Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, 23 mart tarixində Naxçıvan şəhərində yerləşən “Naxçıvan Palas” otelində şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri üçün iftar süfrəsi təşkil edilib. Tədbir xeyriyyəçi iş adamı Səfər Əlirzayevin dəstəyi ilə Novruz bayramı münasibətilə həyata keçirilib.

Tədbir iştirakçıları ilk olaraq Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək onun əziz xatirəsini yad ediblər. Daha sonra Naxçıvan şəhərindəki I Qarabağ müharibəsi və Azərbaycan-Türkiyə qardaşlığı şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi, eləcə də 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarının yerləşdiyi şəhər qəbiristanlığı ziyarət olunub. Ziyarət çərçivəsində Ulu öndər Heydər Əliyevin atası Əlirza Əliyevin məzarı da ehtiramla yad edilib.

Həmçinin, Güznüt kəndindən olan şəhid Ramil Əliyevin mövlud günü münasibətilə onun məzarı başında dualar oxunub. Sonra Şıxmahmud kəndində şəhid Emin Sadiqovun ev-muzeyi ziyarət olunub, onun əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdən sonra 500 dən artıq aztəminatlı, şəhid və qazi ailəsinə bayram sovqatı təqdim olunub.

Tədbir iştirakçıları müqəddəs yerləri də ziyarət ediblər. Onlar Əshabu Kəhf ziyarətgahını, Nehrəm qəsəbəsində yerləşən İmamzadə türbəsini ziyarət edərək şəhidlərin ruhuna dua ediblər.

Tədbir çərçivəsində Səfər Əlirzayev şəhid ailələrinə və qazilərə göstərdiyi dəstəyə görə "Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin" fəxri üzvü seçilib. Bu mükafat onun vətənpərvər fəaliyyətinin və xeyriyyəçilik təşəbbüslərinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilib.

Tədbir iştirakçıları Səfər müəllimə gördüyü bu nəcib və xeyirxah işlərə görə dərin təşəkkürün  bildirib, xalqımızın birliyi, əmin-amanlığı və rifahı naminə həyata keçirdiyi fəaliyyətlərdə ona uğurlar arzulayıblar.

 

 

2025-03-26 00:58:35
3091 baxış

Digər xəbərlər

Nəsimi rayonu 111 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 10 dekabr 2021-ci ildə Bakı şəhəri Nəsimi   rayonunda yerləşən  111  saylı tam orta məktəbdə  Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirdə iştirak edib. Tədbirdə Nəsimi rayon veteranlar təşkilatının sədri Validə Vəliyeva ,   44 günlük Vətən müharibəsi qaziləri Elçin Əhmədov, Mətləb Əhmədov, məktəbin direktoru Jalə Hacıyeva, məktəbin şagird və müəllim kollektivi iştirak edib.   Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. Torpaqlarımızın bütövlüyü ugrunda canlarından keçmiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik süktla yad edildikdən sonra, Dövlət Himni səslənib. Daha sonra söz ehtiyatda olan polkovnik  Adil Haqverdiyevə verilib.   A.Haqverdiyev Ulu Öndər Heydər Əliyevin dövlətimizin, xalqımızın yolunda göstərdiyi misilsiz xidmətlərindən danışıb. Polkovnik qeyd edib ki, Hydər Əliyevin qoyduğu yolu Ali Baş Komandan İlham Əliyev bu gün uğurla davam etdirməkdədir. Onun daxili və xarici siyasəti nəticəsində müzəffər ordumuz torpaqlarımızı azad edib. İndi qürurla deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!   Daha sonra qazilər Əhmədov Elçin Əhmədov, Mətləb Əhmədov və baş mütəxəssis Nəbi Hacıyev  çıxış etdilər. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
"Xocavənd əməliyyatı" keçirilən ərazidə şəhid olan kəşfiyyatçıların xatirəsi anılıb

