamağa davam edir və Somali ilə münasibətlərin dərinləşməsi bu strategiyanın bir hissəsidir.Bu səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
STM-in Uşaq Xəstəxanasında daha bir mürəkkəb əməliyyat icra olunub

Veteran.gov.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında mürəkkəb əməliyyatların icrasına daha bir uğurlu əməliyyat əlavə olunub. STM-dən Aztibb.az-a bildirilib ki, anadangəlmə anal atreziya rektouretral fistula diaqnozu ilə doğulan 3 aylıq uşaq STM-nin Uşaq Xəstəxanasına yerləşdirilib.  Zəruri tibbi xidmətlər göstərilib və əməliyyat edilməsinə qərar verilib. Uşaq cərrahiyyəsinin ağır əməliyyatlarından biri olan anal atreziyanın ləğvi Uşaq Xəstəxanasının uzman cərrahı Araz Hüseynov və cərrah Elnur İsgəndərov tərəfindən icra edilib. Əməliyyat uğurla başa çatıb. Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinin ən müasir tibbi avadanlıqlar ilə təchiz olunması, cərrahiyyənin bütün sahələrində təcrübəli həkimlərimiz tərəfindən mürəkkəb əməliyyatların icra olunmasını mümkün edir.  

Hamısını oxu
İgid qazimiz keçdiyi döyüş yolundan danışdır

Könüllü olaraq cəbhəyə yollanan Kənan Kazımov Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Başından qəlpə yarası alan qazinin nitqində qüsurlar yaranıb. Qazimiz döyüş zamanı mühasirəyə düşdüklərini bildirir. O deyir ki, çətinliklə də olsa, mühasirədən çıxıblar. Hətta elə şərait yaradılıb ki, ermənilər öz qazdıqları quyuya özləri düşüb.   Qazinin atası Çinar Kazımov övladı ilə fəxr etdiyini bildirir. Torpaqlarımızın işğaldan azad olunmasını uzun illərdir gözlədiyini deyir. Ana ürəyi daha həssas olurmuş. Nə qədər balasından uzaqda olsa da, Kənan Cəbrayılda yaralananda anası Səltənət xanım bunu hiss etdiyini deyir. Ətraflı Baku TV-nin süjetində:

Hamısını oxu
İctimai Birliklər arasında əlaqələr genişlənir

26 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarova ilə “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti, Azərbaycan Respublikasi Veteranlar Təşkilatın Səbail rayon şöbəsinin üzvü, Əfqanstan və Qarabağ müharibəsi veteranı Sərraf Orucov arasında görüş keçirilmişdir. Sərraf Orucov  Fatma xanım Səttarovanı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edərək təmsil etdiyi ictimai birliyin kollektivi adından Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycan Veteran hərakatının inkişafında, Gənclərin hərbi vətənpərvərlik ruhunun aşılaması istiqamətində, Şəhid ailələrinə, müharibə Qazilərinə, Veteranlarına göstərdiyi diqqət-qayğıya və Vətən Müharibəsində arxa cəbhədə göstərdiyiniz xidmətlərinizə görə “Döyüş Səlnaməsi” Fəxri Fərmanı və “Xeyirxaq və Mərhəmətli” medalı ilə təltif edərək, ona həyatda uzun ömür, can sağlığı və gələcək fəaliyyətində yeni-yeni müvəfəqqiyətlər arzulamışdır. Görüş zamanı hər iki ictimai birlik arasında əməkdaşlığın gələcək perspektivləri, əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Hamısını oxu