Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xankəndidə Zəfər parkının inşası tarixi qələbəmizin təntənəsidir”

“Prezident İlham Əliyev tərəfindən Xankəndidə Zəfər parkının təməlinin qoyulması Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin təntənəsidir”.

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin bu şəkildə əbədiləşdirilməsi olduqca qürurvericidir:

“Bu gün respublikamızın hər bir kəndində, hər bir şəhərində 8 Noyabr zəfəri, 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bağlı hansısa bir abidə, hansısa bir park, küçə və s. mövcuddur. Bütün bunlar şanlı zəfərimizin təbliği, əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu gün Müzəffər Ali Baş Komandanımız tərəfindəın Xankəndidə Zəfər parkının təməlinin qoyulması da tarixi qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Zəfər parkının Xankəndidə inşası bizim üçün mənəvi baxımdan da ikiqat əhəmiyyətə malikdir. Çünki Azərbaycanın tarixi ərazisinin ayrılmaz bir parçası olan Xankəndi uzun müddət erməni separatçılarının əsas sığınacaq məntəqələrindən biri olmuşdur. 2023-cü ildə ordumuzun gerçəkləşdirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri kimi Xankəndi də separatçılardan təmizləndi və Azərbaycanın de-fakto nəzarətinə keçdi. Bu, suverenliyimizin tam şəkildə bərpasına imkan yaratdı. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhdilərimizə, xalqımızın mübarizə əzminə borcluyuq.

Əminəm ki, bu gün Xankəndidə təməli qoyulan Zəfər parkı illər, əsrlər sonra da vətəndaşlarımız üçün doğma məkanlardan biri olacaq, öz gözəlliyi, əzəməti ilə onu ziyarət edən hər kəsə daim ordumuzun qəhrəmanlığını, xalqımıza qazandırdığı böyük zəfəri xatırladacaq”.

Seymur ƏLİYEV

 

 

 

2025-02-21 11:30:53
2824 baxış

Digər xəbərlər

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Növbədənkənar Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub Bakı, 5 fevral, AZƏRTAC Prezident İlham Əliyev fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Hamısını oxu
“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Abşeronda hüquqi dəstək adlı tədbir keçirib

Abşeron rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir”Layihəsi çərçivəsində Abşeron rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib. Tədbirdə Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, Millət vəkili Jalə Əhmədova, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Millət vəkili Müşfiq Məmmədli, Abşeron Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Müasir İnternet Resursların İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Zamin Zeynal, Birliyin sədr müavini Sərvaz Hüseynoğlu, Hüquq departamentinin rəhbəri Nicat Cəfərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri Orxan Mahmudov, vəkil Elşad Daşdəmirov, vəkil Namiq Məmmədov tanınmış ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edərək çıxış ediblər. Çıxış edənlər şəhid ailələri və müharibə iştirakçıları arasında dövlətin sosial siyasətinə ictimai dəstək yönümündəbelə bir hüquqi maarifləndirmə işi aparmağın ictimai, hüquqi əhəmiyyətindən danışıblar.Qeyd ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanın Əliyeva tərəfindən daima ölkəmizin həssas qrupuna daxil olan şəhid ailələri və müharibə iştirakçılarına hər cür diqqət və qayğı göstərilir.Bu baxımdan vətəndaş cəmiyyəti olaraq“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin hüquqi dəstək təşəbbüsü təqdirəlayiqdir. Millixəbər. az-ın məlumatına görə tədbirlə bağlı “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal çıxışında bildirib ki, “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsini gerçəkləşdirməkdə əsas məqsəd Şəhid ailələrinin və müharibə iştirakçılarına hüquqi dəstək göstərməklə yanaşı Dövlət Başçısı cənab İlham Əliyevin sosial siyasət kursuna vətəndaş cəmiyyəti dəstəyi göstərməkdir.Birlik sədri onu da deyib ki, şəhid ailələrinin və müharibə iştirakçılarına narahat edən sosial, hüquqi məsələlərə kömək olmaq üçün ölkəmizin 3 regionunda Abşeron, İmişli, Binəqədi rayonlarında vəkillərin iştirakıyla bu sayaq hüquqi maarifləndirmə tədbirləri keçiriləcək. MİRİİB sədri xüsusi olaraq vurğulayıb ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə MİRİİB tərəfindən uğurla realllaşdırılan layihənin icra planına uyğun olaraq “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək adlı kitabça çap edilib. Bu kitabça vasitəsilə ölkəmizin həssas təbəqəsində hüquq bilgi və məlumatlandırmanın effektivliyini təmin etmək üçün şəhid ailələri və müharibə iştirakçılarına təqdim edilib.  

Hamısını oxu
Azərbaycan Ordusu Laçına daxil oldu

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, işğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb.Təsvirlərdə qaranlıq şəraitdə bir qrup hərbçinin Prezident İlham Əliyevə Laçın şəhərində dövlət bayrağının asılması haqqında məruzə etdiyi göstərilir.

Hamısını oxu
ABŞ-ın MLI İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərib

ANAMA-nın uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxataran itin (MAİ) təhvil verilməsi planlaşdırılır. İlk 10 xüsusi təlim keçmiş it Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 23 avqust tarixində Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq çatdırıldı.   Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilənin imzalanacağı gözlənilir. İmzalanma mərasimi Bakıda 26 avqust tarixində keçiriləcəyi nəzərdə tutulur. Həmçinin, ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət məqsədi ilə, MLI nümayəndələrinin işğaldan azad edilən ərazilərə bir günlük işgüzar səfəri planlaşdırılır.   Əsas məqsəd mina və partlamamış hərbi sursatlarla (PHS) yüksək çirklənmənin müşahidə olunduğu Qarabağı görmək, təmizləmə əməliyyatlarının gedişatı ilə tanış olmaqdır. 30 baş minaaxtaran itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyəşməsi həyata keçiriləcək. Marşal İrsi İnstitutunun mütəxəssisi də Azərbaycanda 10 iti müşaiyət etməkdədir. Səfər bir neçə günlük nəzərdə tutulub və əsas məqsəd uçuş zamanı itlərin narahatçılığının azalmasını təmin etmək, habelə, Azərbaycana gəldikdə iqlimləşmə və yeni bələdçilərlə uyğunlaşma prosesinə töhfə verməkdir. Xatırladaq ki, hər iqlim dəyişməsi dördayaqlı minaaxtaranlar üçün ciddi sınaqdır.   ANAMA ilə MLI arasında faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və davam etməkdədir. Bugünədək ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 36 baş mina axtaran və 4 baş partlayıcı axtaran it hədiyyə edilib və həmin itlər Agentlikdə təlim və akkreditasiya keçərək təyinatı üzrə əməliyyatlara qoşulub. İtlər müvafiq akkreditasiya və hazırlıq mərhələlərini keçdikcə, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunur.  

Hamısını oxu