“Xocavənd əməliyyatı”nın (1997-ci il) ildönümüdə 7 hərbçinin şəhid olduğu əraziyə səfər təşkil olunub, şəhidlərin xatirəsi anılıb. APA-nın Qarabağ bürosu xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xətti ilə təşkil edilən səfərdə şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.   Yuxarı Güzlək kəndi ərazisində Xocavənd əməliyyatı şəhidlərinin xatirəsinə salınan guşə ziyarət edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Çıxış edənlər hərbçilərin keçdiyi şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, 7 aprel 1997-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin əmri ilə iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilib. Tapşırığın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub. Birinci qrup tapşırığı yerinə yetirərək itkisiz qayıdıb. Leytenantlar Elxan Ağayev (qrup komandiri) və Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Musatafayev və Aqil Əhmədovdan ibarət olan ikinci qrup Füzuli rayonu Horadiz istiqamətindən təmas xəttini keçib və təxminən 40-50 kilometr yol qət edərək döyüş tapşırığı yerinə yetiriblər. Lakin əməliyyatın üçüncü günü, geri qayıdarkən Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində düşmən tərəfindən aşkarlanıblar. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif kəşfiyyatçılar tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə qalıb, döyüşçü yoldaşları onun şəhid olduğunu düşünüblər. Qrupun digər yeddi üzvü döyüşə davam ediblər. Onlar sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Huşsuz vəziyyətdə qalan çavuş Aqil Əhmədov ermənilər tərəfindən aşkarlanıb və əsir götürülüb. Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. Onlar Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn olunublar. Hər biri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif ediliblər. Ermənilər tərəfindən əsir götürülən Aqil isə 1998-ci ilin fevral ayında məhkəmə qarşısına çıxarılıb, ona güllələnmə hökmü təyin edilib. Azərbaycan dövləti tərəfindən Aqilin xilas edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Uzun sürən danışıqlardan sonra 1999-cu ilin mart ayında Prezident Heydər Əliyevin köməkliyi ilə Aqili bir erməni əsir və iki erməni cəsədi ilə dəyişmək mümkün olub, o, Vətənə qaytarılıb. Həmçinin çıxışlar zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun parlaq qələbəsi sayəsində torpaqlarımızın azad edilməsindən danışılıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərba olunub. Artıq azad edilən ərazilərə həyat qayıdıb keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşublar. Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra "Xocavənd əməliyyatı" şəhidlərinin xatirəsinə onların şəhid olduğu ərazidə bulaq tikilib və simvolik bir guşə yaradılıb. Foto

Hamısını oxu
Yeni Surxanıda şəhidlərimizlə bağlı möhtəşəm bulaq-kompleks inşa olunub

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində şəhidlərimiz - əsgər Məhərrəmli Fuad Füzuli oğlu və polis baş leytenantı Mehdiyev Fərrux İslamyıl oğlunun adına möhtəşəm bulaq-kompleks inşa edilib. Kompleksdə hər iki şəhidimizin fotosu ilə yanaşı, onların qısa tərcüməyi-halı öz əksini tapıb.  Üzərində Azərbaycan və qardaş Türkiyənin bayraqları dalğalanan kompleksin ətrafı ekzotik gül və dekorativ ağaclarla bəzədilib, böyük abadlıq işləri həyata keçirilib. Məlumat üçün qeyd edək ki, Məhərrəmli Fuad Füzuli oğlu 28 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun azad edilməsi uğrundakı döyüşlərdə şəhid olub, Göygöl rayon Şəhdilər Xiyabanında dəfn edilib. İsmi bulaq-kompleksdə yer alan polis baş leytenantı Mehdiyev Fərrux İsmayıl oğlu isə 1981-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib, Qubadlı rayonunun Qaralar kəndində dəfn olunub. Kompleks iş adamı Cəlil Nağıyevin təşəbbüsü və vəsiti hesabına inşa edilib. Xatırladaq ki, Cəlil Nağıyev bundan öncə də Vətən müharibəsi şəhidləri ilə bağlı oxşar layihələr həyata keçirib,  dövlətin həssas kateqoriyadan olan vətəndaşlarımızla bağlı siyasətinə mütəmadi dəstək verib.   Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yolda yaşıllıq zolağının salınması da iş adamı Cəlil Nağıyev tərəfindən həyata keçirilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Şəkidə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Veteran.gov.az xəbər verur ki, Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu vurğulayıb, dövlətimiz tərəfindən dini-mənəvi dəyərlərə böyük önəm verilməsindən bəhs edib, son müddət regionumuzda cərəyan edən proseslərə toxunub. İftar süfrəsində “Quranı Kərim”dən ayələr oxunub, dualar edilib. Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.      

Hamısını oxu