Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad rayon Veteranlar Təşkilatı martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirib.

Tədbirdən öncə soyqırımı nəticəsində həlak olan soydaşlarımızın və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Rayon Veteranlar Təşkilatının sədri, yazıçı-jurnalist Ədalət Salman çıxış edərək bildirib ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələrlə dolu səhifələr də yazılıb. Belə dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında rus bolşeviklərinin dəstəyi ilə erməni qəsbkarlarının törətdiyi azərnaycanlıların soyqırımı faciəsidir. Bu soyqırımı təkçə paytaxt Bakıda deyil, Gəncədə, Naxçıvanda, Qarabağda, Lənkəranda, Şamaxı və Quba qəzalaraında vəhşiliklə həyata keçirilib. Qətlə yetirilən soydaşlarımızla yanaşı, məktəblər, məscidlər, xəstəxanalar, milli memarlıq inciləri olan abidələr də məhv edilib.

 O, daha sonra ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsini xüsusi vurğulayıb və qeyd edib ki, hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ehtiramla qeyd olunur.

Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Firudin Zeynalov, "Qarabağ qaziləri" İctimai Birliyinin rayon bölməsinin sədri Maşallah Əliyev, ADP-nin Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdilla, Sakit Üçtəpəli və başqaları çıxış edərək Azərbaycan xalqına qarşı törədilən soyqırımı qətiyyətlə pisləyiblər. Vurğulayıblar ki, Prezident İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli "1918-ci il azərbaycanlıların soyqrımının 100 illiyi hsqqında" Sərəncamından sonra insanlıq əleyhinə olan bu cinayətlər barədə həqiqətlər beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılıb.

