Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ölkəmiz faşizm üzərində qələbənin əldə edilməsinə böyük töhfələr verib

Xəbər verdiyimiz kimi, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov II Dünya Müharibəsində Azərbaycanın iştiakçılığını, göstərdiyi qəhrəmanlıqları əks etdirən muzeyin yaradılması təşəbbüsü ilə çıxış edib. C.Xəlilov hesab edir ki, bu addım ölkəmizin bəşəriyyət qarşısındakı tarixi xidmətlərinin təbliğ edilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda  tərbiyəsi baxımından faydalı olar. Moderator.az-a açıqlamasıdna bu təklifə münasibət bildirən II Dünya Müharibəsinin iştirakçısı, müharibə və əmək veteranı Fatma Səttarova təklifi dəstəklədiyini vurğulayıb: “Mən bu təklifi dəstəkləyir, belə bir muzeyin yaradılmasını zəruri hesab edirəm. Hesab edirəm ki, əslində belə bir muzey çoxdan yaradılmalı idi. Azərbaycan II Dünya Müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində böyük töhfələr verib. Bu səbəbdən də ölkəmizdə belə bir muzeyin yaradılması arzuedilən olardı”. Seymur ƏLİYEV

2019-03-27 00:00:00
3995 baxış

Digər xəbərlər

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir.

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının təbriki

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri və İdarə Heyəti adından polkovnik Cəlil Xəlilovu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilməyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:“Hörmətli Cəlil müəllim!Sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumunda yekdilliklə Təşkilatın sədri seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə xalqımızın və dövlətimizin rifahı və inkişafı naminə dəyərli fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı diləyirik!Uzunmüddətli səmərəli xidmətlərinizlə Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında özünə layiqli yer tutan nüfuzlu bir şəxsiyyət kimi Siz bir sıra məsul hərbi vəzifələrdə çalışaraq bu sahənin inkişafında, Azərbaycan Ordusunda nizam-intizamın möhkəmləndirilməsində və formalaşmasında əhəmiyyətli işlər həyata keçirmisiniz. İctimai xadim olaraq vətənpərvər fəaliyyətinizlə xalqımıza dəyərli xidmətlər göstərmiş, Qarabağ uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimizlə birgə düşmənə qarşı qəhrəmancasına mübarizə aparmısınız. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyində uzun müddət təmsil olunan peşəkar zabit, müdrik bir ziyalı kimi ölkəmizin tərəqqisi üçün yorulmadan səylər göstərmiş, veteranlar hərakatının inkişafına böyük töhfələr vermiş, ölkəmizin müstəqilliyi uğrunda mübariz gənclərin yetişməsində mühüm rol oynamısınız.Əminik ki, Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında davam edən səmərəli əməkdaşlıq Sizin rəhbərliyiniz dövründə daha da dərinləşəcək və inkişaf edəcəkdir. Təşkilatın sədri olaraq Siz bundan sonra da böyük işlər həyata keçirərək dəyərli veteranlarımızla birgə Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəkləyəcək, Vətənimizin xoşbəxt gələcəyi naminə var qüvvənizlə çalışacaqsınız.Hörmətli Cəlil müəllim!Bir daha Sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilməyiniz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri və İdarə Heyəti adından səmimi-qəlbdən təbrik edir, Sizə ölkəmizin tərəqqisi istiqamətində həyata keçirdiyiniz bütün işlərdə davamlı nailiyyətlər arzulayırıq! Dərin hörmət və səmimiyyətlə,Azərbaycan Ağsaqqallar Şurasınınsədri, millət vəkili, professor                                                                                Eldar QULİYEV”       

Hamısını oxu
"Qarabağ - Zəfərə gedən yol" adlı İntellektual Bilik yarışı keçirilib

Veteran.gov.az xəbər verir ki, Xaçmaz Rayon Gənclər və İdman İdarəsi və Xaçmaz Gənclər Klubu yeniyetmə və gənclər arasında 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Qarabağ - Zəfərə gedən yol" adlı Xəmsə formatında İntellektual Bilik yarışı keçirib.   İntellektual yarış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.1. yarımbəndinin icrasının təmin edilməsi, intellektual oyunların gənclər arasında təbliği, gənclərin dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə təşkil olunub. Yarışda 6 komanda tərkibində birləşən 30 nəfər gənc bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən Kolizey komandası - I yerə, Pentaqon komandası II yerə, Polad komandası III yerə layiq görülüblər.   Qalib komandaları İdarə tərəfindən kubok, medallar və diplomlarla təltif olunublar. Qalib komandaları təbrik edirik.   Yarış pandemiya qaydalarına uyğun olaraq keçirilib.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dünya veteranlarına çağırış edib: Bəyanat!

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İranın Azərbaycana 5 mart 2026-cı il tarixli terror aktı ilə bağlı bəyanat yayıb, dünya veteranlarına müraciət ünvanlayıb. Bəyanatda deyilir: “5 mart 2026-cı il tarixində İran İslam Respublikasının Naxçıvan hava limanı ərazisinə, eləcə də digər mülki infrastrukturlara dron zərbələri endirməsi haqlı olaraq Azərbaycan xalqının böyük qəzəbinə və sərt etirazına səbəb olub. İran dövlətinin heç bir əsas olmadan dinc insanlara xəsarət yetirməsi, Azərbaycan ərazisində aşkar terror aktı törətməsi beynəlxalq hüquqa zidd olmaqla yanaşı, əxlaqi-mənəvi dəyərlərin və insani prinsiplərin də nümayişkəranə şəkildə pozulması deməkdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Naxçıvana edilən dron hücumlarının bütün insanlığa qarşı cinayət olduğunu bəyan edir və beynəlxalq ictimaiyyəti, dünya veteranlarını bu terror aktını qınamağa səsləyir.  Beynəlxalq ictimaiyyətin İranın terror aktı ilə bağlı sərgilədiyi etiraz Azərbaycan xalqına mənəvi dəstək nümunəsi olmaqla yanaşı, gələcəkdə digər dövlətlərə qarşı da oxşar terror aktlarının qarşısının alınması baxımından da böyük önəmə, çəkindirici əhəmiyyətə malikdir. İnanırıq ki, beynəlxalq ictimaiyyətin təzyiq və təkidi altında rəsmi Tehran bu terror aktına görə Azərbaycandan üzr istəyəcək, cinayətkarların cəzalandırılması üçün əməli addımlar atacaq”.

Hamısını oxu