Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya Müharibəsi iştirakçısı 103 yaşında vəfat edib

Veteran.gov.az xəbər verir ki, Yevlax rayonundan olan 103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı Abdulla Abdullayev vəfat edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Abdulla Abdullayevin vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalrına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, 1921-ci ildə Xaldan qəsəbəsində anadan olan Abdulla Hacı oğlu Abdullayev 1941-1945-ci illərdə sovet qoşunlarının tərkibində alman faşizminə qarşı mübarizə aparıb, müharibədə göstərdiyi igidliklərə görə komandanlıq tərəfindən dəfələrlə təltif edilib.

Allah rəhmət eləsin!

 

2024-12-10 14:53:39
3320 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının VI Plenumu

    22 noyabr 2016-cı ildə Respublika Veteranlar Təşkilatının inzibati binasında Respublika Veteranlar Təşkilatının VI Plenumu  keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanmışdır.    Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmışdır. C.Xəlilov Respublik Veteranlar Təşkilatının 2016-cı il üzrə Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq Təşkilatın ilin əvvəlindən bu günədək olan fəaliyyəti ilə əlaqədar VI Plenumun keçirilməsi məqsədi ilə toplaşdıqlarını, tədbirdə, RVT-nin şəhər və rayon təşkilatlarının sədrləri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, media nümayəndələrinin iştirak etdikrlərini bildirmişdir.    Çıxışlara başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də Təşkilatın ötən plenumdan sonra dünyasını dəyişmiş Rəyasət Heyəti üzvlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir.    Plenumda Respublika Veteranlar Təşkilatının bütün şəhər və rayon təşkilatlarından, RVT Rəyasət Hüyətinin üzvləri, Mərkəzi aparatın işçiləri, İkinci Dünya, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranları olmaqla seçilmiş 118 nəfər üzvdən 103 nəfəri Plenumda iştirak etmişdir. Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov Plenumun gündələyini elan etmiş, sonra birinci məsələnin müzakirəsinə başlanılmışdır. Respublika Veteranlar Təşkilatının 2016-cı ilin 11 ayı ərzidəki fəaliyyəti ilə bağlı Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxaş məruzə ilə çıxış etmişdir.    Sonra Respublika Veteranlar Təşkilatının illik fəaliyyəti bağlı məsələlərlə əlaqədar, məruzə ətrafında çıxışlara başlanılmış, ilk söz İkinci Dünya müharibəsi veteranı Fatma xanım Səttarovaya verilmişdir.    Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, Şəki rayon Veteranlar Təşkilatının sədri Müstafa Əhmədov, Şamaxı rayon Veteranlar Vəşkilatının sədri Ağarza Bayramov, Təşkilatın Nəzarət-Təvtiş Komissiyasının sədri Cahangir Nəsirov, millət vəkili Xanhüseyn Kazımlı, Prezident Adminstrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış etmiş, Respublika Veteranlar Təşkilatının illik fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.    Sonra gündəliyin 2-ci məsələsi, RVT-nin 2017-ci ilə aid fəaliyyət planı barədə Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov qısaca məlumat çatdırmış, onun təsqdi olunması ilə bağlı təkliflər səsləndirilmişdir. Plan bəzi təkliflər nəzərə alınmaqla  qəbul olunmuşdur.     Plenum işini başa çatdırmışdır.

Hamısını oxu
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”