2025-04-01 23:07:37
3178 baxış

Digər xəbərlər

Qələbənin 73-cü ildönümü

Ukraynanın “İnter” telekanalının İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümləri münasibəti ilə silsilə tədbirlər keçirməsi artıq ənənə şəklini almışdır. Bu tədbirlərə MDB ölkələrinin İkinci dünya müharibəsi veteranları, veteran təşkilatlarının, Ukraynanın Müdafiə Nazirliyi və aidiyyatı dövlət orqanlarının nümayəndələri, digər media qurumlarının təmsilçiləri qatılırlar. Son iki ildə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri də bu tədbirlərdə iştirak edirlər. Bu tədbirlərdə eyni zamanda, Ukraynanın veteran təşkilatları təmsilçilərinin MDB-nin və digər ölkələrin veteranları ilə müxtəlif formatlı görüşləri təşkil olunur. Həmin görüşlər çərçivəsində onların İkinci dünya müharibəsi cəbhələrində keçdikləri döyüş yolları xatırlanır, ayrı-ayrı media qurumlarının təmsilçiləri veteranlardan müsahibələr götürür, mənsub olduqları ölkənin hakimiyyət orqanlarının və veteran təşkilatlarının onlara münasibəti barədə məlumatlar alınır. Bir qayda olaraq həmin tədbirlər zamanı “İnter” telekanalının faşizm üzərində qələbənin ildönüm günləri ilə bağlı xüsusi bayram verilişləri hazırlanır və mayın 9-da telekanalın efirində yayımlanır. Tədbirlərin gedişində əldə olunmuş bütün məlumatlar bayram gününədək “İnter” media qurumunun elektron informasiya portalında və müxtəlif saytlarda yerləşdirilir. İkinci Dünya Müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ilə bağlı aprelin 16-17-də, iki gün ərzində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən növbəti tədbirlərdə Azərbaycanı Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri - İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli və RVT-nin Təşkilati və kadrlarla iş şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Lətif  Babayev iştirak etmişlər. “İnter” telekanalı 2015-ci ildə Ukraynanın alman faşizmindən azad olunmasının 70 illiyi münasibətilə başlatdığı layihə çərçivəsində hər il “Qələbənin insanları. Yaşayacağıq” fotoalbomunu nəşr edərək ölkənin ictimai təşkilatları və veteranlar arasında yayır. Fotoalbomun 2018-ci ildə nəşr edilmiş üçüncü cildi də maraqla qarşılanmışdır. Layihə rəhbəri Anna Bezlyudnaya, baş redaktoru Anton Nikitin olan həmin cildə bu gün həyatda olan İkinci dünya müharibəsinin 100 nəfər iştirakçısı barədə geniş materiallar və fotoşəkillər daxil edilmişdir. Fotoalbom həmin insanların döyüş yolunun və müharibədən sonrakı həyatının mühüm və təsirli məqamlarını əks etdirir. Hər səhifəsi canlı tarixin bir parçası olan Fotoalbomu həyəcansız vərəqləmək mümkün deyil. 16-17 aprel 2017-ci ildə baş tutan tədbirlərdə “İnter” telekanalının 9 may günü ilə bağlı verilişlərində nümayiş etdiriləcək 4 saata yaxın xüsusi konsert proqramının çəkilişləri aparılmışdır. Ukraynanın tanınmış musiqiçilərinin ifasında həmin verilişlərdə səslənəcək Vətən, torpaq, müharibə, qələbə, gənclik və s. mövzuları əhatə edən mahnılar veteranları müharibə illərinə qaytarmış, onların, eləcə də tamaşaçıların qəlbini riqqətə gətirmişdir. Çəkilişlərdə İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli və RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif  Babayev iştirak etmişlər. 7 saata yaxın davam edən bu çəkilişlərin gedişində U.Kəngərli və L.Babayevdən 2 müxtəlif TV kanalının və bir saytının müxbirləri tərəfindən müsahibələr götürülmüş, U.Kəngərlinin digər ölkələrdən olan veteranlarla döyüş yolu barədə söhbəti lentə alınmışdır. Azərbaycan nümayəndələri müsahibələr və söhbətlər zamanı “İnter” telekanalının əməkdaşlarına İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə ölkəmizin verdiyi töhfələrdən, azərbaycanlıların qəhrəmancasına vuruşmasından, qanlı döyüşlərdə 320 mindən çox soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişlər. Həmçinin Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə keçirildiyi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərildiyi, onların ölkənin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etdikləri qeyd olunmuşdur. Azərbaycan nümayəndələri eləcə də, tədbir iştirakçılarına Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistan tərəfinin təcavüzkarlıq siyasətini bu gün də davam etdirdiyini çatdırmış, bu məsələyə bütün veteran təşkilatları və veteranların münasibət bildirməsinin vacibliyini vurğulamışlar. Həmin gün axşam Azərbaycan, Estoniya, Litva, Gürcüstan, Rusiya Federasiyası və Belarus veteran təşkilatlarının nümayəndələrinin Ukraynalı həmkarları ilə görüşü keçirilmişdir. Görüşdə Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakov və digər nümayəndələri iştirak etmişlər. Görüş iştirakçıları veteran təşkilatları arasındakı qarşılıqlı əlaqələrdən, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi zərurətindən danışmışlar. RVT-nin nümayəndəsi Ukrayna, Gürcüstan, Estoniya, Litva veteran təşkilatlarının nümayəndələri ilə iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı perspektivlərini müzakirə etmiş, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə əlaqəli ucaldılmış abidələrin, komplekslərin, muzeylərin və ayrı-ayrı döyüşçülərlə bağlı xatirə yerlərinin qorunması, daim qayğı ilə əhatə olunması barədə onları və bu görüşə qatılan “İnter” telekanalının əməkdaşlarını məlumatlandırmışdır. Eləcə də, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə postsovet məkanı ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyi, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğu vurğulanmış, göstərilən məsələlərdə fəallıq xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirilmişdir. Estoniya veteran təşkilatının nümayəndəsi, Estoniyanın Front Line axtarış saytının baş redaktoru Andrey Lazurin İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli ilə geniş müsahibə götürmüş, bu materialın həm saytda yerləşdiriləcəyini, həm də xüsusi sənədli filmdə istifadə ediləcəyini bildirmişdir. Tədbirlər çərçivəsində RVT Rəyasət Heyəti adından Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakova “Həzi Aslanov” yubiley medalı və tədbirin digər təşkilatçılarına qiymətli hədiyyələr, o cümlədən Azərbaycan şiriniyyatının müxtəlif nümunələrindən ibarət buketlər təqdim edilmişdir. Tədbirlərdə digər ölkələrin veteran təşkilatlarının təmsilçiləri də çıxış etmiş və “İnter” telekanalına müsahibələr vermişlər. Tədbir iştirakçıları "Naməlum Əsgər" abidəsini və Qələbə parkında yerləşən digər abidələri ziyarət etmiş, abidələrin önünə tər gül dəstələri qoymuşlar. Tədbirin qonaqları üçün Kiyevin görməli yerləri ilə tanışlıq məqsədilə gəzinti təşkil edilmiş, “İnter” TV-nin nümayəndələri veteranları gəzinti zamanı müşayiət etmiş, foto və video çəkilişlər aparmışlar. Tədbirlər zamanı “İnter” telekanalının təmsilçiləri, o cümlədən Admistrasiyasının rəhbəri İrina Butko, Admistrasiyanın şöbə müdiri Olqa Bezux və əməkdaşlarıı Valentina Sandulenko və Yulya Savonova teranlara xüsusi qayğı və diqqət göstərmişlər.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə veteranlara təbriki

Əziz və hörmətli veteranlar! Sizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il – 2018-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma olan bayram dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin təcəssümüdür. 2017-ci il biz veteranlar üçün yadda qalan oldu. Həyata keçirdiyimiz tədbirlər, konfranslar, gənclərlə görüşlər, yubileylər xalqımız tərəfindən rəğbətlə qarşılandı. Bu baxımdan 2018-ci il daha uğurlu olacaqdır. Azərbaycan bu gün müstəqillik və inkişaf yolunda inamla irəliləyir. Bizim əsas vəzifəmiz müstəqiliyimzi qorumaq, ərazi bütövlüyümüzü tez bir zamanda bərpa etmək, respublikanın hərtərəfli inkişafına tövhələr verməkdir. Bunun üçün biz veteranlar bütün potensiyalımızı səfərbər etməli, gənc nəslin vətənpərvər ruhda tərbiyyə edilməsi, onlara vətən, xalq sevgisini aşılamaq kimi ən ümdə vəzifəmizin öhdəsindən gəlməliyik. Əminliklə deyə bilərik ki, biz veteranlar qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Azərbaycan Respublikasını əmin əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik. Yeni iliniz mübarək! Hər birinizə yeni-yeni uğurlar, ailənizə cansağlığı, xoşbəxtlik arzulayıram.   Respublika      Veteranlar       Təşkilatının   sədri, general polkovnik                   Tofiq Ağahüseynov

Hamısını oxu
İlham Əliyevdən şəhid ailələrinə və müharibə əlillərinə BÖYÜK DƏSTƏK

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür. Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldı. Prezident İlham Əliyevin daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılaraq: I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırıldı. Qeyd edək ki, şəhid ailələri və qeyd edilən əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar. Dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı. İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsi də Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu. İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100% artırılaraq 150 manatdan 300 manata çatdırıldı. Eyni zamanda, bir sıra digər kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılmış və artımlar müəyyən edilmişdir. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək. Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.

Hamısını oxu
Cərimə rotasını “yenilməzlər rotası”na çevirən Sovet İttifaqı Qəhrəmanı: Ziya Bünyadov!

Ziya Bünyadov 1923-cü ilin dekabr ayının 21-də Astara şəhərində,  ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi.   Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən: “Ziya Bünyadov özü haqqında dediklərindən: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsl adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm...Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned".   Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939 -cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi.  Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi.    Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada –  Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir.   O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok, Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi.   Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı. Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi.   Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı.   1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Hamısını oxu