Azər Badamov: “Bu cür yarışlar yeniyetmələrdə vətənpərvərlik tərbiyəsini gücləndirir, onların hərb peşəsinə marağını artırır” “SHXÇDX və BŞTİ-nin bu addımını təqdir edir, alqışlayıram” Dünən Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının final mərhələsi keçirilib. Qalib komandalar və həmin təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən diplomla mükafatlandırılıblar. Məktəblilər arasında hərbi bilik yarışlarının keçirilməsi yeniyetmlər arasında hərb peşəsinə marağın artırılması, vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov bu kimi tədbirlərin  böyük əhəmiyyətə malik olduğunu bildirib: “Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının keçirilməsini təqdirəlayiq haldır. Belə yarışmalar mütəmadi keçirilməli və nəinki Bakı şəhəri məktəbləri arasında, həm də bütün ölkə ərazisində təşkil olunmalıdır. Məktəblərdə çağırışaqədərki hazırlıq fənni tədris olunur. Bu fənin tədris keyfiyyəti də artırılmalıdır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunması, onların hərbiyə hazırlıq səviyyəsinin yüksəldilməsi ən vacib məsələlərdən biridir. Torpaqlarımız işğal altında olduğu illərdə gənclərimiz Şuşada və Xankəndində bayrağımızı dalğalandırmaq arzusu ilə böyüdülər. Ona görə də müharibə başlayanda hamı bir nəfər kimi silaha sarıldı və 44 gündə qəhrəmancasına müharibə edərək igidlik dastanını yazdılar. Bu gün torpaqlarımız işğaldan azad olunmuş, ərazlilərimizdə suverənlik təmin olunmuşdur. Amma bu o demək deyil ki, qalib olduq və vətən yaddan çıxmalıdır. Vətən torpaqları həmişə qorunmalıdır. Qorunmasa, yenidən təhlükələr yarana bilər. Müharibə başa çatsa da, ölkəmizə təzyiqlər həmişə olacaqdır. Çünki inkişaf edən və müstəqil siyasət yürüdən ölkələri xoşlamırlar. O cümlədən, Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu yerdir. Ona görə də bu gün gənclərimizin vətənə sevgisi həmişəkindən də çox, ordumuzun hərbi gücünün daima artırılması vacib məqsədlərimiz olmalıdır. Bu baxımdan, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməli, vətənə bağlı olmalı, məktəb illərində minimum hərbi biliklərə yiyələnməli və orduya sevgi ruhunda böyüməlidir. Belə yarışmaların keçirilməsi məktəblilərin hərbi çağırışa qədər biliklərin daha dərindən mənimsənilməsinə, hərbiyə maraqın artmasına töhfə verəcəkdir”. Seymur ƏLİYEV

Hamısını oxu
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin PRESS RELİZİ № 03

      “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir. Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. 2 aylıq layihə çərçivəsində  əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində  orta məktəb və ixtisas liseyi də daxil olmaqla 6 tədbir keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir. Layihə həyata keçirildiyi dövrdə ilk dəfə “Azərbaycan hərbi marşları” adlı kitab da çapa hazırlanacaq. Bu kitabda I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar salınacaq. Təşkilatın növbəti tədbiri iyun ayının 24-də Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 328 saylı tam orta məktəbdə oldu. Tədbir məktəbin rəhbərliyinin təklifi ilə burada müəllim və texniki heyətlə keçirildi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Qarabağ veteranı, t.ü.f.d., Ruslan Ağamalıyev tədbirin əhəmiyyətindən, 44 günlük müharibədə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qarşısında hər zaman bizim minnətdarlığımızı qeyd etdi. Tədbiri davam edən layihə rəhbəri professor Bədirxan Əhmədli qonaqları salamlayaraq, layihə haqqında iştirakçılara geniş məlumat verdi. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Tədbirin təlimçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, I Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, tarixin müxtəlif zamanlarında azərbaycanlıların Ermənistandan sürgün ediləsi haqqında iştirakçıların ətraflı məlumat verdi. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”  İctimai Birliyinin layihə rəhbəri:    prof. Bədirxan Əhmədli      «25»  iyun 2025- ci il       Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, 34 Əlaqə: (+99450) 5545982 e-mail: bedirxan@mail.ru

Hamısını oxu
“AS Group Investment” şirkəti şəhid ailəsinə mənzil hədiyyə edib

Veteran.gov.az xəbər verir ki, “AS Group Investment” şirkəti ölkə başçısının şəhid ailələri və qazilərə dəstək olmaq siyasətini, eyni zamanda özünün dövlətimiz və cəmiyyətimiz qarşısında sosial məsuliyyətini əsas tutaraq Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsinə mənzil hədiyyə edib.   31 avqust 2021-ci il tarixində “AS Group Investment” şirkətinin əməkdaşları şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim ediblər. Onlar üçün gözlənilməz və ani olan bu xəbər illərlə mənzil həsrətilə yaşayan ailənin hər bir üzvündə inanılmaz sevinc hissi yaradıb.   “AS Group Investment” şirkətinin şəhid polkovnik leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir. “AS Group Investment” uzun illər evsizlikdэn əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazımi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb. Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur.   Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyaz İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.  

Hamısını oxu